mafiozluq
mafiyabaz
OBASTAN VİKİ
Mafiya
Mafiya — terror yolu ilə məqsədini həyata keçirən gizli təşkilat və ya cəmiyyət. Bir qrup tədqiqatçılar mafiyanın tarixini daha qədimlərə aid eləyirlər. Onların iddiasına görə, mafiya ərəblərin Siciliyanı işğalları zamanı yaranıb, özü də ərəb kəlməsi "maf(f)ja" — "qurtuluş yeri" sözündən götürülüb. Guya həmin dövrdə siciliyalılar milli dəyərlərin təbliği üçün gizli təşkilat yaradıblar ki, bu təşkilat da zadəgan Siciliya ailələri tərəfindən himayə olunurmuş. Sonradan ada vikinqlər, ardından ispanlar tərəfindən işğal olunanda yerli əhali qula çevrilməkdən qaçmaqdan ötrü vadilər arasındakı dayaq məntəqələrində – mafiyalarda gizlənirlər. Yeri gəlmişkən, xatırladaq ki, Mario Pyüzonun məşhur "Xaç atası" romanında da siciliyalı mafiozlar sözün mənasını məhz bu cür qəbul edirlər, yəni "qurtuluş" kimi. Diqqət etdinizsə, mafiyanın yaranma tarixiylə bağlı fərziyyələrin hamısı Siciliya ilə bağlıdır. Hamı havayı yerə Siciliya mafiyasından danışmır ki… Bu mənada Siciliya mafiyası üzvlərinin özlərinin bu tarixə olan münasibətini yazmamaq mafiyaya qarşı çıxmaq kimi bir şey olar. Onu deməklə kifayətlənək ki, Siciliya mafiozları özlərini əsası 1185-ci ildə müqəddəs Fransiska di Paolo tərəfindən qoyulmuş təriqətin davamçıları hesab edirlər. == Tarixi və quruluşu == Özlərini "Şərəfli Birlik" adlandıran Koza Nostranın təşkilatlanması, müasir bir şirkətin təşkilatlanmasını xatırladır: Capofamiglia (don/ata — Rəhbər) Consigliere (məsləhətçi/atanın sağ qolu) Sotto Capo (ikinci rəhbər) Capodecina (kapitan/capo) Uomini D'onore (əsgər) Vito Cascio Vito olaraq tanınan Vito Cascio Ferro 1862-ci ildə Palermoda doğulub.
Mafiya Dövləti
Əsgər (mafiya)
Əsgər (it. soldato, ing. soldier) — həm ABŞ mafiyasının, həm də Siciliya Mafiyasının rəsmi iyerarxiyasında və ya kadrında ilk rəsmi səviyyəsi. Bu, həmçinin "Ndrangeta" və "Kamorra" kimi digər İtaliya cinayət təşkilatlarında rütbə kimi istifadə olunur. Əsgər rütbəsinə yüksəlmə komandanlıq zəncirində köməkçi səviyyədən yüksəlişdir. Mafiyanın təşəbbüskar üzvü olmayan tərəfdaşı – təşəbbüskar bir "keçirilmiş adam" olmaq və buna görə də əsgər rütbəsinə yüksəlmək üçün ailəyə özünü sübut etməli, "Omerta" andını içməlidir.
Mafiya liderlərinin siyahısı
Mafiya liderlərinin siyahısı — Bu siyahıya bəzi mafiya liderləri daxildir. Bu siyahı əlifba sırası ilə soyadlara görə sıralanır və şəxsin cinayət təşkilatına rəhbərlik etdiyi güman edilən illər üzrə təsnif edilir.
Alban mafiyası
Alban Mafiyası — alban əsilli adamlardan qurulmuş mafiya qruplaşması. Bu mafiya Albaniyada yerləşmiş çoxsaylı cinayətkar dəstələrdən ibarətdir. Onlar həmçinin ABŞ və Avropada da fəaldırlar. Deyilənə görə beynəlxalq səviyyəyə 1980-ci illərdə qalxıblar. Albaniyanın özündə isə mütəşəkkil cinayət qrupları 15-ci əsrdən fəaliyyət göstərir. Alban mafiyası ABŞ və Böyük Britaniyada narkotik və bədən alveri reketini idarə edir.
Azərbaycan mafiyası
Azərbaycan mafiyası — Rusiya Federasiyasındakı ən böyük etnik mütəşəkkil cinayətkar qruplarından biri. Azərbaycanlılardan ibarət əsasən Moskva, Sankt-Peterburq, Tümen, Surqut, Yekaterinburq, Omsk, Astraxan, Krasnoyarsk, Rostov-na-Donu, Samara, İrkutsk kimi böyük şəhərlərdə cinayətkar qruplar üçün istifadə olunan ümumi termindir. Rusiyadan kənarda bu qruplar keçmiş SSRİ, Avropa, ABŞ, Türkiyə Respublikasında əksəriyyətində fəaliyyət göstərir. == Tarixçə == Azərbaycan mafiyası Rusiyadakı ən qədim cinayət qruplarından biridir. Dağıstanda böyük bir etnik azərbaycanlı icmasının xaricində Rusiya şəhərləri həmişə azərbaycanlı mühacirlərin yerləri ilə tanınmışdır. Moskvada ruslar, çeçenlər, ermənilər və gürcülər arasında mütəşəkkil cinayətkar dəstələrin yaranmasından sonra 1980-ci illərin əvvəllərində Azərbaycan cinayətkar dəstələri sürətlə inkişaf etməyə başladı. 1990-cı illərdə rus qrupları və çeçen qrupları arasındakı qarşıdurmalardan sonra Azərbaycan qrupları, hakimiyyətə keçdi. Azərbaycanlıların Moskvaya genişmiqyaslı mühacirəti görüldü. Bununla birlikdə keçmiş partizan döyüşçüləri və sərkərdələri Rusiyanın əsas şəhərlərinə qanunsuz olaraq köç etmişlər. Çeçen mafiya qruplarının mövqeyi o vaxt çox zəiflədiyi üçün yeni yaranan azərbaycanlı cinayətkar qruplar heroin ticarətinin böyük bir hissəsini ələ keçirə bildilər.
