Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kiril
Kiril — ad. Kiril Pozdnyakov — Azərbaycanlı professional velosiped yarışçısı. Kiril Tenison Vayt — Avstraliya botaniki.
Kiril Petkov
Kiril Petkov Petkov (bolq. Кирил Петков Петков; 17 aprel 1980, Plovdiv) — bolqar siyasətçi, iqtisadçı və sahibkar, 13 dekabr 2021-ci ildən etibarən Bolqarıstanın Baş naziri. == Həyatı == Petkov 17 aprel 1980-ci ildə Plovdivdə anadan olub. O, Vankuverdəki Britaniya Kolumbiyası Universitetində maliyyə üzrə ticari bakalavr dərəcəsinə və öz sinfinin ən yaxşı 10%-də yer aldığı Harvard Universitetində biznesin idarə edilməsi üzrə magistr dərəcəsinə sahibdir. Onun mühazirəçilərindən biri klaster strategiyalarının işlənib hazırlanmasında ixtisaslaşdığı Maykl Porter idi. Petkov Harvard Universitetinə bağlı Sofiya Universitetində İqtisadi Strategiyalar və Rəqabət Qabiliyyətlilik Mərkəzinin təsisçilərindən biridir və burada iqtisadi inkişaf və rəqabətqabiliyyətliliyin mikroiqtisadiyyatından dərslər keçib. == Biznes fəaliyyəti == 2001–2005-ci illərdə Petkov Kanadanın "McCain Foods" qida şirkətində korporativ inkişaf meneceri vəzifəsində çalışıb. 2007-ci ildən o, yüksək əlavə dəyərli innovasiyalar sahəsində layihələr hazırlayır və onun "ProViotik" şirkəti ABŞ-da biotexnologiya sahəsində bir neçə patentə malikdir. == Siyasi fəaliyyəti == === İqtisadiyyat Naziri fəaliyyəti === 2021-ci il mayın 12-dən sentyabrın 16-dək Stefan Yanevin müvəqqəti hökumətində İqtisadiyyat Naziri vəzifəsində çalışıb. Petkov nazir kimi ilk televiziya çıxışında dövlətin nəzarətində olan və kiçik və orta sahibkarlığı dəstəklədiyi iddia edilən Bolqarıstan İnkişaf Bankının dörd iş adamına məxsus səkkiz şirkətə 500 milyon avro kredit payladığını açıqlayıb.
Kiril Pozdnyakov
Kiril Pozdnyakov (20 yanvar 1989) — Azərbaycanlı peşəkar velosiped yarışçısı. 2015-ci ilin noyabr ayında Sinerji Bakı klubu 2016-cı il mövsümündə Pozdnyakovun onlara qoşulacağını açıqlamışdır. Pozdnyakov peşəkar karyerasında debütünü 2013-cü ildə həmin klubun komandasında etmişdir. O, 2017-ci ildə Rusiya vətəndaşlığından imtina edərək Azərbaycan vətəndaşlığını qəbul etmişdir.
Kiril Skaçkov
Kiril Skaçkov (6 avqust 1987) — Rusiyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Kiril Skaçkov Rusiyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və Komanda turnirində 9-cu pillənin sahibi olub.
Kiril qrafikası
Kiril qrafikası, köhnə mənbələrdə Kirill (azərb-kiril. Кирилл) — bir çox dillərin əlifbalarının qrafiki təsviri. Kiril əlifbası aşağıdakı slavyan dillərində istifadə olunur: belarus dili bolqar dili makedon dili rusin dili rus dili serb dili ukrayna dili çernoqor diliBu əlifba həmçinin keçmiş Sovet İttifaqında 100-dən artıq xalqın əlifbasının tərtib olunmasında istifadə edilmişdir. Hazırda Rusiyada yaşayan əksər xalqlar və müstəqillik qazanmış bəzi keçmiş Sovet respublikaları bu əlifbadan istifadə etməkdədirlər. Həmin ölkələr aşağıdakılardır: Qazaxıstan Qırğızıstan Moldova Tacikistan == Əlifbalar müqayisəsi == Š=Ť və Ž=Ď. Ķķ=Ⱪⱪ və Ḩḩ=Ⱨⱨ Uzun səslər: Â, Ê, Î, Ô, Û. Yarı səslər: Ă, Ĕ, Ĭ, Ŏ, Ŭ (Qırtlaq hərfləri). Ṫ hərfi əlifbada olmayan T-D səsidir (Ərəbcə:ط). Yalnız Ərəb və Osmanlıca tərcümələrində istifadə edilər. Ż hərfi əlifbada olmayan Z-S səsidir (Ərəbcə:ظ). Yalnız Ərəb və Osmanlıca tərcümələrində istifadə edilər. ٯ = ق (Qırtlaq K hərfi) və ya ڨ (Qırtlaq G hərfi).
