Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kürdəmir
Kürdəmir — Azərbaycanda şəhər, Kürdəmir rayonunun inzibati mərkəzi; Aran iqtisadi rayonuna daxil olan Kürdəmir rayonu mərkəz kimi 1930-cu ildə yaradılmışdır. 1938-ci ildə rayon tabeli şəhər statusu açıqlamışdı. Bakı ilə arasındakı məsafə 189 km-dir. Şirvan düzündə yerləşir. Kürdəmir rayonu şərqdən Hacıqabul və Sabirabad, cənubdan İmişli, qərbdən Zərdab, Ucar və Göyçay, şimaldan isə İsmayıllı və Ağsu rayonları ilə həmsərhəddir. Sahəsi 1631,5 km², əhalisi 118,8 min nəfərdir (01.01.2021). Mərkəzi Kürdəmir şəhəridir. == Tarixi == Kürdəmir rayonu 1930-cu ildə yaradılmışdır. 1963-cü ildə kolxoz-sovxoz istehsalat idarəsi partiya komitələrinin yaranması ilə əlaqədar olaraq Ağsu və Kürdəmir rayonları birləşdirilərək 1963-cü ilin yanvar ayında Kürdəmir kolxoz-sovxoz idarəsi partiya komitəsi yaradılmışdır. 1964-cü ildə Sov.
Axtaçı (Kürdəmir)
Axtaçı — Azərbaycan Respublikasının Kürdəmir rayonunun Axtaçı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == == Toponimikası == Kürdəmir rayonunun Axtaçı i.ə.v.-də kənd. Şirvan düzündədir. Kəndin keçmiş adı Axtaçı Yekəqurşaqlı olmuşdur. 1933-cü ildə həmin i.ə.v.-də Axtaçı-binə adlı başqa bir kənd də qeydə alınmışdır. Etnooykonimdir. Axtaçı "atabaxan, mehtər" deməkdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 449 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Bağban (Kürdəmir)
Bağman (əvvəlki adı: Bağban) — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Kürdəmir rayonunun Böyük Kəngərli kənd inzibati ərazi dairəsi tərkibindəki Bağban kəndi Bağman kəndi adlandırılmışdır. == Toponimikası == Kəndin keçmiş adı Barlıdır. XIX əsrin ortalarında elatlar tərəfindən salınmışdır. == Tarixi == == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 546 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Karrar (Kürdəmir)
Karrar — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Kürdəmir rayonunun Karrar qəsəbəsi Karrar kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla, Karrar qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır. == Din == Qəsəbədə "Seyid Əhməd" məscidi və "İmam Hüseyn" məscidi dini icmaları fəaliyyət göstərir.
Kürdəmir (Zaqatala)
Kürdəmir — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == 1 yanvar 20 2014-cü il tarixinə olan məlumata əsasən kənddə əsasən etnik muğallardan ibarət hər iki cinsdən toplam 75 nəfər əhali yaşayırdı.Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.
Kürdəmir (dəqiqləşdirmə)
Kürdəmir — Azərbaycan Respublikasının şəhəri. Kürdəmir (Zaqatala) — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Kürdəmir rayonu — Azərbaycan Respublikasının rayonu. Kürdəmir (İran) — İranda kənd.
Kürdəmir (şəhər)
Kürdəmir — Azərbaycanda şəhər, Kürdəmir rayonunun inzibati mərkəzi; Aran iqtisadi rayonuna daxil olan Kürdəmir rayonu mərkəz kimi 1930-cu ildə yaradılmışdır. 1938-ci ildə rayon tabeli şəhər statusu açıqlamışdı. Bakı ilə arasındakı məsafə 189 km-dir. Şirvan düzündə yerləşir. Kürdəmir rayonu şərqdən Hacıqabul və Sabirabad, cənubdan İmişli, qərbdən Zərdab, Ucar və Göyçay, şimaldan isə İsmayıllı və Ağsu rayonları ilə həmsərhəddir. Sahəsi 1631,5 km², əhalisi 118,8 min nəfərdir (01.01.2021). Mərkəzi Kürdəmir şəhəridir. == Tarixi == Kürdəmir rayonu 1930-cu ildə yaradılmışdır. 1963-cü ildə kolxoz-sovxoz istehsalat idarəsi partiya komitələrinin yaranması ilə əlaqədar olaraq Ağsu və Kürdəmir rayonları birləşdirilərək 1963-cü ilin yanvar ayında Kürdəmir kolxoz-sovxoz idarəsi partiya komitəsi yaradılmışdır. 1964-cü ildə Sov.
