bayatısız
bayatlaşma
OBASTAN VİKİ
Bayatlar (monqollar)
Bayatlar (monq. Баяд) — Monqolların bir qolu. == Tarixi == "Camiüt-Təvarix" adlı ünlü əsərin müəllifi Fəzlullah Rəşidəddin, adı çəkilən əsərində zikr etdiyi bir çox tayfanın adları X əsrdən öncəki Monqolustana aid tarixi sənədlərdə görüldüyü ifadə edilməkdədir. Əhməd Zəki Vəlidi Toğan isə bu mövzuda belə deyir: “Şimaldan və şimali-şərqdən qalxıb gəlmiş və cənuba yerləşmiş olan “Uyrat-Uyğurlar”, “Kayat-Kayılar”, “Kanıklıyut-Bayaut-Bayatlar” adlarını daşıyan qəbilələr əslən Türk olub Çingiz xanın ortaya çıxışına qədər Monqollaşmış ancaq buna rəğmən Türk ənənələrini də tamamilə unutmamış olduqları məlum olur... Şərqi Oğuzlardan olan Bayatlar, Monqollar arasında Moğol, Oğuz və Kiməklər arasında Türk qəbiləsi sayılmışdılar. Türk və Monqol qaynaşmasının bu dövrdə sürətləndiyi, aralarındakı əlaqələrin artdığı asanlıqla görünür. Bayatların Çingiz xan ilə əlaqələri haqqında mənbələr müxtəlif məlumatlar verməktədir. Bunlardan bəziləri Çingiz xanın Bayatları qul olmağa məcbur etdiyini iddia edərkən, digərləri da əksini irəli sürərək Bayatların qul deyil; Çingiz xan tərəfindən xətiri sayılı bir müamələ gördüklərini ifadə etməkdədir. Şərqşünas Y. Vlamidirtsov “Monqolların ictimai təşkilatı” adlı əsərində bu bilgiyə yer verməkdədir: “Çingiz xan orduda bəzi kimsələrə mükafat dağıtmaq istəməkdədir. Bu mövzuda, yaxın adamı Bayatlı Vangurdan fikrini sorar.