Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qaradəniz kilkəsi
Qaradəniz kilkəsi (lat. Clupeonella cultriventris) — Siyənəkkimilər (Clupeidae) fəsiləsinə daxil olan sənaye əhəmiyyətli dəniz balığı. Əvvəllər Qaradəniz kilkəsi iki yarımnövə bölünürdü:Xəzər kilkəsi (Clupeonella caspia) və Carqalen kilkəsi (Clupeonella tscharhalensis). == Təsviri == Bədəninin uzunluğu 15 sm, çəkisi isə 22 q təşkil edir. Bədəni güclü şəkildə yanlardan sıxılmışdır. Kilkənin yanları boyunca 24–19 (ortalama 27) cərgə pulcuq olur. Başı uzun və enlidir. Bel üzgəcində 14–17 (ortalama 15), anal üzgəcində 17–21 (ortalama 18) şüa olur. Fəqərələrinin sayı 41–43 (ortalama 42), quyruqda 23–26 (ortalama 25) olur. Rəngi boz-yaşıldan, mavi-yaşıla qədər olan çalarlarda olur.
Xəzər kilkəsi
Xəzər kilkəsi (lat. Clupeonella caspia) — Siyənəkkimilər (Clupeidae) fəsiləsinə daxil olan sənaye əhəmiyyətli dəniz balığı. Əvvəllər Qaradəniz kilkəsinin yarımnövü hesab edilirdi. Son təsnifat zamanı bu balığın müstəqil bir növ olması təstiqlənmişdir. Xəzər kilkəsi ancaq Xəzər dənizində yaşayır. Balıqların maksimal uzunluğu 15 sm təşkil edir. İqtisadi əhəmiyyətli sənaye balığıdır. == Arealı == Xəzər kilkəsinin bütün sakit sularında müşahisə etmək mümkündür. Bircə Qaraboğazgöl körfəzi istisnadır. Onlara Volqa, Ural və Terek çaylarının mənsəblərində belə müşahidə etmək mümkündür.
Wilkesia
Wilkesia (lat. Wilkesia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi.
Abuğamir kilsəsi
Abuğamir kilsəsi - Türkiyə Cümhuriyyətində, Qars ilinin Ani şəhər xarabalığında qədim erməni kilsəsi. Bu kiçik kilsə Alacaçay (ermənicə Tsağkotsadzor) vadisində bir təpənin üstündə inşa edilmişdir. Qəribədr ki, Anidəki kilsələrin hamısı sanki şəhərin kənarından və uzaqdan görünməsi istənirmiş kimi hündür təpələrin üstündə inşa edilib.Mütəxəssislər abidəni X əsrə aid (binanın bəzədilməsində istifadə edilən naxışların çoxu bu dövr erməni memarlığı üçün xarakterikdir) edirlər və Pahlavuni sülaləsinə aid olduğunu, Şahzadə Qriqor tərəfindən inşa etdirildiyini güman edirlər. Bu sülalə Aninin müstəqilliyinin son illərində önəm qazanmışdır. Pahlavuni sülaləsindən olan ən məşhur tarixi şəxsiyyət Aninin Bizans imperiyasına ilhaq edilməsinə qarşı çıxmış dəstənin başında duran Vahram Pahlavuni olmuşdur. Vahramdan kilsənin qapısı üzərindəki kitabədə də bəhs olunur və adının kilsəyə verildiyi, özünün isə oğlu Abuğamirin xatirəsinin anılması üçün keçirilən mərasimlərə pul ayırdığı qeyd edilir.1040 - cı il tarixli başqa bir kitabə isə şahzadə Ablğaribin atası, qardaşı və bacısı üçün iki otaqlı bir qəbir inşa etdirildiyi qeyd edilir. " 489 - cu ildə (miladi təqvimlə 1040) mən Ablğarib, ermənilərin mərzbanı Qriqorun oğlu və Abuğamirin nəvəsi ən gənc oğlu olmam səbəbiylə atam tərəfindən ciddiylə alınmamağıma rəğmən ailəmə olan sevgimə görə bu son mənzili atam Qriqor, qardaşım Həmzə və bacım Seda üçün inşa etdirdim, həmçinin Müqəddəs Stefanos və Müqəddəs Kristofer kilsələrini tikdirdim." Kilsənin Şimal divarına birləşmiş olan və günümüzə yalnız təməlləri çatan binanın məhz bu iki otaqlı qəbir olduğu güman edilir. 1998-ci ildə bu təməllər qızıl axtaranlar tərəfindən qazılır. İçəridə həqiqətən də məzarların olduğu qızılaxtaranlardan sonra qalan xarabalıqların arasında görünən inşan sümüklərindən aydınlaşır. Hər biri qalın beton təbəqəsiylə əhatə edilmiş ən azı üç məzar olmuşdur.
