Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kayanlar
Kayanlar — Cənub-Şərqi Asiyada yaşıyan bir xalq. Burma və Taylandda yaşamaqdadırlar. Kayanlar, Karenni olaraq da bilinən Qırmızı Karen xalqının bir alt qoludur. Tibet-Burma etnik mənşəyinə sahibdirlər. 90-cı illərin sonunda Myanmarda yaşanan qarışıqlıq sonrası çox sayda Kayan qəbiləsi Tayland sərhədini keçərək, Taylandın Mae Hong Son bölgəsinə yerləşmişdir. Dünyanın ən uzun boyunlu qadınları ünvanını daşıyan Padaunglar isə Red Karen (Karenni) Qəbiləsinin bir alt qrupudur. Şan dilində uzun boyun mənasını gələn Padaunglar eyni zamanda Zürafə Qızlar olaraq da bilinməkdədir. Bir Padaung qadını həyatı boyunca ortalama 20 halqa taxır. Təxminən 10-12 kiloqram ağırlığı tapan bu ağır düyü halqalar zamanla çiyinləri aşağı basdıraraq bədənin şəklini pozaraq boynu uzatmaqdadır. Hələ 5-6 yaşlarındaykən uşaqların boyunlarına halqalar ilişməyə başlanmaqdadır və hər il halqaların sayı artırılmaqdadır.
Qayalar
Süxur — Yer qabığını əmələ gətirən bii mineral birləşmədir. Mənşəyinə görə süxurlar müxtəlif qruplara bölünür: Ana süxurları torpaqəmələgətirən süxurlar üçün əsas sayılır, onların üst qatlarından torpaq yaranır. Süxurların xüsusiyyətləri torpağın kimyəvi və fiziki xassələrinə müəyyən qədər təsir göstərir. Qranit üzərində əsasən az münbit torpaqlar əmələ gəlir. Bazalt süxurlar isə münbit torpağın yaranması üçün qiymətli material hesab olunur. Landşaftın, hidroqrafiyanın və bitki örtüyünün xüsusiyyəti dağ süxurlarının xarakteri və formasından asılıdır. Maqmanın yer qabığının dərinliklərində və ya yer kürəsində soyuyaraq qatılaşmasıyla əmələ gələn süxurlara maqmatik süxurlar deyilir. (Məsələn:Qranit, Siyenit, Trakit, Andezit, Latit, Diyorit, Qabro, Obsidian, Monsonit, Perlit, Riolit, Qranodiorit, Bazalt, Harzburgit, Diabaz və s.) Maqmatik süxurlar da özlüyündə 2 qrupa bölünür: Effuziv- Maqma püskürüb yer səthinə çıxaraq aşağı temperatur və toyiq şəraitində soyuduqda yaranan süxurlar İntruziv — maqma yer səthinə çatmayıb yüksək təzyiq şəraitində müəyyəndərinlikdə yavaş-yavaş soyuyub kristallaşaraq yaranan süxurları deyilir. Maqmatik süxurların xarici təsirlər nəticəsində(hava, su, külək və s.) kiçik parçalara bölünməsilə meydana gələn süxurlara deyilir. (Məsələn:Qumdaşı, Gildaşı, Konqlomera və s.) Sedimental süxurların növləri: Mexaniki Sedimentar süxurlar Kimyəvi Sedimentar süxurlar Üzvi Sedimentar süxurlar Metomorfik süxurlar — yerin daxilində olduğu yerdəcə çöküntü süxurlarından yaranmışdır.
