Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Xələfşə
Xələfşə — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. == Tarixi == Xələfşə kəndi Füzuli rayon mərkəzindən 6 km çənub-qərbdə, düzənlikdə yerləşir. Kəndi Xələf şah adlı şəxs saldığına görə kəndə də onun adı verilmişdir. Azərbaycan dilində "şah"titul bildirən söz ilə şəxs adı olan Xələf sözü birləşərək, Xələfşə oykonimini əmələ gətirir. "H" səsi burada düşmüşdür. Bəzi ehtimallara görə toponim XVIII əsrdə Qarabağ xanının vəkili olmuş Mirzə Xələfin adı ilə əlaqədardır. XVIII əsrdə (1727-cı il) aid "Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri"ndə kəndin adı Xəlifəşahlı kimi yazılmışdır. Xələfşə (Xələfşah) oykonimi dərviş Səfəvi ordeni ilə bağlıdır. 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir == Toponimikası == Xələfşa oyk.
Kələmə
Kələmə— İranın Buşehr ostanının Dəştistan şəhristanının Buşkan bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,937 nəfər və 436 ailədən ibarət idi.
Xələfşə kəndi
Xələfşə — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. == Tarixi == Xələfşə kəndi Füzuli rayon mərkəzindən 6 km çənub-qərbdə, düzənlikdə yerləşir. Kəndi Xələf şah adlı şəxs saldığına görə kəndə də onun adı verilmişdir. Azərbaycan dilində "şah"titul bildirən söz ilə şəxs adı olan Xələf sözü birləşərək, Xələfşə oykonimini əmələ gətirir. "H" səsi burada düşmüşdür. Bəzi ehtimallara görə toponim XVIII əsrdə Qarabağ xanının vəkili olmuş Mirzə Xələfin adı ilə əlaqədardır. XVIII əsrdə (1727-cı il) aid "Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri"ndə kəndin adı Xəlifəşahlı kimi yazılmışdır. Xələfşə (Xələfşah) oykonimi dərviş Səfəvi ordeni ilə bağlıdır. 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir == Toponimikası == Xələfşa oyk.
Bazu kələfi
Bazu kələfi lat. plexus brachialis dörd aşağı boyun sinirlərinin və qismən IV boyun və I döş sinirlərinin ön şaxələrindən əmələ gəlir. Bəzən II döş sinirinin ön şaxəsindən də kiçik şaxəcik alır. Ön pilləli və orta pilləli əzələlərin arasından xaricə çıxaraq, aşağı, bayır tərəfə gedir, körpücük sümüyünün altından qoltuq çuxuruna daxil olur. Körpücüküstü və körpücükaltı çuxurları keçərkən körpücükaltı arteriyadan yuxarı və dala yerləşir, öz vəziyyətinə görə iki hissəyə bölünür: körpücüküstü hissə lat. pars supraclavicularis və körpücükaltı hissə lat. pars infraclavicularis. Bazu kələfi qoltuq çuxuruna daxil olarkən üç dəstəyə ayrılır: bayır, içəri və dal dəstələr - lat. fasciculi lateralis, medialis et posterior. Bunlar qoltuq çuxurunda qoltuq arteriyasını əhatə edirlər.
Bel kələfi
Bel kələfi lat. plexus lumbalis üç yuxarı bel və qismən XII döş (ThXII) və IV bel sinirlərinin (L4) ventral şaxələrindən təşkil olunur. IV bel sinirinin ventral şaxəsinin çox qismi bel kələfində iştirak edir, az bir hissəsi isə V bel sinirinin venteral şaxəsi ilə birləşərək bel-oma kötüyünü (lat. truncus lumbosacralis) təşkil edir. XII döş sinirinin ancaq kiçik bir şaxəsi bel kələfində iştirak edir. Bel kələfi bel fəqərələrinin köndələn çıxıntılarının önündə lat. m. psoas major daxilində yerləşmişdir. == Verdiyi şaxələr == Əzələ şaxəsi lat. rami musculares Qalça-qarınaltı sinir lat.
Boyun kələfi
Boyun kələfi lat. plexus cervicalis üç yuxarı və qismən IV boyun sinirlərinin (C1-C3 və qismən C4) ön şaxələrindən əmələ gələrək ota pilləli və kürəyi qaldıran əzələlərin başlanan uclarının önündə yerləşir və döş-körpücük-məməyəbənzər əzələ ilə örtülü olur. Boyun kələfindən çıxan şaxələr üç qrupa bölünür: birləşdirici, dəri və əzələ şaxələri.
