Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Köhnə Küzək (Auırqazı)
Köhnə Küzək (başq. Иҫке Күзәк, rus. Старокузяково) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd İşli kənd şurasının tərkibindədir. == İnfrastruktur == Küçələr: Karl Marks, Matrosova, Oktyabrskaya, Pervomayskaya, Podqornaya, Radujnaya, Reçnaya, Sovetskaya, Frunze. == Görməli yerlər == Kənd ətrafında karst mağaralar vardır. Onlar arasında ən məşhuru Vertolyotnaya mağarasıdır.
Köhnə Küzək (Avurğazı)
Köhnə Küzək (başq. Иҫке Күзәк, rus. Старокузяково) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd İşli kənd şurasının tərkibindədir. == İnfrastruktur == Küçələr: Karl Marks, Matrosova, Oktyabrskaya, Pervomayskaya, Podqornaya, Radujnaya, Reçnaya, Sovetskaya, Frunze. == Görməli yerlər == Kənd ətrafında karst mağaralar vardır. Onlar arasında ən məşhuru Vertolyotnaya mağarasıdır.
Küzəcik
Küzəcik — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Kəvər (Kamo) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 10 km məsafədə,Kəvər çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim bayat boyundan olan güzücəkli etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 19. IV. 1950-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Lancaxpyur (dağ ətəyindən axan bulaq) qoyulmuşdur. == Əhalisi == Burada tarixən azərbaycanlılar yaşamışdır.
Kuzə
Kuzə və ya Sənək— mayenin saxlanması üçün qulpu və lüləyi olan uzunsov qab. Çaydana oxşasa da ondan hündürdür. Kuzəni müxtəlif materiallardan, ilk növbədə gildən, şüşə və plastikadan düzəldirlər.
Kümə
Kümə — İranın İsfahan ostanının Səmirüm şəhristanının Padina bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,305 nəfər və 551 ailədən ibarət idi.
Kürə
Kürə — fəzanın verilmiş nöqtəsindən müsbət r məsafəsini aşmayan nöqtələr çoxluğudur. "r" kürənin radiusu adlanır. Kürə həmçinin yarımdairənin radiusu ətrafında fırlanmasından yaranan həndəsi cismdir. Bu diametr kürənin oxu adlanır. Kürənin səthi sfera adlanır.
Küçə
Küçə — yol infrastrukturunun bir hissəsi. Bir qayda olaraq kənarında xüsusi sıra sayına malik binalar olur. == Küçələrin təsnifatı == Küçələr təyinatına görə təsnifatlanırlar . === Şəhər küçələri === Şəhər əhəmiyyətli magistral küçələr; Rayon əhəmiyyətli magistral küçələr; yerli əhəmiyyətli küçələr: Kvartallar arası küçələr; Kvartal daxili küçələr; Yaşayış küçəsi; Tramvay-piyada küçəsi; Piyada küçəsi. === Qəsəbə və kənd küçələri === Əsas küçələr; yaşayış küçələri; keçidlər. == Maraqlı faktlar == Yaponiyada küçələrin adları olmur. San-Fransiskoda bir küçə hərlənərək özü - özünü kəsir.
Küpə
Küp — mayeləri tutmaq üçün çox istifadə olunan bir qab növüdür. Dökülmək və ya içmək üçün açılan, bəzən dar olan bir qolu var və tez-tez tökülən bir dodaq var. Tarix boyu küplər metaldan hazırlanmışdır və keramika və ya şüşədən və plastikdən indi yayılmışdır.
Kükə (Bükan)
Kükə (fars. كوكه‎) - İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 173 nəfər yaşayır (29 ailə).
Külə Seyran
Külə Seyran (az.-əbcəd کۆله‌سئیران‎, fars. کله‌سیران‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Çəvərzəq bəxşinin Çəvərzəq qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 110 nəfər yaşayır (33 ailə).
Kürzə (Xudafərin)
Kürzə (fars. كورزق‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 316 nəfər yaşayır (63 ailə).
