Krekinq

mühərik yanacağı və kimya sənayesi üçün xamal almaq məqsədi ilə neft və onun fraksiyalarının destruktiv emalı. K. mühərik yanacağı (xüsusən benzin) almağın əsas üsularından biridir. Proses 2 yola aparıla bilər: yüksək temperaturda və katalizatorun iştirakı ilə. Birinciyə termik K., ikinciyə katalitik K. deyilir.
Köpüklə yanğınsöndürmə
Krekinq benzini
OBASTAN VİKİ
Krekinq
Krekinq — neftin tərkibindəki irimolekullu karbohidrogenlərin parçalanması nəticəsində kiçikmolekullu karbohidrogenlərin əmələ gəlməsi prosesinə deyilir. Krekinq prosesi karbon zəncirlərinin qırılması və daha bəsit doymuş və doymamış karbohidrogenlərin əmələ gəlməsi ilə baş verir. Əmələ gələn maddələr sonradan parçalana bilər. Krekinq prosesindən ayrılan etilendən polietilenin və etil spirtinin istehsalında geniş istifadə olunur. Karbohidrogenlərin molekullarının parçalanması radikal mexanizmi üzrə gedir. Əvvəlcə sərbəst radikallar əmələ gəlir. Məlumdur ki, sərbəst radikallar kimyəvi cəhətdən çox aktivdir və müxtəlif reaksiyalarda iştirak edə bilər. Krekinq prosesi zamanı radikallardan biri hidrogen atomunu ayırır (a), o biri isə birləşdirir (b). Krekinq prosesinin iki əsas növü vardır: termiki krekinq və katalitik krekinq. 2–7 MPa təzyiqdə və 470–550°C-də aparılır.
Katalitik krekinq
Katalitik kreking- neft fraksiyalarının, yüksək oktan ədədli benzin, yüngül qazoyl və doymamış yağlı qazlar almaq üçün, katalitik termiki emalıdır. Katalitik kreking- neftin dərin emalını təmin edən əsas proseslərdən biridir. Katalitik krekingin sənayeyə tətbiqi (20-ci əsrin 30-cu illərində ABŞ-da) (E. Qudri, 1936 il) uzunmüddətli istismara malik olan alümosilikat əsasında katalizatorların yaranmasına təsir göstərdi. Bu prosesin əsas müsbət cəhəti- onun böyük istismar çevikliyinə malik olmasıdır: propilen, izobutan və butilenlə zəngin olan yüksək oktan ədədli benzin və qazın alınması ilə neftin müxtəlif fraksiyalarının emalının mümkünlüyüdür: diqər proseslərlə əvəz olunmasının asanlığı, məs.: alkilləşmə, hidrokreking, hidrotəmızləmə, deasfaltlaşma və s. Neftin emalında krekingin belə universal olmağı onun neft emalında böyük əhəmiyyət kəsb etdiyini göstərir. Hal-hazirda katalitik kreking üçün xammal vakuum qazoyludur –qaynama temperaturu 350–500 °C olan birbaşa qovulan fraksiya. Qaynamanın sonu xammalın tərkibində metalın qalması və kokslaşması ilə (0,3%-dən artiq olmamalıdır) təyin olunur. Fraksiya, kükürdlü birləşmələri yox etmək və kokslaşmanı azaltmaq üçün əvvəldən hidrotəmizləməyə uğrayır. Bəzi (UOP, İFP) kimi kompaniyalarda ağır fraksiyaların katalitik krekinqi üçün bir sıra işlənib-hazırlanmış proseslər var –məs. Mazutun(6–8% kokslaşmaya qədər).

Digər lüğətlərdə