I Təhmasibin Kartli və Kaxetiyə yürüşləri
I Təhmasibin Gürcüstan yürüşləri — Səfəvi imperiyasının ikinci hökmdarı olan I Təhmasibin indiki Gürcüstan ərazisində yerləşən Kartli və Kaxeti çarlıqlarını ərazilərinə həyata keçirmiş yürüşləri.
Şah Təhmasibin mütəmadı olaraq maraqlandığı bölgələrdən biri də Gürcüstan idi. Bunun səbəbləri içərisinə indiki Gürcüstanın cənubu və indiki Ermənistan ərazilərini əllərində saxlayan Ustaclı tayfasının gücünü azaltmaq dursa da, digər bir məqam yağma idi. Əsasən xristian olan gürcü torpaqlarına hücumların çox zaman motivi cihad olurdu. Şah Təmasibin ilk yürüşü zamanı Tiflis yağmalanmış, onun kilsələri, gürcü zadəganların sərvətləri, uşaqları və arvadları qənimət olaraq ələ keçirilmişdi. Həmçinin sonda Tiflis, Golbad kimi şəhərlərin hakimləri şiəliyi qəbul etməyə məcbur olmuşlardı. Kartli kralı I Luarsab xilas olmağı bacarmış və Təhmasibin yürüşləri zamanı gizlənmişdir. İkinci yürüşün məqsədi gürcü torpaqlarında stabil qızılbaş hakimiyyətini təmin etmək idi. Yenə yağmalamalarla müşahidə edilən yürüş nəticəsində Kaxetiya kralı Levan tabe edilmiş və o, şaha tabe olacağı barədə and içmişdir. Amasiya sülhündən bir il əvvəl daha bir yürüş həyata keçirilmişdir.