Ekzotik qayalar
Ekzotik qayalar təbii amillərin – günəşin, yağış və küləyin çökmə və maqmatik dəstəmlərin çıxışlarına fəal erozion təsirinin son məhsuludur. Bu proses nəticəsində müxtəlif kövrəkli süxurlar qeyri-bərabər dağılmaya məruz qalır və onların daha davamlı fraqmentləri çox vaxt ağlagəlməz dərəcədə qəribə görkəm alır. Ekzotik qayalar Azərbaycan Respublikasının bütün dağlıq-qırışıqlıq regionlarında, daha çoxu isə Naxçıvan diyarında, Talış dağlarında, Qobustanda, Cənub-Şərqi Qafqazda geniş təmsil olunmuşdur və onları əmələ gətirən süxurların yaşı paleozoydan başlamış müasir dövrə qədərdir. Naxçıvan MR-də Əlincəçayın sol sahilində, Qızılca və Kirnə kəndlərinin arasında yerləşir. Orta eosen tuf-qumdaşlarına atmosfer amillərinin aşınma təsiri nəticəsində yaranmışdır. Naxçıvan MR-də Gilançayın sağ sahilində, Başkənddən cənubda eyniadlı yüksəkliyin zirvəsini təşkil edən, relyefdə ifadəli təsir bağışlayan orta eosenə aid aşınmış tuf-qumdaşlarının qalığı. Uzaqdan baxanda bir-birinə tərəf əyilmiş iki adamı xatırladır. Naxçıvan MR-in cənub-şərqində, Nehrəm dərəsinin yamaclarında trias dolomitlərinin eroziya prosesinin təsirinə məruz qalması nəticəsində yaranmışdır. Naxçıvançayın yuxarı axarında, Mahmudoba kəndinin yaxınlığında orta eosen yaşlı tuf-qumdaşlı ayaq üstündə tuf-konqlomerat brekçiyasının qayması yerləşir. Unus və Pəzmərə kəndlərini birləşdirən yoldan yuxarıda yerləşir və qadın fiqurunu xatırladan formada olub orta eosenin vulkanogen süxurlarından təşkil olunmuşdur.
Evli qayalar
Meoto İva (夫婦岩) və ya Evli qayalar – Yaponiyanın Mie prefekturasının Futami sahillərində yerləşən iki qaya parçası. Bu qayalar şimenava adlandırılan qalın iplərlə bir-birinə birləşdirilib. İplərin çəkisi ən azı bir tondur və ildə müxtəlif dini ainlər zamanı dəyişdirilir. Qayalar Futami Okitama məbədinin rahibləri tərəfindən müqəddəs hesab edilir. Şintoizmə görə kaminin yaradıcılarının evliliyini – İzanami və İzanaqini simvolizə edir. Buna görə də qayalar həm də evliliyin simvoludur. Kişini simvolizə etdiyi düşünülən daha böyük qayanın başında torii var. Qayalara tamaşa etmək üçün ən yaxşı fürsət yayda sübh çağıdır. Bu zaman günəşin qayaların arasında doğuşunu izləmək olar. Bir az uzaqlıqda Fuci dağını görmək olar.
Kaçalar (Germi)
Kaçalar (fars. كچلر‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 68 nəfər yaşayır (13 ailə).
Qıvrım qayalar
Kafalar qarışıq
Kafalar qarışıq — 2018-ci il istehsalı Türk komediya filmi. Filmin baş rollarında "Kafalar" YouTube kanalının sahibi Atakan Özyurt, Bilal Hancı və Fatih Yasin oynayır. Atakan və sevgilisi Busə xoşbəxt sevgililik həyatı yaşayırlar. Cütlüklər evlənməyi qərara alırlar, lakin Busənin babası bu evliliyə razı olmur. Atakan nə edirsə etsin Busənin babasını yola gətirə bilmir və yerdə tək çarə qalır, oda Busənin illərdir itkin olan atasını tapmaq. Öz qayınatasını tapmaq üçün macəraya atılan Atakana dostları Fatih və Bilal kömək edir.
Kafalar Qarışıq (film, 2018)
Kafalar qarışıq — 2018-ci il istehsalı Türk komediya filmi. Filmin baş rollarında "Kafalar" YouTube kanalının sahibi Atakan Özyurt, Bilal Hancı və Fatih Yasin oynayır. Atakan və sevgilisi Busə xoşbəxt sevgililik həyatı yaşayırlar. Cütlüklər evlənməyi qərara alırlar, lakin Busənin babası bu evliliyə razı olmur. Atakan nə edirsə etsin Busənin babasını yola gətirə bilmir və yerdə tək çarə qalır, oda Busənin illərdir itkin olan atasını tapmaq. Öz qayınatasını tapmaq üçün macəraya atılan Atakana dostları Fatih və Bilal kömək edir.
