Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kəmal parkı
İki Kamal türbəsi və ya İki Kamal məzarı — Təbrizdə Abbasi və Beylankı küçələrində yerləşir. Abidə təsadüfən tapılıb və restavrasiya olunaraq ətrafında park salınıb. Türbədə Kamal adlı 2 şəxsiyyətin şair Kamal Xocəndi və miniatürist Kəmaləddin Behzadın yanbayan məzarı var. Məzarlar zirzəmidə yerləşir onları görmək üçün 10 pillə aşağı enmək lazımdır. Türbənin ətrafındakı parkda bu 2 şəxsiyyətin heykəlləri də qoyulub. == Şəkilləri == == Həmçinin bax == Möminə Xatun türbəsi Qırmızı Günbəz türbəsi Üç Günbəz türbəsi == İstinadlar == == Xarici keçidlər == Türbə haqqında hazırlanmış sənədli film. fars.
Kəmal üddövlə məktubları
Kəmalüddövlə məktubları — Mirzə Fətəli Axundovun 1865-ci ildə yazdığı bədii–fəlsəfi traktat. Bu əsər Axundovun yazdığı ən mühüm tənqid tipli publisistik işi sayılır. Hind şahzadəsi Kəmalüddövlə ilə fars şahzadəsi Cəlalüddövləylə yazışması süjetin əsasını təşkil edir. Burada yazıçı hər cür dini fanatizmi aradan qaldırmaq üçün amansız mübarizəni qarşısına məqsəd qoyur. Odur ki, "Kəmalüddövlə məktubları" bəşəriyyətə xidmət etmək, şərq xalqlarını dini xurafatdan, zalımların əsarət zəncirindən azad etmək üçün zülmə və əsarətə qarşı mübarizə silahına çevrilir. Axundov 1857-ci ildə köhnə müsəlman əlifbasını islah etmək məqsədilə ərəb qrafikası əsasında yeni bir əlifba layihəsi tərtib etmişdir. Bu layihəni müsəlman ölkələrində qəbul etdirmək məqsədilə o, 1863-cü ildə İstanbula getmiş, layihəni Türkiyənin baş naziri Fuad paşaya təqdim etmişdir. Layihə baş nazirin göstərişi ilə "Cəmiyyəti-Elmiyyeyi-Osmaniyyə"də müzakirə edilmiş, lakin qəbul olunmamışdır. Türkiyədən qayıtdıqdan sonra "Kəmalüddövlə məktubları" adlı bədii-fəlsəfi əsərini yazmağa başlamış,1865-ci ildə isə tamamlamışdır. O, 1866-cı ildə əsəri yaxın dostu Mirzə Yusif xanla birlikdə fars dilinə,1874-cü ildə isə görkəmli şərqşünas Adolf Berje ilə rus dilinə çevirmiş və çap etmək uğrunda çalışmışdır, lakin yazıçı bu istəyini həyata keçirə bilməmiş, arzusu gözündə qalmışdır.
Dəmgil
Dəmgil — bitkilərdə, əsasən də meyvə və giləmeyvələrdə rast gəlinən xəstəlik. Dəmgil xəstəliyi tumlu meyvə bitkilərinə ən çox zərər verən və Azərbaycan şəraitində çox yayılan göbələk xəstəliklərindən biridir. Onu Fusicladium cinsinə aid göbələklər törədir. Bu xəstəlik zamanı meyvənmin səthində girdə, tutqun boz rəngli ləkələr əmələ gəlir.Meyvələrin erkən müddətlərdə zədələnməsi daha qorxuludur, çünki dəmgil ləkələrinin altında mantarlaşmış qoruyucu toxuma əmələ gəlir və meyvənin belə yerləri inkişaf etmir. Meyvə birtərəfli böyüyür, onun zədələnmiş yerlərinin toxuması çatlayır. Belə meyvələr əmtəəlik dəyərini, tamını itirir və uzun müddət saxlanıla bilmir. Yetişməsinə az qalmış zədələnən meyvələrin forması dəyişilmir. Bu meyvələr çatlamır, lakin 2-ci sorta aid edilir. Xəstəlik saxlanılma zamanı artmır və sağlam meyvələrə keçmir. Dəmgil meyvənin xarici görünüşünü korlayır, tənəffüsü sürətləndirdiyindən şəkərin və C vitamininin miqdarı azalır.
