Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Metafora
Metafora (q.yun. μεταφορά — «köçürmə») və ya məcaz — Metafor bir əşya, varlıq və hadisəyə məxsus əlamətə hadisə üzərinə köçürülməsi yolu ilə düzəlir. Metaforu təşbehlə (bənzətmə ilə) qarışdırmaq olmaz. Hər ikisi müqayisə, bənzətmə əsasında düzəldiyi üçün bəzən onları fərqləndirmək çətindir. Yadda saxlamaq lazımdır ki, təşbehdən fərqli olaraq metaforda qarışdırılan tərəflərdən biri iştirak etmir. Cümlədəki şəxs sadəcə bir fikirlə ifadə olunur. Yəni, təşbehdə müqayisə olunan predmetlərdən (bənzəyən və bənzədilən) hər ikisinin adı çəkildiyi halda, metaforda yalnız birinin adı çəkilir. Məsələn, "Üzü günəş kimi işıq saçan qızım susmasın" cümləsində üzün günəşə bənzədilməsi ilə təşbeh düzəlmişdir. Həmin cümləni "Günəşim susmasın" şəklinə salsaq metafor düzələcək. "Günəş" sözü bütöv cümlədəki başlıca fikri ifadə etməklə metafor çevrilir.
Anafora
Anafora (yun. "anaphora" - təkrir) — şeirdə misraların, nəsrdə isə cümlələrin əvvəlində eyni söz və ifadənin təkrarı yolu ilə yaranan bədii ifadə vasitəsidir. Yaraman tərzinə görə ədəbiyyatımızda fonetik, leksik və sintaktik anaforaya tez-tez təsadüf edilir. Səməd Vurğun poeziyasından gətirdiyimiz aşağıdakı nümunə leksik anaforaya aiddir.
Katara
Katara (çin. 卡塔拉 Kǎ Tǎ Lā) — Avatar: Aanq haqqında əfsanə cizgi serialının, eyni adlı Netflix serialının və Sonuncu hava maqı filminin əsas personajlardan biri; Korra əfsanəsi cizgi serialın personajı. Birinci serialın əvvəlində Katara Cənub qütbdə tək bir su maqı idi. == Yaradılması və konsepsiyası == Yayılmamış pilot seriyasında Kataranın adı Kaya (ing. Kya) idi. Nickelodeon-un hüquq şöhbəsi həmin adın Kya: Dark Lineage video oyunuda artıq işləndiyini öyrənəndə ona veto qoymuşdu. Bundan sonra Kanna adı təklif olunub, amma o daha sonra Kataranın nənəsi üçün işlənilib. Kia isə Kataranın anası olub. Bundan başqa, orijinal konsepsiyada baş personajların yaşı aşağı olmalı idi. Lakin sonra, icraçı prodüsser Erik Kolmen Nickelodeon yetkinləşmə süjeti istəmədiyini xəbər vermişdi.
Ataqora departamenti
Ataqora departamenti — Beninin 12 departamentindən biri. == Ərazisi == Ataqora departamentinin ərazisi 20 499 km2-dır. Ataqora departamentinə 9 şəhər daxilidir. == Əhalisi == 2013-cü ilə olan məlumatlara əsasən Ataqora departamentinin əhalisi 769 337 nəfərdir.
Kamfora ağacı
Camphora (lat. Camphora) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinə aid bitki cinsi. == Tarixi və yayılması == Kamforanın vətəni Şərqi Asiya, Çinin cənub və cənub-qərb rayonları, Tayvan, Yapon adaları — Ryukyu, Kyu-syu, Sikoku, Xansyu və Koreyanın Çedjuda adası hesab olunur. Tayvanda dəniz səviyyəsindən 500-2000 metr, Xondo adasında isə 850 metrə qədər yüksəklikdə bitir. Cənubi Afrikada, Kanar adalarında, Madaqaskarda, Avstraliyada, Avropanın cənub rayonlarında və Şimali Amerikanın cənub şərq rayonlarında təbii şəkildə yayılmışdır. Kamfora ağacından kamfora yağı və kamfora Çində və Yaponiyada bizim eranın doqquzuncu yüzilliyində alınmışdır. Asiyada isə ondan hələ qədim zamanlardan həvəsə gətirici vasitə kimi istifadə edilirdi. Ərəblər isə artıq on birinci yüzillikdə kamforadan müxtəlif tibbi məqsədlər üçün istifadə edirdilər.Kamfora yağı birinci dəfə Avropaya 1676-cı ildə gətirilib və Hollandiyada əkilmişdir.1910-cu ildən başlayaraq Almaniya qeyri-təbii yolla kamfora istehsal etməyə başladı. 1920-ci illərdə kamfora kefləndirici vasitə kimi istifadə olunurdu. Kamforanın sənaye plantasiyaları Hindistanda, Malay arxipelaqı adalarında, cənubi - şərqi Asiya ölkələrində, Avstraliyada, Yaponiyada, cənubi və şimali Afrikada, Cənubi Avropada (Fransa, İtaliya) Cənubi Amerikada (Braziliya) Filippin, Antil və Qərbi Hind adalarında salınmışdır.
Kamfora yovşanı
Kamfora yovşanı (lat. Artemisia maritima) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. == Təbii yayılması == Qara, Azov, Baltik dənizlərinin sahillərində bitir. == Botaniki təsviri == Hündürlüyü 20–100 sm olan, ağ tükcüklü yarımkoldur. Gövdələri çoxsaylı, yuxarı qalxan hissəsi busaqlıdır və kiçik çim əmələ gətirir. Bitki çoxillikdir; qısalmış sərilən, çılpaq budaqlara malikdir. Yarpaqları hər iki tərərfdən ağ tükcüklü, növbəli, lələkvari bölünmüş, ensiz, xətvari hissəli, səbətlərdən uzundur. Aşağı yarpaqları saplaqlı, ikiqat, üçər lələkvari, parçalanan,3–4 sm uzunluqdadır. Boruvari çiçəkləri qırmızımtıl və ya sarımtıl, çox xırda, ellipsvari-oval, uzunluğu 1–2 mm-dir. Səbətləri, adətən, 2–5 mm uzunluqda, sallaq, gövdə budaqlarının uclarında süpürgələrdə yerləşir.