Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Safiyat Əsgərova
Safiyat Əsgərova (1907, Axtı, Dağıstan vilayəti, Rusiya imperiyası – 1955, Moskva) — Dağıstanda ilk kino aktrisası, səssiz film ulduzu olmuşdur. == Bioqrafiyası == Safiyat Əsgərova 1907-ci ildə Dağıstan vilayəti, Samur dairəsi, Axtı kəndində anadan olmuşdur. Safiyatın yaradıcılıq meyllərini uşaqlıqdan izləmək olur. Musiqini, xoreoqrafiyanı, təsviri sənəti çox sevdiyi məlumdur. Safiyat yaradıcı bir ailədə böyümüşdür. Atası Nuxbek Əsgərov Axtın teatrının rəssamı olmuşdur. Qardaşı Dağıstan heykəltəraşlıq sənətinin banisi Xasbulat Əsgər-Sarıcadır. Digər qardaşı Beybulat Əsgərov tamaşaların qurulması ilə məşğul olmuş, dekorasiyanı qurmuşdur. Daha sonra Azərbaycan kinokilm studiyasının rejissoru və direktoru olur. Üçüncü qardaş Aslanbey uzun illər Mosfilm-də operator işləyir.
Kaniyan
Kaniyan (Salmas)
Kainat
Kainat — zaman, məkan və onların bütün tərkib hissələrini əhatə edir. Kainata planetlər, təbii peyklər, cırtdan planetlər, ulduzlar, qalaktikalar, qalaltikalararası boşluqlar, ən kiçik subatom zərrəciklər və bütün materiya və enerji daxildir. Müşahidəolunan kainatın diametri hal-hazırda 28 parsek və ya 93 milyard işıq ilidir. Kainatın ölçüləri məlum deyil və sonu olub-olmadığı bilinmir. Müşahidələr və fiziki nəzəriyyələrin inkişafı kainatın tərkibi və təkamülü barədə nəticə çıxarmağa imkan verib. Ulduzlar kainatın müşahidə edilən hissəsindəki cisimlərdir. Hər böyük qalaktikada təqribən bir neçə yüz milyard ulduz, Metaqalaktikada isə təqribən 100000 qalaktika olduğundan, kainatdakı ulduzların sayı 1019-dan çoxdur.Qədim zamanlardan insanlar kainatı öyrənməyə başlayıblar. Onlar səmaya baxıb ulduzlar haqqında müxtəlif fikirlər irəli sürmüşdülər. Hələ o zamanda yaşayıb yaradan Biruni teleskop olmadan belə ulduzlar haqqında dəqiq məlumatlar vermişdir. İlk teleskopu isə elmdən kənar, amma "yandırıcı" güzgü həvəskarı olan Yakob Metenus düzəltmişdir.
Kariya
Kariya (yun. Καρία) —Kiçik Asiyada qədim əyalət. == Tarixi == Bizim eradan əvvəl II minillikdə Hettlər Kariyanı özlərinə məskən seçdilər. Yerli əhali ilə qaynayıb-qarışdılar. Troya müharibələri dövründə kariyalılar artıq mövcud idilər. Qranik döyüşündən sonra Kiçik Asiyanın yunan şəhərləri Milet və Halikarnas istisna olmaqla müqavimətsiz Makedoniyalı İsgəndərə tabe oldular. Qısa müddətdə Kariya, Likiya, Pamfiliya, Trakiya və s. şəhərlər İsgəndər tərəfindən zəbt edildi. E.ə 333-cü ilin baharında makedoniya ordusu Kappadokiyanı işğal edib Kilikiya və Tavra daxil olmuşdu.
Mafiya
Mafiya — Terror yolu ilə məqsədini həyata keçirən gizli təşkilat və ya cəmiyyət. Bir qrup tədqiqatçılar mafiyanın tarixini daha qədimlərə aid eləyirlər. Onların iddiasına görə, mafiya ərəblərin Siciliyanı işğalları zamanı yaranıb, özü də ərəb kəlməsi "maf(f)ja" — "qurtuluş yeri" sözündən götürülüb. Guya həmin dövrdə siciliyalılar milli dəyərlərin təbliği üçün gizli təşkilat yaradıblar ki, bu təşkilat da zadəgan Siciliya ailələri tərəfindən himayə olunurmuş. Sonradan ada vikinqlər, ardından ispanlar tərəfindən işğal olunanda yerli əhali qula çevrilməkdən qaçmaqdan ötrü vadilər arasındakı dayaq məntəqələrində – mafiyalarda gizlənirlər. Yeri gəlmişkən, xatırladaq ki, Mario Pyüzonun məşhur "Xaç atası" romanında da siciliyalı mafiozlar sözün mənasını məhz bu cür qəbul edirlər, yəni "qurtuluş" kimi. Diqqət etdinizsə, mafiyanın yaranma tarixiylə bağlı fərziyyələrin hamısı Siciliya ilə bağlıdır. Hamı havayı yerə Siciliya mafiyasından danışmır ki… Bu mənada Siciliya mafiyası üzvlərinin özlərinin bu tarixə olan münasibətini yazmamaq mafiyaya qarşı çıxmaq kimi bir şey olar. Onu deməklə kifayətlənək ki, Siciliya mafiozları özlərini əsası 1185-ci ildə müqəddəs Fransiska di Paolo tərəfindən qoyulmuş təriqətin davamçıları hesab edirlər. == Tarixi və quruluşu == Özlərini "Şərəfli Birlik" adlandıran Koza Nostranın təşkilatlanması, müasir bir şirkətin təşkilatlanmasını xatırladır: Capofamiglia (don/ata — Rəhbər) Consigliere (məsləhətçi/atanın sağ qolu) Sotto Capo (ikinci rəhbər) Capodecina (kapitan/capo) Uomini D'onore (əsgər) Vito Cascio Vito olaraq tanınan Vito Cascio Ferro 1862-ci ildə Palermoda doğulub.