Email
Elektron poçt (ing. electronic mail) və ya imeyl — ünvan sahibinin asudə vaxtlarda açıb və oxuduğu rəqəmli poçt qutusuna göndərilən elektron poçt, mətn göndərişləri. E-mail hazırkı dövrdə insanlar arasında ən çox yayılmış ünsiyyət növüdür. Bu ünvan bir neçə saniyə ərzində İnternet şəbəkəsinin yerləşdiyi istənilən yerə nəinki mətn, veb-səhifə, hətta məktub halında olan istənilən faylı göndərməyə imkan verir. ABŞ və Avropadan başlayaraq bu rabitənin adı "e-mail" və ya "email" formasında yazılır. Əsasən qarşısına (@) ət işarəsi qoyulur == Tarixi == İlk elektron poçt da bir çox texnoloji yeniliklərin başlanğıcı kimi əsgəri işlərdən ötəri çıxmışdır. 1960-cı illərin sonlarında hərbi sistem üçün sistemlər inkişaf etdirməyə çalışan Rels Tomlinson ilk olaraq 1971-ci il oktyabr ayında iki kompüter arasında fayl mübadiləsini həyata keçirmişdir. Tomlinson "The Times" qəzetinə müsahibəsində deyirdi: "İlk e-mail`imdə nə yazdığımı mən də xatırlamıram. Yalnız aralarında bir metr məsafə olan iki kompüter arasında həyata keçirilən fayl transferi idi. Mesajlaşma üçün kiçik bir addım, insanoğlu üçün isə böyük bir sıçrama idi." E-mail 1990-cı illərə qədər çox inkişaf etdi.
Kemahın mühasirəsi
Kəmaxın mühasirəsi — Osmanlı ordusunun Səfəvi dövlətinin əlində olan Kəmax qalasını mühasirəyə alması nəzərdə tutulur. == Arxa plan == Çox önəmli bir mövqeyi olan Kəmax qalası Anadolunun şimal qoluna nəzərat etmək üçün önəmli istehkam idi. Buna görə də, İldırım Bəyazid zamanında bu qala Osmanlı ordusu tərəfindən ələ keçirilmişdi. Teymurun Anadolunu fəth etməsindən sonra isə, bəzi türk bəylikləri bu qalaya hakim olmuşdur. XVI əsrin əvvəlində isə sürətlə böyüyən Səfəvi dövlətinin himayəsinə girən qala Osmanlının Səfəvilər üzərinə etdikləri səfərlərində əsas hədəflərdən biri halına gəldi. Bir çox hücum edilsə də, qalanın ələ keçirilməsi mümkün olmadı. Əksinə, buradan hərəkət edən Səfəvi ordusu davamlı olaraq yaxınlıqdakı Osmanlı mülklərinə yağma yürüşləri təşkil edirdilər. Bu yağma yürüşləri qalanın ələ keçirilməsini Osmanlı üçün daha da vacib hala gətirmişdi. Çaldıran döyüşündən sonra qışlamaq üçün Amasyaya gələn Osmanlı sultanı bu işi yaza qədər ertələmək qərarına gəldi. Yürüşə komandan kimi isə sevimlisi olan Bıyıklı Mehmed Paşanı təyin etdi.
