Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kalmak (Əbyəlil)
Kalmak kəndi (başq. Ҡалмаҡ) - Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Xalil kənd sovetliyinə daxil olan kənd. Kənd Böyük Kızıl çayının Böyük Kazmaş çayına birləşdiyi yerdə yerləşir. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Kalmak kəndinin milli tərkibi: başqırdlar 100 %. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askorovo): 28 km., kənd sovetliyindən (Xalil): 16 km. ən yaxın dəmiryol stansiyasından (Alməhəmməd stansiyası): 24 km. == İstinadlar == == Mənbə == Совет муниципальных образований Республики Башкортостан.
Gültan Kışanak
Gültan Kışanak (15 iyun 1961, Elazığ ili və ya Elazığ) — kürd əsilli Türkiyə jurnalisti, yazıçısı və siyasətçisi. Ailəsi əslən Dərsimdəndir. O , Türkiyə Böyük Millət Məclisinin keçmiş deputatı və Diyarbəkir bələdiyyə sədridir. Kışanak 2016-cı ilin oktyabrından həbsdədir. == Erkən illəri == Gültan Kışanak 15 iyun 1961-ci ildə Türkiyənin Elazığ şəhərində, əslən dərsimli olan bir kürd ailəsində anadan olmuşdur. O, 1978-ci ildə Dəclə Universitetinin Təhsil fakültəsində təhsil almağa başlamış, lakin 1980-ci ildə həbs olunmuş və iki il Diyarbəkir həbsxanasında saxlanılmışdır. Özünün dediyinə görə, o, onun yanında ayağa qalxmaqdan imtina etdiyi üçün iki ay həbsxana rəisinin it daxmasında saxlanılmışdır. Kışanak başqa bir çıxışında altı ay it daxmasında yatdığını söyləmişdir. 1986-cı ildə İzmirin Egey Universitetində jurnalistika təhsili almağa başlamışdır. 16 mart 1988-ci ildə Səddam Hüseynin Hələbcəyə hücumuna etiraz edərkən həbs edilmişdir.