Kürdəmir aviabazası
Kürdəmir aviabazası — Azərbaycan Respublikasının Kürdəmir rayonunda, Bakıdan qərbdə yerləşən, Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus hərbi aerodrom. Aviabazada Su-25 qırıcı təyyarələri və Su-24 bombardmançıları yerləşir. == Tarixi == 1941-ci ilin sentyabr ayından 1942-ci ilin mart ayına kimi 25-ci ehtiyat qırıcı aviasiya polku bu aviabazada yerləşib. Polkun pilotları burada İkinci dünya müharibəsi dövrünə aid təyyarələrlə, həmçinin İngiltərədən və Amerikadan göndərilmiş təyyarələrlə döyüş təlimi keçirdilər. 28 noyabr 1945-ci ildən 22 noyabr 1969-cu ilə kimi MiQ-17 təyyarələrindən ibarət 761-ci qırıcı aviasiya polku Kürdəmir aviabazasında yerləşib. 1953 - cü ildən etibarən aerodromda Su-24 və Su-17 təyyarələrindən ibarət olan, 36-cı Bombardmançı Aviasiya diviziyasının tərkibindəki 976-cı İnsterburq Bombardmançı Aviasiya Alayı yerləşirdi. 1991-ci ildə Azərbaycan müstəqilliyini elan etdikdən sonra aviabaza Azərbaycana Hərbi Hava Qüvvələrinin nəzarətinə verilməsi razılaşdırılıb. Razılaşmaya görə Rusiya ordusu Azərbaycanı tərk edərkən hərbi bazalarda olan silah-sursatı təhvil verməli olduğu halda, bir çox hallarda Rusiya razılaşmaya əməl etmirdi. Kürdəmir aviabazasında xidmət edən rus əsgərləri bütün hərbi texnikanı icazəsiz Rusiyaya daşıdılar, bazada ancaq bir ədəd istifadəyə yararsız Su-24 təyyarəsi saxlayaraq bazanı tərk etmişdilər. Rusiya ordusu getdikdən sonra Kürdəmir aviabazası Surət Hüseynova sadiq qüvvələrin nəzarətinə keçib və aviabazadan 1992-ci ilin iyunundan etibarən buradan hərbi təyyarələr Qarabağa döyüş uçuşları həyata keçirməyə başladılar.
Kürdəmir bələdiyyələri
Kürdəmir bələdiyyələri — Kürdəmir rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Kürdəmir bələdiyyəsi

Kürdəmir döyüşləri
Kürdəmir döyüşləri — erməni-daşnaklar tərəfindən soyqırımına məruz qalan Azərbaycan xalqının köməyinə gəlmiş türk hərbi qüvvələrinin və Azərbaycan silahlı birləşmələrinin Stepan Şaumyan başçılıq etdiyi Bakı Xalq Komissarları Sovetinin qoşunlarına qarşı Kürdəmir qəsəbəsinin azad edilməsi məqsədilə 1918-ci il iyulun 5-dən 10-na qədər keçirdiyi döyüş əməliyyatı. == Döyüşün gedişi == Döyüşdə podpolkovnik Həbib bəy Səlimovun rəhbərliyi altında Müsüslü dəstəsi, Həsən bəyin 46-cı piyada taboru ilə toplu süvari alayından ibarət dəstəsi və cəbhənin gücləndirilməsi üçün sonradan cəlb olunmuĢ əlavə qüvvələr, düşmən tərəfdən isə Qırmızı ordunun 1-ci briqadası, İrandan yenicə gələrək, cəbhə komandanı təyin edilmiş Biçeraxovun dəstəsi və təlimatçılar məktəbinin bölmələri iştirak edirdilər. Düşmənin hərbi qüvvələri, əsasən, Birinci dünya müharibəsindən (1914–18) Bakıya gətirilmiş və Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirmiş daşnak-erməni zabit və əsgərlərindən ibarət idi. Türk-Azərbaycan qoşun hissələrinin azlığı və bolşevik-daşnak qoşunlarının mövqelərinin daha əlverişli olması qırmızıların ilk günlər Müsüslü dəstəsi ilə Həsən bəyin dəstəsinin qarşısını saxlamasına, hətta ,imal istiqamətində Ağsuya doğru bir qədər irəliləməsinə imkan vermişdi. Bolşevik-daşnak qüvvələrinin hücumlarının genişlənməsinə yol verməmək üçün 5-ci Qafqaz diviziyasının 13-cü piyada alayı Kürdəmir ətrafına yönəldildi. Alay Həsən bəyin dəstəsi ilə birləşərək, şimal tərəfdən Kürdəmirə hücum etməli idi. Müsüslüdəki qüvvələri gücləndirmək üçün Ağdaş və Xaldan məntəqələrində toplanmış Azərbaycan könüllüləri, həmçinin Qazaxa gətirilmiş 350 nəfər silahsız könüllü də Bərgüşad stansiyasına göndərildi.İyulun 8-də ağır döyüşlər oldu. Düşmənə əsas zərbənin 13-cü alay tərəfindən vurulacağı nəzərdə tutulsa da, Qırmızı ordunun bura xeyli qüvvə çıxarması vəziyyəti mürəkkəbləşdirmişdi. Biçeraxov 13-cü alaya qarşı 8 top və 8 pulemyotla müşayiət olunan qüvvə çıxarmışdı. Döyüş gecəyə kimi davam etdi, ciddi müqavimətlə üzləşən 13-cü alay iyunun 8-i gecəsini İbrahimbəyli və Qarasaqqal kəndləri arasında keçirdi.