Akdamar kilsəsi
Ağdamar kilsəsi (erm. Աղթամարի Սուրբ Խաչ եկեղեցի) — Türkiyənin Van bölgəsində Van gölünün içərisində kiçik Ağdamar adasında yerləşən erməni kilsəsi. Ağdamar kilsəsi yeganə Surb Xaç kilsəsi hesab olunur. Qüds şəhərindən İrana gətirilən əsl xaç nümunəsi VII əsrdə Van gölünün yaxınlığına gətirilir. Burada gölün üzərində yerləşən adada xaçı gizlətmək üçün kilsənin inşa olunmasına başlanılır. Tikintinin başlamasına erməni hökmdarı I Qagik göstəriş vermişdir. 915-ci ildə memar Manuel tərəfindən adada kilsə inşasına başlanılır. Tikinti 6 il davam etmiş və 921-ci ildə tamamlanmışdır. Adanın cənub tərəfində inşa olunmuş kilsə memarlıq baxımından Orta əsr erməni memarlığını təmsil edir. Qızıl andezit daşından inşa olunmuş kilsənin çöl divarında müxtəlif heyvan relyefləri əks olunmuş, həmçinin İncildən bəzi səhnələr canlandırılmışdır.
Alaverdi kilsəsi
Tuşetiya (gürc. თუშეთი, Tuşeti) — Gürcüstanın şimal-şərqində yerləşən tarixi və coğrafi dağlıq ərazi. Ərazi, xüsusilə Mta-Tuşeti Milli Parkı, YUNESKO-nun Dünya Mirası Siyahısına daxil edilmişdir. == Coğrafiyası == İnzibati cəhətdən Tuşeti, Kaxeti bölgəsinin Axmeta bölgəsinin şimal hissəsini təşkil edir. Tuşeti bölgəsi, Kaxetinin cənubundan, Böyük Barbalo zirvəsindən (3294 m), Şaviklda (3578 m) şərqə qədər olan əsas Qafqaz aralığının bir hissəsi ilə ayrılır. 1980-ci illərdə inşa edilmiş Pşaveli-Abano-Omalo avtomobil yolu olan Abano Pass (2850 m), Tuşeti Omalonun ən böyük müasir yaşayış məntəqəsini Axmetin regional mərkəzi ilə birləşdirir. Şimaldan bölgə şərqdə Diklosmt (4285 m) qərbində Tebulosmt (4492 m) yuxarıdan Sulako-Terek Range (Lateral Range şərq hissəsi) tərəfindən Rus Çeçenistan ayrılır. Qərbdə buzlaqlarla örtülmüş dağ divarının arxivi, tarixi Kövsüreti bölgəsinin bir hissəsi olan Arçilo dərəsinin vadisində yerləşir. == Populyar mədəniyyətdə == Tuşetiyanın Omalo kəndində «Mimino» filmi çəkilmişdir. Ssenariyə görə baş qəhrəman Valiko Mizandari (Mimino) əslən Tuşetiyadandır.
Alban kilsəsi
Alban Həvvari Kilsəsi, Alban Kilsəsi və ya sadəcə Alban Katolikosluğu — Qafqaz Albaniyasında mövcud olan kilsə. İmperator I Nikolayın 11 mart 1836-cı il Fərmanına əsaslanan Rusiya Senatının 10 aprel 1836-cı il tarixli Əsasnaməsinə görə erməni-Qriqoryan kilsəsinin idarəçiliyinə daxil edilir. 1836-cı ildə Rusiya tərəfindən erməni Qriqoryan kilsəsinin tabeçiliyinə verilərək fəaliyyəti tam dayandırılmışdır. 2003-cü ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Alban Udi xristian icmasını qeydiyyata alır. Azərbaycanın maddi-mədəni irsi olan Alban kilsələrinin bərpası, mühafizəsi və dini ibadətlərin keçirilməsi istiqamətində dövlət tərəfindən işlər görülməyə başlanılır. 