Dayaklar
Dayaklar (protoavstroneziya dilində Daya – “qurunun daxili, sahildən uzaq hissələri”) — Kalimantan adasının daxili rayonlarında (İndoneziya, Malayziya, Bruney) yaşayan Avstroneziya xalqlarının ümumiləşdirici adı. Ənənəvi olaraq dayaklara tala əkinçiliyi ilə məşğul olan və İslamı qəbul etməyən adanın yerli sakinləri aid edilir; sahilyanı rayonlarda suvarma çəltikçiliyi ilə məşğul olan müsəlman malayyalılar, həmçinin cəngəlliklərdə ovçuluq və yığıcılıqla məşğul olan punanlar dayakladan fərqləndirilir. Ümumi sayları 4–5 mln. nəfərdir (2006). Avstroneziya dil ailəsinin müxtəlif qollarına aid dillərdə (bax Kalimantan dilləri) danışırlar. Ayrı-ayrı dayak tayfalarında mnemonik piktoqrafiya mövcud idi. İban, nqacu və s. dillərdə 19-cu əsrin ortalarında xristian missionerlər tərəfindən işlənib hazırlanmış, yaxud İndoneziyada tətbiq edilən latın əlifbasının təsiri altında 20-ci əsrin ikinci yarısında yaranmış yazı sistemləri meydana gəldi. İndoneziya dayaklar arasında yayılmış nqacu dili, Saravakda isə iban dili etnoslararası ünsiyyət vasitəsi kimi istifadə olunur. İndoneziya dili (İndoneziyada) və ədəbi Malayya dili (Malayziya və Bruneydə) də yayılmışdır.
Kabablar
Kabab — əsasən şişə çəkilərək manqalda bişirilən ət yeməyi. Bununla belə tərəvəzlərdən, xüsusilə də pomidor, badımcan, bibər və kartofdan da kabab hazırlanır. Digər tərəfdən kabab tavada da bişirilir. Buna "tava-kababı" deyilir. Kababı hazırlayan aşpaz adətən kababçı adlandırılır. Kabab rusca "şaşlık" adlanır. "Şaşlık" sözünün kökü "şişlik" türk sözündən götürülüb və "şiş üstündə" deməkdir. Hələ "Kitabi Dədə Qorqud"da "şişlik" sözünə dəfələrlə rast gəlinir. Əsrlər boyu kabab qafqazlıların ən sevimli yeməyi olmuşdur.
Kalaşlar
Kalaşlar (kl: کاࣇاشؕا;urdu کالاش) — Pakistanda etnik qrup. Kalaşalar Asiyanın aborigenləri hesab olunur, onların əcdadları Cənubi Asiyada uzaq bir yerdən Əfqanıstana köçmüşlər. Pakistanın şimalında, Əfqanıstan sərhəddində yaşayan Kalaşlar nə fiziki baxımdan, nə də ənənələrinə görə qonşularına bənzəyir. Çünki onların keçmişi çox uzaqdan, Makedoniyadan bu torpaqlara gələn Böyük İskəndərin ordusuna dayanır. Bu gün Əfqanıstanda nə İskəndər, nə də onun Ellin imperiyasından geriyə artıq şey qalıb. Amma İskəndərin nəvələri, ya da başqa sözlə desək, İskəndərin itkin qəbiləsi hələ də Əfqanıstan-Pakistan sərhəddində yaşayır. Kalaş xalqının mədəniyyəti misilsizdir və bir çox cəhətdən Pakistanın şimal-qərbində onları əhatə edən bir çox müasir İslam etnik qruplarından fərqlənir. Təbiət onların gündəlik həyatında çox mühüm və mənəvi rol oynayır. Dini ənənələrinin bir hissəsi olaraq, bol ehtiyatlarına görə şükür etmək üçün qurban kəsilir və festivallar təşkil olunur. Kalaşın mifologiyası və folkloru Qədim Yunanıstanın mifologiyası və folkloru ilə müqayisə edilir, lakin Hindistan yarmadasını digər yerlərində olan hindu ənənələrinə daha yaxındır.
Kalbalar
Kalbalar- eramızın VI əsrində indiki Azərbaycan respublikasının Mərkəzi Aran vilayətində yaşamışlar. Onlar əsasən İslam dininə sitayiş etmişdir. Onlar VII əsrin əvvəllərində İmişli rayonun özlərinə paytaxt seçmişdir. Hətta inzibati ərazi dairələri arasında 4-cü böyük dairə olan Məmmədli-Əliyetməzli dairəsinin şimal bölgəsində onlara aid kitablar orxeonik yazılar tapılmışdır. 1792-ci ildə Qarabağ xanlığı ilə böyük mübarizə etmiş lakin məğlub olaraq buralardan birdəfəlik köç etmişdir. Hal-hazırda ÇXDR-nın Urumçi şəhərində məskunlaşmışlar.
