WIND

wind1

n I 1. külək, yel; strong / high ~ güclü / möhkəm külək; warm ~ isti külək; ~ and weather pis hava; a light ~ yüngül külək / meh; a cold biting north ~ adamın iliyinə işləyən soyuq şimal küləyi; wet ~ nəm / rütubətli külək; into the ~ küləyə əks istiqamətdə; Wind falls / rises Külək yatır / qalxır; in the ~s eye, in the teeth of the ~ düz küləyə qarşı / küləyə əks istiqamətdə; a gust / a blast of ~ küləyin ani şiddəti; like the ~ yel kimi cəld; He ran like the wind O, yel kimi qaçdı; to have the ~ in one’s face 1) küləyə qarşı getmək, üzü küləyə getmək; 2) məc. çətin yolla getmək; ~ and weather permitting dən. əlverişli şəraitdə; 2. hava axını / cərəyanı; the ~ of a passing train keçən qatarın yeli / küləyi; 3. iy, qoxu; to get / to catch / to have (the) ~ of 1) duymaq, iylə tanımaq, iydən sezmək; The dogs are keeping the wind İtlər iylə / iy izi ilə gedirlər; 2) məc. şayiə, xəbər; eyham, him; There is something in the wind Şayiələr gəzir; 4. nəfəs, nəfəs alma / dərmə; After running hard I had to stop and regain my wind Bərk qaçandan sonra mən dayanmalı və nəfəsimi dərməli oldum; to lose ~ tövşümək, təngnəfəs olmaq, nəfəsi kəsilmək; He has a bad wind O çətin /pis nəfəs alır; 5. boş sözlər, cəfəngiyyat, boşboğazlıq, çərənçilik; His speech was wind Onun nitqi cəfəngiyyat idi; 6. tib. yel, qaz;

◊ the four ~s dünyanın cəhətləri; to take the ~ out of smb.’s sails ≅ bir kəsin ayağının altını qazımaq, bir kəsi çıxılmaz vəziyyətə salmaq; to throw one’s cares to the ~ (s) dərdini dağıtmaq / unutmaq; to talk / to preach to the ~ (s) boş-boş / havayı danışmaq; gone with the ~ izsiz itmiş, əsər-əlamətsiz yox olmuş; to hang in the ~ tərəddüd etmək, bir qərara gələ bilməmək; qeyri-müəyyən vəziyyətdə olmaq; to catch the ~in a net ≅ boş-boş danışmaq, boşboğazlıq etmək; boş-boşuna çalışmaq; ≅ xəlbirlə su daşımaq; to find out / to know / to see how the ~ blows / lies küləyin hansı səmtdən əsdiyini bilmək / müəyyən etmək

wind2

v I 1. duymaq, iylə tanımaq; iyin izi ilə getmək; The hounds winded the fox Ov talaları tülkünün izinə düşdülər.; 2. təngnəfəs olmaq, tövşümək; 3. nəfəs dərməyə / dincəlməyə imkan vermək; We stopped to wind our horses Atlarımıza dinclik vermək üçün biz dayandıq; 4. havada qurutmaq; havasını dəyişmək / təmizləmək, havaya vermək

v II 1. burulmaq, qıvrılmaq, dönmək; The river / The path winds Çay /Yol burulur / dönür; 2. sanmaq, dolamaq; sarınmaq, dolanmaq; She wound her arms round the child O, qollarını uşağın boynuna doladı; to ~ a baby in a shawl uşağı şala bürümək; 3. qurmaq (saatı); işə salmaq; If you forget to wind (up) your watch it will stop Saatını / Saatınızı qurmağı yaddan çıxartsan /çıxartsanız, o dayanacaq; 4. bucurğad / dolamaçarx vasitəsilə qaldırmaq / dartmaq; to ~ a bucket from a well