KƏLƏFÇƏ

is.
1. İp, sap dolamaq və ya dolanmış ipi sarğıdan açmaq üçün alət; sarğac, fırlanqıc.
İtirmişəm kələfçənin başını; Tapanmıram üzüyümün qaşını… Şəhriyar.

2. Kələf.
◊ Kələfçəsi qarışmaq – işi çətinləşmək, dara düşmək.
Kələfçəsi pırtlaşıq (pırtlaq) düşmək – bax kələfçəsi qarışmaq.
İşi çəlpəşik olan, kələfçəsi pırtlaq düşən, dardan qurtarmaq istəyənlər … gəlib [Sayalını] tapardılar. Mir Cəlal.

KƏLƏF
KƏLƏFLƏMƏ

Digər lüğətlərdə