Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Stock-keeping unit
SKU (Stock Keeping Unit) — Hissələr şəklində anbarda olan inventar vahidinin qeydə alınan miqdarı formasında tərif verilir. Məhsulun özəlliyi, formasi və ölçüsü barədə xüsisiyyətlərdir. Bu xüsusiyyətlər məhsulun anbarlaşma metodunu və yerini təyin edər. Məhsulun xüsusiyyətləri və görüləcək işlərin üsullarına görə istifadə ediləcək avadanlıqlar da dəyişə bilər.
Kering
Kering — (Əvvəlki adların adları Pinault və Pinault-Printemps-Redemps-Redoute (PPR) Fransız lüks qrupu, o cümlədən Gucci, Yves Saint Laurent, Bottega, Balenconta və Alexander McQueen də daxil olmaqla bir neçə marka sahibi var. Kering gözlükləri (30) var. Richemont əmlakının% -i) qrup və digər şirkətlərə aid markalar üçün eynək istehsal edir.Qrup 1988-ci ildə Paris Birjasında 1962-ci ildə François Pinault-da qurulmuşdur.
Enigmatic Feeling
Enigmatic Feeling (azərb. Anlaşılmaz hiss‎) — Yaponiyanın Ling Tosite Sigure rok qrupunun sinqlı. Sony Music Entertainment Japan tərəfindən 5 noyabr 2014-cü ildə buraxılmışdır. Mahnı 2014-cü ildə "Psycho-Pass 2" anime serialının açılış mahnısı olmuşdur.
Sleeping Dogs
Sleeping dogs oyunu 14 avqust 2012-ci ildə United Front Games firması tərəfindən hazırlanmış və Square Enix şirkəti tərəfindən satışa çıxarılmışdır. Oyun açıq-dünya aksion-macəra janrındadır. Oyunda əsas döyüşə üstünlük verilir. Sleeping dogs oyunu True Crime seriyalarının davamıdır. Bu oyunun əvvəlki adı True Crime:Hong Kong olmuşdur. Activision şirkətində oyunun tam başa gəlməsi üçün lazım olan büdcə olmadığından 2011-ci ildə oyunun hazırlanması işi dayandırılmışdır. 6 ay sonra bu oyunu Square Enix firması aldı və adını Sleeping dogs olaraq dəyişdi. Bir müddət oyun üzərində işləyərək 14 avqust 2012-ci ildə satışa çıxardı. Microsoft Windows platforması üçün olan versiya Windows XP əməliyyat sistemini dəstəkləmir.
Krepin Diatta
Krepin Diatta (25 fevral 1999-cu ildə anadan olub) — Belçika Pro Liqası təmsilçilərindən olan Brügge klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Seneqallı futbolçudur. == Karyerası == === Klub === 26 fevral 2017-ci ildə Diatta Norveç təmsilçilərindən olan Sarpsburq 08 klubu ilə dörd illik müqavilə imzalamışdır.3 yanvar 2018-ci ildə Diatta Belçika Pro Liqası təmsilçilərindən olan Brügge klubu ilə dörd üstəgəl bir illik müqavilə imzalamışdır.
Dempinq
Dempinq — (ingilis dumping-azalma sözündəndir)- malların daxili və xarici bazarda süni surətdə endirilmiş, orta pərakəndə qiymətlərdən aşağı, bəzən isə maya dəyərindən aşağı satılmasıdır. Dempinq bazara müdaxilə etmək, orada yer tutmaq, rəqibləri sıxışdırıb çıxarmaq məqsədilə həyata keçirilir. Hökumətlər və ya şirkətlər tərəfindən isə gələcəkdə dempinq hesabına bazarda möhkəm mövqeyə nail olunduğu halda cari xərclərin ödənilməsi üçün istifadə edilir. Dünya iqtisadiyyatı təcrübəsində bir çox ölkələrdə antidempinq qanunlarının qəbul edilməsi, xüsusi dempinqə əks rüsumların müəyyən edilməsi yolu ilə dempinqə qarşıdurma qəbul edilir.