Kürə dairəsi
Kürə dairəsi (rus. Кюринский округ) — Rusiya imperiyası (Dağıstan vilayətində) və RSFSR–in (Dağıstan vilayəti və Dağıstan MSSR–də) tərkibində, 1862–1928–ci illərdə mövcud olmuş inzibati–ərazi vahidi. İnzibati mərkəzi Qasımkənd idi.
Kürə dağları
'Kürə dağları -' Qərbi Qara dəniz hissəsində yerləşən Kürə dağları “Alp qırışıqlığı” sisteminə bağlı olan bir sıra dağ sisteminin bir hissəsidir. Kürə Dağları Fransadan başlayaraq Balkanlardan Anadoluya, Qafqazdan və İrandan Himalaya qədər uzanan dağ silsiləsinin bir hissəsinə aiddir. Ən yüksək zirvəsi Yaralıgöz dağının hündürlüyü 2019 metrdir. Dağın yamacları sıx meşələrlə örtülmüşdür. == Həmçinin bax == Ağrı dağı Həsəndağ Uludağ Tavr dağları == İstinadlar == Türkiyə Fiziki Xəritələr Toplusu.2014.Təkirdağ.
Kürə xanlığı
Kürə xanlığı (ləzg. Куьредин шарвал) — Cənubi Dağıstanda 1812–1864-cü illərdə mövcud olmuş feodal dövləti. == Coğrafiyası == Kürə xanlığı əsasən Qürahın tarixi və coğrafi bölgəsində yerləşirdi. Buraya Qürah, Ağul və Riçin kənd cəmiyyətlərinin birliklərinin ərazisinin bir hissəsi olan Qürah vadisi daxil idi. Hal-hazırda Kürə xanlığının ərazisində yerləşən inzibati rayonlar: Ağul, Qürah və Süleyman-Stalski rayonları. Cənubda Kürə xanlığının sərhədləri Samurçay istiqamətində Quba xanlığına qədər uzanırdı. Cənub-qərbdə xanlıq Samur silsiləsinin zirvəsində Altıpara və Axtıpara azad cəmiyyətləri ilə, həmçinin Rutul bəyliyi ilə həmsərhəd idi. Qərbdə və şimalda sərhədləri Qazıqumuq xanlığına qədər uzanırdı. Tabasaran maysumluğu ilə şimal-şərqdə sərhədə malik olmuşdur. Şərqdə Kürə xanlığı Dərbənd xanlığı ilə sərhədlənir.
Küsə (Bükan)
Küsə (fars. كوسه‎) - İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 662 nəfər yaşayır (123 ailə).
Küçə fahişəliyi
Küçə fahişəliyi — seks işinin bir növü. Seks işçisi küçə künclərində gözləyərkən və ya küçə ilə gəzərkən müştərilərini ictimai yerlərdən və ya küçələrdən cəlb edir. Seksual hərəkət aktı müştərinin avtomobilində və ya yaxınlıqdakı küçədə, fahişənin evində və ya kirayə götürülmüş motel otağında da baş verə bilər.
Küçə fotoqrafiyası
Küçə fotoqrafiyası (ing. street photography) — ictimai yerdə — yəni küçədə, parkda, çimərlikdə və s. çəkilən fotoqrafiya janrıdır. == Tarixi == Küçə fotoqrafiyası sənədli fotoqrafiyadan yaranmaqla özündə bədiilik elementlərini əks etdirir. Küçə fotoqrafiyasıın tarixi XIX və XX əsrlərin kəsişməsində yaşamış və sənədli, bədii və digər foto janrlarında işləyən fotoqrafların yaradıcılığından başlayır. Küçə fotoqrafiyasının müstəqil janr kimi inkişafı isə "Magnum" foto agentliyinin və küçə fotoqrafiyasının əsas prinsiplərindən olan olan "həlledici məqam" (decisive moment) ideyasının əsasını qoymuş fransız fotoqrafı Henri Cartier-Bressonun adı ilə bağlıdır. Bu janrın fəlsəfəsi və estetikası jurnalist paradiqması olan "dürüst fotoqrafiya" (straight photography) üzərində qurulub və fotoqraf tərəfindən ətrafda baş verənləri heç bir müdaxilə olmadan (məsələn: montaj, qurulma səhnə və s.) olduğu kimi əks etdirməkdir. İctimai yerlərdə baş verənləri hər hansı bir müdaxilə olmadan əks etdirən fotoları küçə fotoqrfiyası janrına aid etmək olar. == Xarici keçid == Как фотографировать людей на улице iN-PUBLiC.com Сборник часто задаваемых вопросов о праве на фотосъемку Arxivləşdirilib 2013-10-29 at the Wayback Machine == Mənbə == The Sidewalk Never Ends: Street Photography Since the 1970’s (2001). Вершовский Антон.
