Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kapral
Kapral (alm. kарrаl‎, <fr. сароrаl < it. caporale - "komandir") — komanda rəisi; bəzi ölkələrin silahlı qüvvələrində kiçik zabit heyətində hərbi rütbə və ən aşağı unter-ofiser (serjant) rütbəsi.
Katral
Katral (isp. Catral) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Veqa-Baxa-del-Sequra ərazisinin 20,01 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 8926 nəfərə çatmışdır.
Amilkar Kabral
Amilkar Kabral (12 sentyabr 1924[…], Bafata, Portuqaliya Qvineyası[d] – 20 yanvar 1973[…], Konakri) — Qvineya-Bisau xalqının milli qəhrəmanı, PAİQK partiyasının baş katibi. 1973-cü ildə müstəmləkəçilər tərəfindən öldürülmüşdür. Qvineya-Bisau Dövlət Şurasının sədri olmuş Luis Kabralın böyük qardaşıdır. == Mənbə == Hamlet Qocayev, "Afrikada gördüklərim", Bakı, "Azərnəşr", 1986, səh. 16-17.
Kapril turşusu
Kapril turşusu (Oktan turşusu) С7Н15COOH - birəsaslı doymuş karbon turşusudur, yağlıtəhər rəngsiz, xoşagəlməz iyli, soyuqda kristallaşan mayedir. == Təbiətdə tapılması == Kapril turşusu qliserid şəklində inək yağın tərkibində olur; Limburq pendirində, sivuş yağında (izoamil efiri şəklində) və çuğundur bəkməzində tapılmışdır; bitki yağlarından kokos yağının (6-10%), babassu palma yağının (2-8%), tukuma palma yağının (Astrocaryum vulgare) (1,3%), murumuru palma yağının (Astrocaryum murumuru) (1,1%), palma yağının (0,1%-dən az) tərkibidə vardır [2]. == Alınması == Olein turşusunun quru qovulması və normal oktil spirtinin oksidləşməsi zamanı əmələ gəlir. == Mənbə == Solubility of octanoic acid in methanol Растительные масла, в которых содержится каприловая кислота [1].
Pedro Alvarez Kabral
Pedro Alvarez Kabral (port. Pedro Álvares Cabral; təq. 1467 – təq. 1520[…], Santaren[d], Portuqaliya krallığı) — Braziliyanı kəşf etmiş portuqaliyalı səyyah, Böyük coğrafi kəşflər dövrünün görkəmli nümayəndəsi.
Qonsalu Velyu Kabral
Qonsalu Velyu Kabral (port. Gonçalo Velho Cabral) — portuqaliyalı dənizçi. Məsihin ordeninin komandiri, şahzadə Henrinin xidmətində kapitan olmuş, Veleda meri Fernand Velho və Maria Alvares Kabralın oğludur. Şahzadənin adından 1432-ci ildə Diogo de Silves tərəfindən kəşf edilən Santa Mariya və San Migel adalarının dəqiq yerini müəyyən etmək üçün səyahətə çıxdı. Tapşırığı uğurla yerinə yetirərək Azor adalarının "ikinci" kəşfçisi oldu. Geri dönərkən Formigaş qayalarını aşkar etdi. 1444-1446-cı illər səyahəti zamanı o, Azor adaları arxipelaqının daha altı adasını kəşf etdi. Nailiyyətlərinə görə o, Azor adalarında torpaq sahibi oldu. == Ədəbiyyat == Furtado-Brum, Ângela. Açores, Lendas e Outras Histórias (2nd).