Kambalar
Kambalar və ya akambalar — Keniyanın cənubunda Qalana və Tana çayları hövzəsində yaşayan xalq. Dilləri bantu dilləri ailəsinə daxildir. Akambaların yaşadıqları ərazi 1963-cü ilədək Birləşmiş Krallıq hakimiyyəti altında idi. Əkinçilik və maldarlıqla məşğul olurlar. Bir hissəsi işləmək üçün şəhərlərə gedir. Akambaların əksəriyyəti yerli ənənəvi dinlərini saxlamışdır. Bir qismi xristiandır. Kioko, D. The Akamba people and music. Nairobi: Mvule publishers. 2012.
Kaqular
Kaqular (lat. Rhynochetidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin günəşvağıkimilər dəstəsinə aid heyvan fəsiləsi.
Karaylar
Kəraimlər (kəraimcə. krım dialektində: tək. къарай, cəm. къарайлар; trakay dialektində: tək. karaj, cəm. karajlar; ivr. ‏קָרָאִים‏‎ — "kəraim", hərfən oxuyanlar) — Belarus, Litva, Krım, Qərbi Ukrayna, Polşa, ABŞ, Rusiya, Dağıstan, Türkiyə, İsrail və Rumıniyada yaşayan Yəhudi Krım Türk xalqı. Kəraim xalqının və dininin adı "Bibliyanı oxumaq, öyrənmək, şöhrətləndirmək, onun davamçısı olmaq" mənasını daşıyan ərəb və qədim yəhudi sözü "kara"-dan gəlir. "Karaim" ifadəsi etnik, dil, və dini mənsubiyyəti göstərmək üçün işlənilir. Litva karaimləri nəzərdə tutulduqda bu iki ifadə üst-üstə düşür.
Karrlar
Karrlar və ya Şrattlar (rus. карры, ing. karren, clints) — çılpaq karst sahələri üçün səciyyəvi olan xırda relyef formaları, paralel sıralarla yerləşən dik yamaclı dərin qırışıq formasında (dərinliyi bir necə sm-dən 1–2 m-ə qədər). Əhəng daşlarının səthi ilə ayrı-ayrı şırnaq şəklində axan atmosfer sularının həlletmə fəaliyyəti nəticəsində yaranır.
Kaskalar
Kaskalar (ing. Kaska) və ya Kaska Dena — Kanadada hindi tayfası. Onlar əsasən Britaniya Kolumbiyasının şimalı və Yukonun cənub-şərqində yaşayırlar. Kaska dili Atabask dilləri qrupuna aiddir. 2005-ci ildə fransız rejissoru Co Berance "Çoxlardan biri" filmini çəkmişdir. Bu filmin baş qəhrəmanı öz mədəni kimliyini axtaran kaska mənşəli Salli Tisinadır.
Kasklar
Kasklar və ya kaşklar (het mətnlərində "Gašga", "Kašga", "Kaška"; II Ramzesin kitabələrində "Kškš"; Assuriya mənbələrində "māt Kašku"; Uqarit mənbələrində "ktk") — e.ə. II minilliyin əvvəlləri ilə e.ə. VIII əsr arasındakı bir dövrdə Anadoluda, Pont regionunun şərqində yaşamış, təsnif edilməmiş kask dilində danışmış qeyri-Hind-Avropa mənşəli yarımköçəri tayfa və ya tayfalar icması. Kaskların yazı dili yoxdur və şəhər salmamışdılar. Onlar arxeoloqlara məlum deyillər və bu səbəbdən kask mədəniyyəti haqqında çox az məlumat mövcuddur. Het dövlətinin qədim padşahlıq dövrünə aid mənbələrdə kaskların adına rast gəlinməsə də, onların Het dövlətinin daha əvvəlki dövrlərində mövcud olması III Xattusili və IV Tudxaliyanın hakimiyyət dövrünə aid kitabələrdə qeyd edilir. Kasklar Het dövləti mövcud olduğu dövr boyu padşahlıq üçün bir problem olmuşdur. Münaqişənin kritikləşməsi səbəbilə kask basqınları hətta dövlətin ucqar bölgələrinə də yayılmışdır. Tarixçilər güman edirlər ki, Het dövlətinin süqutundan sonra kasklar Assuriya sərhədlərinə qədər irəliləyərək ətrafdakı padşahlıqlarla ittifaq qurmuş, nəhayət Assuriyadan gələn hücumlar və kimmerlərin istilası nəticəsində məhv olmuşdular. Kaskların əslən yerli Anadolu xalqı olub-olmadığı bilinmir.
