Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kamyanets-Podilskı
Kamenets-Podolski (ukr. Кам'янець-Подільський) — Ukraynanın Xmelnistki vilayətində şəhər. == Etimologiya == Kamenets-Podolski — (pol. Kamieniec Podolski; erm. Կամիանեց-Պոդոլսկի; idiş: קאָמענעץ (Коменец) — IX əsrdən Kamenets (ukr. Кам'янець) kimi tanınıb. Kaments sözü ilkin mənşəyini qədim slavyan dililərində olan «камень», yəni "daş" sözündən alır. Şəhərin adının ikinci hissəsi isə Podolye (ukr. Поділля; pol. Podole — «vadi, alçaqlıq», həmçinin rus salnamələrində «Понизье») etnonimidir.
Kamyanets-Podilskıy qalası
Kamyanets-Podilskıy qalası, (ukr. Кам'янець-Подільська фортеця, pol. Stary Zamek w Kamieńcu Podolskim) – hal-hazırda Ukraynanın Kamyanets-Podilskıy şəhərində yerləşən tarixi Polşa qalası. 1672–1699-cu illər arasında 27 il ərzində Osmanlı İmperiyasının Kamaniçe əyalətinin mərkəzi olmuşdur. Qala haqqında ilk məlumatlar XIV yüzilliyə aiddir. O vaxtlar bölgə Böyük Litva knyazlığının idarəçiliyində idi. Qala XIV–XVIII yüzillikdə Reç Pospolita, Osmanlı və Rusiya Çarlığı maraq dairəsində olmuşdur. 1672-ci ildə Osmanlı padşahı IV. Mehmet 300.000-lik əsgər ilə qalanı işğal etmişdir. Osmanlı imperiyasına 40.000-lik kırım və kazak əsgərləri kömək etmişdir. 18 avqust 1672-ci ildə qala Osmanlı imperiyası rərəfindən ələ keçirilmişdir.