Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kaşlık
Qaşlıq şəhəri-Sibir xanlığının paytaxtı olmuşdu. Digər adı İsker idi. Sibir şəhəri də adlanır. == Tarixi == Şihabuddin Mərcani hesab edir ki, bu şəhər Şeybani sülaləsinin mərkəzlərindən biri sayıla bilər. XIV-XVI əsrlərdə abad tatar məskənlərindən biri olmuşdur. İrtış çayının sağ sahilində, müasir Tobol şəhəri yaxınlığında yerləşirdi. Şəhərin adının "iski (əski) yer, köhnə, qədimi yer" mənası ilə bağlı olduğunu söyləyənlər də vardır. Bu şəhərdə Sibirin istila edilməsində mühüm rolu olan kazak atamanı Yermak və Sibirin hakimi Küçüm xan (Koçum, Qoçum) arasında qanlı vuruşma olmuşdur. Küçüm xan Sibir ölkəsini islamlaşdıran hakim olmuşdu. Kuçum xan dövründən türkcə yazılmış bir risalə qalmışdır ki, Rizaəddin Fəxrəddin tərəfindən nəşr edilmişdir.
Qarşılıq-güzəşt budaq cümləsi
Qarşılaşdırma budaq cümləsində baş və budaq cümlənin məzmunu bir- biri ilə qarşılaşdırılır, müqayisə edilir, fərqləndirilir və ya biri digərinə güzəştə gedir. Qarşılaşdırma budaq cümləsi də məzmunla bağlıdır. Budaq cümlənin bu növündə budaq cümlə başcümlədəki hər hansı suala cavab vermir. Budaq cümlənin bu növü baş cümlədən əvvəl gəlir. Budaq cümlə baş cümlə ilə nə qədər? bağlayıcı sözü, -sa, -sə şəkilçisi və da, də, belə ədatları ilə əlaqələnir. Məs.: Müəllim nə qədər danışsa da, yaxşı cavab ala bilmirdi. Nə qədər qoca olsam da, deyərəm min cavana. Hara gedir-getsin, əlimdən qurtara bilməyəcək. Qarşılaşdırma budaq cümləsində bağlayıcı söz işlənməyə də bilər: Məs.: Mehman yorulsa belə, işdən doymurdu.
İrsilik
İrsilik (ing. inheritance, rus. наследование, türk. kalıtım) — obyekt-yönlü proqramlaşdırmada: müəyyən xassələrın sinifdən onun törəmələrinə verilməsi. Məsələn, əgər “tərəvəzlər” sinfinin “yaşıl” və “sarı” xarakteristikaları varsa, onların hər ikisi “tərəvəzlər” sinfinin törəmələrinə – bar, yarpaqlar, yeməlilər və s. veriləcək. Ümumi anlamda irsilik, müəyyən xassələrin ana proqramdan və ya prosesdən yerinə yetirilmək üçün çağrılan başqa modullara ötürülməsi prosesinə də aid edilir. Bu halda irsən alınmış xassələrə ana proqram mühitinin bir, yaxud bir neçə xassəsi və ya özəlliyi (məsələn, artıq açılmış fayllar) aid olur. Aşağıdakı nümunədə Form sinfindən “açıq-aşkar” (“publicly”) irsən alınmış Circle sinfi verilib. Yeni Circle sinfi area atributunu təməl Form sinfindən irsən alıb (area atributu dolayı yolla Circle sinfinin atributudur), ancaq ona birbaşa müraciət edə bilməz.