vedrəni dolamaçarxla quyudan dartıb / çəkib çıxartmaq; 5. əyilmək, qabarmaq (taxta: istidən, rütubətdən); to ~ down yavaş-yavaş işləyib dayanmaq (divar yaxud qol saatı); to ~ smth. down bir müddət təxirə salmaq; to ~ off açmaq; açılmaq (yumaq və s.); to ~ up 1) sanmaq, dolamaq (ip, yun və s.); 2) qurmaq (saatı); to ~ up to fury bərk qızışmaq / qeyzlənmək / özündən çıxmaq / hiddətlənmək; I’m afraid he’s wound up Deyəsən o bərk qızışıb / özündən çıxıb; 3) bitirmək, qurtarmaq; The evening was wound up with the national anthem Axşam mərasimi milli himnlə bitdi / qurtardı; 4. ləğv etmək (müəssisə və s.); to ~ up a company kompaniyam ləğv etmək;

◊ to ~ oneself (one’s way) into smb.’s trust / affection bir kəsin qılığına girmək; to ~ smb. round one’s (little) finger bir kəsi barmağına dolamaq

WINCH
WIND-CHEATER
OBASTAN VİKİ
A Wind Named Amnesia
A Wind Named Amnesia (yap. 風の名はアムネジア; azərb. Amneziya adlı külək‎) – 1990-cı ildə çəkilmiş tam metrajlı animedir. Animenin rejissoru Kazuo Yamazakidir. == Xarici keçidlər == A Wind Named Amnesia — Internet Movie Database saytında.
The Wind Rises (anime, 2013)
Külək Qalxır (yap. 風立ちぬ; Kaze Tachinu) Hayao Miyazakinin yazıb yaratdığı 2013-cü il yapon animasiya filmidir. Film yapon animasiya studiyası Studio Ghiblinin məhsuludur. Film Mitsubishi A5M və Mitsubishi A6M Zero adlı qırıcı təyyarələrinin yaradıcısı Jiro Horikoshinin həyat hekayəsindən bəhs edən, Tatsuo Horinin 1936–37-ci illərdə yazdığı "Kaze Tachinu" adlı qısa hekayəsi əsasında çəkilmişdir. == Film haqqında == == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi : Hayao Miyazaki Rejissor : Hayao Miyazaki Bəstəkar : Co Hisayşi Prodüser : Toşio Suzuki === Səsləndirmə === Orijinal yapon dilində Anno Hideaki – Jiro Horikoshi Miori Takimoto – Naoko Satomi Hidetoshi Nishijima – Honjo Masahiko Nishimura – Kurokawa Stephen Alpert - Castorp Morio Kazama - Satomi Keiko Takeshita - Jiro's mother Mirai Shida - Kayo Horikoshi Jun Kunimura - Hattori Shinobu Otake - Mrs. Kurokawa Nomura Mansai - Giovanni Battista Caproniİngilis dilində Cozef Qordon-Levitt – Jiro Horikoshi Emili Blant – Naoko Satomi John Krasinski – Honjo Martin Şort – Kurokawa Werner Herzog - Castorp William H. Macy - Satomi Edie Mirman - Jiro's mother Mae Whitman - Kayo Horikoshi Mandy Patinkin - Hattori Jennifer Grey - Mrs. Kurokawa Stanley Tucci - Giovanni Battista Caproni Eliya Vud - Sone == Maraqlı faktlar == Film Hayao Miyazakinin son işidir. Filmin saundtreki Yumi Matsutoyanın "Hikōki-gumo" adlı mahnısıdır.(1973-cü il) 2014-cü ildə ən yaxşı tammetrajlı cizgi filminə görə Oskar mükafatına namizəd olmuşdur. Animasiyada Pol Valerinin "Le cimetière marin" adlı poemasından "Le vent se lève!... Il faut tenter de vivre!" ifadəsi işlədilib.Tərcüməsi: "Külək yüksəlir!...
