kiran 2021
kirayəçi
OBASTAN VİKİ
Kirayəçi-fermer mübahisələri (Yaponiya)
Kirayəçi-fermer mübahisələri (小作争議, kosaku soqi) – 1917–1941-ci illərdə Yaponiyada kirayəçi-fermerlər ilə mülkədarlar arasında baş vermiş mübahisələr. Bu illər ərzində mülkədarlar ilə kirayəçi-fermerlər arasında 72.696 mübahisə qeydə alınıb. Bu mübahisələr subinzibati kənd və ya kəndcik səviyyəsində baş verib. == Məzmun == Edo dövründə və Meyci dövrünün ilk illərində baş vermiş kəndli üsyanlarından fərqli olaraq kirayəçi-fermer mübahisələrinin əsas hədəfi birbaşa mülkədarlar idi. Bu mübahisələr kənddə yaşayan yoxsullar arasındakı sinifləşməni daha kəskin əks etdirmişdir. Kirayəçi-fermerlərin 1920-ci illərdəki tələbləri ondan ibarət idi ki, təbii fəlakətlərə görə azalan məhsuldarlığın əvəzində kirayə haqqı azaldılsın (xüsusilə, 1920-ci illərdə). 1930-cu illərdə mülkədarlar kirayəçiləri dəyişməyə və ya torpaqları özləri becərməyə başlayanda kirayəçi-fermerlər daimi kirayəçilik haqqı tələb etməyə başlamışdırlar.Kirayəçi-fermerlər tərəfindən işlədilən əsas taktikalar kiçik birliklər təşkil etmək, kirayənin tam və ya bir hissəsini ödəməmək, iqtisadi dəstək üçün torpaqları kollektiv şəkildə becərmək, mülkədarları qeyri-zorakı yollarla narahat etmək və danışıqlara girmək idi. Mülkədarlar buna təşkilatlanaraq cavab vermişdirlər. Mülkədarlar iqtisadi təzyiq tətbiq etmiş, qohumluq münasibətlərindən istifadə etmiş, danışıqlara girmişdirlər. Lakin bu cəhdlər uğursuzluqla nəticələndikdən sonra məhkəməyə müraciət etmişdilər.

Digər lüğətlərdə

администрати́вно-бюрократи́ческий во́ин-интернационали́ст гидробиологи́ческий диверге́нт неритми́чность перестрахо́вка пряди́льня разбо́рчивый скворе́чий треща́лка шагренирова́льный альтруисти́чный бакуни́ст босто́нный двусто́пный перезало́г раздели́ться плёсо ascribable collected coordinated Idaho Falls lullaby superflare продёргивать