Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kədərlənmə!
"Не горюй!" (gürc. არ იდარდო!) (az. — Kədərlənmə!) — rejissor Georgi Daneliyanın 1968 çəkdiyi sovet komediya-dram bədii filmi. Film fransız yazıçısı Klod Tilierin "Mənim əmim Benjamin" tragikomediya romanının adaptasiyasıdır. == Süjet == Gürcüstan, 19-cu əsrin sonu. Benjamin Qlonti (Vaxtanq Kikabidze) Sankt-Peterburqda həkim ixtisası üzrə təhsil alır və doğma şəhərinə qayıdır. O, təhsil borclarını ödəməyə və xəstələri müalicə etməyə hec tələsmir, lakin dostları, Benjaminin kürəkəni olan katib Luka və vəkil Dodo ilə əylənmək üçün vaxt keçirir. Benjaminin Bacısı Sofiko (Sofiko Chiaureli) onu və böyük ailəni saxlamalidir. Qardaşıni evləndirməyə çalışaraq, onu leytenant İşxnelini sevən yerli həkim Tsintsadzenin varlı ailəsindən olan qızini Meri ilə bir araya gətirir və taniş edir. Benjaminin qayğısız həyatı birdən-birə cox mürəkkəbləşir.
Həm sevincdə, həm kədərdə
Həm sevincdə, həm kədərdə (hindcə: कभी ख़ुशी ख़ुशी कभी कभी ग़म-->, Rom: Kabhi Khushi Kabhie Gham) — rejissoru Karan Johar olan Bollivud filmidir. Filmdə Amitabh Bachchan, Jaya Bachchan, Shahrukh Khan, Kajol, Hrithik Roshan, Kareena Kapoor və Rani Mukerji çəkilmişdirlər. Film Kuch Kuch Hota Hai filmindən sonra çəkilmişdir. == Süjet xətti == Rahul Yaşvardhan və Nandinin ögey övladıdır. O məktəbi bitirib gələndə qardaşı Rohan 9 yaşındadır. Rahulun atası Hindistanın zəngin insanlarından biridir. O, oğlunu ən yaxın dostunun qızı Naina ilə evləndirmək istəyir, lakin Rahul onların evində dayə işləyən qadının qardaşı qızı Ancaliyə aşiq olur. Rahulun atası buna qarşıdır və Rahul vəziyyəti izah etmək üçün Ancalinin yanına gedəndə Ancalinin atasının öldüyünü görür və elə həmin gün onunla evlənir. Bundan xəbər tutan atası Rahuldan imtina edir. Rahul İngiltərəyə gedir, bir daha geri qayıtmır.
Həm sevincdə, həm kədərdə (film, 2001)
Həm sevincdə, həm kədərdə (hindcə: कभी ख़ुशी ख़ुशी कभी कभी ग़म-->, Rom: Kabhi Khushi Kabhie Gham) — rejissoru Karan Johar olan Bollivud filmidir. Filmdə Amitabh Bachchan, Jaya Bachchan, Shahrukh Khan, Kajol, Hrithik Roshan, Kareena Kapoor və Rani Mukerji çəkilmişdirlər. Film Kuch Kuch Hota Hai filmindən sonra çəkilmişdir. == Süjet xətti == Rahul Yaşvardhan və Nandinin ögey övladıdır. O məktəbi bitirib gələndə qardaşı Rohan 9 yaşındadır. Rahulun atası Hindistanın zəngin insanlarından biridir. O, oğlunu ən yaxın dostunun qızı Naina ilə evləndirmək istəyir, lakin Rahul onların evində dayə işləyən qadının qardaşı qızı Ancaliyə aşiq olur. Rahulun atası buna qarşıdır və Rahul vəziyyəti izah etmək üçün Ancalinin yanına gedəndə Ancalinin atasının öldüyünü görür və elə həmin gün onunla evlənir. Bundan xəbər tutan atası Rahuldan imtina edir. Rahul İngiltərəyə gedir, bir daha geri qayıtmır.