Kaniyan (Salmas)
Kaniyan (fars. كانيان‎‎) - İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,151 nəfər yaşayır (225 ailə).
Kaniyan (Urmiya)
Kaniyan (fars. ‎‎‎‎كسيان‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,314 nəfər yaşayır (236 ailə).
Kasiyan (Çaypara)
Kasiyan (fars. كسيان‎‎) - İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 279 nəfər yaşayır (69 ailə).
Zariyat Surəsi
51-ci surə əz-Zariyat (Sovurub dağıdan küləklər) surəsi (Məkkədə nazil olmuşdur, 60 ayədir). Surə adını ilk ayədə işlənən və sovurub dağıdan küləklər mənasına gələn əz-Zariyat sözündən götürmüşdür.
Adiyat Surəsi
100-cü surə
Kainat Abdullayev
Kainat Məhəmmədəli oğlu Abdullayev (d. 1989; Azərbaycan - ö. 30 iyul 2013; Tərtər Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri. 2013-cü ildə Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub. == Həyatı == Kainat Abdullayev 1989-cu ildə anadan olub. == Hərbi xidməti == Gizir Kainat Abdullayev 2013-cü ildə, iyulun 30-u saat 20.45 radələrində Azərbaycan-Ermənistan təmas xəttinin Tərtər rayonu istiqamətində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid oldu. İyulun 31-i isə Kainat Abdullayev son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və gizir Abdullayev uğrunda şəhid olduğu torpağa tapşırıldı.
Kainat modelləri
Kainatın infişafının ümumi qanunauyğunları kosmoloji modellərin qurulmasına imkan verir. 0.(Kainat sinqulyar haldadır). Böyük partlayış. 10-43 san.(on üstü 43 oxuyun) sonra. Plank dövrü (erası). Plank anı, bu zaman qravitasiya qarşılıqlı təsiri ayrılır. Bu vaxt Kainatın ölçüsü 10-35 м (on üstü 35) olmuşdu, buna Plank uzunluğu deyilir. 10-37 san. müddəti kainatın infilyasiya genişlənməsi adlanır 10-35 san. (on üstü 35) Böyük birləşmə erası: Güclü və elektrozəif qarşılıqlı təsirlər ayrılır.
Kamiya barı
Kamiya barı (神谷バー, Kamiya baa) – Yaponiyada açılmış ilk bar. 1880-ci ildən fəaliyyət göstərir. == Tarixi == Kamiya barı 1880-ci ildə Kamiya Denbey adlı pivəçi tərəfindən Tokionun Asakusa rayonunun Kaminari darvazası yaxınlığında qurulmuşdur. İlk adı Mikahaya sake dükkanı olsa da, 1912-ci ildə adı Kamiya barı olmuşdur. Bar şəhərin məşğul küçələrinin birində yerləşdiyi üçün populyar içki yerlərindən birinə çevrilmişdir.Tayzo Fucimoto 1914-cü ildə yazdığı "Yaponiyanın gecə həyatı" əsərində qeyd etmişdir ki, "Kamiya barı öz zavodlarında hazırladıqları çox ucuz likör təklif edirək müştərilərini məmnun edirdi". Kamiya barının müştəriləri ancaq pivə və viski deyil, barın denki bran (電気ブラン, denki buran, azərb. elektrik brendi‎) adlı xüsusi kokteylinin dadına baxırdılar. İlk dəfə 1882-ci ildə istehsal olunan kokteyl brendi, cin, şərab, kürasao, vermut və otlardan ibarədir.1921-ci ildə barın yeni binası istifadəyə verilmişdir. 1970-ci ildə üçüncü mərtəbədə kappo restoranı açılmışdır. 2011-ci ildə Kamiya barının əsas binası Yaponiyanın qeydiyyata alınmış maddi mədəni mülkü elan edilmişdir.