2003-cü ildə Qafqazın ən qədim kiləslərindən biri olan Şəki rayonundakı Kiş məbədi bərpa olunur, 2006-cı ildə isə Qəbələ rayonunun Nic qəsəbəsində yerləşən 3 xristian mədəbindən biri — Müqəddəs Yelisey adına Cotari Kilisəsi bərpa edilərək icmanın istifadəsinə verilir. == Tarixi == Xristianlığın ilkin çağlarında, xristian aləmində ideoloji birliyin hələ mövcud olduğu, alban ruhaniliyinin tam formalaşmadığı, kilsə iyerarxiyasının təşəkkül tapmadığı bir dövrdə erməni və gürcü kilsələri kimi, Alban Apostol kilsəsi də iyerarxik baxımdan bilavasitə yunan imperiya kilsəsindən asılı idi; lakin başçısı Kappadokiyanın Qeysəriyyə şəhərində təsdiq edilən erməni-qriqoryan kilsəsindən fərqli olaraq, başçısı Yerusəlimdə təsdiq edilən Alban Apostol kilsəsinin asılılığı formal xarakter daşıyırdı. Alban müəllifi Moisey Kalankatulunun məlumatlarına görə, IV əsrin əvvəllərində Maarifçi Qriqori yepiskop rütbəsinə təsdiq edilmişdi. Romadan onunla birlikdə yepiskop rütbəsinə layiq görülmüş daha bir "müqəddəs ər" gəlmiş və həmin adam alban hökmdarı Urnayrla birlikdə Alban Apostol kilsəsinə başçılıq etmək üçün Albaniyaya yola düşmüşdü. Əlamətdar haldır ki, Ermənistan və Albaniyanın ilk yepiskopları – Maarifçi Qriqori və həmin "müqəddəs ər" alban müəllifi tərəfindən hərfən "ruhanilərin başçıları" mənasını verən terminlə ifadə olunmuşdu; bu isə yepiskop sözünün real sinonimidir.
Allahverdi kilsəsi
Allahverdi kilsəsi — Qax şəhəri, Zaqatala küçəsində yerləşən gürcü-pravoslav kilsəsi. == Haqqında == Qax şəhəri, Zaqatala küçəsi, 28 ünvanındə yerləşən kilsənin tikilmə tarixi XIX əsrdir. Rusiya imperiyası Qafqazı tam şəkildə işğal etdikdən sonra 1888-ci ildə XIII əsrə aid qədim bazilikanın qalıqları üzərində xristianların könüllü ianələri və Qafqazda Pravoslav Xristianlığının Bərpası Cəmiyyətinin maliyyəsi ilə tikilmişdir. Kilsənin inşasında bişmiş kərpicdən, çay daşından və əhəngdən istifadə olunmuşdur. Dördkünc formaya malikdir. Hazırda fəaliyyət göstərmir.
Anqlikan Kilsəsi
Anqlikan kilsəsi — VIII Henrixin dövründə (1509–1547) İngiltərənin katolikliyə yaxın olan dövlət kilsəsi. İdarə üsuluna görə Katolik kilsəsinə protestantizmdən daha yaxın hesab edilir. Anqlikan kilsəsi Reformasiya dövründə meydana gəlib İngiltərədə kral mütləqiyyətinin möhkəmləndirilməsinə qulluq edirdi. 1534-cü ildə parlamentin "Üstünlük Aktı" əsasında Anqlikan kilsəsinin başçısı Kral elan edilmişdir. Kral Vatikandan dini asılılığını tam aradan qaldırmaq üçün Anqlikan kilsəsinin əlaqəsini Vatikan kilsəsi ilə qırdı. Anqlikan kilsəsinə tabe olan monastırlar ləğv olundu. Kral öz dvoryanları arasında hörmətini artırmaq üçün monastırlara məxsus olan torpaqları onlar arasında bölüşdürdü. Parlamentin qərarları ilə 1549-cu ildə bütün ingilislərə vacib olan "İcma ibadət kitabı" və 1571-ci ildə 39 maddədən ibarət anqlikanlığın inam rəmzləri təsdiq edilmişdir. Yeni dövlət kilsəsinin yaranması ilə razı olmayan katoliklər və kalvinistlər vəhşicəsinə təqib olunurdular. Anqlikan kilsəsi başda arxiyepiskop olmaqla iki, Kenterberi və York kilsə vilayətlərinə bölünür.