Kamal Karpat
Kamal Karpat (15 fevral 1923 – 20 fevral 2019, Madison) — tarixçi. == Həyatı == Türkiyəli tarixçi professor Kamal Karpat ABŞ-dən dəvət aldıqdan sonra bu ölkəyə yollanaraq, Birləşmiş Ştatların Viskonsin Universitetində "Osmanlı tarixi" kafedrasını qurub. K. Karpatın bəzi əsərləri "kitabxanlarda zəruri olan ən yüksək səviyyəli kitablar" arasında göstərilir. Alimin 20 ölkədə 130-dan çox məqaləsi dərc olunub. == Əsərləri == Osmanlı’dan Günümüze Kimlik ve İdeoloji Arxivləşdirilib 2011-08-29 at the Wayback Machine İslamın Siyasallaşması Osmanlı Geçmişi və Bugünün Türkiye'si Osmanlı Nüfusu (1830–1914) Demografik ve Sosyal Özellikleri Osmanlı'dan Günümüze Elitler ve Din Arxivləşdirilib 2011-09-01 at the Wayback Machine Osmanlı'da Değişim Modernleşme ve Uluslaşma Ottoman Borderlands: Issues, Personalities, and Political Changes (Robert Zens ile beraber) Ortadoğu'da Osmanlı Mirası ve Ulusçuluk Ottoman Population 1830–1914. Demographic and Social Characteristics. Türkiye'de Siyasal Sistemin Evrimi 1876–1980 Osmanlı Modernleşmesi Toplum, Kurumsal Değişim ve Nüfus Osmanlı ve Dünya Osmanlı Devleti ve Dünya Tarihindeki Yeri.
Kamran
Kamran — Azərbaycanlı kişi adı.
Kanqal
Kanqal — Türkiyə ərazisində yetişdirilən it cinsi. Əsasən qoyun iti və qoruma istiqamətlidir. İt adını Sivasın Kanqal ilçəsindən götürülmüşdür. Dünyada müstəqil it cinsi olaraq tanınmada, Türkiyədə təmiz it cinsi hesab edilir. Üstəlik Türkiyə Kinoloji Federasiyası, o cümlədən Türkiyədə rəsmi Kanqal təşkilatlarının görə Ankara Kangal Dərnəyi itin müstəqil cins olması üçün cəhdlər göstərir. == Tarixi == Orta Asiyadan gələn Kanqlı (Kəngər) türk boyunun adı bağlıdır. Orxan Yılmaz "Kangal Köpeği / Tarihi-Tanıtımı-Yetiştirilmesi-Islahı" adlı kitabında "Kanqlı" türk boyunun Orta Asiyadan köç edərkən yanlarında üç şeyi gətirdiyini bildirir: at, it və qoyun. 2003-ci ilin 11 avqust tarixində kanqalla bağlı keçirilən I Beynəlxalq Kanqal Köpəyi Simpoziumunda bu cinsin Türküstandan Anadoluya gətirilməsi təstiqlənir. Kanqallar XVII əsrdən etibarən Osmanlı sarayında istifadə edilir və samson olarak adlandırıldı. Doğan Kartay həm "Türk Çoban Köpəyi Kanqal" kitabında, həm də I Beynəlxalq Kanqal Köpəyi Simpoziumunda bu itlərin həmcinin Yeniçərilər tərəfindən hərbi məqsədlərlə istifadə edildiyini birdirmişdir.
Kantal
Kantal (fr. Cantal; oks. Cantal ) — Fransanın Mərkəzi Cənub hissəsində departament.Overn rayonunun departamentlərindən biridir. Seriya Nömrəsi-15. İnzibati mərkəzi - Oriyak. Əhali sayı - 154.135 nəfər (şöbələri arasında 96-ci yeri tutur) (2010-cu il məlumatına görə). == Coğrafiyası == Şöbənin sahəsi 5726 km². == Tarixi == Kantal— 1790-ci ildə mart ayında Böyük Fransa İnqilabı zamanı yaradılmış, ilk 83 şöbədən biridir. Adı Lo və Qaronna çaylarından götürülüb. Keçmiş Overn vilayetində yerləşir.