Kəbərlər
Kəbərlər — Xəzərlərin tərkibinə daxil olan türkdilli tayfalardan biri. == Tarix == IX əsrdə indiki Ukraynanın Poltava çevrəsində yaşamışdılar. Həmin əsrdə Xəzər xaqanlığına üsyan edən 3 boydan biriydi. Bizans imperatoru VII Konstantinin yazdığı De Administrando Imperio adlı kitaba görə, bu üsyanlar yetərince diqqətə dəyər üsyanlar olmuşlar və bunun nəticəsində Kəbərlər 854-cü ildə xaqanlıqdan qovuldular və əraziyə o dövrdə təzə-təzə köç edən macarların Het-Magyar (Yeddi Macar) boyuna sığındılar. Macarıstana köçən Kəbərlər əvvəllər Xəzər dilində danışırdılar, sonralar isə tədricən assimilyasiya olunaraq macar dilini qəbul etdilər və macarların arasında əriyib getdilər. Kəbərlərin təsiri ilə macar dilinə xeyli türk sözü keçib. === Azərbaycanda === Kəbərlər Azərbaycana erkən orta əsrlərdə gəlmiş, Mil və Qarabağ düzlərində məskunlaşmışlar, Kəbirli elinin əsasını qoymuşlar. == Mənbə == Q.A.Qeybullaev, Xazarskie etnonimı v Azerbaydjane. DAN Azerb. SSR, 1980, № 10, s.
Kəmərli
Kəmərli — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. İncə dərəsinə aid üç kənddən biridir. Azərbaycanda qədim yaşayış məskənlərindən biri. 1982-ci ildə kənd ərazisinin bir hissəsi yəni Korbulağ ərazisinin 1,5 hissəsi SSRİ Mərkəzi komitəsinin qərarı ilə Ermənistana verilmişdir. Kəmərlilər o dövr üçün çox ciddi sayılacaq müqavimət göstərmişdir. == Etimologiya == Kəndin adı Kimer (Kəmərli) tayfasının adından yaranmışdır. Mənbələrin verdiyi məlumata görə kimmerlər Şimali Qara dəniz hövzəsindən köç edərək Azərbaycanda və Şərqi Anadoluda məskunlaşmşdılar. Herodotun yazdığına görə, e.ə. VIII əsrdə Şərqdən Qara dənizin Şimal çöllərinə-kimmerlərin ölkəsinə skiflər gəlmişdilər. Kimmerlər onlarla toqquşmaqdan çəkkinmiş, yığışıb Cənubi Qafqaza, oradan da Kiçik Asiyaya köç etmişdilər.
Xəbərlə
Bədərə
Bədərə (dağ) — Əsgəran rayonunda dağ. Bədərə (çay) — Kəlbəcər və Əsgəran rayonlarından axan çay. Bala Bədərə (çay) — Əsgəran rayonunda çay.
Kədər
Kədər və ya qəm — mənfi duyğu və ya bədbəxt olmaq hissi.
Aslan Kəmərli
Mustafazadə Aslan Müstafa oğlu (Aslan Kəmərli) — şair, 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1975), "Azərbaycan" qəzetinin bölgə müxbiri, "Qazax" Xeyriyyə Cəmiyyətinin yaradıcılarından biri və ilk sədri (1992-ci ildən). == Həyatı == Aslan Kəmərli 1942-ci il noyabrın 19-da Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. Burada orta məktəbi bitirmiş (1949-1959), sonra kolxozda çalışmışdır (1959-1960). Bakı rabitə texnikumunda təhsilini davam etdirmişdir (1960-1963). Ordu sıralarında xidmət etmişdir (1963-1966). Əmək fəaliyyətinə "Neft daşları" qəzeti redaksiyasında ədəbi işçi kimi başlamış, sonra redaktor işləmişdir (1968-1971), "Azərbaycan gəncləri" qəzeti redaksiyasının xüsusi müxbiri olmuşdur (1971-1977). M.Qorki adına Moskva Ədəbiyyat İnstitutunun poeziya fakültəsini bitirmişdir (1971-1976). "Pioner" jurnalı redaksiyasında məsul katib (1977-1991), "Azərbaycan" qəzetində müxbir, sonra Gəncə-Qazax zonası üzrə xüsusi müxbir olmuşdur (1992-ci ildən). "Qazax" Xeyriyyə Cəmiyyətinin yaradıcılarından biri və ilk sədri idi (1992-ci ildən). SSRİ jurnalistlər dəstəsinin tərkibində Türkiyədə olmuşdur.