Nausicaä of the Valley of the Wind
Küləklər vadisindən Navsikaya (Yaponca: 風の谷のナウシカ - Kaze no Tani no Nauşika, İngiliscə: Nausicaä of the Valley of the Wind), yaponiyalı rejissor Hayao Miyazaki tərəfindən çəkilmış postapokaliptik elmi fantastika üslubunda anime filmi. Film Miyazakinin eyniadlı manqasının əsasında çəkilib. == Məzmun == Dünyadakı son böyük döyüşün və sənayenin çöküşündən min il keçib. Dünyanı çöllər, təhlükəli həşərat, zəhərli bitkilər sarmağla və bəzi göbələk növlərinin yaydığı zəhərli qazlar atmosferə yayılaraq getdikcə azalan insan irqini təhdid etməkdədir. Nausicaä, az sayda insanın əkinçiliklə məşğul olub böcək və göbələklərlə mübarizə edərək yaşadığı Külək Vadisinin şahzadəsidir. Bir gün vadiyə başqa bir krallığın təyyarəsi düşür. Yalnız kargosu sağlam qalmışdır, arxasından krallığa aid əsgərlər gələrək vadini ələ keçirirlər. Kargoda min ildir unudulan və başqa bir krallıqdan oğurlanan, dünyanı dəyişdirə bilən bir şey var. Küləkli Vadi bu iki krallıq üçün hədəf halına gələrkən Nausicaä dünyanı köhnə halına gətirmənin yolunu kəşf edir. == Personajlar == Nausicaa: Küləkli Vadinin seçilmi şahzadəsi.
Wind of Change
"Wind of Change" (azərb. Dəyişikliklər küləyi‎) — "Scorpions" qrupunun vokalçısı Klaus Mayne tərəfindən 1990-cı ildə yazılmış rok ballada. Mahnı SSRİ-dəki yenidənqurmaya və soyuq müharibənin başa çatmasına həsr olunub. İngilis dilində olan mahnı, sonralar qrup tərəfindən rus (rus. Ветер перемен) və ispan (isp. Vientos de cambio) dillərində də ifa olunub. Wind of Change qrupun ən məşhur mahnılarından biri hesab olunur. == Tarixi == Kompozisiya Crazy World albomunun tərkibində 1990-cı ildə çıxıb və tezliklə Avropa və Amerika çartlarının zirvəsinə çıxaraq əsl hitə çevrilib. Mahnı Klaus Mayne tərəfindən yazılıb. O, bildirib ki, mahnını 1988-ci ildə SSRİ-yə ilk səfərindən və 1989-cu ildə keçirilmiş "Moscow Music Peace Festival"ından təsirlənərək yazıb.
Bulbophyllum windsorense
Bulbophyllum windsorense (lat. Bulbophyllum windsorense) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Linux və Windows-un müqayisəsi
Linux və Windows-un müqayisəsi çox aktual məsələdir. Windows adi kompüterlərin təxminən 75%-ində işlədilir, 1,8%-ində isə Linux. Dünyadakı superkompüterlərin %87-i Linux, 1,4%-i isə Windows istifadə edir. Bundan əlavə Google, Twitter, Facebook, Amazon, IBM kimi böyük şirkətlər, kosmosun tədqiqində NASA, bir çox dövlət məktəblərdə və universitetlərdə, müasir maşınlar, hostinq şirkətlərinin 70%-i Linux istifadə edir. == Xərclər == 2004-cü ildə Windows istifadəçiləri Linux-dan Windows-a keçmək üçün hərəkətə keçdi. Microsoft məhsullarının Linux-dan daha ucuza başa gəldiyini iddia etdi. Buna səbəb isə istifadə rahatlığı və daha az iş olaraq göstərildi. Ancaq fərqli qurumların etdiyi açıqlamalar bunu təsdiqləmədi. Almaniya Xarici İşlər Nazirliyi açıq mənbəli proqram təminatının xərcləri azaltdığını dedi. Fransız Polis Təşkilatı da Windows-dan Linux-a keçmənin xərcləri azaltdığını dedi.