Kiril əlifbası
Kiril qrafikası, köhnə mənbələrdə Kirill (azərb-kiril. Кирилл) — bir çox dillərin əlifbalarının qrafiki təsviri. Kiril əlifbası aşağıdakı slavyan dillərində istifadə olunur: belarus dili bolqar dili makedon dili rusin dili rus dili serb dili ukrayna dili çernoqor diliBu əlifba həmçinin keçmiş Sovet İttifaqında 100-dən artıq xalqın əlifbasının tərtib olunmasında istifadə edilmişdir. Hazırda Rusiyada yaşayan əksər xalqlar və müstəqillik qazanmış bəzi keçmiş Sovet respublikaları bu əlifbadan istifadə etməkdədirlər. Həmin ölkələr aşağıdakılardır: Qazaxıstan Qırğızıstan Moldova Tacikistan == Əlifbalar müqayisəsi == Š=Ť və Ž=Ď. Ķķ=Ⱪⱪ və Ḩḩ=Ⱨⱨ Uzun səslər: Â, Ê, Î, Ô, Û. Yarı səslər: Ă, Ĕ, Ĭ, Ŏ, Ŭ (Qırtlaq hərfləri). Ṫ hərfi əlifbada olmayan T-D səsidir (Ərəbcə:ط). Yalnız Ərəb və Osmanlıca tərcümələrində istifadə edilər. Ż hərfi əlifbada olmayan Z-S səsidir (Ərəbcə:ظ). Yalnız Ərəb və Osmanlıca tərcümələrində istifadə edilər. ٯ = ق (Qırtlaq K hərfi) və ya ڨ (Qırtlaq G hərfi).
Kiril Tenison Vayt
Kiril Tenison Vayt (ing. Cyril Tenison White; 17 avqust 1890, Brisben – 16 avqust 1950) — Avstraliya botaniki. == Əsərləri == An Elementary Textbook of Australian Forest Botany (1922). Principles of botany for Queensland farmers (1938).
Kiril qrafikasına keçid
Kiril qrafikasına keçid (rus. Кириллизация) — 1930—1940-cı illərdə SSRİ, Monqolustan və Tuva xalq Respublikasında yaşayan xalqların əlifbalarının latın qrafikasında yenidən kiril qrafikalı əlifbaya keçid prosesi.
Kiril və Mefodi
Kiril və Mefodi (yun. Κύριλλος και Μεθόδιος) — IX əsrdə Saloniki şəhərində doğulmuş Bizanslı yunan qardaşlar. Moraviya və Panoya ərazilərində Xristianlığın yayılması üçün misyonerlik fəaliyyəti ilə məşğul olmuşdular. Qardaşların misyonerlik fəaliyyəti nəticəsində Slavyan xalqlarının mədəni və dini inanclarında bəzi yeniliklər baş vermiş və bunu nəticəsində Kiril və Mefodi qardaşlarına Slavyanların Öndərləri fərxi adı verilmişdir. Qardaşlar Qlaqolitik əlifbasının daha da genişləndirmiş və həmin əlifbadan Qədim Slav dilinin yazılması üçün istifadə etmişdilər. Bu əlifba Slav dilinin yazılması üçün hazırlanmış ilk əlifba idi. Kiril əlifbası bu əlifbanın əsasında hazırlanmışdır və bu gün də slavyan xalqları arasında geniş şəkildə istifadə edilir. Kiril əlifbası da iki qardaşdan birinin, yəni Kirilin şərəfinə adlandırılmışdır. Kiril və Mefodinin ölümündən sonra, onların dini və elmi fəaliyyətlərini şagirdləri davam etdirmişdilər. Şərq Pravoslav Kilsəsi Kiril və Mefodini On iki həvariyə bərabər tutmuş və onları əbədi müqəddəs adlandırmışdır.