Kəmərli bələdiyyəsi
Qazax bələdiyyələri — Qazax rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Kəmərli xalçaları
Kəmərli xalçaları — Azərbaycan xalçaçılıq məktəblərindən olan Qazax xalçaçılıq məktəbinin Qazax qrupuna aid olan xovlu xalça növü. == İstehsalı == "Kəmərli xalçaları" öz adını Qazax şəhərindən 38 km şimal-qərbdə yerləşən Kəmərli kəndinin adından almışdır. Kənd Qazax rayonunun Qaymaqlı, Şıxlı, Salahlı kimi tanınmış xalçaçılıq məntəqələrinin arasında yerləşir. Kəmərli, hər şeydən əvvəl, xovsuz xalçaların ("zili") və məişət əşyalarının (çul, xurcun və s.) istehsal mərkəzidir. "Kəmərli" xalçaları təkcə Kəmərli kəndində deyil, Ermənistan Respublikasının və Gürcüstan Respublikasının Kəmərli kəndinə yaxın olan eyni adlı xalçaçılq məntəqələrində də istehsal olunmuşdur. == Bədii xüsusiyyətləri == "Kəmərli xalçaları"nın bədii xüsusiyyətləri "Qaçağan xalçaları"nda olduğu kimidir. Yeganə fərq ondan ibarətdir ki, buradakı mərkəzi medalyonlar ara sahədə daha sərbəst yerləşmişdir. == Texniki xüsusiyyətləri == "Kəmərli xalçaları"nın ölçüsü, adətən, böyük olmur. Uzunsov formatlı və böyük ölçülü "kəmərli xalçaları"na nadir hallarda rast gəlinir. "Kəmərli xalçaları"da bir kvadrat desimetrdə ilmələrin sıxlığı 30x30 ilmədən 35x35 ilməyə qədər yerləşir.
Kədərim (film, 2015)
4.1 şəhər motivləri kinoalmanaxı xaricdə təhsil alan beş gənc azərbaycanlı rejissorun lentə aldığı beş qısametrajlı filmdən ibarətdir. Film Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Azərbaycanfilm" kinostudiyası və Adarifilms tərəfindən istehsal edilmişdir. Filmdə əsas rolları Gülzar Qurbanova, Cavanşir Hadıyev, Roman Şulqa, Əli Nəsib, Teymur Nadir, Eyvaz Əliyev, Namiq Ağayev, Arzu Əhmədov, Zemfira Sadıqova, Əlibəy Məmmədli, Əbdül Mahmudov, Dilarə Kazımova, Rövşən Vəliyev, Azər Aydəmir, Əbdül Mahmudov və Aqil M. Quliyev ifa edirlər.
Kədər maskası
Kədər maskası —— SSRİ-da siyasi repressiya qurbanı olanlara həsr olunmuş Maqadanda yerləşən memorial abidə. Nəzərdə tutulan "Kədər üçbucağı" abidələrindən birincisi. "Kədər üçbucağı"na aid olan ikinci abidə isə 2017-ci ildə Yekaterinburq ətrafında qoyulub. == Abidənin tarixi == 1990-cı ilin yayında ABŞ-də yaşayan heykəltaraş Ernst Neizvestnıy Maqadana gəlir. O özü ilə 1930–1950-ci illərdə stalin repressiyalarının qurbanlarının xatirəsinə həsr olunmuş abidənin eskizlərini gətirərək burada nümayiş etdirir. Nəzərdə tutulurdu ki heykəltaraş tərəfindən düşünülən "Kədər üçbucağı" (Maqadan, Vorkuta, Yekaterinburq) abidələrindən ilki Maqadanda ucaldılacaq. 23 iyul 1990-cı ildə Maqadan şəhər icraiyyə komitəsi Maqadanda Stalin repressiyaları qurbanlarına memorial abidənin ucaldılması ilə bağlı qərar verir. Memorialın mərkəzi abidəsi sol gözündən kiçik maskalar şəklində göz yaşı axan insan üzünə bənzədilib. Sağ göz isə dəmir barmaqlıqlı pəncərə formasında düzəldilib. Abidənin arxa tərəfində isə standart olmayan xaçın altında bürüncdən düzəldilmiş ağlayan qadın heykəli var.
