Kapital[2] (alm. Das Kapital; tam adı: Kapital. Siyasi iqtisadın tənqidi (alm. Das Kapital. Kritik der politischen Ökonomie) — siyasi iqtisadiyyatın tənqidi olan kitab Karl Marksın ən mühüm əsərlərindən biridir. Üç cilddir. Marksın ölümündən sonra II və III cildləri dostu və həmkarı Fridrix Engels tərəfindən nəşr olunub.
Kapital | |
---|---|
alm. Das Kapital | |
Müəllif | Karl Marks |
Janr | esse |
Orijinalın dili | alman dili |
Ölkə | |
Orijinalın nəşr ili | 1867[1] |
Vikianbarda əlaqəli mediafayllar |
1859-cu ildə Marks özünün siyasi iqtisadiyyatla bağlı ilk ciddi tənqidi əsəri olan "Siyasi iqtisadiyyatın tənqidinə töhfə" (alm. Zur Kritik der Politischen Ökonomie) kitabını dərc etdirir.[3] Bu əsər sadəcə onun daha sonra nəşr etmək niyyətində olduğu üç cildlik "Kapital" kitabının girişi kimi nəzərdə tutulmuşdu. Marks əsərdə iqtisadi təfəkkürün aksiomlarını və kateqoriyalarını tənqidi şəkildə araşdırmağa başlamışdı.[4][5][6] Əsər oxucular tərəfindən coşğu ilə qarşılandı və satışa çıxan kimi tezliklə satılıb qurtardı.[7]
"Siyasi iqtisadiyyatın tənqidinə töhfə" kitabının uğurlu satışı Marksı 1860-cı illərin əvvəllərində onun həyatı boyu ən əsas əsəri qismində çıxış edəcək üç böyük cilddən ibarət "Kapital", eləcə də siyasi iqtisadiyyat nəzəriyyəçilərini, xüsusilə də Adam Smit və David Rikardonu müzakirə və tənqid edən "İzafi dəyər nəzəriyyələri" (ing. Theorien über den Mehrwert) adlı əsərləri üzərində işi bitirməyə stimullaşdırırdı. "İzafi dəyər nəzəriyyələri" əsəri çox zaman "Kapital"ın dördüncü cildi kimi qəbul edilir və iqtisadi fikir tarixinə dair ilk əhatəli traktatlardan biri hesab olunur.[8] 1867-ci ildə "Kapital"ın kapitalı tənqidi şəkildə təhlil edən birinci cildi nəşr olundu.[9][6] "Kapital" muzdlu əməyin artımı, iş yerinin çevrilməsi, kapital yığımı, rəqabət, bank sistemi, mənfəət dərəcəsinin aşağı düşmə tendensiyası və torpaq icarəsi, habelə muzdlu əməyin kapitalın hökmranlığını davamlı olaraq necə təkrar ortaya çıxarması kimi mövzular vasitəsilə kapitalın yığılmasının dinamikasını təsvir edərək istehsal üsulunun keçmişdən gələcəyə qədər "hərəkət qanunları"nın izahını nəzərdə tuturdu.[10][11][12] Marks qeyd edirdi ki, kapitalın hərəkətverici qüvvəsi haqqı ödənilməyən işləri izafi dəyərin əsas mənbəyini təşkil edən şəxslərin əməyinin istismarı ilə bağlıdır.
"Kapital"ın rus dilində nəşrinə olan tələbat tezliklə kitabın 27 mart 1872-ci ildə rus dilində 3000 nüsxə ilə çapına səbəb oldu. 1871-ci ilin payızına qədər "Kapital"ın alman dilindəki ilk nəşrinin bütün tirajları satılmış və kitab ikinci dəfə nəşr olunmuşdu.
"Kapital"ın II və III cildləri Marksın ömrünün sonunadək üzərində işləməyə davam etdiyi əlyazmalar olaraq qaldı. Hər iki cild Marksın ölümündən sonra Engels tərəfindən nəşr edilmişdi.[13] Belə ki, əsərin II cildi 1893-cü ilin iyulunda Engels tərəfindən "II Kapital: Kapitalın dövriyyəsi prosesi" adı altında hazırlanıb dərc olundu.[14] III cild isə bir il sonra – 1894-cü ilin oktyabrında "III Kapital: Bütövlükdə kapitalist istehsalı prosesi" adı ilə nəşr edildi.[15] "İzafi dəyər nəzəriyyələri" əsəri o zamanlar geniş yayılmış "1861–1863-cü illərin iqtisadi əlyazmaları"ndan götürülmüşdü. Sonuncu "Kapital" üçün nəzərdə tutulmuş ikinci qaralama əsər olub "Marks və Engelsin əsərlərinin toplusu"nun 30–34-cü cildlərini əhatə edirdi. Daha dəqiq, "İzafi dəyər nəzəriyyələri" əsərlər toplusunun otuzuncu cildindən otuz ikinci cildinin sonuna qədər olan hissəni,[16][17][18] daha geniş olan "1861–1863-cü illərin iqtisadi əlyazmaları" isə əsərlər toplusunun otuzuncu cildinin əvvəlindən otuz dördüncü cildinin birinci yarısına qədərki hissəni ehtiva edirdi. Əsərlər toplusunun otuz dördüncü cildinin digər yarısı isə "Kapital" üçün nəzərdə tutulmuş üçüncü qaralama əsər olan "1863–1864-cü illərin iqtisadi əlyazmaları"nın bugünədək çatmış fraqmentlərindən ibarətdir və onun da böyük bir hissəsi "Kapital"ın I cildinin "Penguin" nəşriyyatı tərəfindən çap olunmuş nəşrinə əlavə kimi daxil edilmişdi.[19] "İzafi dəyər nəzəriyyələri" alman dilində ixtisar olunmuş şəkildə 1905 və 1910-cu illərdə dərc olunmuşdu. Bu ixtisar olunmuş nəşr sonralar ingilis dilinə tərcümə olunaraq 1951-ci ildə Londonda çap edilmişdi. "İzafi dəyər nəzəriyyələri" tam şəkildə, ixtisar olunmadan 1963 və 1971-ci illərdə Moskvada "Kapital"ın IV cildi kimi çapdan çıxmışdı.[20]
[...] The solitary and isolated hunter or fisherman, who serves Adam Smith and Ricardo as a starting point, is one of the unimaginative fantasies of eighteenth-century romances a la Robinson Crusoe; and despite the assertions of social historians, these by no means signify simply a reaction against over-refinement and reversion to a misconceived natural life. [...] This is an illusion and nothing but the aesthetic illusion of the small and big Robinsonades. It is, on the contrary, the anticipation of “bourgeois society,” which began to evolve in the sixteenth century and in the eighteenth century made giant strides towards maturity. The individual in this society of free competition seems to be rid of natural ties, etc., which made him an appurtenance of a particular, limited aggregation of human beings in previous historical epochs. The prophets of the eighteenth century, on whose shoulders Adam Smith and Ricardo were still wholly standing, envisaged this 18th-century individual – a product of the dissolution of feudal society on the one hand and of the new productive forces evolved since the sixteenth century on the other – as an ideal whose existence belonged to the past. They saw this individual not as an historical result, but as the starting point of history
[...]
Labour seems to be a very simple category. The notion of labour in this universal form, as labour in general, is also extremely old. Nevertheless “labour” in this simplicity is economically considered just as modern a category as the relations which give rise to this simple abstraction.
Marx used social criticism as his standard form of social analysis. Marx defined criticism as the "radical negation of social reality."