Microsoft Windows
"Microsoft Windows" — "Microsoft" tərəfindən hazırlanmış və bazara çıxarılan bir neçə xüsusi qrafik əməliyyat sistemi ailəsindən ibarət qrup. Hər bir ailə hesablama sənayesinin müəyyən sektoruna xidmət edir. Məsələn, istehlakçılar üçün "Windows NT", serverlər üçün "Windows Server" və quraşdırılmış sistemlər üçün "Windows IoT". Təhlükəsiz Windows ailələrinə "Windows 9x", "Windows Mobile" və "Windows Phone" daxildir. "Windows"un ilk versiyası 20 noyabr 1985-ci ildə qrafik istifadəçi interfeyslərinə (GUI) artan marağa cavab olaraq "MS-DOS" üçün qrafik əməliyyat sistemi qabığı kimi buraxılmışdı. "StatCounter"ın məlumatına görə, "Windows" 2023-cü ilin mart ayında 70% bazar payı ilə dünyanın ən populyar masaüstü əməliyyat sistemidir. Bununla belə, "Android"in kütləvi böyüməsi səbəbindən "Windows" həm mobil, həm də masaüstü əməliyyat sistemləri hesaba qatan zaman ən çox istifadə edilən əməliyyat sistemi olmur.2022-ci ilin sentyabrına olan məlumata görə, "Windows"un ən son versiyası istehlakçı kompüterləri və planşetləri üçün "Windows 11", korporasiyalar üçün "Windows 11 Enterprise" və serverlər üçün "Windows Server 2022"dir. == Geneologiyası == "Windows"un istehsalçısı olan "Microsoft" hər biri hesablama sənayesinin müəyyən sektorunu hədəf alan "Windows" əməliyyat sistemləri ailəsi üçün bir neçə əmtəə nişanını qeydiyyata almışdır. 2014-cü ildən etibarən aşağıdakı "Windows" ailələri fəal şəkildə inkişaf etdirilir: Windows NT: Server kompüterləri və iş stansiyaları üçün əməliyyat sistemi olan "Windows NT 3.1" ilə əməliyyat sistemləri ailəsi kimi başlamışdır. Bu, demək olar ki, eyni vaxtda buraxılan və eyni nüvəni paylaşan üç əməliyyat sistemi alt ailəsindən ibarətdir: Windows: Əsas fərdi kompüterlər və planşetlər üçün əməliyyat sistemi.
Senecio windhoekensis
Senecio windhoekensis (lat. Senecio windhoekensis) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid biki növü.
Windows CE 4.0
Windows CE 5.0
Windows CE 5.0 — Microsoft-un bir əməliyyat sistemi. == Xarici keçidlər == "Which to Choose: Evaluating Microsoft Windows CE .NET and Windows XP Embedded". Microsoft Corporation. September 2003. 2005-10-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-02-13. "Portable CE 5.0". 2006-05-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-02-13.
Windows CE 6.0
Windows CE 6.0 — Microsoft-un bir əməliyyat sistemi.
Windows Explorer
Windows Explorer (Bələdçi proqram) — Windows sisteminin standart proqramları siyahısına daxil olan köməkçi proqram. Bu proqram vasitəsi ilə kompüterdə saxlanılan bütün qovluq və fayllara baxmaq, yerlərini və adlarını dəyişmək, silmək mümkündür. Windows Explorer proqramının tətbiqi qurğular və fayllarla aparılan əməliyyatları sadələşdirir və əyani edir.