Salam kədər
"Salam, kədər!" (fransızca: "Bonjour tristesse") əsəri 1954-cü ildə Fransua Saqan (Françoise Sagan) tərəfindən yazılmışdır. Romanın başlığı Pol Elardın (Paul Éluard) "Sağol, kədər/Salam, kədər" misraları ilə başlayan şeirindən götürülmüşdür (şeirin adı: "À peine défigurée"). 1958-ci ildə Otto Preminger tərəfindən romana ingilis dilli film çəkilmişdir. Bu romanı müəllif 18 yaşında olarkən yazmışdır və roman qısa müddət ərzində oxucular arasında böyük rəğbət hissi ilə qarşılanmışdır. Kitab 30-dan artıq dilə tərcümə olunmuş, 5 milyondan çox nüsxəsi satılmışdır. Əsərin baş qəhrəmanı Sesilya (Cécile) bütün gənclərin idoluna çevrilmişdir. Le Monde qəzetinin 1999-cu ildə tərtib etdiyi "XX əsrin 100 kitabı" siyahısında bu əsərə də rast gəlmək mümkündür.
Qüssə kədər
Kədər və ya qəm — mənfi duyğu və ya bədbəxt olmaq hissi.
Bala Bədərə (çay)
Bala Bədərə, Bala Badara — Əsgəran rayonunda çay. Badara çayının sol qoludur. Bala Bədərə variantında da qeydə alınmışdır. Hidronim bala (kiçik, balaca) və Badara komponentlərindən düzəlib, "kiçik Badara çayı" deməkdir.
Alban məbədinin qalıqları (Kəmərli)
Alban məbədinin qalıqları — Qazax rayonunun Kəmərli kəndində yerləşən məbəd qalıqları. Qalıqlar erkən orta əsrlərə aiddir. Ölkə əhəmiyyətli arxeoloji abidədir.
Məhəbbətim, kədərim mənim (film, 1978)
"Məhəbbətim mənim, kədərim mənim" (rus. Любовь моя, печаль моя) — SSRİ və Türkiyənin birgə istehsalı olan film. == Məzmun == Şərq hökmdar qadını Məhin Banu bacısı Şirini ölümcül xəstəlikdən xilas etmək üçün öz gözəlliyini qurban verir. Şirin rəssam Fərhadla rastlaşır. Onlar bir-birini sevməyə başlayırlar. Lakin Məhin Banu hər ikisini çox sevdiyi üçün onları ayırır. == Film haqqında == Film Nazim Hikmətin "Məhəbbət əfsanəsi" pyesi əsasında çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Əsərin müəllifi: Nazim Hikmət Ssenari müəllifi: Əjdər İbrahimov Quruluşçu rejissor: Əjdər İbrahimov Quruluşçu operator: Konstantin Petriçenko Quruluşçu rəssamlar: Boris Nemeçek, Boris Blank, Vladimir Kirs Bəstəkar: Murad Kajlayev Səs rejissoru: Olqa Burkova Geyim rəssamı: Olqa Kruçinina Şeirlərindən istifadə olunmuş şair: Nizami Gəncəvi === Rollarda === == İstinadlar == == Mənbə == Tağızadə, Ş. “Qəribə adam” Bakıda çəkiləcəkdir. [Azərbaycan SSR xalq artisti Əjdər İbrahimovun Nazim Hikmətin "Məhəbbət əfsanəsi" əsərinin motivləri əsasında "Məhəbbətim mənim, kədərim mənim" Sovet-Türkiyə filminin çəkiləcəyi haqqında] //Bakı.- 1979.- 25 aprel. Кино: Энциклопедический словарь / Гл.