Kürdəmir döyüşü

Kürdəmir rayonu
Kürdəmir — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. Aran iqtisadi rayonuna daxil olan Kürdəmir rayonu mərkəz kimi 1930-cu ildə yaradılmışdır. Şirvan düzündə yerləşir. Kürdəmir rayonu şərqdən Hacıqabul və Sabirabad, cənubdan İmişli, qərbdən Zərdab, Ucar və Göyçay, şimaldan isə İsmayıllı və Ağsu rayonları ilə həmsərhəddir. Sahəsi 1631,5 km², əhalisi 103,8 min nəfərdir (01.01.2009). Mərkəzi Kürdəmir şəhəridir. == Etimologiyası == Kürdəmir – "Kür Dəymir" sözlərindən götürüldüyü ehtimal olunur. Yəni Kür çayı daşarkən daşqından əziyyət çəkməyən (suyun çatmadığı yerlər) sahə Kürdəmir kimi adlanmış, zaman keçdikcə "Y" samiti assimilyasiya (aşınma) olmuş və "Kürdəmir" şəklində işlənmişdir. == Tarixi == Kürdəmir rayonu 1930-cu ildə təşkil olunmuşdur. Şirvan düzündədir.
Kürdəmir xalçaları
Kürdəmir xalçaları — Şirvan xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları.
Kürdəmir şəhəri
Kürdəmir — Azərbaycanda şəhər, Kürdəmir rayonunun inzibati mərkəzi; Aran iqtisadi rayonuna daxil olan Kürdəmir rayonu mərkəz kimi 1930-cu ildə yaradılmışdır. 1938-ci ildə rayon tabeli şəhər statusu açıqlamışdı. Bakı ilə arasındakı məsafə 189 km-dir. Şirvan düzündə yerləşir. Kürdəmir rayonu şərqdən Hacıqabul və Sabirabad, cənubdan İmişli, qərbdən Zərdab, Ucar və Göyçay, şimaldan isə İsmayıllı və Ağsu rayonları ilə həmsərhəddir. Sahəsi 1631,5 km², əhalisi 118,8 min nəfərdir (01.01.2021). Mərkəzi Kürdəmir şəhəridir. == Tarixi == Kürdəmir rayonu 1930-cu ildə yaradılmışdır. 1963-cü ildə kolxoz-sovxoz istehsalat idarəsi partiya komitələrinin yaranması ilə əlaqədar olaraq Ağsu və Kürdəmir rayonları birləşdirilərək 1963-cü ilin yanvar ayında Kürdəmir kolxoz-sovxoz idarəsi partiya komitəsi yaradılmışdır. 1964-cü ildə Sov.
