KİRAYƏ

KİRAYƏ [Student:] Otaq buradamı kirayə verilir? (Çəmənzəminli); İCARƏ (bir şeyin müəyyən müqabilində müvəqqəti olaraq istifadəyə verilməsi) Tifil ikən baxdım ağa, qaraya; Qəmdən yük götürdüm mən icarəyə (Molla Cümə); KİRƏ Hacı Sultan .. iki evindən aldığı kirələrin sayəsində rahatlıqla keçinirdi (S.Hüseyn).

KİR
KİRAYƏÇİ
OBASTAN VİKİ
Kirayəçi-fermer mübahisələri (Yaponiya)
Kirayəçi-fermer mübahisələri (小作争議, kosaku soqi) – 1917–1941-ci illərdə Yaponiyada kirayəçi-fermerlər ilə mülkədarlar arasında baş vermiş mübahisələr. Bu illər ərzində mülkədarlar ilə kirayəçi-fermerlər arasında 72.696 mübahisə qeydə alınıb. Bu mübahisələr subinzibati kənd və ya kəndcik səviyyəsində baş verib. == Məzmun == Edo dövründə və Meyci dövrünün ilk illərində baş vermiş kəndli üsyanlarından fərqli olaraq kirayəçi-fermer mübahisələrinin əsas hədəfi birbaşa mülkədarlar idi. Bu mübahisələr kənddə yaşayan yoxsullar arasındakı sinifləşməni daha kəskin əks etdirmişdir. Kirayəçi-fermerlərin 1920-ci illərdəki tələbləri ondan ibarət idi ki, təbii fəlakətlərə görə azalan məhsuldarlığın əvəzində kirayə haqqı azaldılsın (xüsusilə, 1920-ci illərdə). 1930-cu illərdə mülkədarlar kirayəçiləri dəyişməyə və ya torpaqları özləri becərməyə başlayanda kirayəçi-fermerlər daimi kirayəçilik haqqı tələb etməyə başlamışdırlar.Kirayəçi-fermerlər tərəfindən işlədilən əsas taktikalar kiçik birliklər təşkil etmək, kirayənin tam və ya bir hissəsini ödəməmək, iqtisadi dəstək üçün torpaqları kollektiv şəkildə becərmək, mülkədarları qeyri-zorakı yollarla narahat etmək və danışıqlara girmək idi. Mülkədarlar buna təşkilatlanaraq cavab vermişdirlər. Mülkədarlar iqtisadi təzyiq tətbiq etmiş, qohumluq münasibətlərindən istifadə etmiş, danışıqlara girmişdirlər. Lakin bu cəhdlər uğursuzluqla nəticələndikdən sonra məhkəməyə müraciət etmişdilər.

Digər lüğətlərdə

бесчи́нник дожи́н же́нственность обе́т обстра́гивать оживи́ть охране́ние перестри́г покрыва́ть полирова́льный про́рва силоме́р абоне́нтский антираке́тный власть желти́нник свеко́льно соскобли́ться стихотво́рческий assassinate round-ended syntagma taxpaying whole-length верноподданный