Safiya Qəddafi
Safiya Qəddafi (1952, Əl-Bayda) — Liviyanın Birinci xanımı. Safiya Farkaş Qəddafi Liviyanın şərqində yerləşən Əl Beda şəhərində anadan olub. O, Liviya prezidenti Müəmmər Qəddafinin ikinci həyat yoldaşıdır. Onlar 1971-ci ildə ailə həyatı qurublar. Safiya Qəddafi 6 oğul və 1 qız anasıdır. 2008-ci ildə Afrika qadınları təşkilatının vitse-prezidenti seçilib.
Stiven Kainat
Stiven Kainat (ing. Steven Universe) — Rebekka Şuqar(en) tərəfindən Cartoon Network üçün yaradılmış amerikan cizgi serialı. Serialda Çimərlik şəhərində (ing. Beach City) yaşayan Stiven Kainat(en) və onun minerallardan təşkil olunmuş kristal yadplanetli dostları — Qarnet(en), Ametist(en) və Perl(en) dünyanı təhlükə yaradacaq şeylərdən müdafiə edir. Serialın pilot epizodu ilk dəfə 2013-cü ilin mayında efirə çıxdı və sonra serial 2013-cü ilin noyabrından başlayaraq 2019-cu ilin yanvarına qədər beş mövsüm olmaqla davam etdi. 2019-cu ilin sentyabrında serialın filmi "Steven Universe: The Movie(en)" buraxıldı, bunun ardınca iyirmi epizoddan ibarət "Steven Universe Future(en)" 2019-cu ilin dekabrından 2020-ci ilin martına qədər yayımlandı.
Yuu Kamiya
Tyaqo Furukava Lukas və ya qələm adı ilə Yuu Kamiya (榎宮 祐, Kamiya Yū) — yapon-braziliyalı roman yazıçısı və illüstrator. 10 noyabr 1984-cü ildə Braziliyada anadan olmuşdur. O, Takayama Kaqaminin "A Dark Rabbit Has Seven Lives" ranobesi üzərində işləmişdir. 2013-cü ildə işləməyə başladığı "No Game No Life" ranobe seriyası (bu ranobenin daha sonra anime adaptasiyası hazırlanmışdır) 2014-cü ilin bestseller ranobelərdən biri olmuşdur. Bu ranobe seriyası "Yomiuri Shimbun Sugoi Japan" mükafatını qazanmış 10 ranobe seriyasından biridir. 2015-ci ildə "Clockwork Planet" adlı yeni ranobe və manqa seriyasının anime adaptasiyası üçün yaşıl işıq yanmışdır. 2011-ci ildə "No Game No Life" üzərində birlikdə işləyəcəyi Maşiro Hiiraqi ilə ailə həyatı qurmuşdur.
Mafiya Dövləti
Məmmədrza Afiyət Mərəndi
Məmmədrza Abdulla oğlu Afiyət Mərəndi (22 yanvar 1926 - 24 aprel 2011)—Azərbaycan yazıçısı, tərcüməçi, DF-MK-nin üzvu və "Azərbaycan" qəzetinin redaktoru. == Həyatı == Afiyət Abdulla oğlu Məmmədrza Mərəndi 1926-cı ildə Azərbaycanın Qazax rayonunda anadan olub, onun 6 yaşı olanda ailəsi ilə birlikdə Təbrizə köçüblər. Orta məktəbi Təbrizdə başa vurandan sonra, 1946-cı ildə Sovet ordusunun Təbrizdə olan yüksək rütbəli hərbçiləri ilə Azərbaycana qayıdıb. Burada hərbi məktəbə daxil olaraq, təhsilini uğurla başa vurub. Sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olaraq, ikinci ali təhsil alıb. O, uzun müddət jurnalistka sahəsi ilə məşğul olub. 30 ilə yaxın "Azərbaycan" qəzetinin baş redaktoru vəzifəsində çalışıb. Azərbaycan Yazıçılar İttifaqının üzvü olan Afiyət mətbuatda çalışdığı dövrdə Nəriman Həsənzadə, Tahir Söhrab, Mədinə Gülgün, Balaş Azəroğlu, Bəxtiyar Vahabzadə kimi yazıçı və şairlərlə işləyib, dostluq və əməkdaşlıq edib. Fars dilindən Azərbaycan dilinə tərcümələrindən aydın olur ki, Afiyət Məmmədrza bir sıra dilləri mükəmməl bilmiş və ədəbi-bədii fikrin formalaşmasında mühüm rol oynamışdır. Onun müxtəlif vaxtlarda "Səttərxan", "Ürəkdə işıq", "Atamı istəyirəm" adlı kitabları nəşr edilib.
Stasionar Kainat Nəzəriyyəsi
Qatıyat (Həştrud)
Qatıyat (fars. قطعات‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə yaşayışı yoxdur.