Kayahan
Kayahan Açar (azərb. Qayaxan Açar‎; d. 29 mart 1949, İzmir, İzmir ili, Türkiyə – ö. 3 aprel 2015, İstanbul, İstanbul ili, Türkiyə) — Türk pop müğənnisi və bəstəkarıdır. Uşaqlıq və gənclik illərini Ankarada keçirən müğənni daha sonra İstanbula köçüb. İstanbuldan sonra uzun müddət Balıkesir-Göməçdəki İnta Sevgi kəndində Gecələr Prospekti və Mavilim Küçəsində yaşayəb. Bu kənddəki bütün prospekt və küçələr, Kayahanın mahnılarının adlarından ibarətdir. Kayahan ilk olaraq məşhur müğənni Nilufərə verdiyi gözəl mahnılarla adını eşitdirməyə başladı. Nilufərin ifa etdiyi "Geceler", "Kar Taneleri", "Esmer Günler" mahnıları çox sevildi. Müğənni hazırladığı bütün albomları bir şüarla tanıdırdı.
Kaymanlar
Kaymanlar (lat. Caiman) — timsahlar dəstəsinə, Alliqatorlar fəsiləsinə daxil olan cins. Bunlar kiçik alliqatorlardır — bütün növlər yalnız 1,5–2 metr uzunluğa çatır və orta hesabla 6 ilə 40 kq arasındadır. İspan dilindən tərcümədə "kayman" timsah mənasını verir. Bu heyvanlar qara kaymalar (Melanosuchus) və hamaralın kaymalar (Paleosuchus) ilə qarışdırılmamalıdır. Kaymanlar morfologiyasına görə alliqatorlara bənzəyir, ancaq qarın nahiyəsində osteodermalar kimi tanınan sümük lövhələrinin olması ilə fərqlənir. Enlisifət və eynəkli kaymalar burun körpüsündən gözlərin altından keçən sümüklü bir silsilənin olması ilə xarakterizə olunur. Enlisifət kayman cinsin ən böyük növüdür, maksimum uzunluğu 3,5 metrə qədər, kütləsi isə 200 kq-a çatır. Eynəkli və paraqvay kaymanları təxminən 2,5 m uzunluğa çatır və 60 kq-a qədər çəki verir. Orta hesabla bütün bu növlərin nümayəndələri nəzərəçarpacaq dərəcədə kiçikdir, uzunluğu 2 metrdən azdır.
Kazaklar
Kazaklar (müxtəlif dillərdə: Kozak, Kosak, Cossack, Kossak, Kazak, Rus Kazakları) — Don və Dnepr çayları yaxınlığında XV əsrdən etibarən formalaşmağa başlamış xalq. Bir çox hallarda kazaklar Qazaxıstanda yaşayan yerli qazax xalqı ilə müqayisə olunur. Ancaq hər iki xalq arasında hec bir əlaqə mövcud deyildir. Kazak sözü qədim türk dilində azad insan mənasını verir.
Koalalar
Koalalar (lat. Phascolarctidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin i̇kikəsicidişlilər dəstəsinə aid heyvan fəsiləsi.
Kosalar
Azərbaycan Kosalar (Xocalı) — Azərbaycan Respublikasının Xocalı rayonunun inzibati ərazi vahidində kənd. Kosalar (Qazax) — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. Kosalar (Lənkəran) — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Kosalar (Ağdam) — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində kənd. Kosalar (Laçın) — Azərbaycan Respublikasının Laçın rayonunun inzibati ərazi vahidində kənd. İran ‎Kosalar (İcrud) Kosalar (Xudafərin) — İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd.