Kiril və Metodius
Kiril və Mefodi (yun. Κύριλλος και Μεθόδιος) — IX əsrdə Saloniki şəhərində doğulmuş Bizanslı yunan qardaşlar. Moraviya və Panoya ərazilərində Xristianlığın yayılması üçün misyonerlik fəaliyyəti ilə məşğul olmuşdular. Qardaşların misyonerlik fəaliyyəti nəticəsində Slavyan xalqlarının mədəni və dini inanclarında bəzi yeniliklər baş vermiş və bunu nəticəsində Kiril və Mefodi qardaşlarına Slavyanların Öndərləri fərxi adı verilmişdir. Qardaşlar Qlaqolitik əlifbasının daha da genişləndirmiş və həmin əlifbadan Qədim Slav dilinin yazılması üçün istifadə etmişdilər. Bu əlifba Slav dilinin yazılması üçün hazırlanmış ilk əlifba idi. Kiril əlifbası bu əlifbanın əsasında hazırlanmışdır və bu gün də slavyan xalqları arasında geniş şəkildə istifadə edilir. Kiril əlifbası da iki qardaşdan birinin, yəni Kirilin şərəfinə adlandırılmışdır. Kiril və Mefodinin ölümündən sonra, onların dini və elmi fəaliyyətlərini şagirdləri davam etdirmişdilər. Şərq Pravoslav Kilsəsi Kiril və Mefodini On iki həvariyə bərabər tutmuş və onları əbədi müqəddəs adlandırmışdır.
Serb kiril əlifbası
Serb kiril əlifbası (serb. српска ћирилица/srpska ćirilica)— Serbiyalı dilçi Vuk Karadjiç tərəfindən 1818-ci ildə inkişaf etdirilmiş Serb dili üçün kiril qrafikasının yenidən işlənilməsi. Bu standart müasir Serbiya, Bosniya və Monteneqronun yazı standartları üçün istifadə olunan iki əlifbadan biridir. Serb kiril əlifbası Krste Misirkov və Venko Markovskinin işində Makedoniya əlifbası üçün əsas hissə kimi istifadə olunub.
Kiril Kulakov
Kiril Kulakov (20 iyul 1969) — General-mayor, Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandanı. == Həyatı == Kiril Kulakov 20 iyul 1969-cu ildə doğulub. 1990-cı ildə Kazan Ali Hərbi Komandanlıq Məktəbini bitirib. Bundan sonra bir müddət Almaniyada, Uşaq Şərqdə və Mərkəzi Hərbi dairəsində qulluq edib. 2014–2017-ci illərdə Orenburq kazak briqadasının Çelyabinsk vilayətinin Çebarkulda yerləşən Suvorov, Kutuzov və Aleksandr Nevski adına Qırmızı Bayraq ordenli 7-ci Əlahiddə Mühafizə Tankının komandiri vəzifəsində çalışıb. 2016-cı ildə general-mayor rütbəsinə layiq görülüb. 2017-ci ilin martından Kazan Ali Hərbi Komandanlıq Məktəbinin rəisi olub. 2023-cü ilin avqustunda Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandanı təyin olunub.
Kiril qrafikalı Azərbaycan əlifbası
Kiril qrafikalı Azərbaycan əlifbası (azərb-kiril. Кирил графикалы Азәрбајҹан әлифбасы) — Azərbaycan dilinin yazıldığı üç qrafikadan biri. Digərləri latın və ərəb qrafikalarıdır. == Tarixi == Türk yazı tarixi uyğurların əlifbasıyla başlasa da, Azərbaycan türkcəsinin yazılmasına ərəb əlifbasının bir variantı ilə başlanmışdır. Səlcuq və Osmanlı türkləri X əsrdən başlayaraq ərəb qrafikalı əlifbanı əsas tutmuşdular. Ərəb əlifbası türk dilləri üçün tam uyğun əlifba olmasa da, təxminən XX əsrin əvvəllərinə qədər bu əlifbadan Azərbaycanda geniş istifadə olunmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra 1919-cu ildə Xudadad bəy Məlikaslanovun rəhbərliyi ilə latın əlifbasına keçmək üçün komissiya yaradılır. Komissiyanın hazırladığı tədbirlər planını parlament təsdiq edir. Azərbaycan Xalq Cümhuriyyəti süqut etdiyindən bu məsələni həyata keçirmək mümkün olmur. 1929-cu ilə kimi ərəb qrafikalı əlifbadan istifadə olunsa da Azərbaycan Respublikası ərazisində 1929–1939-cu illərdə latın qrafikalı əlifbadan, 1939–1991-ci illərdə isə kiril əlifbasından istifadə olunmuşdur.
