Abuğamir kilsəsi

Abuğamir kilsəsi - Türkiyə Cümhuriyyətində, Qars ilinin Ani şəhər xarabalığında qədim erməni kilsəsi.

Abuğamir kilsəsi
Աբուղամրենց Սուրբ Գրիգոր եկեղեցի
Xəritə
40°30′36″ şm. e. 43°34′12″ ş. u.HGYO
Ölkə  Türkiyə
Şəhər Qars
Yerləşir Ani
Aidiyyatı Erməni Qriqoryan Kilsəsi
Tikilmə tarixi XI əsr
Üslubu Erməni memarlığı
Abuğamir kilsəsi (Türkiyə)
Abuğamir kilsəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bu kiçik kilsə Alacaçay (ermənicə Tsağkotsadzor) vadisində bir təpənin üstündə inşa edilmişdir. Qəribədr ki, Anidəki kilsələrin hamısı sanki şəhərin kənarından və uzaqdan görünməsi istənirmiş kimi hündür təpələrin üstündə inşa edilib.[1]

Mütəxəssislər abidəni X əsrə aid (binanın bəzədilməsində istifadə edilən naxışların çoxu bu dövr erməni memarlığı üçün xarakterikdir) edirlər və Pahlavuni sülaləsinə aid olduğunu, Şahzadə Qriqor tərəfindən inşa etdirildiyini güman edirlər. Bu sülalə Aninin müstəqilliyinin son illərində önəm qazanmışdır. Pahlavuni sülaləsindən olan ən məşhur tarixi şəxsiyyət Aninin Bizans imperiyasına ilhaq edilməsinə qarşı çıxmış dəstənin başında duran Vahram Pahlavuni olmuşdur. Vahramdan kilsənin qapısı üzərindəki kitabədə də bəhs olunur və adının kilsəyə verildiyi, özünün isə oğlu Abuğamirin xatirəsinin anılması üçün keçirilən mərasimlərə pul ayırdığı qeyd edilir.[1]

1040 - cı il tarixli başqa bir kitabə isə şahzadə Ablğaribin atası, qardaşı və bacısı üçün iki otaqlı bir qəbir inşa etdirildiyi qeyd edilir. " 489 - cu ildə (miladi təqvimlə 1040) mən Ablğarib, ermənilərin mərzbanı Qriqorun oğlu və Abuğamirin nəvəsi ən gənc oğlu olmam səbəbiylə atam tərəfindən ciddiylə alınmamağıma baxmayaraq ailəmə olan sevgimə görə bu son mənzili atam Qriqor, qardaşım Həmzə və bacım Seda üçün inşa etdirdim, həmçinin Müqəddəs Stefanos və Müqəddəs Kristofer kilsələrini tikdirdim." Kilsənin Şimal divarına birləşmiş olan və günümüzə yalnız təməlləri çatan binanın məhz bu iki otaqlı qəbir olduğu güman edilir. 1998-ci ildə bu təməllər qızıl axtaranlar tərəfindən qazılır. İçəridə həqiqətən də məzarların olduğu qızılaxtaranlardan sonra qalan xarabalıqların arasında görünən inşan sümüklərindən aydınlaşır. Hər biri qalın beton təbəqəsiylə əhatə edilmiş ən azı üç məzar olmuşdur.[1]

Xarici görünüşü

[redaktə | mənbəni redaktə et]

Binanın xarici quruluşu on iki üzlüdür, giriş qapıları isə adətən erməni kilsələrində olduğu kimi, Şərq - Qərb araleli üzrə deyil, Şimal - Cənub paraleli üzrədir. Hər üzü dəyişik (sırayla) olaraq dərin niş (divarın içinə doğru dərin oyuq) və ya pəncərəlidir. Yeganə istisna iki nişin yanaı olduğu və müəyyən qədər bayıra çıxıntılı görünən Şərq divarıdır. Bu qeyri-adi çıxıntının aşağı hissəsi itmişdir. Lakin burada hansısa xaçkarların və ya kitabənin olduğu düşünülür ki, bu da yaxındakı məzarlara işarə etmiş ola bilər.[1]

Kilsənin üst səviyyəsində, silindrik hissənin pəncərələri natamam kəmərlər silsiləsi əmələ gətirən kəmərlərlə əhatələnmişdir - bu erməni memarlığında rastlanmayan, qeyri-adi bir düzənləmədir.[1]

Qübbənin üstündəki konik dam həddən artıq dikdir və ya sonrakı dövrdə bərpa zamanı bu hala gətirilmişdir. Bu tip inşa texnikası XI əsrə aiddir və bu halıyla kilsəni XI əsrə də aid etmək mümkündür.[1]

Binanın divarlarındakı naxışların müxtəlifliyi (xüsusilə incə naxışlı medalvari çıxıntıların varlığı) və bunların üzərindəki işıq-kölgə oyunları binanı müəyyən qədər Barokko memarlıq üslubuna yaxınlaşdırır.[1]

Daxili görünüşü

[redaktə | mənbəni redaktə et]

Abidənin daxili dizaynı bayırdan baxıldığı zaman təsəvvür edilə bilinməyəcək qədər sadə və yüngüldür. Kilsənin mərkəzləşdirilmiş altı yarpaqlı planı var, yəni altı ədəd dörddə üçlük dairə apsis mərkəz sahənin ətrafında toplanmışdır. Bunun üzərində on iki pəncərə ilə aydımladılmış və onun da üzərində yarımqübbənin olduğu silindrik tavan vardır.[1]

Apsisin divar və damında müxtəlif freska qalıqları görünməkdədir. Lakin bu freskalar kilsədən yenidir və təxminən XIII əsrə aid edilir. Apsisin hər iki tərəfində böyük ehtimal şapel olan kiçik hücrələr vardır.[1]

  1. 1 2 3 4 5 6 7 8 9 "virtual ani". 2022-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-04-24.