Büzdüm kələfi
Büzdüm kələfi lat. plexus coccygeus - V oma və büzdüm sinirinin ön şaxələrindən (S5-Co) əmələ gəlir. Kələf büzdüm əzələsi ilə oma-tin bağının önündə yerləşmişdir və oma kələfi ilə rabitədədir. Büzdüm kələfi lat. nn. ancoccygei özündən adlanan bir neçə şaxələr verir. Bu şaxələr büzdüm əzələsinin önü ilə əvvəlcə aşağı gedir, sonra arxaya keçərək büzdüm sinirinin dal şaxəsi ilə birlikdə büzdüm nahiyəsinin dərisini innervasiya edir. Kələfdən eyni zamanda bir neçə əzələ şaxəsi çıxaraq büzdüm əzələsini, anusu qaldıran əzələni innervasiya edir.
Oma kələfi
Oma kələfi (lat. Plexus sacralis) — sinir kələfi olub, IV və V bel sinirlərinin ön şaxələri, eləcə də dörd oma sinirlərindən (SI — SIV) təşkil olunmuşdur. Oma kələfi kiçik çanaqda, armudu əzələninön səthində yerləşir. Oma kələfini təşkil edən sini kötükləri böyük oturaq dəliyinə istiqamətlənərək bir yerə toplaşır və üçbucaq şəkilli qalın bir sinir kötüyünü təşkil edir. Üçbucaq şəkilli bu kötüyün ardını bədəndə ən böyük sinir olan oturaq siniri - (lat. n. ischiadicus) təşkil edir. Oma kələfindən iki qrup: çanaq əzələlərinə məxsus qısa və aşağı ətraf əzələlərinə və dərisinə məxsus uzun şaxələr çıxır. == Qısa şaxələr == Əzələ şaxəsi lat. ramus musculares - armudu, daxili qapayıcı, ekiz əzələləri budun kvadrat əzələsini, anusu qaldıran əzələni və büzdüm əzələsini innervasiya edir.
Hələbcə
Hələbcə — İraqın Süleymaniyyə mühafəzəsində şəhər. Əhalisi 300,000 nəfərdir. Qədim şəhərdir. 1650-cı ildən tanınır.
Küləcə
Küləcə — belə qədər düz, ətəyi büzməli olan qadın üst geyimi.Yaxası açıq olan küləcənin uzunluğu dizə qədər, qolu isə dirsəkdən aşağı olur. Küləcə əsasən, məxmər və tirmədən tikilir. Yaxasına, bel kəsiyinə, ətəyinə və qollarının ağzına çox vaxt güləbətin, muncuq, pilək və məlilə ilə tikmə tikilir. Azərbaycanlı qadının geydiyi tumanın uzunluğu, Naxçıvan—Ordubad zonasından başqa, topuğa qədər olur. Naxçıvan—Ordubad zonasında qadınlar nisbətən qısa tuman geyirlər. Tuman 10–12 taxta müxtəlif naxışlı ipək və ya yun parçalardan tikilir. Üst tumandan başqa onun altından geyilən tumanlara ara tumanı və alt tumanı deyilir. Tumanlar büzməli yaxud qırçınlı olub lifəsinə tumanbağı keçirilir. Keçi sapından toxunmuş tumanbağının iki baş tərəflərində rəngli ipək və güləbətin saplardan hazırlanmış qotazları olur. Tumanlar çitdən tutmuş tirməyə qədər hər cür parçadan tikilir.
Telefe
Telefe (Televisión Federal üçün qısaltma) Buenos-Ayres, Argentina-da yerləşən bir televiziya stansiyasıdır. Stansiya Televisión Federal S. A. vasitəsi ilə Paramount Global-ə məxsusdur və idarə olunur. Telefe eyni zamanda Argentinanın altı milli televiziya şəbəkəsindən biridir. Studiyaları Buenos-Ayresdəki Martínezdə, şirkətin mərkəzi qərargahına bitişikdir; vericisi Alas Binasında yerləşir.Telefe stansiyasının havada alına bilmədiyi ərazilərdə, peyk və seçilmiş kabel sistemlərində mövcuddur. Telefe ayrıca Amerika, Avropa, Asiya və Okeaniyada mövcud olan beynəlxalq bir şəbəkəyə (Telefe Internacional) malikdir.