Atskuri kilsəsi
Atskuri və ya Atskuri Məryəmin Ölümü kilsəsi (gürcücə: აწყურის ღვთისმშობლის მიძინების სახელობის ტაძარი) — cənubi Gürcüstanın Samtshe-Cavaxeti bölgəsindəki Axısqa bələdiyyəsində yerləşən Atskuri kəndində tikilmiş orta əsrlər kafedralıdır. İlk dəfə X və XI əsrlərdə tikilmiş olan kilsə 1283-cü ildəki zəlzələ nəticəsində dağıldıqdan qısa müddət sonra yenidən inşa edilmişdir. Kafedral şrqində üç çıxıntısı olan xaçlı qübbə kilsəsi idi. Kafedral dövründə Gürcüstandakı ən böyük kafedrallardan biri olmuşdur, ancaq kilsədən geriyə sadəcə uçuq dıvarlar qalmışdır. 2016-cı ildə kilsəni tamamən yeniləmə layihəsi başladılmışdır. Kilsə Gürcüstanın Milli Əhəmiyyətə Sahib Daşınmaz Mədəniyyət Abidələri siyahısına daxildir. == Tarixi və memarlığı == Kilsə Kür çayının sağ sahilindəki kiçik təpənin ətəyində yerləşməkdədir. Biri 10 və 11-ci əsr, digəri 13 və 14-cü əsrlərə aid edilən iki inşaat qatı ayırd edilir. İkinci qat 1283 zəlzələsindən sonra inşa edilən strukturlardan ibarətdir. Atskuri Gürcüstanın mərkəz qismindəki ən önəmli xristian mərkəzlərdən biri olmuşdur.
Avey kilsəsi
Avey monastırı və ya Ay məbədi — Qazax rayonunun Daş Salahlı kəndi ərazisində Aveydağ silsiləsinin ən yüksək zirvəsində yerləşən Alban məbəd kompleksi. Kompleks Avey dağının zirvəsində, dəniz səviyyəsindən 922 metr, dağ ətəyindən isə 420 metr yüksəklikdə yerləşir. Tikili Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-memarlıq abidəsi kimi qeydiyyata alınmışdır.Məbəd kompleksinə iki kilsə, sovməə, qala divarları və bir neçə köməkçi tikililər daxildir. Kompleksin şimal tərəfindən yerləşən kilsə planda düzbucaqlı formaya malik olmaqla, yarımdairəvi tağ-tavanla örtülmüşdür. Cənub tərəfdə yerləşən günbəzli kilsə xaricdən düzbucaqlı, daxildən isə xaçvari plana malikdir. == Tarixi == Məbəd erkən xristianlıq dövrünə (V-VII əsrlər) aid edilsə də, memarlıq üslübuna görə əsasən, Roma və ellinizm mədəni abidələrini xatırladır. Belə bir iddia var ki, məbəd yunan mifologiyasında Ay ilahəsi Selenanın şərəfinə inşa edilib. Görkəmli tarixçi Qiyasəddin Qeybullayevin fikrincə, "Avey" sözü "Ay evi" mənasını verir ki, bu da Selenaya həsr olunması versiyasını gücləndirir. Bir digər versiyaya görə, bura ov yeri olub. Məbədin həyətində qəbirlər aşkar edilib.
Ağdamar kilsəsi
Ağdamar kilsəsi (erm. Աղթամարի Սուրբ Խաչ եկեղեցի) — Türkiyənin Van bölgəsində Van gölünün içərisində kiçik Ağdamar adasında yerləşən erməni kilsəsi. Ağdamar kilsəsi yeganə Surb Xaç kilsəsi hesab olunur. Qüds şəhərindən İrana gətirilən əsl xaç nümunəsi VII əsrdə Van gölünün yaxınlığına gətirilir. Burada gölün üzərində yerləşən adada xaçı gizlətmək üçün kilsənin inşa olunmasına başlanılır. Tikintinin başlamasına erməni hökmdarı I Qagik göstəriş vermişdir. 915-ci ildə memar Manuel tərəfindən adada kilsə inşasına başlanılır. Tikinti 6 il davam etmiş və 921-ci ildə tamamlanmışdır. Adanın cənub tərəfində inşa olunmuş kilsə memarlıq baxımından Orta əsr erməni memarlığını təmsil edir. Qızıl andezit daşından inşa olunmuş kilsənin çöl divarında müxtəlif heyvan relyefləri əks olunmuş, həmçinin İncildən bəzi səhnələr canlandırılmışdır.
Bayan kilsəsi
Bayan kilsəsi - Daşkəsən rayonunun Bayan kəndində Çiçərvəng məbədinin yanında yerləşir. Daşkəsən şəhərindən təxminən 20 kilometr aralıdadır. Məbədə gedən yolun 1,5 km qeyri-qənaətbəxşdir və məbədin harada yerləşməsi haqqında heç bir müvafiq göstərişli nişanlar yoxdur. Digər məbədlər kimi bu məbədin üzərində yerləşən alban xaç daşı və başqa dini əşyalar ermənilər tərəfindən oğurlanaraq aparılmışdır.