Windows Live Messenger(MSN)
.NET Framework — Microsoft tərəfindən inkişaf etdirilən, açıq İnternet protokolları və standartları üzərinə qurulmuş bütöv bir "tətbiq" inkişaf etdirmə platformasıdır. Daha əvvəl Microsystems tərəfindən inkişaf etdirilmiş olan Java Platformasına əhəmiyyətli bənzərliklər göstərməkdədir. Buradakı tətbiq anlayışının əhatəsi çox genişdir. Bir masaüstü tətbiqindən bir veb skaner tətbiqinə qədər hər şey bu platforma içində düşünülmüşdür və dəstəklənilmişdir. Bu tətbiqlərin bir-birləriylə və inkişaf etdirildiyi mühit fərqinə varmadan dünyadakı bütün tətbiqlərlə ünsiyyəti üçün asanca veb xidmətləri yaradılmasına imkan verilmişdir. Bu platforma, əməliyyat sistemindən və təchizatdan daha üst səviyyədə daşına bilər olaraq hazırlanmışdır. .Net arxitekturası, ortaq bir icra etmə mühiti (runtime environment), ortaq bir dəyişən növ sistemi, və portativ əlaqəli kitabxanalardan meydana gələr. .Net kitabxanası köhnə visual basic üçün hazırlanmış API (proqramçılar üçün bir çox funksiya) lərin təsnif edilmiş halıdır. Çünki API təsnif edilməmiş və bu səbəblər proqramçılar üçün bir kabus halını almaqda idi. .Net kitabxanası proqramın əməliyyat sistemi ilə asanca uyğunlaşma içində işini təmin etmişdir.
Windows ME
Windows Millennium Edition (Windows ME; eləcə də Windows Me abbreviaturası istifadə olunur) — Microsoft şirkəti tərəfindən 14 sentyabr 2000-ci ildə satışa çıxarılmış qarışıq 16/32-kateqoriyalı əməliyyat sistemi. Yeni III minilliyin şərəfinə (lat. millennium — minillik) bu cür adlandırılıb.
Windows Mobile
Windows Mobile — Microsoft-un mobil cihazlar üçün əməliyyat sistemi.
Windows NT
Windows NT (ing. New Technology, azərb. Yeni Texnologiya‎) — Microsoft-un əməliyyat sistemi ailəsi. 1988-ci ildə hazırlanmışdır. Windows NT-nin Windows NT 3.1, Windows NT 3.5 (Daytona), Windows NT 3.51 (Tukwila), Windows NT 4.0 (Indy) versiyaları var.
Windows NT 3.1
Windows NT 3.1 — Microsoft-un bir əməliyyat sistemi.
Windows NT 3.5
Windows NT 3.5 — Microsoft-un bir əməliyyat sistemi.
Windows NT 3.51
Windows NT 3.51 Microsoft-un bir əməliyyat sistemi.
Windows NT 4.0
Windows NT 4.0 — Microsoft firmasının buraxdığı əməliyyat sistemləri ailəsi Windows-un NT nüvəsi üzərində yaradılmış dördüncü əsas versiyasıdır. 3.51 versiyasından bir il sonra, 29 iyun 1996-cı ildə satışa buraxılmışdır. == Yeniliklər == Windows NT 3.51 üzərində gətirdiyi ən böyük yenilik onun Windows 95-ə bənzər interfeysidir. Bu şəkildə böyük bir istifadə asanlığı təmin edilmişdir. Windows NT 4.0-da Active Desktop-lu Internet Explorer-i quraşdırmaqla, istifadəsi olduqca asan olan əməliyyat sisteminə sahib olmaq olar. Digər tərəfdən, Windows NT 4.0, xüsusən də multimediaya mövzusunda zəif olur: DirectX dəstəyi Windows 2000-dən bəri Windows NT ailəsinə düzgün inteqrasiya olunub. Microsoft Message Quequing xidməti əlavə edildi. Windows NT 4.0, nostalji analoq saat proqramının Windows Vista-da yan panel əlavəsi kimi geri qayıdana qədər mövcud olduğu Windows-un son versiyası idi. == İstinadlar == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Windows Server 2003
Windows Server 2003 (hazırlama zamanı kod adı: Whistler Server; daxili variantı: Windows NT 5.2) — Microsoft şirkətinin Windows NT ailəsinə daxil olan əməliyyat sistemi. Serverlərdə işləmək üçün nəzərdə tutulub. 24 aprel 2003-cü ildə satışa çıxarılıb.