Kemali Bülbül
Kemali Bülbül (d. 1928 – ö. 23 sentyabr 2012) — Müasir türk aşıq şeirinin təmsilçilərindən biri. == Həyatı == Əsl adı Kemal Bülbül olan Kemali Bülbül 1928-ci ildə Samsun ilinin Kavak ilçəsin Kozansıkı məhəlləsində anadan olmuşdur. İbtidai təhsilini doğma kəndində almışdır. "Konya Aşıqlar Günü" və Türkiyənin müxtəlif bölgələrində təşkil edilən şənliklərə qatılmış və birincilik də daxil olmaqla müxtəlif mükafatlar almışdır. Samsunda bir müddət "Torun" və "Vicdan səsi" qəzetlərinin naşiri olmuşdur. Bir çox radio və televiziya proqramında iştirak etmişdir. Onun şeirləri müxtəlif jurnallarda və qəzetlərdə dərc olunmuşdur. 1975-ci ildə, Xalq Ozanlarını Tanıtma və Əsərlərini Yaşatma Dərnəyinin təsisçilərindən biri olmuş və həmin dərnəyin ilk rəhbəri seçilmişdir.
Əli Kəmali
Əli Əkbər oğlu Kəmali (30 mart 1944, Savə, Mərkəzi ostanı – 1 avqust 1999, Savə, Mərkəzi ostanı) — folklorşünas. == Haqqında == Əli Kamali 1944-cü ildə anadan olub.Kasıb bir kəndli ailəsində dünyaya göz açan Əli kiçik yaşlarında mollaxanada, sonra isə Savə və Tehran şəhərlərində oxumuşdu. Yeniyetməliyindən poezyaya böyük maraq göstərən Əli Kamali yaradıcılığa lirik şeirlərlə başlamışdı. 1966-cı ildə Tehran universitetində hüquq fakültəsini bitirib əsgəri xidmətə yollanmışdı. İki il müddətində hərbi məktəbdə hüquqdan dərs demişdi. Əsgəri xidməti başa vurduqdan sonra təhsilini davam etdirərək magistir dərəcəsi almışdı.1996-ci ilin avqustun 1-də ölmüşdür.
Kemal Alispahiç
Kemal Alispahiç — Bosniya və Herseqovina futbol mütəxəssisi == Həyatı == 13 mart 1966-cı il təvəllüdlü bu mütəxəssis vətənində - Bosniya və Herseqovinada Jelezniçar və Sarayevo kimi klublarda çalışıb. 2009-cu ilin iyun ayında Muğan Salyan klubunun baş məşqçisi təyin olunub. Milliyətcə türk olan mütəxəssis həm türk, həm də rus dilində danışa bilir. Muğan Salyan klubunun tarixinə ilk əcnəbi mütəxəssis kimi düşən Alispahiç Azərbaycanda çalışan ilk bosniyalı məşqçidir. Kemal Alispahiç ardıcıl uğursuz nəticələrdən sonra tutduğu vəzifədən kənarlaşdırılıb.
Kemal Monteno
Kemal Monteno (17 sentyabr 1948 — 21 yanvar 2015) — karyerasını 1960-2010-cu illərdə davam etdirmiş, italyan əsilli bosniyalı müğənni. == Karyerası == O, 1967-ci ildə "Lidiya" adlı ilk mahnısını oxudu və keçmiş Yuqoslaviya Sosialist Federativ Respublikasında uğurlu karyeraya ilk addımını atdı. Onun bir çox mahnıları digər müğənnilər tərəfindən də oxunub. Məsələn, "Bacila je sve niz rijeku" təkcə onun hit mahnısı deyildi, bu mahnı həm də Toşe Proeski tərəfindən də oxunub. Eynilə "Nekakos proljeca" və "Nije htjela" mahnıları da başqa ifaçılar tərəfindən sevilib və oxunub. İllər ərzində, oxuduğu mahnılara görə o, "Bosniyanın Roy Orbisonu" və "Nil Daymondu" kimi tanınmağa başlamışdı. == Şəxsi həyatı == Monteno öz gələcək həyat yoldaşı Branka ilə ilk dəfə 1967-ci ildə Sarayevoda görüşmüşdü. Monteno Yuqoslaviyadakı vətəndaş müharibəsindən qayıtdıqdan sonra, onlar 1971-ci ilin 26 iyununda ailə qururlar. Onların Adriana adlı bir qızları və Dani adlı bir oğulları olur. O, 1990-cı illərdə baş vermiş Bosniya və Hersoqovina müharibəsində ölkədən çıxmamış, blokadaya alınmış Sarayevoda qalmışdır.