Marsilio Fiçino
Marsilio Ficino Marcilio Ficino (lat. Marsilius Ficinus, it. Marsilio Ficino) — italyan filosofu, humanist, astroloq, katolik keşişi, Florensiya Platon Akademiyasının qurucusu və rəhbəridir. Erkən intibah dövrünün aparıcı mütəfəkkirlərindən biri, Florensiya Platonizminin ən görkəmli nümayəndəsi. Ficino hər şedən əvvəl Platonun əsərlərinin latın dilinə ilk və tam tərcüməsinin müəllifi kimi tanınır. Bu XIX əsrin əvvəllərinə qədər ən yaxşısı tərcümə sayılırdı. Ficino həmçinin neoplatonçuların əsərlərini də tərcümə edirdi, xüsusən Plotininin "Ennead" əsərinin ilk tərcüməsi və bir çox başqa Platon yönlü mütəfəkkirlərin yazılarının tərcüməsi ona aiddir. Ficino tərəfindən Hermetik Korpusun (lat. Corpus Hermeticum) tərcüməsi Qərbi Avropa okkultizminin inkişafına böyük təsir göstərmişdir. Onun Platonun Dialoqlarına verdiyi şərhlər qədim yunan filosofunun təlimlərinin populyarlaşmasına kömək etdi.
İrsilik kodu
İrsilik kodu (ing. inheritance code ~ ru. код наследования ~ tr. kalıtım kodu) – obyekt-yönlü proqramlaşdırmada: obyektə aid olan və ona törəməsi olduğu sinifdən və ya obyektdən ötürülmüş struktur və prosedur əlamətlərin (atributların) toplusu. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Karlik boy
Karlik boy (ing. dwarfism) – anomal kiçik boy, ən çox xondrodistrofik mənşəli olur.
Landsxut varislik müharibələri
Landsxut varisliyi müharibəsi (alm. Der Landshuter Erbfolgekrieg‎) — 1503–1505-ci illərdə Bavariya-Münhen və Bavariya-Landsxut hersoqluqları arasında mübahisə nəticəsində baş vermiş müharibə. Vittelsbax sülaləsinin fərqli qolları arasında əvvəlki razılaşma olan Pavia müqaviləsinə əsasən kişi nəsillərində bir qolun nəslinin kəsilməsi halında titul kişi xətti ilə başqa bir qola miras qalmalı idi. Bu müqavilə, bir nəsil kəsilərsə torpaqları Müqəddəs Roma İmperatorunun miras almasını şərtləndirən imperiya qanunları ilə ziddiyyət təşkil edirdi. == Səbəbi == Bavariya-Landsxut hersoqu I Georq və həyat yoldaşı Yadviqa Yagellonun oğlan övladı olmurdu. Buna görə də Georq həm imperiya qanunlarını, həm də sülalə müqaviləsini pozaraq qızı Elizabetanı 19 sentyabr 1496-cı ildə varisi olaraq təyin etdi (Elizabeta Frayzinq yepiskopu Ruprext ilə daha sonra evləndi). Bu isə Bavariya-Münhen hersoqu IV Albert tərəfindən tanınmadı və qanunsuz hesab edildi. 1503-cü il dekabrın 13-də hersoq Georqun ölümündən 10 gün sonra Landsxutda vərasət iclası keçirildi. Albert buraya göndərdiyi səfirlər vasitəsilə miras iddialarını irəli sürdü, Landsxut qəsrini artıq ələ keçirmiş Ruprext isə iclasda şəxsən iştirak edirdi. İclas zamanı məlum oldu ki, Landsxut şurasının aşağı palatası Albertin hakimiyyətə gəlməsinə qarşıdır.