Küçə sənəti
Küçə sənəti (ing. Street art) — ictimai sahələrdə yaradılan və məzmun olaraq sənət ətrafının xaricində yer alan təsviri incəsənət növüdür. Küçə sənətinin indiki vaxtda bir çox fərqli tətbiqi vardır.
Küçə yeməyi
Küçə yeməyi — küçədə, bazarda, yarmarkada və ya digər ictimai yerdə hazır yemək və ya içki satışı. Qida tez-tez portativ qida kabinəsi, ərzaq səbəti və ya yemək maşınında satılır və dərhal istehlak üçün nəzərdə tutulur. 2007-ci ildə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının verdiyi məlumata görə, hər gün 2,5 milyard insan küçə yeməyi yeyir.
Milli Kümə
Milli Liqa (türk. Millî Küme) — Türkiyənin 1937-1950ci illər arasında ən üst səviyyəli futbol çempionatı. Türk futbol tarixində ilk dəfə bötün ölkədən komandaların yarıştığı liqa olub. Liqada dört komanda çempion olub. Fənərbaxça ən çox çempion olan komandadır.
Qızıl küçə
Qızıl küçə və ya Zlata uliçka (çex. Zlatá ulička - rəsmi adı Daliborkadakı Qızıl küçə çex. Zlatá ulička u Daliborky) — Praqa qəsrinin ərazisində, şimal qala divarlarının və köhnə burqqraf binasının arasında yerləşir. XVI əsrin sonunda inşa olunmuş kiçik yaşayış evlərində sadə vətəndaşlar düz İkinci dünya müharibəsinə kimi yaşayırdı. Bu mənzərəli küçə gözəl rəngli fasadları, alçaq və rəngarəng damları və demək olar ki, oyuncaqlara bənzəyən pəncərə və qapıları olan kiçik səliqəli evlərdən ibarətdir. Bu küçə olduqca dardır, onun uzunluğu 200 metrdir. Küçə XVI əsrin ikinci yarısında yaranmışdır. O vaxtlar bu yerlərdə şəhər ox atanları, zərgərlər və sadə qulluqçular məskunlaşmağa başlamışdı. Hazırda isə burada dəbli mağazalar yerləşir və bura baş çəkən ziyarətçilərə çox yaddaqalan əşyalar, hədiyyələr, zərgərlik məmulatları və ya mükəmməl kitabları təklif edir. == Tarix == Keçmişdə, bu küçə Zlatnitska (çex.
Üzə oturma
Üzə oturma, yaxud da feissitinq (ingilis dilində Facesitting) insan cinsi hərəkətlərindən biridir. Bir cinsi partnyor adətən oral-genital və ya oral-anal əlaqəyə icazə vermək və ya məcbur etmək üçün digərinin üzünə oturur. Poza həmçinin digər erogen zonaları stimullaşdırmaq üçün altda qalan partnyorun əllərini azad şəkildə buraxmasına şərait yaradır.
Açıq kürə (riyaziyyat)
n {\displaystyle n} - ölçülü fəzada M M 0 = ( x 1 − x 0 1 ) 2 + ( x 2 − x 0 2 ) 2 + … + ( x n − x 0 n ) 2 < r {\displaystyle MM_{0}={\sqrt {(x_{1}-x_{0}^{1})^{2}+(x_{2}-x_{0}^{2})^{2}+\ldots +(x_{n}-x_{0}^{n})^{2}}}<r} şərtini ödəyən M ( x 1 ; x 2 ; … ; x n ) {\displaystyle M(x_{1};x_{2};\ldots ;x_{n})} nöqtələrindən ibarət çoxluq. Burada M 0 ( x 0 1 ; … ; x 0 n ) {\displaystyle M_{0}(x_{0}^{1};\ldots ;x_{0}^{n})} nöqtəsi kürənin mərkəzi, r {\displaystyle r} onun radiusudur. n = 2 {\displaystyle n=2} olduqda müstəvi üzərində çevrənin daxili oblastı, n = 3 {\displaystyle n=3} olduqda isə fəzada sferanın daxili oblastı alınır: Ədəbiyyat 1. M.Mərdanov, S.Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh.
