Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kerəşke (Baymak)
Kerəşke (başq. Кәрешкә, rus. Галеево) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Tatlıbay kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Baymak): 42 km, kənd sovetliyindən (Tatlıbay): 6 km. ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 32 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (100%) üstünlük təşkil edir.
Bərikə
Bərikə (ərəb. بريكة‎) — Əlcəzairin şimal-şərqində, Batna vilayətində şəhər. Eyniadlı dairənin inzibati mərkəzidir. == Coğrafi mövqe == Şəhər vilayətin şimal-şərq hissəsində, Ores dağ silsiləsi ərazisində, dəniz səviyyəsindən 450 metr (1,480 ft) yüksəklikdə yerləşir.Bərikə ölkənin paytaxtı Əlcəzairdən təxminən 255 kilometr (158 mil) cənub-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin siyahıya alınmasına əsasən, şəhərdə 104,388 nəfər yaşayır. İllər üzrə şəhər əhalisinin dinamikası: == Nəqliyyat == Ən yaxın hava limanı Biskra şəhərində yerləşir.
Əriştə
Əriştə — undan (məsələn, buğda, düyü və ya qarabaşaq unundan) hazırlanan әrzaq (xәmir mәhsulu). Əriştə hazırlamaqdan ötrü xәmiri kündәlәyir, oxlovla yuxayayanda nazik lavaş kimi yayıb, sonra üst-üstә qatlayıb zolaq (dilim) şәklindә kәsirlәr. Əriştə müxtəlif ölkələrin mətbəxlərinin (məsələn, Çin, İtaliya və s.) vacib hissəsidir. Azәrbaycanda əriştədәn müxtәlif xörәklәr: әriştәli isti duru xörәk, әriştәaşı, әriştәçilov, әriştәplov vә s. hazırlanır. Əriştәaşı bişirmәk üçün әvvәlcәdәn Əriştə kәsilib qurudulur vә sacda qovrulur, sonra qaynar suda bişirilib aşsüzәndәn keçirilir, yağ töküb dәmә qoyulur. Əriştәaşına müxtәlif xuruş da әlavә edilir. Anadoluda qışlıq yemək olaraq istehlak edilər. Şorbasından makaronuna qədər bir çox şəkildə istehlak edilər. == Tarix == Əriştənin yazılı mənbələrində ən erkən qeydi Şərqi Han dövrünə (b.e.
Convallaria keiskei
Keysk inciçiçəyi (lat. Convallaria keiskei) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin i̇nciçiçəyi cinsinə aid bitki növü.
Kerişan (Xudafərin)
Kerişan (fars. كريشان‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 121 nəfər yaşayır (24 ailə).
Koriski burnu
Koriski burnu (yap. カモイワッカ岬) — İturup adasında yerləşən burun (Kuril adaları). İturup adasının şimalında yerləşən Medveji yarımadasının sonucunu təşkil edir. Öz növbəsində bir sıldırımlı qayadır. Burun yaxınlığında su üstü və su altı daşlar müşahidə edilir. Burada hündürlüyü 51 metr olan bir ada vardır. Sahillərində orta qabarma 1 metrdir. İnzibati baxımından Rusiyanın Saxalin vilayəti, Kuril şəhər dairəsinə daxildir. Yaponiya isə əraziyə iddia edir və buranı Hokkaydo qubernatorluğunun Nemuro dairəsi Sibetoro qəzasına daxil edir. Yaponiyada bəzən Koriski burnunu Yaponiyanın ucqar şimal nöqtəsi olaraq göstərirlər.
Pyotr Kurışko
Pyotr Kurışko (1894, Rusiya imperiyası – 1921, Dedoplistsğaro rayonu) — Sovet Rusiyasının hərbi xadimi, Rusiya vətəndaş müharibəsində və Gəncə üsyanının yatırılmasında iştirak edib. == Həyatı == 25 oktyabr 1894-cü ildə Don vilayətinin Ostradovka kəndində anadan olub. 3-cü sinifə qədər təhsil alıb. 1915-ci ildə orduya çağırılır və Yekatirinodarda yerləşən süvari hissələrinin birində xidmətə başlayır. 1917-ci ildə xidmətdən sonra öz kəndinə qayıdıb 1918-ci ildə Qırmızı ordunun Aleksandrovskiy eskadronunda xidmətə başlayır. 1919-cu ildə 400 atlısı olan süvari dəstəyə rəhbərlik edir. 13 iyul 1919-cu ildə onun dəstəsi I Kuban süvari alayı adlandırılır. 6 noyabr 1919-cu ildə döyüşlərdə fərqləndiyinə görə Qırmızı bayraq ordeni ilə təltif olunur. 18-ci süvari diviziyasının komandiri kimi o 1920-ci ildə Gəncə üsyanının yatırılmasında iştirak edir. Üsyan zamanı Yelenendorf istiqamətində yaralanır.
Rhododendron keiskei
Keysuke rododendronu (lat. Rhododendron keiskei) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin rododendron cinsinə aid bitki növü. == Təbii yayılması == Yaponiyada dağ vadilərində, yamaclarda, qayalıq torpaqlarda rast gəlinir. == Botaniki təsviri == Hündürlüyü 1 m-ə qədər, bəzən daha artıq olan həmişəyaşıl koldur. Cavan zoğları xırda yarpaqlarla örtülmüşdür, çox vaxt torpağa yapışır. Yarpaqları uzunsov-lansetvarıdan ellipsvarıyadək dəyişir, bünövrəsində yumru, uzunluğu 3-8 sm, eni 1,2-3,0 sm, üst tərəfi tünd yaşıldır, orta damarcıqda tükcüklü, alt tərəfi qabıqlarla örtülmüşdür. Cavan yarpaqları bürünc rənglidir. Saplaqların uzunluğu 4-5 mm olub, uzun tükcüklərlə örtülmüşdür. Çiçək qruplarında çiçəkləri 2-6 ədəddir, bir az sarımtıldır. Çiçək tacı enli-zəngvari, qısa borucuqlu, diametri 4 sm, üstü qabıqlarla örtülmüşdür.