Mehdili (Kürdəmir)
Mehdili — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Kürdəmir rayonunun Mehdili kəndi Axtaçı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Mehdili kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Yaşayış məntəqəsinin əsasını mehdili nəsli qoyduğu üçün belə adlanmışdır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Kür çayının sahilində, Şirvan düzündə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 518 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Mollakənd (Kürdəmir)
Mollakənd — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Mollakənd oyk., mür. Kürdəmir r-nunun eyniadlı i.ə.v.-də kənd. Kür çayının sahilində, Şirvan düzündədir; Lənkəran r-nunun Rvo i.ə.v.-də kənd. Keçmiş adı Mollalı olmuşdur. Molladı variantında da qeydə alınmışdır (1933-cü il). Oykonim molla (dini rütbə) və kənd (coğrafi termin) sözlərindən ibarət olub, "mollanın kəndi, mollaya məxsus kənd" mənasındadır. == Təhsil və mədəniyyəti == Mollakənddə ilk məktəb 1927-ci ildə açılmışdır. Mollakənd Şuralığının II dərəcəli Kolxoz Cavanlar Məktəbi adlanan həmin təhsil müəssisəsində tədrisin təşkili oraya məktəb müdiri təyin edilmiş 19 yaşlı Canalı Mirzəyevə həvalə edilmişdir. Canalı Mirzəyevin rəhbərliyi altında Mollakənd məktəbi 3 aydan sonra Mollakənd Nümunə Məktəbinə çevrilmişdir.
Muğanlı (Kürdəmir)
Muğanlı — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Kürdəmir rayonunun Muğanlı kəndi Karrar kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Karrar qəsəbəsi mərkəz olmaqla, Karrar qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Yaşayış məntəqəsi Cənubi Azərbaycanın Muğanlı kəndindən köçüb gəlmiş mollahəsənli, mehdili və cabbarlı nəsillərinə mənsub ailələr salmışlar. Oykonim türkdilli tayfa olan muğanlıların adı ilə bağlıdır. Muğanlı tayfa adı XVI əsrin əvvəllərindən məlumdur. Sonralar mənbələrdə şahsevənlərin tərkibində müstəqil tayfa kimi qeydə alınmış muğanlılar XIX əsrin əvvəllərində 8 tirədən ibarət olmuşlar. Tayfa vaxtilə Muğan düzündə yaşadığına görə həmin düzün adı ilə tanınmışdır. Azərbaycan ərazisində Muğan adı ilə bağlı 18 yaşayış məntəqəsi mövcuddur. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Şirvan düzündə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 909 nəfər əhali yaşayır.
Məhərrəmli (Kürdəmir)
Məhərrəmli — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Məhərrəmli kəndi şimaldan baş şirvan kallektoru,qərbdən girdiman cayı,cənubdan isə kur üstü kəndləri ilə əhatə olunmuşdur.Şərqdə Ərəbqubalı kənd nümayəndəliyi yerləşir.1950 ci illərə qədər Məhərrəmli kəndi 3 cayın birləşdiyi yerdə kicik quru sahədə yerləşib.Caylar ağsu cayı,girdiman cayı və qarasu cayı. Qobu deyilən dərə ilə axıb kecərmiş.hal-hazırda həmin caylar süni yollarla birləşdirilib kür cayına tökülür.Deylənlərə görə 1950 ci illərə qədər kəndin ətrafı ceyran, qaban, turac, bildircin, və sularda bir cox balıq növü olub.Kəndin ətrafı bütün qamışlıq olub. Məhərrəmli oyk. Kürdəmir r-nunun Ərəbqubalı i.ə.v.-də kənd. Şirvan düzündədir. Keçmiş adı Mola Məhərrəmli olmuşdur. Çox güman ki, Mola Məhərrəm yaşayış məntəqəsinin əsasını qoymuş nəslin başçısı olmuşdur. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 854 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əsasən həyətyanı və pay torpaqları vasitəsi ilə əkinçilik təşkil edir.
