YALQIZ [Tarverdi:] Yenə mən yalqız gəldim (M.F.Axundzadə); TƏK Şahin: Qonşumuzda o qoca arvad tək yaşayırdı (B.Bayramov); TƏNHA Kamil bulvarda tənha bir kölgəlik seçib əyləşdi və dənizə tamaşa etməyə başladı (Y.Şirvan); FƏRD (kl.əd.) Ey tifli-sadə, gəzmə soqaqlarda boylə fərd (M.Ə.Sabir); YALNIZ Xanım: Liza, daha bundan sonra evdə yalnız qaldıqda darıxmayacağıq: təzə kirayəçi öz ölkələrindən bizə nağıl eyləyəcək, qəribə-qəribə şeylər eşidəcəyik (Çəmənzəminli); VAHİD.