Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Güzdək
Güzdək — Azərbaycan Respublikasının Abşeron rayonunun inzibati ərazi vahidində şəhər tipli qəsəbə. Qəsəbə 1959-cu ildə neft yataqlarının istismar edilməsi ilə əlaqədar olaraq salınmışdır. Qəsəbənin ərazisi Abşeron kəndlərinin qışda qoyun saxladıqları yer olmuşdur. Buradakı ağıllar (yerli əhali arasında xəmbək adlanır) indi də qalmaqdadır. Oykonim türk dillərində geniş yayılmış guz/kuz (payız) sözündən və məkan bildirən -dək/lək şəkilçisindən ibarət olub, "payız otlağı, payız binəsi, payızlıq" deməkdir. == Əhalisi == Əhalisi 2400 nəfərdir. (2008).
Aşağı Güzdək
Aşağı Güzdək — Azərbaycan Respublikasının Abşeron rayonunun Ceyranbatan inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsi Ceyranbatan qəsəbə Sovetindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla Aşağı Güzdək qəsəbə Soveti yaradılmışdır. == Tarixi == Əvvəllər Güzdək dəmir yol stansiyası yanında qəsəbə adlandırılmışdır. 1965-ci ildən qəsəbənin adı indiki kimi rəsmiləşdirilmişdir. Oykonim yaşayış məntəqəsinin coğrafi movqeyi ilə bağlı yaranmışdır. Oykonimin ikinci komponenti güzlək (payız otlağı) sözünun tələffüz formasıdır. == Coğrafiyası və iqlimi == Rayon mərkəzindən 8 km şimal-qərbdə, Güzdək dəmiryolu stansiyasından 600 m aralıdır.
Güzdək bələdiyyəsi
Abşeron bələdiyyələri — Abşeron rayonunda fəaliyyət göstərən bələdiyyələr. Abşeron rayonu ərazisində fəaliyyət göstərən 15 bələdiyyə var. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Aşağı Güzdək bələdiyyəsi
Abşeron bələdiyyələri — Abşeron rayonunda fəaliyyət göstərən bələdiyyələr. Abşeron rayonu ərazisində fəaliyyət göstərən 15 bələdiyyə var. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Köhnə Küzək (Auırqazı)
Köhnə Küzək (başq. Иҫке Күзәк, rus. Старокузяково) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd İşli kənd şurasının tərkibindədir. == İnfrastruktur == Küçələr: Karl Marks, Matrosova, Oktyabrskaya, Pervomayskaya, Podqornaya, Radujnaya, Reçnaya, Sovetskaya, Frunze. == Görməli yerlər == Kənd ətrafında karst mağaralar vardır. Onlar arasında ən məşhuru Vertolyotnaya mağarasıdır.
Köhnə Küzək (Avurğazı)
Köhnə Küzək (başq. Иҫке Күзәк, rus. Старокузяково) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd İşli kənd şurasının tərkibindədir. == İnfrastruktur == Küçələr: Karl Marks, Matrosova, Oktyabrskaya, Pervomayskaya, Podqornaya, Radujnaya, Reçnaya, Sovetskaya, Frunze. == Görməli yerlər == Kənd ətrafında karst mağaralar vardır. Onlar arasında ən məşhuru Vertolyotnaya mağarasıdır.
Güzdək Bozdağı palçıq vulkanı
Güzdək Bozdağı palçıq vulkanı — Güzdək qəsəbəsindən 6 km qərbdə yerləşir. Abşeron yarımadasının ən iri orfoqrafik vahidlərindən biri hesab edilir. Vulkan təpəsi yastı səthli kəsik konus şəklindədir. Brekçiya əsasən, Paleosen, Eosen, Oliqosen-Miosen və qismən üst Təbaşir mənşəli bərk süxurlardan ibarətdir. Sahənin şimal-şərq hissəsində qaç və palçıq püskürən, paraçit çıxışların əmələ gətirdiyi 27 sopka yerləşir. Palçıq vulkanı sahəsinin geoloji quruluşunda Abşeron, Ağcagil mərtəbəsi və Məhsuldar qat çöküntüləri iştirak edirlər. Brekçiya örtüyü göstərir ki, vulkan bir neçə dəfə püskürmüşdür. Qıvrılan uçun dil şəklindəki püskürmənin uzunluğu bir kilometrədək uzanır. Yerli sakinlərin məlumatlarına görə vulkanın keçən əsrdə baş vermiş iri püskürməsi çamanı yaxınlıqda olan 6 çoban, 2000-dən çox mal-qara həlak olmuşdur. Ətrafı işıqlandıran güclü alovun şüaları 10 km məsafədən görünürmüş.
Buzdək rayonu
Buzdək rayonu (başq. Бүздәк районы) — Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayonun inzibati mərkəzi Buzdək kəndidir. Kənd Ufa şəhərindən 112 km aralıda yerləşir. == Coğrafi yerləşməsi == Buzdək rayonu Başqırdıstanın qərbində yerləşir. Rayonun ərazisi 1710 km² təşkil edir. Ərazisi şimaldan cənuba uzanmış formaya malikdir. Çermasan çayının şimal qolları rayon ərazisindən axır. Ərazisində əsasən qara torpaqlar yayılsa da cənub hissədə bəzən talalar şəklində boz meşə torpaqlarına rast gəlmək olar. Meşələrində şam, palıd ağacları üstünlük təşkil edir.