Aşağı Kürə (Urmiya)
Aşağı Kürə (fars. كوره سفلي‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 318 nəfər yaşayır (54 ailə).
Bizim Küçə (1961)
Bizim küçə tammetrajlı bədii filmi rejissor Əlisəttar Atakişiyev tərəfindən 1961-ci ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Lirik-psixoloji dramda müharibədə itkin düşmüş bir qızın-Saranın acı taleyindən bəhs olunur. Əsas rolları Rimma Məmmədova, Ətayə Əliyeva, Ağadadaş Qurbanov, Gündüz Abbasov və Giuli Çoxonelidze ifa edirlər. == Məzmun == Lirik-psixoloji dramda müharibədə itkin düşmüş bir qızın-Saranın (Rimma Məmmədova) acı taleyindən, qürbətdə başına gələn macəralardan, uzun axtarışlardan sonra xoş bir təsadüf nəticəsində anasına (Ətayə Əliyeva) qovuşmasından bəhs olunur. == Rollarda == Rimma Məmmədova — Sara Ətayə Əliyeva — Bəyim Ağadadaş Qurbanov — Bəhram Gündüz Abbasov — Rasim Giuli Çoxonelidze — Fuad Sona Aslanova — Aşxen Nikolay Barmin — Barışev Nikolay Volkov — Lars Dmitri Orlov — Kurts Yuri Averin — Park Lev Qruber — Lem Osman Həqqi — Musa Nodar Şaşıqoğlu — Mehdi Hüseynzadə Səfurə İbrahimova — Asya Mixail Şveytser — Rus zabiti == Filmi səsləndirənlər == Müxlis Cənizadə — Rasim (Gündüz Abbasov) (titrlərdə yoxdur) Əli Zeynalov — Fuad (Giuli Çoxonelidze) (titrlərdə yoxdur) Hökümə Qurbanova — Sara (Rimma Məmmədova) (titrlərdə yoxdur) Kamil Qubuşov — Bəhram (Ağadadaş Qurbanov) (titrlərdə yoxdur) Hökümə Qasımova — Aşxen (Sona Aslanova) (titrlərdə yoxdur) Yusif Vəliyev — Lars (Nikolay Volkov) (titrlərdə yoxdur) Ağasadıq Gəraybəyli — Kurts (Dmitri Orlov) (titrlərdə yoxdur) Sadıq Hüseynov — Park (Yuri Averin) (titrlərdə yoxdur) Bahadur Əliyev — Musa (Osman Həqqi) (titrlərdə yoxdur) Əzizağa Qasımov — Ofisiant (Qafar Həqqi) (titrlərdə yoxdur) Məmmədrza Şeyxzamanov — Rus zabiti (Mixail Şveytser) (titrlərdə yoxdur) Barat Şəkinskaya - Asya (Səfurə İbrahimova)(titrlərdə yoxdur) Əlizaman Qasımov - Mehdi Hüseynzadə (Nodar Şaşıqoğlu)(titrlərdə yoxdur) == İstinadlar == == Mənbə == Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр.
Kürə Kani (Bükan)
Kürə Kani (fars. كوره كاني‎) - İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 159 nəfər yaşayır (24 ailə).
Duzə
Duzə-İranın Fars ostanının Cəhrom şəhristanının Siməkan bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 790 nəfər və 178 ailədən ibarət idi.
