Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kalmıklar
Kalmıklar və ya Kalmuklar (Kalmukca: Хальмгуд) — Qərbi Monqol tayfalarına aid olan Oyratların XVIII əsrdə Cunqariyadan Xəzər dənizinin qərbinə köç etmiş bir qoludur. Bu gün daha çox Rusiya Federasiyasının Kalmıkiya Respublikasında yaşayırlar.
Kalmıkların deportasiyası
Kalmıkların deportasiyası və ya "Ulusı" əməliyyatı (rus. Операция «Улусы») — 28 – 31 dekabr 1943-cü ildə 93.000-dən çox kalmıkların və kalmıklarla evil olan qeyri-kalmık qadınların Sovet İttifaqı tərəfindən sürgün edilməsidir. Ailələr və ayrı-ayrılıqda insanlar məcburi əmək üçün zorla mal-qara vaqonlarında Sibirə, xüsusi yaşayış məntəqələrinə köçürüldülər. Kalmık olmayan kişilərlə evlənən kalmık qadınlar deportasiyalardan azad edildi. Hökumət sürgünlərin rəsmi səbəbi kimi 2-ci Dünya müharibəsində təxminən 5000 kalmıkın nasistlərə bağlı Kalmıkiya Süvari Korpusunda döyüşməsini göstərərək, onları Aksis qüvvələri ilə əməkdaşlıqda ittiham etmişdi. Amma iqtidar eyni zamanda 23 mindən çox kalmıkın Qızıl Orduda xidmət etdiyini və Aksis qüvvələrinə qarşı Sovetlərlə birlikdə vuruşduğunu qəbul etmirdi. NKVD rəisi Lavrenti Beriya və onun komissar müavini İvan Serov SSRİ hökumət başçısı İosif Stalinin birbaşa göstərişi ilə deportasiyanı həyata keçirdilər. Deportasiyada NKVD-NKGB qoşunlarından 10 minədək hərbçi iştirak etmişdir. Bu, 1930–1950-ci illər arasında bir neçə milyon sovet etnik azlığına təsir edən sovetlərin məcburi yerləşdirmə və əhali köçürmələri proqramının bir hissəsidir. Kalmıkların xüsusi hədəfə çevrilməsi bu entik qrup içindəki anti-kommunist əhvali-ruhiyyə və Buddist mədəniyyəti kimi bir sıra səbəblərə əsaslanırdı.
Kalmarlar
Kalmarlar (tarixi Azərbaycandilli mənbələrdə mürəkkəb balıqları; lat. Teuthida) — heyvanlar aləminin molyusklar tipinin başıayaqlılar sinfinə aid heyvan dəstəsi. == Həyat tərzi == Başıayaqlı molyuskaların digər nümayəndələri kimi kalmarlara da Şimal və Uzaq Şərq dənizlərində xüsusən sahilə yaxın yerlərdə təsadüf edilir. Bu molyuska suda çox gözəl uzən, acgöz, yırtıcı heyvan olmaqla, əsasən siyənək balıqlarını tutub yeyir. Balıq sürülərini təqib edən kalmar bu yolla min kilometrlərlə məsafə qət edə bilir. == Quruluşu == Kalmarın bədənində xarici çanaq yoxdur. Sürətlə üzmə nəticəsində çanaq kiçilmiş və dəri altında yerləşmiş lövhəcik şəklində qalmışdır. Kalmarın bənəni iki hissədən — baş və gövdədən təşkil olunmuşdur. Baş hissədə on ədəd əzələli qolcuq vardır. Bu qolcuklar digər molyuskalarda olan ayağa müvafik gəlir.
Kumıklar
Qumuqlar və ya kumıklar (qum. Къумукълар) — Əsasən Dağıstanda, eləcə də Şimali Osetiyada (Mozdok rayonunda) və Çeçenistanda kompakt şəkildə yaşayan xalq. Qumuqlar Qıpçaq dil qrupuna daxil olan qumuq dilində danışırlar. Qafqazda sayca ən çoxsaylı 2-ci türkdilli xalqdır. Rusiya Federasiyasında 2010-cu il siyahıyaalmasına əsasən 503,060 qumuq yaşayır. Bunlardan 431,736 nəfəri Dağıstan Respublikası ərazisində yaşayır. Azərbaycan Respublikasının 2010-cu il siyahıya alınmasına əsasən Kəlbəcər Rayonunun Rəhimli kəndində 980 nəfər Qumuq yaşayır. == Antropoloji tip == Qumuqlar anrtopoloji cəhətdən tipik Qafqaz xalqlarına uyğundur. == Rusiya federasiyası üzrə == Bundan başqa Estoniyada 10 nəfər (2000-ci il siyahıya almasına əsasən), Ukraynada 718 nəfər (5 – 14 dekabr, 2001) qumuq yaşayır.