Saymon Kuznes
Saymon Smit Kuznes (ing. Simon Smith Kuznets; emiqrasiyaya qədər Şimen (Semyon) Abramoviç Kuznes) (30 aprel 1901-8 iyul 1985) — ABŞ iqtisadçısı, statistik, demoqraf və iqtisadiyyat tarixçisi. İqtisadiyyat üzrə Nobel mükafatı laureatı 1971-ci il. İqtisadiyyatın emprik elm kimi formalaşması və iqtisadi tarixin kəmiyyətinin inkişafı Kuznesin adı ilə bağlıdır. == Həyatı == Atasından 15 il sonra 1922-ci ildə ABŞ-yə köçdü. Atası soyadını dəyişmişdi, amma gənc Kuznes bunu etmədi. Kolumbiya Universitetində təhsil alaraq 1926-cı ildə doktorluq disertasiyasını tamamladı. 1927-ci ildə Beynəlxalq İqtisadi Tədqiqatlar Bürosunda büronun qurucusu Uesli Mitçellə birlikdə işlədi. Həmin dövrdə ABŞ-nin milli gəliri ilə bağlı ilk araşdırmaları və iqtisadi zaman sıraları mövzusunda geniş tədqiqatlar apardı. İqtisadi artımla da bağlı geniş araşdırmalar apararaq tədqiqatını tamamladı.
Kuzə
Kuzə və ya Sənək— mayenin saxlanması üçün qulpu və lüləyi olan uzunsov qab. Çaydana oxşasa da ondan hündürdür. Kuzəni müxtəlif materiallardan, ilk növbədə gildən, şüşə və plastikadan düzəldirlər.
Kuzen nikahı
Kuzen nikahı (fr. cousin — əmioğlu, xalaoğlu, dayıoğlu, bibioğlu) — nikah formalarından biri. Qəbilə quruluşu dövründə dual təşkilatla əlaqədar idi. Kuzen nikahının iki əsas forması: əmioğlu ilə əmiqızı, xalaoğlu ilə xalaqızı arasındakı nikah ortakuzen, dayıoğlu ilə bibiqızı, bibioğlu ilə dayıqızı arasındakı nikah isə krosskuzen nikah adlanır. Kuzen nikahı irsiyyət və sağlamlıq üçün çox zərərlidir.Kroskuzen nikahı tayfa quruluşu ailələrinə xasdır. Çünki o, iki ekzoqam tayfanın qarşılıqlı nikahına şərait yaradır. Tayfa münasibətləri dağıldıqdan sonra bu qalıq adəti kimi bu gün də mövcuddur. Xalaqızına nisbətən (tuareqlər), əmiqızı ilə olan ortokuzen nikahlar da tez-tez yaranır (ərəblər, malaqasilər, bantular, Dağıstan və Orta Asiya xalqları). Çünki o, əmlakı böyük ailə və ya patronomiya daxilində saxlamağa imkan yaradır. Azərbaycanda da belə hallara rast gəlinir.
Kuzəy (Baltas)
Kuzəy (rus. Кузеево, başq. Күҙәй) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Nijnekarışev kənd şurasının tərkibindədir. 2010-cu ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndin əhalisi 127 nəfərdir. == Coğrafi mövqe == Kənd, rayon mərkəzindən 8 kilometr, ən yaxın dəmiryolu stansiyasından isə 65 kilometr uzaqlıqdadır. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə marilər (83%) üstünlük təşkil edir.
Jül Kunde
Jül Kunde (12 noyabr 1998, Paris) — İspaniya La Liqasında çıxış edən Barselonanın və Fransa milli komandasının müdafiəçisi. == Karyerası == === Bordo === "Bordo"nun heyətində ilk matçına 13 yanvar 2018-ci ildə keçirilən "Trua" – "Bordo" matçında çıxıb. Matç "Bordo"nun 0–1 hesablı qələbəsi ilə başa çatıb. "Bordo"da ilk qolunu 10 fevral 2018-ci ildə keçirilən "Bordo" – "Amiens" matçının 31-ci dəqiqəsində vurub. Matç "Bordo"nun 3–2 hesablı qələbəsi ilə başa çatıb. 3 iyul 2019-cu ildə "Bordo"dan ayrıldı. === Sevilya === 3 iyul 2019-cu ildə "Sevilya"ya transfer olundu."Sevilya"da ilk matçına 22 iyul 2019-cu ildə keçirilən "Liverpul" – "Sevilya" matçının 46-cı dəqiqəsində çıxıb. Matç "Sevilya"nın 1–2 hesablı qələbəsi ilə başa çatıb. "Sevilya"nın heyətində ilk qolunu 18 dekabr 2019-cu ildə keçirilən "Berqantinos" – "Sevilya" matçının 16-cı dəqiqəsində çıxıb. Matç "Sevilya"nın 0–1 hesablı qələbəsi ilə başa çatıb.
Buzdux dağı (Kəlbəcər rayonu)
Buzluq — Azərbaycan Respublikası Kəlbəcər rayonunun ərazisində dağ. Hündürlüyü 2390 m. Dağın quzey yerlərində, qayalar arasında yay fəslində də buz olduğu üçün belə adlandırılmışdır. Keçmişdə dağ yaylaq yeri olmuşdur. Dağın ərazisində Buzxana adlı yer də var. == Haqqında == Murovdağ silsiləsinə aid yüksəkliklərdən biri olan Buzluq dağı Kəlbəcər, keçmiş Ağdərə və Goranboy rayonlarını birləşdirir. Mənbəyini Buzluq dağının ətəyindən — Murovdağ silsiləsinin Şimal yamacından götürən Buzluqçay da məhz həmin dağın adı ilə eyniləşdirilib. Buzluqçay Goranboy rayonunun Buzluq kəndinin ortasından keçməklə Kürəkçaya qovuşur. Kəlbəcərin məşhur Ağdaban və Çayqovuşan kəndləri də Buzluq dağının ətəyində yerləşir. Buzluq dağı Qarabağ silsiləsinə daxildir.