Lamalar
Lamalar (lat. Lama glama) – dəvə və vikunya ilə birlikdə dəvəkimilər fəsiləsinə cins. Yalnız Cənubi Amerikada yayılmışdır. Lamalar və vikunyalar bəzən köhnə dünyadakı qohumlarından hürgücünün olmaması və daha qısa boyu ilə fərqlənən Yeni Dünya dəvələri qrupunda birləşdirilir. Lamalar cinsinin nümayəndələri uzunluqları 120 ilə 220 sm, çəkisi 55 ilə 150 kq arasında dəyişir. Cinsə iki növ daxildir: Quanako (Lama guanacoe) Lama (Lama glama) Onların ilk təsviri 1553-cü ildə Sesa de Leonun "Peru Salnamesi" kitabında verilmişdir. Onlara bir vəhşi növ olan quanako (Lama guanicoe) və ayrıca əhlilləşdirilmiş bir növ lama (Lama glama) daxildir. Əhlilləşdirilmə prosesi təxminən 5000 il əvvəl başlamışdır. Vikunyalar da daxil olmaqla qarışıq xüsusiyyətlərə sahib heyvanlara tez-tez rast gəlinir. Çoxdan yük və minik heyvanı kimi istifadə olunu.
Naxalar
Naxalar (lat. Siluridae) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin naxakimilər dəstəsinə aid heyvan fəsiləsi.
Paşalar
Paşalar — Azərbaycan Respublikasının Şuşa rayonunun Şırlan kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Şuşa rayonunun Xanalı kənd Sovetindən Paşalar kəndi Şırlan kənd Sovetinin tərkibinə verilmişdir. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Paşalar kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır.
Qaydalar
Saxalar
Saxalar (saxa сахалар) və ya Yakutlar — türk xalqı, Rusiya Federasiyasının subyekti olan Saxa Respublikasının yerli əhalisi. Saxaların dindarlarının bir qismi xristian-provoslav olsa da əsasən ənənəvi şamanizmə etiqad edirlər. Özlərini Saxa adlandıran Yakutlar Rusiya Federasiyasında muxtar quruma malikdirlər. Sahəsi 3103200 km², əhalisi 949280 nəfər(2002-ci il siyahıya almasına əsasən) olan Saxa Respublikasında türk xalqlarının toplam sayı 456564 nəfər və ya 48,1%-dir (2002-ci il siyahıya almasına əsasən) və onların da 432290 nəfəri və ya Saxa Respublikasının əhalisinin 45,54%-i saxalardır (2002-ci il siyahıya almasına əsasən).
Sayralar
Sayralar (lat. Cololabis) — Sakit okeanın səth sularında yayılmış, Scomberesocidae fəsiləsinə aid balıq cinsi. Cins iki növə bölünür. Sayra növü mühün sənaye əhəmiyyətli balıq sayılır. Elmi adı latın sözü olan kolos «qısa» və labia «dodaq» sözlərinin birləşməsindən əmələ gəlmişdir. Bədənləri uzunsov, rəngləri gümüşüdür. Cololabis adocetus Böhlke, 1951 — Cırtdan sayra Cololabis saira Brevoort, 1856 — Sayra Froese, Rainer, and Daniel Pauly, eds. (2006). "Cololabis " FishBase saytında. April 2006 version.
Talalar
Talalar — Azərbaycan Respublikasının Balakən rayonunun inzibati ərazi vahidində kənd.
Yaralar
Yara — mexaniki təsirdən dəri və selikli qişaların, bədən boşluğunda yerləşən üzvlərin: ürək, ağciyər, qaraciyər, mədə-bağırsaq, böyrəklər, sidik kisəsi və s. tamlığının pozulmasıdır. Mexaniki zədə kəsici, deşici alətlərlə törənirsə və dəri tamlığı pozulursa, bu yaradır. Məsələn, qarına vurulan bıçaqla dəri tamlığı pozulur, mədənin divarında, qaraciyərin parenximasında yara törənir. Qarnın küt zədələnmələri zamanı dəri tamlığı pozulmur və yalnız dalağın zədələnməsi qanaxmaya səbəb olur, bu zaman söhbət yaradan deyil, dalağın cırılmasından getməlidir. Yaranın 3 əsas əlaməti vardır: ağrı, qanaxma, yara səthi. Yaralar əmələgəlmə səbəblərinə, toxumaların zədələnmə xüsusiyyətinə, infeksiyalaşma ehtimalına, yara kanalının bədən boşluqlarına münasibətinə və s. görə təsnif olunur. Əmələ gəlməsinə görə bütün yaralar 2 qrupa bölünür: məqsədyönlü və təsadüfi yaralar. Məqsədyönlü yaralar — özləri də 2 qrupa bölünür: tibbi və kriminal yaralar (müharibələr, qəsd, intiqam, intihar).