Windows Server 2008
Windows Server 2008 — Server əsaslı Microsoft Windows əməliyyat sistemlərinin bir versiyasıdır. 4 fevral 2008-ci ildə istehsala buraxıldı və 27 fevral 2008-ci ildə rəsmi olaraq satışa buraxıldı, Windows Server 2003 isə beş il əvvəl buraxılmışdır. Windows Server 2008 R2 adlı ikinci bir versiya 22 iyul 2009-cu ildə istehsal üçün buraxıldı. Windows Server 2008, Windows Vista və Windows 7 kimi Windows 6x üzərində qurulmuşdur. == Tarixi == Əslində Windows Server digər adı "Longhorn" olaraq da bilinir. Microsoft şirkətinin yaradıcısı Bill Geyts, rəsmi adını (Windows Server 2008) 16 may 2007 WinHEC'dəki açılış mərasimində demişdir. 27 iyul 2005 tarixində Beta 1 dərc edilib. 23 may 2006 tarixində WinHEC 2006'da Beta 2 elan edilmiş və Beta 3 xalqa açıq-aşkar bir şəkildə 25 aprel 2007 istifadəyə buraxılmışdır. Buraxılış namizədi 0, 24 sentyabr 2007 tarixində xalqın hamısına nümayiş etdirilmiş və Release namizədi 1 xalqa 5 dekabr 2007 tarixində dərc edilmişdir. Windows Server 2008, 4 fevral 2008 tarixində istehsala başlamışdır.
Windows Server 2012
Windows Server 2012 — Microsoft tərəfindən təqdim edilən Windows Server ardıcıllığının ən yeni versiyası. 4 sentyabr 2012 tarixində tam versiyası nəşr, sınaq versiyası isə 9 sentyabr 2011 tarixində MSDN istifadəçilərinə təqdim edilmişdir. Bu versiyanın ən üstün tərəfi Xüsusi Bulut sisteminə inteqrasiya olmuş olmasıdı. Windows Server 2012 Datacenter yüksək dərəcədə virtuallaştırılmış Xüsusi Bulut mühitləri üçündür. Windows Server 2012 Standart fiziki və ya az dərəcədə virtuallaştırılmış mühitlər üçündür. Windows Server 2012 Essentials ən çox 25 istifadəçi və 50 cihaza sahib kiçik biznes üçün idealdır. Windows Server 2012 Foundation ən çox 15 istifadəçi üçün Windows Server təcrübəsi təqdim edir.
Windows Server Longhorn
Windows Server 2008 — Server əsaslı Microsoft Windows əməliyyat sistemlərinin bir versiyasıdır. 4 fevral 2008-ci ildə istehsala buraxıldı və 27 fevral 2008-ci ildə rəsmi olaraq satışa buraxıldı, Windows Server 2003 isə beş il əvvəl buraxılmışdır. Windows Server 2008 R2 adlı ikinci bir versiya 22 iyul 2009-cu ildə istehsal üçün buraxıldı. Windows Server 2008, Windows Vista və Windows 7 kimi Windows 6x üzərində qurulmuşdur. == Tarixi == Əslində Windows Server digər adı "Longhorn" olaraq da bilinir. Microsoft şirkətinin yaradıcısı Bill Geyts, rəsmi adını (Windows Server 2008) 16 may 2007 WinHEC'dəki açılış mərasimində demişdir. 27 iyul 2005 tarixində Beta 1 dərc edilib. 23 may 2006 tarixində WinHEC 2006'da Beta 2 elan edilmiş və Beta 3 xalqa açıq-aşkar bir şəkildə 25 aprel 2007 istifadəyə buraxılmışdır. Buraxılış namizədi 0, 24 sentyabr 2007 tarixində xalqın hamısına nümayiş etdirilmiş və Release namizədi 1 xalqa 5 dekabr 2007 tarixində dərc edilmişdir. Windows Server 2008, 4 fevral 2008 tarixində istehsala başlamışdır.