Pirili (Kürdəmir)
Pirili — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Pirili oyk., sadə. Ağstafa r-nunun eyniadlı i.ə.v.-də kənd. Gəncə-Qazax düzənliyindədir. XVI əsrin əvvəllərinə aid mənbələrdə kəndin adı Qurumsulu Canəli Pirilu, 1798-ci ilə aid sənəddə isə Pirilu kimi qeydə alınmışdır; Kürdəmir r-nunun eyniadlı i.ə.v.-də kənd. Şirvan düzündədir. Yaşayış məntəqələri pirili tayfasının adını daşıyır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2114 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Qaraqocalı (Kürdəmir)
Qaraqocalı — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Qaraqocalı oyk., sadə. Kürdəmir r-nunun Topalhəsənli i.ə.v.-də kənd. Şirvan düzündədir; Şəmkir r-nunun Seyfəli i.ə.v.-də kənd. Gəncə-Qazax düzənliyindədir. Yaşayış məntəqələrini qaraqocalı adlı nəslə mənsub ailələr saldığı üçün belə adlanmışdır. Bu oykonim “Qara Qocanın nəslindən olanlar, qaraqocalılar” mənasındadır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1288 nəfər əhali yaşayır. == Məşhur sakinləri == Təvəkkül İsgəndərov - zoologiya üzrə fəlsəfə doktoru , dosent, alim == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Qarasaqqal (Kürdəmir)
Qarasaqqal — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1993-cü ildə yaradılmışdır. == Toponimikası == Qədim adı Qarasaqqallı idi. Kürdəmir rayonunun eyniadlı i.ə.v.-də kənd. Nazir çayının (Girdimançayın qolu) sağ sahilində, Şirvan düzündə yerləşir. Kəndin adı onu bina edən qarasaqqal nəslinin adı ilə bağlıdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1761 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Qarasu (Kürdəmir)
Qarasu — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Azərbaycan Respublikasının Milli Məclisi 26 dekabr 2006-cı il tarixli 217-IIIQ saylı qərarı ilə Şilyan kənd inzibati ərazi dairəsi tərkibindəki Şilyan kəndinin bir hissəsi Qarasu kəndi adlandırılmış və rayonun ərazi vahidləri siyahısına daxil edilmişdir. == Toponimikası == == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 3888 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. == Din == Kənddə Qarasu kənd məscidi dini icması fəaliyyət göstərir.
Qoçulu (Kürdəmir)
Qoçulu — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Kürdəmir rayonunun Qoçulu kəndi Axtaçı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Mehdili kəndi mərkəz olmaqla, Mehdili kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Yaşayış məntəqəsini qoçulu nəslinə məxsus ailələr saldığına görə bələ adlandırılmışdır. == Tarixi == Kənd 1993-cü ildə yaradılmışdır. Faruq Sümərin məlumatına görə XVI əsrin sonu XVII əsrin əvvəllərində Qoçulu Ustaclı oymağının obalarından biri idi. == Coğrafiyası və iqlimi == Kənd Kür çayının sahilində, Şirvan düzündə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 630 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Quşlar (Kürdəmir)
Quşlar — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Quşlar oyk., sadə. Kürdəmir r-nunda kənd. Kürün sahilindədir. Keçmiş adı Quşilər olmuşdur, Qəbələ r-nunun eyniadlı i.ə.v.-də kənd. Türyançayın sahilində, Daşüz silsiləsinin ətəyindədir. Tədqiqatçılar kəndin adını orta əsrlərdə Azərbaycanda məskunlaşmış türkdilli qara hunların bir qolunun adı ilə bağlı olduğunu göstərirlər. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 463 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
57 saylı Kürdəmir seçki dairəsi
58 saylı Hacıqabul-Kürdəmir seçki dairəsi
65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsi
Bala Kəngərli (Kürdəmir)
Bala Kəngərli — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Bala Kəngərli oyk., mür. Tərtər r-nunun Dəmirçilər i.ə.v.-də kənd. Qarabağ düzündədir. XIX əsrdə Kəngərli kəndindən ayrılmış ailələr tərəfindən salınmış, nisbətən kiçik olduğuna görə belə adlandırılmışdır; Kürdəmir r-nunun Cəyli i.ə.v.-də kənd. Keçmiş adı Çılpaq Kəngərli (Çılpaq adlanan yerdə salındığı üçün) olmuşdur. Etnotoponimdir. "Kəngərli yaşayış məntəqəsinin nisbətən kiçik hissəsi" deməkdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 274 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Kürdəmir Dövlət Rəsm Qalereyası
Kürdəmir Dövlət Rəsm Qalereyası 2003-cü ilin may ayından fəaliyyət göstərir. == Tarixi və fəaliyyəti == Qalereyada ekspozisiyaların qurulması və sərgilərin keçirilməsi üçün geniş və işıqlı 3 salon, vestibül və dəhliz il boyu fəaliyyət göstərir. Bununla yanaşı fond üçün saxlanc otağı , ümumi şöbə mövcuddur. Qalereyada 106 ədəd əsər saxlanılır. Dünya və Azərbaycanın görkəmli rəssamlarının, muzeylərinin foto albomları, foto kitabları ilə yanaşı Mədəniyyət və İncəsənət jurnalları və qəzetlərinin topluları da yığılır. Kürdəmir Dövlət Rəsm Qalereyası rayonda keçirilən bütün mədəni – kütləvi tədbirlərin tərtibatı işlərində də yaxından köməklik göstərir. Qalereyada vaxtaşırı olaraq müxtəlif səpkili rəsm sərgiləri və sərgi yarmarkaları təşkil olunur. Qalereyada rəsm dərnəyi fəaliyyət göstərir. Rəsm dərnəyinin üzvlərinin bir neçəsi rəssamlıq üzrə ali və orta ixtisas təhsili almaqdadırlar. == Həmçinin bax == Kürdəmir rayonu Kürdəmir rayonu Tarix-Diyarşünaslıq Muzeyi Kürdəmir bələdiyyələri == Xarici keçidlər == "Rayonda fəaliyyət göstərən mədəniyyət müəssisələri".