Serbske Nowiny
Serbske Nowiny ( Serbske Nowiny) — Yuxarı sorb (Almaniyanın Saksoniya federal əyalətinin şərq hissəsi) nəşr olunan axşam qəzetidi. Yuxarı sorb dilində çap olunan yeganə gündəlik qəzetdi. Qəzetin naşiri Bautzendə yerləşən Sorb milli assosiasiyasının "Domovina"sına daxil olan Domovina Xalq Nəşriyyatıdır. == Tarixi == 1842-ci ildə "Tydźenska nowina" adı ilə ilk dəfə Bautzendə çap olundu, onun redaktorları əvvəlcə Handrij Zejler, sonra isə Yan Arnost Smoler idi. 1854-cü ildə siyasi həftəlik jurnalın adı Serbske Nowiny olaraq dəyişdirildi. Nəşr və redaktə işi 1870-ci illərdə Marko Smoler öz üzərinə götürdü. Serbske Nowiny 1921-ci ildən gündəlik qəzet kimi nəşr olunur. Sorb qəzeti əvvəldən dövlət orqanlarının qoyduğu maneələrlə üzləşməli olur. Məsələn, Bautzen Şəhər Şurası açıq şəkildə şərt qoydu ki, Tydźenske nowiny heç bir xarici siyasət xəbəri dərc etməməlidir. Bundan əlavə, təriqət sərhədləri qəzetin yayılmasını məhdudlaşdırırsın.
Janna Friske
Janna Friske (rus. Жанна Владимировна Фриске) — Rusiyalı estrada müğənnisi, kinoaktrisa və fotomodel.
Riskə münasibət
Riskə münasibət — zəmanətli nəticə ilə risklə əlaqəli nəticə arasında seçim edərkən onun davranışını xarakterizə edən iqtisadi agentin üstünlüklərinin xüsusiyyəti. Riskdən qaçan şəxs eyni gözlənilən gəliri nəzərə alaraq, riskə əsaslanan (ing. risk-aversed) gəlirdən daha çox müəyyən sabit gəlirə üstünlük verir. Riskli neytral olan şəxs eyni gözlənilən dəyərə malik müəyyən və qeyri-müəyyən gəlir arasında seçimə biganədir. Riski sevən insan, qeyri-müəyyən gəlirin gözlənilən dəyəri müəyyən gəlirdən az olsa belə, müəyyən gəlirdən qeyri-müəyyən gəlirə üstünlük verir. == Tərifi == Riskə münasibət müəyyən bir ehtimalla qazanc və ya itki baş verdikdə qeyri-müəyyənlik şəraitində agentin davranışını xarakterizə edir. Neoklassik iqtisadiyyatda risk və qeyri-müəyyənlik anlayışları eynidir. Bütün mümkün nəticələrin və onların baş vermə ehtimallarının əvvəlcədən məlum olduğu güman edilir. Nəticələr toplusu onların baş vermə ehtimalı ilə birlikdə lotereya adlanır. Əgər vahid ehtimalla hansısa nəticə baş verirsə (əmin), o zaman o, həm də zəmanətli uduşlu degenerativ lotereya hesab edilə bilər.
İndekslənmiş ardıcıl erişmə üsulu
İndekslənmiş ardıcıl giriş üsulu (ing. indexed sequential access method (ISAM)) – böyük verilənlər bazasında yazının axtarış müddətini azaltmaq üçün hər bir yazıya qarşı qoyulan unikal açardan istifadə edilməsi üsulu. Açar, yazıya müraciət etmək üçün onun istifadə olunan sahəsidir. Məsələn, firmanın əməkdaşlarının cədvəl siyahısında indeks olaraq sosial sığorta sisteminin fərdi nömrələrini istifadə etmək olar. ISAM-a uyğun olaraq, hər bir yazının açarı və yazıda digər verilənlərin göstəricisi ayrıca indeks faylında saxlanılır. Müəyyən yazını açarına görə tapmaq üçün proqram öncə çox da böyük olmayan açarların indeksli faylına baxır, sonra isə tapılmış açarın göstəricisindən istifadə etməklə digər verilənlərə keçir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İnternet-məlumatlara erişmə protokolu
İnternet-məlumatlara erişmə protokolu(en. IMAP (Internet Messaging Access Protocol ~ ru. протокол доступа к интернет-сообщениям ~ tr. İnternet Mesaj Erişim Protokolü). İnternetdə məlumatlara (mesajlara) erişmək üçün protokoldu. 1986-cı ildə Stenford Universitetində işlənib hazırlanıb. elektron poçt məktublarını hostinq serverdə olduğu kimi oxumağa imkan verir. Məktublarla bağlı edilən bütün əməliyyatlar (silmə, cavabvermə, yönləndirmə, yerdəyişmə) serverdə öz əksini tapır. Bu isə o deməkdir ki, eyni e-poçt hesabı ilə işləyən və digər webmail və ya IMAP kliyentdən daxil olan istifadəçilər də bu dəyişiklikləri görmüş olurlar.POP3 protokolu ilə müqayisədə daha geniş imkanlara malikdir: gələn poçtun gözdən keçirilməsi zamanı yalnız başlıqların oxunması ilə kifayətlənməyə imkan verir. POP3 protokolunda olduğu kimi, IMAP server və poçt müştərisi arasında əlaqə üçün SMTP protokolundan istifadə edir.