Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kirayəçi-fermer mübahisələri (Yaponiya)
Kirayəçi-fermer mübahisələri (小作争議, kosaku soqi) – 1917–1941-ci illərdə Yaponiyada kirayəçi-fermerlər ilə mülkədarlar arasında baş vermiş mübahisələr. Bu illər ərzində mülkədarlar ilə kirayəçi-fermerlər arasında 72.696 mübahisə qeydə alınıb. Bu mübahisələr subinzibati kənd və ya kəndcik səviyyəsində baş verib. == Məzmun == Edo dövründə və Meyci dövrünün ilk illərində baş vermiş kəndli üsyanlarından fərqli olaraq kirayəçi-fermer mübahisələrinin əsas hədəfi birbaşa mülkədarlar idi. Bu mübahisələr kənddə yaşayan yoxsullar arasındakı sinifləşməni daha kəskin əks etdirmişdir. Kirayəçi-fermerlərin 1920-ci illərdəki tələbləri ondan ibarət idi ki, təbii fəlakətlərə görə azalan məhsuldarlığın əvəzində kirayə haqqı azaldılsın (xüsusilə, 1920-ci illərdə). 1930-cu illərdə mülkədarlar kirayəçiləri dəyişməyə və ya torpaqları özləri becərməyə başlayanda kirayəçi-fermerlər daimi kirayəçilik haqqı tələb etməyə başlamışdırlar.Kirayəçi-fermerlər tərəfindən işlədilən əsas taktikalar kiçik birliklər təşkil etmək, kirayənin tam və ya bir hissəsini ödəməmək, iqtisadi dəstək üçün torpaqları kollektiv şəkildə becərmək, mülkədarları qeyri-zorakı yollarla narahat etmək və danışıqlara girmək idi. Mülkədarlar buna təşkilatlanaraq cavab vermişdirlər. Mülkədarlar iqtisadi təzyiq tətbiq etmiş, qohumluq münasibətlərindən istifadə etmiş, danışıqlara girmişdirlər. Lakin bu cəhdlər uğursuzluqla nəticələndikdən sonra məhkəməyə müraciət etmişdilər.
Birayəti (qəzet)
"Birayəti (qəzet)" — gündəlik siyasi qəzet. == Haqqında == 1967-ci il mayın 6-sı Bağdadda çap edilmiş “Birayəti” gündəlik siyasi qəzet kimi ərəb və kürd dillərində nəşr edilirdi. Qəzetin təsisçisi və baş redaktoru Saleh Əl Yusifi idi. İdarə heyəti isə Həbib Məhəmməd Caf, Abdullah Səid, Nəcib Qaban, Məhəmməd Səid Caf, Rəfiq Çalaq, Məhəmməd Molla Kərim, Məhəmməd Əmin Osman və Mustafa Rəsul kimi şəxslərdən ibarət idi.
Karateçi uşaq(2010)
Karateçi uşaq — 2010-cu ildə çəkilmiş ABŞ filmidir. Rejissor Harald Zvart, baş rollarda isə Ceki Çan, Ceyden Smitdir. Film əsasən Çinin Pekin şəhərində cəryan edir. Filmin çəkilişləri 2009-cu ilin İyul ayında başladı və həmin ilin Oktyabr ayının 16-sı qurtardı. ABŞ-də filmin premyerası 11 İyun 2010-cu il oldu. == Məzmun == Atasının ölümündən və Detroytdakı zavodun bağlanmağından sonra 12 yaşlı Dre Parker(Ceyden Smit) anası Şerri (Taraji Penda Henson) ilə birlikdə Detroytdan Çinin Pekin şəhərinə köçür. Nəzarətçi onları evlərinə aparır. Xarab olan əşyanı düzəltmək üçün anası Dreni Mr. Hanı(Ceki Çan) çağırmağa göndərir. Dre Mr.Hanı çağırdıqdan sonra parka gedir.Burada o skripkaçı Mei Yinq (Venven Han) ilə dost olur.
Nuranə Əliyeva (karateçi)
Nuranə Əliyeva (d. 21 avqust 1992; Bakı, Azərbaycan) — Azərbaycanlı karateçi. Nuranə Əliyeva, 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb. == Həyatı == Nuranə Əliyeva 21 avqust 1992-ci ildə Bakı şəhərində anadan olub. O, ali təhsilini Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında alıb. == Karyerası == Nuranə Əliyeva, 2017-ci ildə Azərbaycan bayrağı altında IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. -50 kiloqram çəki dərəcəsində çıxış edən Nuranə Əliyeva, bürünc medal uğrunda görüşdə, İndoneziya nümayəndəsi Srunita Sukatendeli 1:1 hesabı ilə məğlub etdi və IV İslam Həmrəyliyi Oyunlarının bürünc medalına sahib oldu.
Vüqar Quliyev (karateçi)
Quliyev Vüqar Əşrəf oğlu — azərbaycanlı idmançı. == Həyatı == Vüqar Quliyev 29 oktyabr 1976-cı ildə Füzuli şəhərində anadan olmuşdur. 1982-ci ildə Füzuli şəhər rus orta məktəbinə getmiş, 1992-ci ildə orta məktəbi bitirmişdir. O, orta məktəbi bitirdikdən sonra 1993-cü ildə Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasının təkmübarizəlik fakültəsinə daxil olmuş, 1998-ci ildə həmin akademiyanı bitirmişdir. 1999-2000-ci illərdə hərbi xidmətdə olmuş, Xüsusi Təyinatlı Bölükdə xidmət etmişdir. Hələ uşaq yaşlarından idmana maraq göstərən Vüqar Quliyev əvvəllər idmanın voleybol növü üzrə məşğul olmuş, bir sıra çempionatlarda iştirak etmişdir. 1993-cü ildən isə karatenin kyokuşinkay növü ilə məşğul olmağa başlamışdır. 1999-cu ildə Azərbaycan çempionu, 2003-cü ildə respublika ikincisi, 2005-ci ildə isə 3-cü yerə layiq görülmüşdür. I dan qara kəmər ustasıdır. 2004-cü ildə isə Rusiya çempionatının iştirakçısı olmuşdur.
Karateçi uşaq (film, 2010)
Karateçi uşaq — 2010-cu ildə çəkilmiş ABŞ filmidir. Rejissor Harald Zvart, baş rollarda isə Ceki Çan, Ceyden Smitdir. Film əsasən Çinin Pekin şəhərində cəryan edir. Filmin çəkilişləri 2009-cu ilin İyul ayında başladı və həmin ilin Oktyabr ayının 16-sı qurtardı. ABŞ-də filmin premyerası 11 İyun 2010-cu il oldu. == Məzmun == Atasının ölümündən və Detroytdakı zavodun bağlanmağından sonra 12 yaşlı Dre Parker(Ceyden Smit) anası Şerri (Taraji Penda Henson) ilə birlikdə Detroytdan Çinin Pekin şəhərinə köçür. Nəzarətçi onları evlərinə aparır. Xarab olan əşyanı düzəltmək üçün anası Dreni Mr. Hanı(Ceki Çan) çağırmağa göndərir. Dre Mr.Hanı çağırdıqdan sonra parka gedir.Burada o skripkaçı Mei Yinq (Venven Han) ilə dost olur.