Kemal Tepret
Kemal Tepret (21 aprel 2000-ci il Urfa) Türk sahibkar, təşəbbüskar, " Popile " [1] və " Potinss "-in qurucusu . == Bioqrafiya == Kemal Tepret, tanınmış bir iş adamı olan Haluk Tepret-in oğludur. Haluk Tepret "Kemaltepretoğulları" şirkətlərinin qurucusu və eyni zamanda oğlu Kemal Tepret şirkətin qurucu ortağıdır. [2] . Kamal Tepret iş həyatına ilk öncə "Potinss" və "Popile"[3] ilə başladı . [4] Kemal Tepret ibtidai, orta və tam orta məktəb təhsilini "Koç Özel " liseyində tamamladı. Məzun olduqdan sonra Amerika da yerləşən "Santa Clara Universitetinin" "Kompüter mühəndisliyi şöbəsini" fakültəsini müvəfəqqiyyətlə başa vurub. Daha sonra Koç Universiteti daxil olub və burada "Media" və "Görsel Sanatlar" ixtisasında təhsil alıb. == Potins == "Potinss" orta məktəb şagirdlərini hədəf alan bir sosial media platformasıdır. "Potinss" də istifadəçilər fikirlərini anonim şəkildə paylaşa bilərlər.
Mariz Kemal
Mariz Kemal (erz. Маризь Кемаль; 13 avqust 1950, Maloye Maresevo[d], Mordoviya MSSR[d]) - Erzyan şairi, yazıçı. 1996-cı ildən Rusiya Yazıçılar Birliyinin üzvüdür. == Bioqrafiya == Raisa Stepanovna Kemaykina, 1950-ci il avqustun 13-də, Çamzinski rayonunun Maloe Maresevo kəndində, indiki Mordoviya Respublikasında, kəndli ailəsində anadan olub. 1965-ci ildə, kənd məktəbində səkkizinci sinifi bitirdikdən sonra Bolşemaresevskaya orta məktəbində iki il oxudu. Mordoviyanın Oqarev Universitetinin filologiya fakültəsini bitirmiş, rus dili və ədəbiyyatı müəllimi kimi ixtisaslaşmışdır. 1972-ci ildən 1975-ci ilədək öz doğma kənd məktəbində müəllim kimi çalışmışdır. Rus ədəbiyyatında kifayət qədər saat yox idi və gənc müəllimə əlavə olaraq alman və erzyan dilini öyrətmək təklif edildi. Raisa, ixtisası olmayan Öz ana dilində tədris etməkdən imtina etdi, lakin sonradan erzyan dili və folkloru ilə maraqlanmağa başladı. 1975-ci ilin yazında Saranska köçdü və iki il Erzyan Pravda qəzetinin müxbiri kimi fəaliyyət göstərdi.