Beşikdağ kilsəsi
Beşikdağ kilsəsi və ya Vəngəsər kilsəsi — Ağdərədən Xankəndinə gedən yolun sağ tərəfində, Xaçınçayın sahilindəki Beşikdağ dağında yerləşən VII əsrə aid alban kilsədir. Kilsə Şahbulaq qalasının tam üstündə yerləşir. Kilsə xaç-günbəz formalı plana malikdir və memarlıq həlli baxımından Gədəbəy kilsəsi ilə oxşarlıq təşkil edir. Xaçın dörd kvadrat formalı tərəflərindən üçü daxildə yarımdairəvi formaya malikdir. Onun gümbəzini saxlayan dörd pilonu Kilsədağ kilsəsindən fərqli olaraq zalın ortasında dayanmır və divarlara birləşir. Onlar tağlarla birləşərək model zalın mərkəzi hissəsində günbəzaltı kvadrat formalaşdırırlar. Həmin kvadrat üzərində keramit damlı qübbə ucalır. == Yerləşməsi == Ağdərədən Xankəndinə edən yolun sağ tərəfində, şimaldan cənuba doğru qozbel dağ uzanır. Bütün il ərzində onun səthi quru səhra bikiləri ilə örtülü olur. Bunun səbəbi ərazidə minimal miqdarda yağışların olmasıdır.
Bideyiz kilsəsi
Bideyiz məbədi - Şəki rayonun Bideyiz və Baş Küngüt kəndləri yaxınlığında yerləşən alban kilsəsidir. Kilsə şirindaşdan inşa edilmişdir. Yarımdağılmış vəziyyətdə olan kilsə vaxtilə yarımdairəvi tağ formalı örtüyə malik olmuşdur. Kilsənin interyeri arka və nişlərlə bəzədilmişdir. Apsidanın şimal tərəfində kiçik köməkçi tikili yerləşir. IV-V əsr alban kilsələri üçün xarakterik olan bu xüsusiyyət Bideyiz kilsəsini Azərbaycan ərazisindəki digər alban kilsələri – Mingəçevir və Govurqala məbədləri ilə yaxınlaşdırır.
Boyana Kilsəsi
Boyana kilsəsi — Sofiyanın 8 km. cənubunda, Vitoşa dağının ətəyində yerləşən bolqar ortadoks kilsəsi.
Bri kilsəsi
Bri kilsəsi — Xocavənd rayonunun Çörəkli kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsi. Abidə, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır.Dövrümüzə xarabaqlıq və yarıdağılmış vəziyyətdə çatmış tikililərin inşaat tarixi kitabələr əsasında XII-XIII əsrlərə aid edilir. Lakin, ərazidə aşkarlanmış daha qədim dövrlərə aid tikililərin qalıqları, həmçinin yerli əhali arasındakı inanclar monastır kompleksinin erkən orta əsrlərə aid xristian, hətta bütpərəst dini kompleksinin yerində inşa edildiyini deməyə əsas verir. Qədim monastır kompleksindən dövrümüzə çatmış kilsə tikililərinin qalıqları nadir yaşıl kollara malik bozumtul təpəlik ərazidə yerləşir. Bri kompleksi dörd kilsə, narteks, xaçdaşlarla bəzədilmiş üç niş sovməə xarabalığı, mülki tikililərin xarabalıqları və inkişaf etmiş orta əsrlər dövrünə aid geniş nekropoldan ibarətdir. == Tarixi == Dövrümüzə xarabaqlıq və yarıdağılmış vəziyyətdə çatmış tikililərin inşaat tarixi kitabələr əsasında XII-XIII əsrlərə aid edilir. Lakin, ərazidə aşkarlanmış daha qədim dövrlərə aid tikililərin qalıqları, həmçinin yerli əhali arasındakı inanclar monastır kompleksinin erkən orta əsrlərə aid xristian, hətta bütpərəst dini kompleksinin yerində inşa edildiyini deməyə əsas verir.Kompleks ərazisi boyunca qədim tikililərin qalıqları – dördguşəli stellalar, V-VII əsrlərə aid ornamentli plitələr, karnizlər, kapitellər, erkən orta əsrlər memarlığının forma və xüsusiyyətlərini daşıyan sütun altlıqları səpələnmişdir. Abidəni tədqiq etmiş K. Mkrtçyan Dağlıq Qarabağın memarlıq abidələrinə həsr olunmuş əsərində qeyd edir ki, “...şübhə ola bilməz ki, dini tikilinin qalıqları olan bu memarlıq elementləri, Aluankda sayı ilin günlərinə bərabər olan və inşası Aluank çarı Mömin Vaçaqanın adı ilə bağlı olan kilsələrdən birinə aiddir.”Burada tədqiqatçı Moisey Kalankatlının “Alban ölkəsinin tarixi” adlı əsərində verdiyi məlumata əsaslanır. Kalankatlı yazır: Kompleksin erkən orta əsrlər dövründə inşa edilmiş ən birinci kilsəsitəpənin üstündə, şimal-şərq istiqamətində, narteksin yanında yerləşir. 100m2 sahəyə malik olan bu tikili üçnefli bazilika formalı kilsə olmaqla, daha qədim bütpərəst məbədinin yerində inşa edilmişdir.