Kapital
== Sərmayə == === Sərmayə və ya kapital və ya anavar === İqtisadiyyat elmində mal çıxarmaq üçün istifadə qurğu, fabrik kimi fiziki vasitələrdir. İqtisadiyyat elmindəki sərmayə anlayışı ilə maliyyə elmindəki sərmayə fərqlidir. Maliyyədə, sərmayə anlayışı, fiziki sərmayə üzərindəki mülkiyyət haqqını ifadə edər. Pula çevrilə bilən bon, səhm kimi dəyərlər də sərmayə olaraq qəbul edilir. == Kapital == 1. gəlir gətirmək qabiliyyəti olan hər şey və ya əmtəə xidmətlərin istehsalı üçün insanların yaratdığı resurslar; 2. istehsal vasitələri formasında hər hansı bir işə qoyulan fəaliyyətdə olan mənbə; 3. izafi dəyər, gətirən dəyər öz-özünə artan dəyərdir; 4. investorun, yaxud digər payçıların, şirkətin, müəssisənin aktivində öhdəliklər çıxılmaqla, pul ifadəsində payı; 5. fiziki və hüquqi şəxsin xalis aktivlərinin məcmusu, yəni öhdəlikləri çıxılmaqla ümumi aktivlərin məcmusu; 6.
Kapsul
Kapsul (lat. capsula — qutu) — kiçik həcmli nəyinsə yerləşdiyi qab. Kapsul (dərman forması) Kapsul (bakterial) radiokapsul — insanın fizioloji xarakteristikasını əldə etmək üçün udduğu tibbi cihaz (temperatur, pH və s). Zaman kapsulu — tikintilərin bünövrəsinə qoyulan və ya arxivdə saxlanan gələcəyə məktub.
Karpat
Karpat dağları — Mərkəzi Avropada dağ sistemi. Slovakiya, Macarıstan, Polşa, Ukrayna, Rumıniya, Serbiya və bir qədər də Avstriya ərazisində yerləşir. Karpat dağlarının yaşı 1,2 milyard ilə yaxındır. O, qədim dağlara aid olunur. == Geologiyası == Karpat dağları Alp dağlarının şərqə davamı hesab edilir. Bu dağlar Dunayın sol sahilində yerləşən Kiçik Karpatlarla başlayaraq, Şərqi Serbiya dağlarına qədər, oraq formasında, təxminən 1300 km məsafədə uzanır. Şərqi Avropa platforması ilə Pannon qurusunun arasında yerləşməsi Karpat dağları zonasında tektonik hərəkətlərin Alp dağlarına nisbətən bir qədər başqa formada baş verməsi ilə nəticələnmişdir. Karpat dağlarında qırışıq əmələgəlmə hadisəsi Alp dağlarına nisbətən bir qədər tez, yəni hələ mezozoy erasının ikinci yarısından başlamışdır. Bu sahədə qüvvətli qırışıqlı tektonik hərəkətlər paleogenin əvvəllərində başa çatmışdır. Neogen və dördüncü dövrdə orogenik hərəkətlər və qalxma amplitudu Karpat dağlarında Alplara nisbətən zəif getmişdir.
Karrar
Karrar (Kürdəmir) — Kürdəmir rayonunun inzibati ərazi vahidində qəsəbə. Karrar (tank) — İran tankı.
Küpçal
Küpçal — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Eyniadlı bələdiyyənin tərkibindədir. == Toponimikası == Küpçal oyk., sadə. Quba r-nunun eyniadlı i.ə.v.-də kənd. Qudyal çayının sahilindədir. Kəndin adı türk dillərindəki qapçal (keçilməz yer, sıldırım dik qaya) sözündən yaranmış, yaşayış məntəqəsinin yerləşdiyi coğrafi mövqeyi təyin edir. Kənd Qudyal çayının əmələ gətirdiyi uçurumun, sıldırımın yaxınlığında salındığı üçün belə adlandırılmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 499 nəfər əhali yaşayır. == Yol == 2014-cü ildə yeddi min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Quba-Küpçal-Küsnət avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 5,3 milyon (beş milyon üç yüz min) manatı Quba Rayon İcra Hakimiyyətinə ayrılmışdır.