Landsxut varislik müharibəsi
Landsxut varisliyi müharibəsi (alm. Der Landshuter Erbfolgekrieg‎) — 1503–1505-ci illərdə Bavariya-Münhen və Bavariya-Landsxut hersoqluqları arasında mübahisə nəticəsində baş vermiş müharibə. Vittelsbax sülaləsinin fərqli qolları arasında əvvəlki razılaşma olan Pavia müqaviləsinə əsasən kişi nəsillərində bir qolun nəslinin kəsilməsi halında titul kişi xətti ilə başqa bir qola miras qalmalı idi. Bu müqavilə, bir nəsil kəsilərsə torpaqları Müqəddəs Roma İmperatorunun miras almasını şərtləndirən imperiya qanunları ilə ziddiyyət təşkil edirdi. == Səbəbi == Bavariya-Landsxut hersoqu I Georq və həyat yoldaşı Yadviqa Yagellonun oğlan övladı olmurdu. Buna görə də Georq həm imperiya qanunlarını, həm də sülalə müqaviləsini pozaraq qızı Elizabetanı 19 sentyabr 1496-cı ildə varisi olaraq təyin etdi (Elizabeta Frayzinq yepiskopu Ruprext ilə daha sonra evləndi). Bu isə Bavariya-Münhen hersoqu IV Albert tərəfindən tanınmadı və qanunsuz hesab edildi. 1503-cü il dekabrın 13-də hersoq Georqun ölümündən 10 gün sonra Landsxutda vərasət iclası keçirildi. Albert buraya göndərdiyi səfirlər vasitəsilə miras iddialarını irəli sürdü, Landsxut qəsrini artıq ələ keçirmiş Ruprext isə iclasda şəxsən iştirak edirdi. İclas zamanı məlum oldu ki, Landsxut şurasının aşağı palatası Albertin hakimiyyətə gəlməsinə qarşıdır.
İspaniya Varislik Müharibəsi
İspaniya Varislik Müharibəsi (1700-1715) İspaniya kralı II Karlosun ölümündən sonra Avropa ölkələri arasında ispan torpaqlarının paylaşılması mövzusundakı anlaşılmazlıq səbəbi ilə baş vermiş müharibədir. Böyük bir miras buraxacaq olan ispan kralı II Karlosun 1700-cü ildə ölümü Avropanı yeni bir müharibə təhdidi ilə qarşı-qarşıya buraxdı. Çünki Hollandiya və İtaliyanın bir qismi ilə Braziliya xaricində Cənubi Amerika, Böyük Antillər, Bülbül Adaları və Filippinə qədər uzanan İspaniya Müstəmləkə İmperiyasının paylaşılması əsas mövzu idi. 1700-1715 illəri arasında bir çox müharibə və mübarizələrə səbəb olan İspaniya Varislik Müharibəsinin Avropa və dünya tarixi cəhətindən önəmli xüsusiyyətləri və nəticələri vardır: 1. Profesyonal ordular tərəfindən gerçəkləşdirilən bir müharibələr seriyasıdır. Bu səbəblə gələcəyin müharibələrinin xarakteristikalarını əks etdirir. 2. Müharibənin səbəbi dini olmaqdan çıxıb siyasi-iqtisadi bir ölçü qazanmışdı. Mübarizədə dəniz gücünün üstünlüyü ciddi rol oynamışdı. 3. Dünya Müharibəsi deyilə biləcək ilk müharibədir. Avropanın öndə gələn dövlətlərindən əlavə olaraq, dənizin o biri tayındakı ölkələri də içinə almışdır. Avropaya yeni bir status qazandıracaq və ölkələrin gələcəyinə təsir edəcək olan ispan kralı II Karlosun ölümündən əvvəl yazdığı “Vəsiyyətnamə” belə idi: “İspaniya torpaqlarının bütövlüyü pozulmadan XIV Luisin nəvəsinə qalacaq, ancaq Fransa və İspaniya taxtları birləşdirilməyəcəkdir.
Drakula 3: Varislik (film, 2005)
Drakula 3: Varislik (ing. Dracula III: Legacy) — 2005-ci ildə istehsal olunmuş filmdir. == Xarici keçidlər == Drakula 3: Varislik — Internet Movie Database saytında.
Varislik. Kamal Talıbzadə (film, 2016)
Varislik. Kamal Talıbzadə qısametrajlı televiziya filmi. 2016-cı ildə Azərbaycan Televiziyasında rejissor Murad Quliyev tərəfindən çəkilib. == Məzmun == Film tənqidçi, ədəbiyyatşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, professor, Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycanın Elm xadimi, Azərbaycanın Maarif xadimi, Azərbaycan Dövlət mükafatı laureatı Kamal Talıbzadəyə həsr olunub. == Film haqqında == Filmdə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin arxiv materiallarından istifadə olunur.