Cotaari kilsəsi
Müqəddəs Yelisey adına Cotari Kilsəsi (udi Ĭvĕl Yeliseyi s'iyen C'otari Gergeś) — Azərbaycanda kilsə. == Xüsusiyyəti == Məbəd Qəbələ rayonunun Nic qəsəbəsində yerləşir. Məbəd binası yerli daşlardan dördkünc planda inşa edilib və kiçik zəng qülləsi də var. 2006-cı ildə əsaslı bərpa olunmuş və Alban-Udi Xristian İcmasının istifadəsinə verilmişdir. == Tarixi == Yerində əvvəllər Müqəddəs Yeliseyin şagirdi olan şəhid Vlasın qəbri və eyniadlı kapella yerləşirdi. 1823-cü ildə həmin kapella Astvatzatur Cotaniants adlı bir udi rahib tərəfindən sökülmüş və Mesrop Maştots tərəfindən yerləşdirilmiş iki mis xaç tapılmışdı. 1879-cu ildə kilsə yerli camaat tərəfindən 1000 rubla təmir edilmişdir. Restavrasiyadan əvvəl kilsədə 3 ermənicə yazı mövcud idi. == Din xadimləri == Erməni Qriqorian kilsəsinin arxivlərinə əsasən, kilsədəki bəzi keşişlər siyahıya alınmışdır: Yengibar Ter-Astvatzatur Cotaniants Avetik Ohancanyan Cotatiants - 1788-ci ildə doğulub, Calut monastırında keşiş Xələtdən təhsil alıb. Kilsədə xidmət illəri 1832-1857) İohannes Cotatiants (kilsədə 1859-1885) - 1839-cu ildə dördüncü dərəcədən sekston vəzifəsinə təyin olunub.
Doppel kilsəsi
Doppel kilsəsi (alm.St. Maria und Clemens) - Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətindəki Bonn şəhərində, Şvarzheyndorf bölgəsində yerləşən kilsə. 1151-ci ildə tikilmişdir. Kilsə Almaniyanın 13 "cüt kilsə""sindən biridir. ("Doppel" almanca "cüt kilsə" deməkdir). Kilsənin iki ayrı giriş və çıxışı, iki ayrı ibadət zalı var. Cüt kilsələr xalqla varlıları ayırmaqla bərabər protestant ilə katolikkərin eyni binadan istifadə etməsi məcburiyyəti səbəbindən yaranmışdılar.
Gavurqala kilsəsi
Gavurqala kilsəsi — Ağdam rayonunun Sofulu kəndində, Gavurqala şəhər xarabalığında 1958-ci ildə aparılan arxeoloji qazıntılar zamanı aşkar edilmiş qədim alban kilsəsinin qalıqlarıdır. == Tarixi == Bazilika Ağdam rayonunun Sofulu kəndində arxeoloji tədqiqatlar zamanı aşkarlanmışdır. Abidə ərazisində arxeoloji tədqiqatlara rəhbərlik etmiş R. Vahidov bazilikanın VIII-X əsrlərdə inşa edilmiş olması ehtimalını səsləndirmişdir. G. Məmmədova isə qeyd edir ki, “tikilinin memarlıq-kompozisiya xüsusiyyətləri və analoqlarını nəzərə alaraq demək olar ki, bina ərəb işğalından əvvəlki dövrdə, təxminən VI əsrdə inşa edilmişdir.” == Memarlıq xüsusiyyətləri == Binanın divarları Qafqaz Albaniyasının memarlığı üçün xarakterik olan üsulla, iki daşı sırasının aralarının əhəng məhlulu ilə doldurulması vasitəsiylə inşa edilmişdir. Bu cür divar inşa etmək təcrübəsi alban memarlarına qədim dövrdən bəlli idi. Azərbaycan ərazisində bu cür hörgüyə hələ e.ə. II minillikdə - II Kültəpə ərazisində rast gəlinir. Govurqaladakı tikilinin əsas fərqi istifadə edilmiş daşların yaxşı yonulmuş olmasıdır.Govurqala bazilikasının dam örtüyü saxlanmamışdır. Lakin, arxeoloji tədqiqatlar zamanı akarlanmış konstruksiya qalıqları qapıların tağvari tamamlanmasını söyləməyə imkan vermişdir. G. Məmmədova hesab edir ki, “buna əsasən və bu tipdə olan digər tikililərlə aparılmış müqayisə əsasında demək olar ki, bina iki qatlı tağvari örtüyə malik olmuşdur.” Onun fikrincə Govurqala bazilikasının Cənubi Qafqaz memarlığında birbaşa analoqları Gürcüstanın Vazisubani ərazisində Samrkariani kilsəsi və Ermənistanın Vayots Cor mərzində Aravus kəndi ərazisindəki Tanaat kilsələridir.