Aprel
Aprel — Qriqori təqvimi ilə ilin dördüncü ayıdır. 30 gündən ibarətdir. Yaz fəslinin ikinci ayıdır. Aprel ayı gözəllik və bahar ilahəsi olan Afroditanın adı ilə bağlıdı.rXX əsrin əvvəllərinə aid Azərbaycandilli mənbələrdə neysan (نئی‌سان) adlandırılmışdır.
Capra
Dağ keçisi (lat. Capra) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinə aid heyvan cinsi.
Kamal
Kamal — kişi adı. Kamal Kılıçdaroğlu — Kamal Türklər — Kamal AbdullayevKamal Abdullayev — professor. Kamal Abdullayev (alim) — texnika elmləri doktoru, professor, Əməkdar elm xadimi. Kamal Abdullayev (dirijor) — Kamal Abdullayev (dövlət xadimi) —Kamal ƏhmədovKamal Əhmədov — bəstəkar. Kamal Əhmədov — rəssam.Kamal Ələkbərov — Kamal paşa şirniyyatı — Kamal Seyidov — Kamal Axundov — Kamal Cəfərov — Kamal Xudaverdiyev — Kamal Sunal — Kamal Xocəndi — Kamal Quliyev — Kamal Qarani — Namiq Kamal — Yaşar Kamal — Nərmin Kamal — Mustafa Kamal Atatürk — Kamal Faruqi — Kamal Kamallı — Kamal Musayev —Yaşayış məntəqələri ErmənistanKamal (Abaran) — Abaran mahalında kənd.
Kanal
Kanal (lat. canalis – boru) — Hidrotexnikada suyun basqınsız hərəkəti üçün çəkilən düzgün formalı süni məcra (su yolu), təyinatdan asılı olaraq gəmiçilik kanalı, energetika kanalı, suvarma kanalı və s. növləri var. Gəmiçilik kanalı dəniz, göl və gəmi üzən çayları birləşdirmək, gəmi hərəkətini asanlaşdırmaq, su yollarını qısaltmaq və s. məqsədlərlə çəkilir. Energetika (derivasiya) kanalları su elektrik stansiyaları komplekslərinə daxildir. Suvarma kanalları əkin yerlərinin suvarılması üçündür, məs. Samur-Abşeron kanalı, Yuxarı Qarabağ kanalı, Yuxarı Şirvan kanalı. Kanalların en kəsiyi düzbucaqlı trapesiya, üçbucaqlı, yarımdairə və s. şəklində olur.
Babrək Karmal
Babrək Karmal (puşt. ببرک کارمل; doğ. 6 yanvar 1929, Kamari, Kabul, Əfqanıstan — 3 dekabr 1996, Moskva, Rusiya) — Əfqanıstan dövlət və partiya xadimi. == Həyatı == Babrək Karmal 6 yanvar 1929-cu ildə Əfqanıstanda, Kabul yaxınlığında hərbçi ailəsində anadan olmuşdu. Babrək Karmal 3 dekabr 1996-cı ildə Rusiyada, Moskvada vəfat edib.
Das Kapital
Das Kapital — Siyasi iqtisadiyyatın Tənqidi olan kitab, Karl Marksın ən mühüm əsərlərindən biridir. Üç cilddir. Marksın ölümündən sonra 2 və 3-cü cildləri dostu və həmkarı Fridrix Engels tərəfindən nəşr olundu. == Həmçinin bax == Vladimir Lenin Kommunizm Fridrix Engels == İstinadlar == ^ "Arxivləşdirilmiş surət". 6 iyul 2013-cü ildə orijinaldan arxivləşdirilib.
Dhruv Kapila
Dhruv Kapila (1 fevral 2000, Ludhiana, Pəncab ştatı) — Hindistanı təmsil edən qadın badmintonçu.