Kürdəmir Peşə Liseyi
Kürdəmir Rayon Tarix-Diyarşünaslıq Muzeyi
== Muzeyin tarixi == Kürdəmir rayon Tarix-Diyarşünaslıq Muzeyi ümummilli lider H.Əliyevin təşəbbüsü ilə yaradılıb və cəmi 627 eksponatla fəaliyyətə başlayıb. Muzeyin mövzu-ekspozisiya planı tam şəkildə yenidən işlənib. Hazırda burada 4070 eksponat var. == Muzeyin ekpozisiyası == Hazırda muzeydə 4207 eksponat var. Bu mədəniyyət ocağının mövzu ekspozisiyası 4 salonda 17 bölmədə nümayiş etdirilir. Ekspozisiyanın 4 bölməsində Kürdəmir rayonunun tarixinə, mədəniyyətinə, məişətinə aid eksponatlar sərgilənir. == Muzeyin bölmələri == Muzeyin 1-ci bölməsi paleolit dövrünün mədəniyyətini və tarixini özündə əks etdirən materiallarla zəngindir. Bölmədə eramızdan əvvəl XI-XII əsrlərə aid əşyalar nümayiş etdirilir. Qədim Kürdəmir haqqında və ərazidə aparılmış arxeoloji qazıntıları əks etdirən materiallar da böyük maraq doğurur. 3-cü bölmədə isə son orta əsrlərə və XX əsrin əvvəlinə aid eksponatlar sərgilənir.
Kürdəmir rayonu Tarix-Diyarşünaslıq Muzeyi

Kürdəmir seçki dairəsi
Kürdəmic
Əhmədli (əvvəlki: Kürdəmic) — Azərbaycan Respublikasının Şamaxı rayonunun Hacılı inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd XIX əsrdə salınıb. == Toponimikası == Kəndin adını Əhməd şəxs adı ilə bağlayırlar. == Coğrafiyası və iqlimi == Kənd Pirsaat çayının sahilində, Çobançatladan dağının şimal ətəyində yerləşir. == Əhalisi == Kənd əhalisi 545 nəfərdir ki, onunda 248 nəfəri kişi, 297 nəfəri isə qadınlar təşkil edir.
Kürdəmiş
Kürdəmiş — Azərbaycan Respublikasının Göyçay rayonunun Cəyirli inzibati ərazi vahidində kənd. Rayon mərkəzindən cənub-şərqdə, Göyçay çayı sahilində, Şirvan düzündə yerləşən kənd. == Tarixi == == Toponimikası == Kürdəmiş Göyçay rayonunun Qızılağac inzibati ərazi vahidində kənd. Düzənlikdədir. Oykonim kür (çay, su) və dəmi/demi (dəmyə, su çıxmayan yer) sözlərindən, -ş (burada şiddətləndirmə bildirir) şək.-sindən ibarət olub, "tamamilə su çıxmayan yer, dəmyə, əkilməyən sahə" mənasındadır. 1917-ci və 1933-cü illərdə Şamaxı r-nu ərazisində də eyniadlı kənd qeydə alınmışdır. Oronim keçən əsrdə Kürdəmiç, Kürdəmic variantlarında işlənmişdir. Kürdəmiş toponimi ilə bağlı müxtəlif fikirlər, gümanlar vardır. Oykonim kür (çay, su) və dəmi/demi (dəmyə, su çıxmayan yer) sözlərindən, -ş (burada şiddətləndirmə bildirir) şəkilçisindən ibarət olub, “tamamilə su çıxmayan yer, dəmyə, əkilməyən sahə” mənasınadır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1150 nəfər əhali yaşayır.