Göytəpə kilsəsi
Göytəpə kilsəsi — Cəlilabad rayonunun Göytəpə şəhərində yerləşən Rus Pravoslav Kilsəsi. == Haqqında == Cəlilabad rayonunun Göytəpə şəhərində yerləşən Rus Pravoslav Kilsəsi 1878-ci ildə tikilmişdir. Türkmənçay müqaviləsindən sonra Şimali Azərbaycan torpaqlarına, o cümlədən Cəlilabad rayonuna köçürülmüş xristian inanclı ruslar ibadət etməkdən ötrü burada əvvəlcə kiçik bir bina tikiblər. Amma həmin tikili rusların kütləvi ibadətləri üçün darısqal olduğundan cənub bölgəsində bu kilsənin inşa edilməsi qərara alınıb.Altı günbəzdən ibarət olan bu qədim memarlıq abidəsinin tikinti işləri əsasən yerli memarlar tərəfindən aparılıb. Məhz elə buna görə kilsənin pəncərə və divarlarında Azərbaycanın milli memarlıq üslubunun çalarları açıq-aşkar nəzərə çarpır.Kilsə Turizm və Mədəniyyət Nazirliyinin sərəncamındadır. Yerli əhəmiyyətli abidə kimi 4177 saylı inventarla rəsmi qeydiyyata alınan kilsənin birinci mərtəbəsində hazırda Göytəpə şəhər kitabxanası yerləşdirilib.
Gədəbəy kilsəsi
Gədəbəy kilsəsi – Gədəbəy şəhəri yaxınlığında meşədə yerləşən kilsədir. Mənbələrdə kilsənin inşa tarixi ilə bağlı heç bir məlumat olmasa da, inşa tarixi bəlli olan anoloji abidələrlə müqayisə nəticəsində abidənin təxminən VII-VIII əsrlərdə inşa edilməsi ehtimalı qeyd edilmişdir. Kilsə binası planda şərq-qərb hissəyə uzadılmış xaçvari formaya malikdir. Uzadılmış şərq qolunda yarımdairəvi apsida yerləşir, digər qollar isə düzbucaqlı formada tamamlanırlar. Onların kəsişməyerində daxildən dairəvi, xaricsən isə səkkizbucaqlı olan baraban ucalır. Baraban üzərini tamamlatan günbəz dövrümüzə çatmamışdır. == Tarixi == Mənbələrdə kilsənin inşa tarixi ilə bağlı heç bir məlumat yoxdur. G. Məmmədovaya görə memarlıq təhlili və Gürcüstan ərazisində yerləşən, dəqiq inşa tarixi bəlli olan anoloji abidələrlə müqayisə nəticəsində abidənin təxmini inşa tarixi haqqında fikir söyləmək mümkündür. Plan və xarici həcminin həllinə görə məbəd, VI-XI əsrlərin Kunturis Sakdari və Açkuridəki Müqəddəs Georgi kilsələri kimi “sərbəst xaç” tipli kilsələri ilə oxşarlıq təşkil edir. G. Məmmədovanın fikrincə abidənin konstruktiv həllinin analizi, kvadrat təməldən dairəvi dacili və səkkizbucaqlı xarici barabana keçidin yelkənlərlə təmin edilməsinə əsasən kilsəni təxminən VII-VIII əsrlərə aid etmək mümkündür.
Harva kilsəsi
Harva kilsəsi — Kəlbəcər rayonunun Dovşanlı kəndində yerləşən tarix-memarlıq abidəsi. Abidə böyük qaya içində yonulmuş və hörgü ilə tamamlanmış iki zallı kilsədən ibarətdir. == Memarlıq xüsusiyyətləri == Dovşanlı kəndinin cənub hissəsində, böyük qayalığın altında yerləşən Harva kilsəsi bir-biri ilə əlaqəli mağaradan ibarətdir. Uğurlu inşaat işi sayəsində qarşı tərəfdən onlar bir-birindən ayrı iki sovməə kimi görünürlər. Daxildən isə onlar bir-birinə bitişik yarımqaya zal təsiri bağışlayrlar.Kilsə qarşısında qoyulmuş böyük hamar daş üzərində 1249-cu ilə aid yeddi sətirlik kitabə vardır. Kilsə monumental divar rəsmlərinə malikdir. Kilsənin apsidasında biri dairəvi digəri isə düzbucaqlı plana malik iki kilsə binası təsvir olunmuşdur.