Kufə
Kufə, (Ərəbcə: الكوفة əl Kufə) — İraqda şəhər, Bağdadın 170 km cənubunda, Nəcəfin 10 km şimal-şərqində yerləşir. Fərat çayı kənarındadır. 2003-cü il məlumatına görə əhalisi 110.000 nəfərdir. Əli bin Əbu Talib dönəmində xilafətin mərkəzi idi. Paytaxt olduğu müddətdə mədəni təbəqəsi və müasir dövrdə Şiə Müsəlmanlardan ibarət idi. Nəcəf və Kufə şəhərləri bir-birlərinə çox yaxındırlar və bu səbəbdən onları iki ayrı şəhər hesblamaq olmur.Muxtar Seqefinin İmam Hüseyn İbn Əli uğrunda qaldırdığı üsyan bu şəhərdə olub.
Kupe
Kupe, 2 və ya 4 oturacaqlı, 2 qapılı, 2 və ya 4 yan şüşələri olan üstü bağlı olan sərnişin daşımaq üçün nəzərdə tutulmuş olan avtomobil kuzası növüdür. 4 qapılı kupe (məsələn, mercedes cls350) nəqliyyat vasitələrində olduğu kimi, buradakı tərif də, tam deyil və ya səhvdir. İki nəfərlik olub bir arxa oturacağı olanlar klub kupe adlandırılmışdır. Avtomobil qısaltmaları kupeni daxili həcmi 934 litrdən daha az olan avtomobillər üçün tanıdığı halda, fransızlar sərnişin salonunun bir şüşə arakəsmə vasitəsilə sürücü bölməsindən ayrılaraq, maşının sürücüsünün açıqda, sərnişinlərinin isə qapalı məkanda hərəkət etdiyi ilk nəqliyyat vasitələrinə coupe chauffeur adını vermişdilər. Ümumiyyətlə, dörd oturacaqlı iki qapılı, arxa oturacaq yerləri sabit tavanlı, qabaqdakı oturacaq yerlərinin üstü açıla bilən maşınlar da coupe de ville ya da town coupe olaraq adlandırılmışdır. Renault və Bugatti bu addan Panel Brougham nəqliyyat vasitələri üçün istifadə etmişdirlər. Brougham, motorlu nəqliyyat vasitələrinin erkən mərhələlərində iki və ya dörd nəfərlik qapalı bir avtomobili təsvir etmək üçün istifadə edilmişdir. Belə avtomobillərin kəskin xətləri və hamar səthləri olanlarına isə Panel Brougham deyilmişdir. İki qapılı, sürücünün yanındakı oturacağın yığıla bilindiyi maşınlar isə Opera kupe olaraq adlandırılır.
Juze Saramaqo
Joze Saramaqo (port. José de Sousa Saramago [ʒuˈzɛ ðɨ ˈsozɐ sɐɾɐˈmaɣu]; 16 noyabr 1922[…] – 18 iyun 2010[…], Lansarote, Kanar adaları) — Portuqaliya yazıçısı, şairi, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1998). == Həyatı == Portuqaliya yazıçısı Joze Saramaqo Lissabon yaxınlığındakı kəndlərin birində, torpaqsız kəndli ailəsində doğulmuşdu. Onun iki yaşı olanda Saramaqo ailəsi daha yaxşı qismət ardınca paytaxta köçmüşdü. Əslində, ailənin əsl soyadı Sousa idi, lakin kənddə onları Saramaqo kimi tanıyırdılar. Atası doğum şəhadətnaməsi alanda dərman bitkisi (yabanı turp) anlamında olan bu sözü oğluna soyad kimi yazdırmışdı. Valideynlərinin imkansızlığı ucbatından Joze Saramaqo normal təhsil ala bilməmişdi. Sadəcə texniki peşə məktəbini bitirmişdi. Bir neçə il avtomobil təmiri emalatxanalarında mexanik işləmişdi. Daha sonra jurnalist və tərcüməçi kimi həyatda yerini tapmağa çalışmışdı.