Windows Vienna
Windows 7 — Microsoft tərəfindən hazırlanmış Windows NT əməliyyat sisteminin əsas buraxılışıdır. O, 22 iyul 2009-cu ildə istehsala buraxıldı və 22 oktyabr 2009-cu ildə ümumi istifadəyə verildi. Bu, təxminən üç il əvvəl buraxılmış Windows Vista-nın varisidir. O, fərdi kompüterlərdə, o cümlədən ev və iş stolüstü kompüterlərində, noutbuklarda, planşet kompüterlərində və media mərkəzi kompüterlərində istifadə üçün əməliyyat sistemi olaraq qaldı və özü 2012-ci ilin noyabrında məhsulun üç ildən çox müddətə işləndiyi Windows 8 ilə əvəz olundu. 9 aprel 2013-cü il tarixinədək Windows 7-nin orijinal buraxılışına yeniləmələr və texniki dəstək daxildir, bundan sonra istifadəçilərin dəstək və yeniləmələri alması üçün Service Pack 1-in quraşdırılması tələb olunurdu. Windows 7-nin server həmkarı Windows Server 2008 R2 eyni vaxtda buraxıldı. Genişləndirilmiş dəstək Windows 7-nin buraxılmasından on il sonra, 14 yanvar 2020-ci ildə başa çatdı, bundan sonra əməliyyat sistemi əlavə yeniləmələri almağı dayandırdı. Müəssisələr üçün ödənişli dəstək proqramı mövcud idi və Windows 7 üçün təhlükəsizlik yeniləmələrini rəsmi istifadə müddəti bitdikdən sonra üç ilə qədər təmin edirdi. == Modifikasiyaları == Windows 7 əməliyyat sisteminin özü də Microsoft şirkəti tərəfindən bir neçə modifikasiyada buraxılır. Windows 7 əməliyyat sisteminin aşağıdakı modifikasiyaları var: === Windows 7 Starter Edition === Windows 7- in ilkin versiyası sayılır.
Windows Vista
Windows Vista — "Microsoft"un "Windows NT" əməliyyat sisteminin əsas buraxılışı. Bu, 8 noyabr 2006-cı ildə istehsala buraxılmış, 30 yanvar 2007-ci ildə "Windows Marketplace"də satışa çıxarılmışdır. "Windows"un rəqəmsal distribusiya platforması vasitəsilə təqdim edilən ilk buraxılışı idi. Bu, "Windows XP"dən (2001) sonra "Windows"un daha yeni versiyası idi. İkisinin buraxılışı arasında olan beş illik boşluq ardıcıl "Windows" buraxılışları arasında o dövrdə ən uzun müddət idi. "Microsoft" "Vista"nı "Longhorn" kod adı altında 2001-ci ildə, XP-nin buraxılmasından qısa müddət əvvəl inkişaf etdirməyə başlamışdı. Bu, XP ilə "Blackcomb" kod adlı növbəti əsas "Windows" versiyası arasındakı boşluğu aradan qaldırmaq üçün kiçik bir təkmilləşdirmə kimi nəzərdə tutulmuşdu. Bu, inkişaf prosesi tədricən davam etdiyi müddətdə "Blackcomb"un bir çox xüsusiyyətlərini mənimsəmiş və əsas "Windows" buraxılışı olaraq dəyişdirilmişdir. "Vista" yenilənmiş qrafik istifadəçi interfeysini və "Aero" adlı vizual üslubunu, "Windows Search"i, yenidən işlənmiş şəbəkəni, audio, çap və displey alt sistemlərini və digər dəyişikliklər arasında "Windows DVD Maker" kimi yeni multimedia alətlərini təqdim etmişdir. "Vista" ev şəbəkəsindəki maşınlar arasında əlaqə səviyyəsini yüksəltmək məqsədi daşıyırdı.
загоре́ть изне́рвничавшийся на ко́й ляд намо́точник открепи́ться отку́тать подтанцо́вывание пью́щий беспризо́рник искале́читься мемуа́рный обсыпно́й отгости́ть переутомле́ние разгла́живаться спры́скивание -clase fall-plough folk speech hibernator psychopomp rainforest Tartufe грязелечение натоптать