PayPal Mafiyası
PayPal Mafiyası (ing. PayPal Mafia) — müxtəlif texnologiya şirkətlərin təsisçiləri olan keçmiş PayPal işçi və qurucularına verilən ləqəb. Üzvlərin qurduğu şirkətlərə Tesla Motors, Linkedin, Palantir Technologies, SpaceX, Affirm, Slide, Kiva, YouTube, Yelp və Yammer misal göstərilə bilər. Qrupun üzvlərinin çoxu Stenford Universiteti və Urbana-Şampeyn İllinoys Universitetində təhsil alıblar. PayPal 1999-cu ildə X.com adıyla Confinity tərəfindən satın alındı. Daha sonra X.com-un adı PayPal olaraq dəyişdirildi və şirkət 2002-ci ildə eBay tərəfindən satın alındı. Şirkət eBay-a birləşəndən sonra 50 işçidən 12-si xaric digərləri işlərindən ayrıldı.[mənbə göstərin]Onlar birlikdə əlaqədə qaldılar və bir çox şirkətlərin qurulmasında birgə çalışdılar.[mənbə göstərin] Qrup o qədər məhsuldar oldu ki, "PayPal Mafiyası" ifadəsi yarandı. Bu ifadədən ilk dəfə 2007-ci ildə Fortune jurnalının məqaləsinin başlığında istifadə olundu. Məqalədə qrupun üzvlərinin qanqster formasında ümumi şəkili də yer alırdı. PayPal Mafiyası qrupuna aşağıdakılar şəxslər daxildir: Piter Til — PayPal-ın təsisçisi və keçmiş baş icraçı direktoru, bəzən qrupun "boss"u olaraq adlandırılır.
Rus mafiyası
Rus mafiyası – Rusiya Federasiyasındakı ən böyük etnik mütəşəkkil cinayətkar qrupu. Ruslardan ibarət əsasən Moskva, Sankt-Peterburq, Tümen, Surqut, Yekaterinburq, Omsk, Astraxan, Krasnoyarsk, Rostov-na-Donu, Samara, İrkutsk kimi böyük şəhərlərdə cinayətkar qruplar üçün istifadə olunan ümumi termindir. Rusiyadan kənarda bu qruplar keçmiş SSRİ, Avropa, ABŞ, Türkiyə Respublikasında əksəriyyətində fəaliyyət göstərir.
Yəhudi mafiyası
Yəhudi mafiyası (ivr. ‏פשע מאורגן בישראל‏‎) — Yəhudi əsilli mafiya qruplaşması. Yəhudi mafiyasının fəaliyyətinə narkotik və bədən alveri aiddir. Dövran dəyişdikcə Yəhudi mafiyasının da işləmə tərzi dəyişmiş və onlar təvazökar himayədarlıq fəaliyyətindən, amansız və tərəddüd etmədən qan tökən bir dəstəyə çevrilmişdir. Rus-Yəhudi mafiyası ABŞ siyasi aləminə elə yaxşı daxil olmuşlar ki, Amerika hüquq sistemi son illər onların qarşısını almaqda heç bir irəliləyiş göstərə bilməmişdir.
Triada (Çin mafiyası)
Triada (çin. 三合会) — Çin mafiya qruplaşması. Triadalar, böyük hissəsi Çin, Malaziya, Honkonq, Tayvan və Sinqapurda yerləşən çoxsaylı quldur qurumlarından ibarətdir. Həmçinin Nyu-York, Los-Anceles, Sietl, Detroyt, Çikaqo, Buenos Ayres, Amsterdam, Vankuver və San Fransiskoda müəyyən qədər fəal olan mütəşəkkil dəstələr daha çox oğurluq, sifarişli qətl, narkotik alveri və piratçılıq fəaliyyəti ilə məşğul olurlar. Triadanın əsası 18-ci əsrdə qoyulub və o vaxt Tian Di Hui adı ilə tanınırdı. Son zamanlar saxta Çin valyutası hazırlamaqla məşğul olan Mafiya üzvlərinin sayı 50.000 nəfərə çatır. Triadanın yaşadığı ölkələr aşağıdakılardır: Çin Malaziya Sinqapur İtaliya Tayvan Kanada Yeni Zelandiya Avstraliya ABŞ Argentina Almaniya Böyük Britaniya (14K-Triade banda qrupu) Niderland Dominikan Respublikası Vyetnam Tailand Filippin Yaponiya Filippin Makao Rusiya Fransa İspaniya Myanma Laos İndoneziya Meksika Braziliya Vereinigte Wo (40 000 adam, 10 Klan) 14K-Triade (25 000 adam, 30 Klan) Sun Yee On (50 000 adam) Bou (1000 adam, 2 Klan) Shih-Hai-Triad (10 000 adam) Q&A for tourists on triads in Hong Kong SF Weekly Feature Article Profiling Member of Hop Sing Tong -- Raymond "Shrimp Boy" Chow (2007) An essay about Triads Arxivləşdirilib 2012-02-04 at the Wayback Machine Asian Gang Sweep 2 Chinatown biz bigs busted. Pete Bowles. Newsday. 12/10/1993.

Digər lüğətlərdə