Məhəbbətim mənim, kədərim mənim (film, 1978)
"Məhəbbətim mənim, kədərim mənim" (rus. Любовь моя, печаль моя) — SSRİ və Türkiyənin birgə istehsalı olan film. == Məzmun == Şərq hökmdar qadını Məhin Banu bacısı Şirini ölümcül xəstəlikdən xilas etmək üçün öz gözəlliyini qurban verir. Şirin rəssam Fərhadla rastlaşır. Onlar bir-birini sevməyə başlayırlar. Lakin Məhin Banu hər ikisini çox sevdiyi üçün onları ayırır. == Film haqqında == Film Nazim Hikmətin "Məhəbbət əfsanəsi" pyesi əsasında çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Əsərin müəllifi: Nazim Hikmət Ssenari müəllifi: Əjdər İbrahimov Quruluşçu rejissor: Əjdər İbrahimov Quruluşçu operator: Konstantin Petriçenko Quruluşçu rəssamlar: Boris Nemeçek, Boris Blank, Vladimir Kirs Bəstəkar: Murad Kajlayev Səs rejissoru: Olqa Burkova Geyim rəssamı: Olqa Kruçinina Şeirlərindən istifadə olunmuş şair: Nizami Gəncəvi === Rollarda === == İstinadlar == == Mənbə == Tağızadə, Ş. “Qəribə adam” Bakıda çəkiləcəkdir. [Azərbaycan SSR xalq artisti Əjdər İbrahimovun Nazim Hikmətin "Məhəbbət əfsanəsi" əsərinin motivləri əsasında "Məhəbbətim mənim, kədərim mənim" Sovet-Türkiyə filminin çəkiləcəyi haqqında] //Bakı.- 1979.- 25 aprel. Кино: Энциклопедический словарь / Гл.
Amblyseius hederae
Amblyseius hederae (lat. Amblyseius hederae) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. == İstinadlar == Amblyseius hederae Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Kinderle mağarası
Kinderle mağarası ( və ya Qələbə mağarası, Qələbənin 30 illiyi mağarası) — Rusiya Federasiyası, Başqırdıstan Respublikası, Qafuri rayonu, Taş-Astı kəndi yaxınlığında yerləşən mağara. Mağara Kinderle çayının sol sahilində yerləşir. Mağara 1940-cı illərdə aşkarlanmışdır. Bununla belə mağarada ilk araşdırma işləri 1974-cü ildə gerçəkləşdirlmişdir. Araşdırma işləri A. Andreyevin rəhbərliyi ilə aparılmışdır. Mağara Faşist Almaniyası üzərində qələbənin 30 illiyi münasibəti ilə Qələbə mağarası olaraq adlandırılmışdır. == Təsviri == Mağarada 4 yarusludur. Çıxış 94 metr hündürlükdə yerləşir və buradan enişli bir tunelə çıxışı vardır. Burada buzlaqlar və çoxlu sayda stalaqmitlər müşahidə edilir. Bundan əlavə aşağı enərkən Çılçıraq zalını görmək mümkündür.
Kuperle şəlaləsi
Kuperle şəlaləsi — Nuquş çayının bir qolu olan Kuperle üzərində yerləşən şəlalə. Başqırdıstan Respublikasının Mələuez rayonu, Başqırdıstan Milli Parkı ərazisində yerləşir. yaxınlığında Kuperle karst körpüsü vardır. Şəlalənin hündürlüyü 15 metrdir. == Həmçinin bax == == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Kuperle şəlaləsi ilə əlaqəli mediafayllar var.
Xeberle.com
Şeverle (Auırqazı)
Şeverli (başq. Шеверле, rus. Шеверли) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Semenkin kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 26 km, kənd sovetliyindən (Semenkin): 2 km. ən yaxın dəmiryol stansiyasından (Sterlitamak stansiyası): 40 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə çuvaşlar (97%) üstünlük təşkil edir.