Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Füzuli kantatası
Füzuli kantatası — bəstəkar Cahangir Cahangirov tərəfindən 1959-cu ildə yazılmış və elə həmin il Azərbaycan Dövlət Opera və Balet Teatrında premyerası baş tutmuş kantata. Əsərdə klassik Azərbaycan şairi Məhəmməd Füzulinin qəzəllərindən və Rəsul Rzanın Füzuliyə həsr edilmiş şerindən istifadə edilmişdir. Bütövlükdə üç hissədən ibarət olan kantata girişlə başlayır. Burada Füzuli dövrünün ab-havası və lirik fəlsəfi ideyası yüksək emosional tonda təcəssümünü tapmışdır. Bunun üçün bəstəkar “Rahab” muğamından bacarıqla istifadə etmişdi. Ümumiyyətlə, kantatada Füzuli qəzəllərinin ruhu musiqi təcəssümünü tapır. Eyni zamanda bəstəkar müxtəlif emosional vəziyyətlərin qarşılaşdırılması ilə dramatik inkişafa nail olur. Füzuli kantatası aid olduğu musiqi janrının ən gözəl nümunələrindən biri hesab edilir. Cahangir Cahangirovun kantatası bu janrda yazılan digər əsərləri kölgədə qoyub. 500 ilə yaxındır ki, poeziyada davam edən Füzuli möcüzəsi Cahangir Cahangirov yaradıcılığında öz musiqi əksini tapıb.
Türkmən karakalı
Türkmənistan karakalı