Kiril qrafikalı əlifbalı dillər siyahısı
Kirill qrafikalı əlifbalı dillər siyahısı — kiril qrafikası əsasında əlifbası olan və ya olmuş dillərin siyahısı. == Hind-Avropa dilləri == Baltik dilləri Litva dili (XIX əsr sonu — 1904, latın qrafikası ilə yanaşı) Hind-ari dilləri Hind-ari dilləri Qaraçı dili (Serbiya və SSRİ-də 1927-ci ildən) İran dil qrupu Beluc dili (Türkmənistan 1980-ci ildən) Kürd dili (SSRİ ərazisində 1946-cı ildən, hal-hazırda parktiki olaraq istifadə edilmir) Osetin dili (XVIII əsr — 1924; 1938-ci ildən) Tacik dili (1940-cı ildən) Dağ yəhudiləri dili (1938). Azərbaycanda 1990-cı ildən latın qrafikindən istifadə edilir) Şuqnan dili (1980-ci ildən) Yaqnob dili (1990-cı ildən) Roman dilləri Moldovan dili (1932-ci ilədək; 1937–1989 illərdə Moldovada; Dnestryanı bölgədə indiyədək) Rumın dili (1860-cı ilədək) Ladino dili Bolqarıstanda çap edilən bəzi sefard nəşrlərində. Slavyan dilləri Belorus dili Bolqar dili Makedon dili (1945-ci ildən) Poles dili (1988-ci ildən) Polyak dili (XIX əsr ortalarından cəhd edilir) Rusin dili Rus dili Serb dili Ukrayna dili Qədim slavyan dili Kilsə slavyan dili == Qafqaz dilləri == Abazin dili (1938-ci ildən) Abxaz dili (1862–1926; 1954-cü ildən) Avar dili (XIX əsrdə ərəb qrafikası ilə paralel; 1938-ci ildən) Aqul dili (1990-cı ildən) Adıgey dili (1938-ci ildən) Arçin dili (2000-ci ildən cəhd edilir) Axvax dili (1980-ci ildən cəhd edilir) Dargin dilləri (XIX əsrin sonu — XX əsrin əvvəli, ərəb qrafikası ilə paralel; 1938-ci ildən) İnquş dili (1937-ci ildən) Kabardin-çərkəz dili (XIX əsrin sonu — XX əsrin əvvəli, ərəb qrafikası ilə paralel; 1936-cı ildən) Qubaçi dili (1990-cı ildən cəhd edilir) Lak dili (XIX əsrin sonu — XX əsrin əvvəli, ərəb qrafikası ilə paralel; 1938-ci ildən) Ləzgi dili (XIX əsrin sonu — XX əsrin əvvəli, ərəb qrafikası ilə paralel; 1938-ci ildən) Rutul dili (1990-cı ildən) Tabasaran dili (1938-ci ildən) Udin dili (1990-cı ildən latın qrafikası ilə paralel cəhd edilir) Xınalıq dili (1990-cı ildən cəhd edilir) Saxur dili (1990-cı ildən, latın qrafikası ilə paralel) Sez dili (1993-cü ildən) Çeçen dili (1938-ci ildən, 1991–2000-ci illərdə həmçinin latın qrafikası) == Çin-Tibet dilləri == çin qolu Dunqan dili (1953-cü ildən) == Çukot-kamçat dilləri == İtelmen dili (1980-ci ildən) Koryak dili (1937-ci ildən) Çukot dili (1937-ci ildən) == Monqol dilləri == Buryat dili (XIX əsr sonu — XX əsr əvvəli, monqol qrafikalı ilə paralel; 1939-cu ildən) Kalmık dili (1924–1930; 1938-ci ildən) Monqol dili (1940-cı ildən) Daur dili (1957-ci ildən cəhd edilir) == Tunqus-mancur dilləri == Nanay dili (XIX əsr sonu cəhdləri; 1928–1929; 1937-ci ildən) Negidal dili (2009-cu ildən) Orok dili (2008-ci ildən) Oroçi dili (2000-ci ildən) Sibin dialekti (1957-ci ildən cəhd edilir) Udegey dili (1937-ci ildən) Ulçi dili (2001-ci ildən) Evenk dili (XIX əsr sonundan cəhd ; 1937-ci ildən) Even dili (1937-ci ildən) == Türk dilləri == Azərbaycan dili (1939–1991; 1991–2001-ci illərdə paralel surətdə latın qrafikası ilə birgə.