Hələbcə mühafəzəsi
Hələbcə mühafəzəsi — İraq Respublikasında inzibati-ərazi vahidi. Sahəsi 888.915 km², əhalisi 1997–ci il siyahıya almasına əsasən 110.000 nəfərdir. Hələbcə mühafəzəsinin inzibati mərkəzi Hələbcə şəhəridir.
Velençe gölü
Velençe gölü (ing. Lake Velence, mac. Velencei-tó) — Macarıstanda üçüncü ən böyük göl. Macarıstanın ən məşhur turistik məkanlarından biridir. Gölün ümumi sahəsi km²-dir və ərazinin üçdə biri qamışlıqla örtülmüşdür. Günəşli iqliminə görüə Avropanın ən isti göllərindən biridir: yayda onun temperaturu 26-28 °C-ə çatır. == Coğrafiyası == Velençe gölü Feyer əyalətində yerləşir.
Kəlicə (Soyuqbulaq)
Kəlicə (fars. كليجه‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 682 nəfər yaşayır (125 ailə).
Teləçe rayonu
Teləçe rayonu (tatar. Теләче районы) — Rusiya Federasiyası, Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayon respublikanın mərkəzində yerləşir. İnzibati mərkəzi Kazandan 78 km məsafədə yerləşən Teləçe kəndidir və ən yaxın dəmiryol stansiyasına Arça 39 km məsafədədir. 2011-ci ilin may ayında İldus Fatixoviç Zaripov rayion rəhbərı olur. == Coğrafiyası == Sərhədləri: şimalda - Saba, şərqdə - Mamadış və Kukmara ilə, cənubda Balık Bişməse ilə, qərbdə Pitrəç və şimal-qərbdə Arça rayonları ilə. Relyefi təpəli düzənlikdir. Tikinti daşları, əhəng, torf yataqlarına sahibdir. Rayon ərazisindən Myaşa çayı axır. == Tarixi == Teləçe rayonu 10 fevral 1935-ci ildə qurulmuşdur.
Şotland dili (keltcə)
Şotland kelt dili və ya Gel dili (Gàidhlig; ing. Scottish Gaelic, və ya Scots Gaelic) — kelt dillərinin Hoydel qolunun nümayəndəsi, daşıyıcıları olan -kelt qəl xalqı -adətən dağlıq Şotlandiyada və Hebrid adalarında yaşayırlar. Daşıyıcılarının sayı Şotlandiyada 58 652 nəfər(2001) və 500-1000 arası Kanadada (Yeni Şotlandiya əyaləti, əsasən Keyp-Breton adası). Dil daşıyıcılarının kiçik qrupları ABŞ, Avstraliya, Yeni Zelandiya, Cənubi Afrika Respublikasında var. Daşıyıcıların dünyada sayı təxminən 60 min nəfərdir. Şotlandiyanın düzənlik ərazisində yayılmış ingilis dilinə qohum, german dil qrupuna aid skoç dili ilə fərqli dillərdir.
Hələbcə şəhərinə zəhərli qaz hücumu
Hələbcə qətliamı — İran-İraq müharibəsi zamanı İrana dəstək verən kürdləri cəzalandırmaq məqsədilə İraq lideri Səddam Hüseynin əmrilə İraqın şimalında kürdlərin yaşadığı Hələbcə şəhərinin əhalisinə qarşı 1988-ci il 16-17 mart tarixlərində həyata keçirilmiş kimyəvi silah hücumu. Hücum zamanı iprit, zarin, tabun və VX qazından istifadə edilmişdir. Ölənlər barədə müxtəlif məlumatlarda bir neçə yüz nəfərdən 7 minədək insanın öldüyü, həmçinin 20 minə yaxın insanın isə müxtəlif xəsarətlər aldığı bildirilir. Daha çox 5 000 nəfərin öldüyü və 11 000 nəfərin xəsarət aldığı barədə məlumata üstünlük verilir. 1 mart 2010-cu il tarixində İraq Ali Cinayət Məhkəməsi Hələbcə qətliamını soyqırım kimi tanımışdır.