Kemal Kılıçdaroğlu
Kamal Kılıçdaroğlu (türk. Kemal Kılıçdaroğlu; 17 dekabr 1948, Nazimiyə[d], Türkiyə) — Türk siyasətçi və keçmiş dövlət məmuru. Cümhuriyyət Xalq Partiyasının sədri və Türkiyə Ana Müxalifət lideri (2010-cu ildən). Türkiyə Böyük Millət Məclisinin 22, 23, 24, 25, 26 və 27-ci çağırış millət vəkili, Türkiyədə prezidentliyə sabiq namizəd (2023). == Fəaliyyəti == === Əmək fəaliyyəti === 1971-ci ildə əmək fəaliyyətinə Türkiyə Maliyyə Nazirliyində mühasib köməkçisi kimi başlamışdır. 1983-cü ildə Gəlirlər Baş İdarəsinə şöbə müdiri təyin edilmiş, burada idarə rəisinin müavini vəzifəsinə qədər yüksəlmişdir. Daha sonra sosial sığorta sahəsində işləmiş, Hacəttəpə Universitetində müəllim, İş Bankında idarə heyətinin üzvü olmuşdur. === Siyasi fəaliyyəti === 1999-cu ildən başlayaraq bir müddət Demokratik Sol Partiya ilə əməkdaşlıq etmişdir. 2002 və 2007-ci illərdə İstanbuldan Cümhuriyyət Xalq Partiyası siyahısı ilə Türkiyə Böyük Millət Məclisinin millət vəkili seçilir. 2007-ci ildən o, həmçinin Türkiyə Böyük Millət Məclisində Dəniz Baykalla birlikdə CXP fraksiyasının həmsədri olmuş və bu vəzifəni 17 may 2010-cu il tarixinə qədər icra etmişdir.
Ali Kemal Denizci
Ali Kamal Denizci (1 mart 1950, Trabzon) — Trabzonspor, Fənərbaxça və Beşiktaş komandalarında oynamış Türkiyənin keçmiş milli futbolçusu, məşqçisidir . Fırtına Kamal ləqəbi olan Əli Kamal Denizci keçmiş futbolçu Osman Denizcinin böyük qardaşıdır. == Futbol karyerası == === Klub komanda karyerası === 17 yaşında Çarşıbaşı klubunda futbol oynamağa başlayıb. Bir il sonra o, "Trabzon Yolspor"a transfer olunub. Daha sonra o vaxt üçüncü liqada çıxış edən "Rizəspor" a keçdi. O, 2 il qaldığı Rizədəki çıxışı ilə "Kayserispor" dan təklif alıb. Kayseridə imza atdıqdan sonra ikinci liqadakı Trabzonspor ona təklif gətirdikdən sonra müqaviləsini ləğv etdi və Trabzonsporda oynamağa başladı. Heyət formalaşandan sonra "Trabzonspor" ilk ildə orta hesabla çempionluğu "Kayserispor" a uduzdu. Növbəti mövsüm Türkiyə Birinci Liqasına çempion kimi yollanıb. Birinci Liqadakı ilk mövsümündə (1974–75) Trabzonspor 9-cu yeri tutdu və kubokun finalında oynadı.
Udon no Kuni no Kiniro Kemari
Poco's Udon World (azərb. Pokonun udon dünyası‎), Yaponiyada tanınan adı ilə Udon no Kuni no Kiniro Kemari (うどんの国の金色毛鞠, azərb. Udon ölkəsinin qızıl tük yumurcağı‎) və ya qısaca Udonnokuni — Nodoka Şinomaru tərəfindən yazılan manqa seriyası. 2012-ci ilin iyununda Shinchosha nəşriyyatının "Monthly Comic @ Bunch" jurnalında nəşr olunmağa başlamışdır və 15 fevral 2019-cu ildə kimi 12 tankobon cildi buraxılmışdır. Liden Films studiyası tərəfindən anime serialı adaptasiyası istehsal olunmuş və 9 oktyabr 2016-cı ildə yayımlanmağa başlamışdır. == Məzmun == Sota Tavara Tokioda işləyən veb-dizaynerdir. Bir gün boya-başa çatdığı Kaqavada ailəsinə məxsus udon restoranını ziyarət etdiyində kiçik oğlan uşağı ilə rastlaşır. Lakin tezliklə onun tanuki (Yaponiya yenotu) olduğunu, sehr vasitəsilə özünü oğlan kimi maskaladığını kəşf edir. Əvvəlcə qarşılaşdığı vəziyyəti qəbul etməkdə çətinlik çəkən Sota sonda onun qayğısına qalmağa qərar verir və ona Poko adını verir. Manqa bu ikilinin başına gələn gündəlik macəralardan bəhs edir.