Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Keçibuynuzu
Buynuzcuqlu seratoniya (lat. Ceratonia siliqua) - seratoniya cinsinə aid bitki növü. İngilis dilində "carob" deyilsə də, ümumiyyətlə "St.Johns Bread" kimi tanınır. Alman dilində "johannisbrot" deyilir. Hər iki dildə də "Yaqub Peyğəmbərin çörəyi" mənasına gəlir. Yaqub peyğəmbərin səhrada çörək yerinə istifadə etdiyi bir meyvədir. Təqribən 5000 ildir ki, tanınır. Bir neçə yüz il bundan əvvələ kimi şəkər əvəzinə və ya hazırlanan şirniyyatlarda istifadə olunurdu. Dövrümüzdə ağ şəkər istehsalının başlaması ilə bu mədəni və sağlam qida yox olmuşdur. Keçibuynuzu ağacı ilk 15 il heç meyvə verməyən bir ağacdır.