Juze Saramaqu
Joze Saramaqo (port. José de Sousa Saramago [ʒuˈzɛ ðɨ ˈsozɐ sɐɾɐˈmaɣu]; 16 noyabr 1922[…] – 18 iyun 2010[…], Lansarote, Kanar adaları) — Portuqaliya yazıçısı, şairi, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1998). == Həyatı == Portuqaliya yazıçısı Joze Saramaqo Lissabon yaxınlığındakı kəndlərin birində, torpaqsız kəndli ailəsində doğulmuşdu. Onun iki yaşı olanda Saramaqo ailəsi daha yaxşı qismət ardınca paytaxta köçmüşdü. Əslində, ailənin əsl soyadı Sousa idi, lakin kənddə onları Saramaqo kimi tanıyırdılar. Atası doğum şəhadətnaməsi alanda dərman bitkisi (yabanı turp) anlamında olan bu sözü oğluna soyad kimi yazdırmışdı. Valideynlərinin imkansızlığı ucbatından Joze Saramaqo normal təhsil ala bilməmişdi. Sadəcə texniki peşə məktəbini bitirmişdi. Bir neçə il avtomobil təmiri emalatxanalarında mexanik işləmişdi. Daha sonra jurnalist və tərcüməçi kimi həyatda yerini tapmağa çalışmışdı.
Konrad Çuze
Konrad Tsuze (alm. Konrad Ernst Otto Zuse‎; 22 iyun 1910[…], Berlin – 18 dekabr 1995[…]) — alman mühəndisi, ixtiraçısı və iş adamı, müasir kompüterin yaradıcılarından biri. == Fəaliyyəti == 1941-ci ildə düzəltdiyi Z3 hesablama maşını ilə o proqramlaşdırıla bilən kompyuterin və yüksək dilli proqramlaşdırmanın ixtiraçısı sayılır. Tsuzenin düzəltdiyi hesablama maşını rəqəmlərin dual təsvirinə əsaslanaraq üğürla işləyir. O bu maşını hesabat işlərində yaranan çətinliyi aradan qaldırmaq üçün ixtira etmişdir. Tsuze Berlində təyyarə zavodunda mühəndis kimi fəaliyyət göstərirdi. O, təyyarələrin statik hesabatları və riyazi məsələlərin həlli zamanı bu işlərin avtomatlaşdırılması üzərində düşünməyə başlayır. Tsuzenin ideyası dişli çarxlar və ştanqalardan imtina etmək və dual say sistemindən istifadə etməklə yeni bir məntiqə əsaslanan hesablama maşını düzəltməkdən ibarət idi. Artıq 1938-ci ildə, o, özünün ilk sınaq maşınını-Z1-i nümayiş etdirir. Bu maşın öz məntiqinə və yaddaş prinsipinə görə mexaniki maşınlara oxşayırdı.
Kusə (Sayınqala)
Kusə (fars. كوسه‎) - İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 116 nəfər yaşayır (29 ailə).
Kuzen nikahı
Kuzen nikahı (fr. cousin — əmioğlu, xalaoğlu, dayıoğlu, bibioğlu) — nikah formalarından biri. Qəbilə quruluşu dövründə dual təşkilatla əlaqədar idi. Kuzen nikahının iki əsas forması: əmioğlu ilə əmiqızı, xalaoğlu ilə xalaqızı arasındakı nikah ortakuzen, dayıoğlu ilə bibiqızı, bibioğlu ilə dayıqızı arasındakı nikah isə krosskuzen nikah adlanır. Kuzen nikahı irsiyyət və sağlamlıq üçün çox zərərlidir.Kroskuzen nikahı tayfa quruluşu ailələrinə xasdır. Çünki o, iki ekzoqam tayfanın qarşılıqlı nikahına şərait yaradır. Tayfa münasibətləri dağıldıqdan sonra bu qalıq adəti kimi bu gün də mövcuddur. Xalaqızına nisbətən (tuareqlər), əmiqızı ilə olan ortokuzen nikahlar da tez-tez yaranır (ərəblər, malaqasilər, bantular, Dağıstan və Orta Asiya xalqları). Çünki o, əmlakı böyük ailə və ya patronomiya daxilində saxlamağa imkan yaradır. Azərbaycanda da belə hallara rast gəlinir.
Kuzəy (Baltas)
Kuzəy (rus. Кузеево, başq. Күҙәй) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Nijnekarışev kənd şurasının tərkibindədir. 2010-cu ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndin əhalisi 127 nəfərdir. == Coğrafi mövqe == Kənd, rayon mərkəzindən 8 kilometr, ən yaxın dəmiryolu stansiyasından isə 65 kilometr uzaqlıqdadır. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə marilər (83%) üstünlük təşkil edir.