Kenninq
Kenninq (kenning, qədim Norveç mənşəli sözdən törəmişdir (kenna- “bilmək”, “tanımaq”, “hiss etmək”), müasir island tələffüzündə [cʰɛnːiŋk]) — skandinav skaldik poeziyası üçün, habelə ingilis-sakson və kelt poeziyası üçün səciyyəvi olan azı iki isimdən ibarət məcaz növüdür. Kenninq hər hansı əşyanın və ya şəxsin adi adını əvəz etmək üçün istifadə edilir. Məsələn, “Odinin oğlu” Toru bildirir, “Dalğa qabanı” deyəndə dəniz, “Arı canavarı” (Beovulf) deyəndə ayı nəzərdə tutulur. Kenninqlərin quruluşu prinsipləri və çoxsaylı nümunələrinə Kiçik Eddada və digər saqalarda rast gəlmək olar. == Kenninqin anlayışı və quruluşu == Rudolf Mayssnerin və Andreas Xoyslerin əsərlərindən qaynaqlanan müasir kenninq nəzəriyyəsinə uyğun olaraq, kenninq “özül” (Grundwort) və “təsvir”dən (Bestimmung) ibarət ikiüzvlü isimləşmiş parafrazdır. Kenninq adi isimlər və ya poetik isimlər (heiti) vasitəsilə qurula bilər. Heitiyə misal olaraq hökmdar mənasında işlədilən “hilmir” (hərfi tərcüməsi “dəbilqə paylayan”) sözünü göstərmək olar. Kenninqlə adları da əvəz etmək mümkündür. XI əsrdə yazılmış “Həyat mahnısı”nda Grettir öz qardaşı Dromund ləqəbli Torsteyni “uzaq dənizin böyük gəmisi (stórskip rauðahafs), polad ilahının qatili Reginin evi(stálgoðs bani ok Regins skáli)” adlandırır. Əgər bu “tapmaca”nı təhlil etsək görərik ki, “drómundr” sözü “uzaq səyahət üçün nəzərdə tutulmuş gəmi”ni bildirir, “polad ilahının qatili” ilah Tora aid kenninqdir, Torun adı Torsteyn adının birinci hissəsini təşkil edir.
Kerninq
Kerninq — simvollararası intervaldır. Bu parametr üç qiymət alır: normal, genişlənmiş, sıxılmış. İnterval Sıxılmış [Condensed] İnterval Normal [Normal] İ n t e r v a l Genişlənmiş [Expanded]Adətən, kerninqin normal qiyməti verilmiş şriftin şəklinə görə avtomatik müəyyən olunur. Kerninqin qiymətini dəyişdirmək olar.
Krekinq
Krekinq — neftin tərkibindəki irimolekullu karbohidrogenlərin parçalanması nəticəsində kiçikmolekullu karbohidrogenlərin əmələ gəlməsi prosesinə deyilir. Krekinq prosesi karbon zəncirlərinin qırılması və daha bəsit doymuş və doymamış karbohidrogenlərin əmələ gəlməsi ilə baş verir. Əmələ gələn maddələr sonradan parçalana bilər. Krekinq prosesindən ayrılan etilendən polietilenin və etil spirtinin istehsalında geniş istifadə olunur. Karbohidrogenlərin molekullarının parçalanması radikal mexanizmi üzrə gedir. Əvvəlcə sərbəst radikallar əmələ gəlir. Məlumdur ki, sərbəst radikallar kimyəvi cəhətdən çox aktivdir və müxtəlif reaksiyalarda iştirak edə bilər. Krekinq prosesi zamanı radikallardan biri hidrogen atomunu ayırır (a), o biri isə birləşdirir (b). == Növləri == Krekinq prosesinin iki əsas növü vardır: termiki krekinq və katalitik krekinq. === Termiki krekinq === 2–7 MPa təzyiqdə və 470–550°C-də aparılır.
Katalitik krekinq
Katalitik kreking- neft fraksiyalarının, yüksək oktan ədədli benzin, yüngül qazoyl və doymamış yağlı qazlar almaq üçün, katalitik termiki emalıdır. == Ümumi məlumat == Katalitik kreking- neftin dərin emalını təmin edən əsas proseslərdən biridir. Katalitik krekingin sənayeyə tətbiqi (20-ci əsrin 30-cu illərində ABŞ-da) (E. Qudri, 1936 il) uzunmüddətli istismara malik olan alümosilikat əsasında katalizatorların yaranmasına təsir göstərdi. Bu prosesin əsas müsbət cəhəti- onun böyük istismar çevikliyinə malik olmasıdır: propilen, izobutan və butilenlə zəngin olan yüksək oktan ədədli benzin və qazın alınması ilə neftin müxtəlif fraksiyalarının emalının mümkünlüyüdür: diqər proseslərlə əvəz olunmasının asanlığı, məs.: alkilləşmə, hidrokreking, hidrotəmızləmə, deasfaltlaşma və s. Neftin emalında krekingin belə universal olmağı onun neft emalında böyük əhəmiyyət kəsb etdiyini göstərir. == Xammal == Hal-hazirda katalitik kreking üçün xammal vakuum qazoyludur –qaynama temperaturu 350-500 °C olan birbaşa qovulan fraksiya. Qaynamanın sonu xammalın tərkibində metalın qalması və kokslaşması ilə (0,3%-dən artiq olmamalıdır) təyin olunur. Fraksiya, kükürdlü birləşmələri yox etmək və kokslaşmanı azaltmaq üçün əvvəldən hidrotəmizləməyə uğrayır. Bəzi (UOP, İFP) kimi kompaniyalarda ağır fraksiyaların katalitik krekinqi üçün bir sıra işlənib-hazırlanmış proseslər var –məs. Mazutun( 6-8% kokslaşmaya qədər).