Fanya Kaplan
Fanni Yefimovna Kaplan (əsl adı: Feyqa Haimovna Roytblat; 10 fevral 1890 – 3 sentyabr 1918, Moskva) — Vladimir Leninə sui-qəsd etməyə cəhd etdiyi iddia edilən Sosialist İnqilabçılar Partiyasının üzvü. Bolşeviklər Fanyanın mənsub olduğu partiyanın fəaliyyətini qadağan etdikdən sonra bir Sosialist İnqilabçı kimi Kaplan Leninə "inqilab xaini" kimi baxmağa başladı. O, 30 avqust 1918-ci ildə Moskvadakı zavodlardan birindən çıxmaqda olan Leninə üç dəfə atəş açaraq onu ağır yaralayır. Çeka tərəfindən dindirilən Kaplan hər hansı iştirakçının adını çəkməkdən imtina edir və sentyabrın 3-də güllələnir. Kaplanın sui-qəsd cəhdi və Moisey Uritskinin qətli 28 oktyabr 1917-ci ildə ölüm cəzasını ləğv edən Sovet hökumətini bu institutu yenidən bərpa etməyə təhrik etdi. == Həyatı == Kaplanın adı ilə bağlı ziddiyyətli fikirlər mövcuddur. Qadın katorqasında adlı xatirələrində Vera Fiqner onu Feyqa Haimovna Roytblat-Kaplan deyə adlandırır. Digər mənbələrdə soyadının Roytman olduğu qeyd olunur. Ona bəzən "Dora" da deyirdilər.Kaplan yeddi uşaqlı yəhudi ailəsində böyüyüb boya-başa çatmışdır. O, hələ erkən yaşlarından siyasi inqilabçı olmuş, sosialist qrup olan Sosialist İnqilabçılar Partiyasına qoşulmuşdu.
Fiktiv kapital
HESA Karrar
İranın HESA şirkəti tərəfindən 2010-cu ildən istehsal olunana “Karrar” PUA-ları 1970-ci illərdə ABŞ-də istehsal olunan “Beechcraft Streaker” hədəf tipli pilotsuz vasitənin törəməsidir. Onun üzərinə, əlavə olaraq Cənubi Afrika istehsalı elementlərin və silah asqılarının yerləşdirildiyi ehtimal edilir. Bu PUA-lar Mahmud Əhmədinejadın prezidentliyi dövründə inkişaf etdirildi. Pilotsuz uçuş aparatı hava hədəfini təqlid edərək hava hücumundan müdafiə qruplarına təlim vermək üçün istifadə olunur. Onlar müntəzəm olaraq İranın hava hücumundan müdafiə təlimlərində diqqəti cəlb edir. Onların İranın köhnə ABŞ istehsalı “Beechcraft Streaker” (DMK-107) pilotsuz hədəflərini əvəz etdiyi bildirilir. Ənənəvi olaraq parlaq narıncı rəngli “Karrar” hədəf dronlarının kiçik üçkünc qanadlarının aşağısında, silindrik və küt burun hissəli füzelyaj yerləşir. Mühərrikin hava qəbuledicisi arxa tərəfdə yerləşir. Mərkəzi asqıda Mk 82 bombası yerləşdirilə bilər. “Karrar” buraxılmaq üçün raketlə təchiz edilən sistemdən, enmək üçün isə paraşütdən istifadə edir.
Qaral
Qaral — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 14 km məsafədə, Bəykənd çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim qarael (>qaral) türk etnonimi əsasında əmələ gəlmişdir. «Böyük el, tayfa» mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 26.IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Katnacur qoyulmuşdur.
Çapal
Çapal (gürc. მაშავერა Maşavera) — Gürcüstanda, Aşağı Kartli mxaresində çay, Anaxatır (gürc. ხრამი (Xrami)) çayının sağ qolu. Maşavera çayı öz mənbəyini Qaraağac silsiləsində dəniz səviyyəsindən 2125 metr yüksəklikdən (41°18′40″ şm. e. 44°08′34″ ş. u.) götürür və Bolnisi rayonunun Arıxlı kəndi yaxınlığında (41°26′38″ şm. e. 44°42′52″ ş. u.) 383 metr hündürlükdə Anaxatır çayına qovuşur.