Həvarilər kilsəsi
Həvarilər Kilsəsi — Türkiyəinin Qars ilinin Ani şəhər xarabalığında yerləşən qədim erməni kilsəsi. == Tarixi == Pahlavuni sülaləsi dövründə inşa etdirilmiş bu abidənin elə həmin dövrdə Ani patriarxları tərəfindən mərkəz kimi istifadə edildiyi güman edilir. Abidənin divarlarında nə zaman inşa olunması haqqında bir qeyd yoxdur. Kilsə divarlarındakı ən qədim yazı 1031-ci il tarixinə aiddir və Abuğamir Pahlavuninin kilsəyə torpaq bağışlamasından bəhs edir. Akademik N. Y. Marr Həvarilər kilsəsi və ona bitişik olan bidələr ərazisində arxeoloji qazıntıları 1909-cu ildə tamlamışdır və 1912-ci ildə kilsənin ən zəif hissələri və cənub narteks müəyyən qədər bərpa edilmişdir. Həvarilər kilsəsi ərazisində XX əsrin əvvəllərində aparılan qazıntılar zamanı əldə edilən nəticələrdən dövrümüzə bir şey çatmamışdır. Belə ki, baxımsızlıq üzündən bütün tapıntılar itirilmiş və ya məhv olmuşdur. Kilsənin zəmin planı memarlıqda "inscribed quatrefoil with corner chambers" olaraq bilinən tərzdə inşa edilmişdir. Başqa sözlə, düzbucaqlı planın içinə oturdulmuş dörd apisli iç quruluşun künclərdə əmələ gətirdiyi boşluqlar dörd şapellə doldurulub. Bu erməni abidələrində VII əsrdən sonra meydana gələn bir layihələşdirmə növüdür, lakin bu binada istifadə edilmiş naxışlar binanı XI əsrin ilk otuz ilinə aid etməyə imkan verir.
Kantur kilsəsi
== Haqqında == Nasirəddin Şahın Fransa səyahətlərindən sonra; İranda yol tikintisinə baxılmaqla, paytaxtı Avropaya bağlamaq üçün İran şəhərləri arasında magistral yollar çəkildi. Tehrandan Qəzvinə gedən avtomobil yolu Ağa Bağır İsfahani (Qəzvinin növbəti hakimi) tərəfindən tikilmişdir ; Ancaq Çar Rusiyası tərəfindən Qacar ​​hökumətinə bir müqavilə qoyulması ilə Qəzvinə gedən Ənzəli yolu, Anatoliy Nikolayeviç Bestelma adlı bir adamın idarə etdiyi Sığorta və Nəqliyyat Şirkəti adlı bir Rusiya yol inşaat şirkətinə; verilmişdir. İrandakı rəsmi fəaliyyətinin başlanğıcında, Rusiya Sığorta və Nəqliyyat Şirkəti, Qəzvinin indiki Talığani, Buəli, Müdərris və Xəyyam küçələrinin kəsişdiyi yerdə bir təsis kompleksi inşa etdi. Rus dilində "Kantur" adlanan tikili, ofis və idarəetmə deməkdir. Bu tikililərdən biri, rus işçilərinin dini inancları sayəsində kompleksin güneyində dini ibadət üçün tikilmiş, indi turistlərin yaxından görə biləcəyi bir sərgiyə çevrilmiş kiçik bir kilsədir. İndilikdə Qəzvində rusların yaşamamasından asılı olaraq, kilsə ibadət yeri deyil; qolbaq, üzük, boyun bağı, əl işi olan qab-qacaq və heykəlciklər və başqa bəzək əşyaları sərgilənərək satılır. == Memarlığı == Ölçülər baxımından dördbucaqlı planı olan və biri namaz salonunun mərkəzində, başqası qurbangahın üstündə daha kiçik iki böyük günbəzə sahib olan kiçik bir kilsədir. İstifadə olunan materiallar kərpic və harçdır, kərpiclər böyük sənətkarlıqla döşənmişdir və nəticədə çox gözəl bir tikili əldə edilmişdir. Kantur Kilsəsinin iki yanının divarlarında rus xaçları oyulmuş giriş qapısı var. Girişin yuxarı hissəsində balaca günbəzə aparan üç mərtəbəli zəng qülləsi var.