Müqəddəs Kiril və Mefodiy adına Bolqarıstan Milli Kitabxanası
Müqəddəs Kiril və Mefodiy adına Bolqarıstan Milli Kitabxanası – 4 aprel 1878-ci ildə yaradılmışdır. Kitabxananın fondunda IX-XIX əsrlərə aid slavyan, yunan, şərq və digər xarici arxivlər, əsərlər, həmçinin 1,5 mln. bolqar tarixi sənədləri və s. mühafizə edilir. Yaradılmasından 3 il sonra kitabxana milli status almışdır. 1924-cü ildə kitabxana Bolqar Milli İntibah Arxivi ilə birləşdirilmişdir.
Kirill Ağasıyev
Ağasıyev Kirill Yaşar oğlu (ukr. Агасиєв Кирило Яшар огли) — Ukrayna Silahlı Qüvvələrinin Azərbaycan əsilli baş leytenantı. 92-ci əlahiddə mexanikləşdirilmiş briqadanın taqım komandiri. Rusiya-Ukrayna müharibəsinin iştirakçısı. "Ukrayna Qəhrəmanı".
Kirill Karabits
Kirill İvanoviç Karabits (ukr. Карабиць Кирило Іванович, 26 dekabr 1976-cı ildə, Kiyev, Ukrayna SSR-də doğulub) — ukraynalı drijor. Onun atası məşhur drijor və bəstəkar İvan Karabitsdir. == Təhsili == Gənclik illərində piano, musiqişünaslıq və kompozisiya təhsili almış Karabits, on üç yaşından drijorluqla maraqlanır. Onun ilk müəllimi Tatyana Kozlova olur. Kiyevdə o, Lisenko Musiqi Məktəbi və P.İ.Çaykovski adına Milli Musiqi Akademiyasında təhsil alır. 1995-ci ildə o, Vyana Konservatoriyasında təhsil almağa başlayır və beş il sonra drijor diplomu alır. Eyni zamanda Ştuttqartdakı “Bachakademie”yə qəbul olan Kirill, burada Helmut Rillinq və Piter Gülkedən təhsil alır. “Berliner Singakademie”də elmi tədqiqatla məşğul olan Kirill, Karl Filipp Emanuel Bax tərəfindən 1784-cü ildə yazılmış və itirilmiş hesab edilən “İohannın ehtirasları” əsərinin əlyazmasını üzə çıxarır və köçürür. == Fəaliyyəti == Karabits, izləyicilər qarşısında ilk drijorluğunu 19 yaşında edir.
Kirill Meretskov
Kirill Afanasyeviç Meretskov (7 iyun 1897 və ya 26 may 1897, Zaraysk, Ryazan quberniyası[d] – 30 dekabr 1968, Moskva) — Sovet İttifaqı marşalı (1944). Sovet İttifaqı Qəhrəmanı (1940).
Kirill Moskalenko
Kirill Semyonoviç Moskalenko (ukr. Кирило Семенович Москаленко; 28 aprel (11 may) 1902 – 17 iyun 1985[…], Moskva) — sovet hərb xadimi, İki dəfə Sovet İttifaqı Qəhrəmanı (1943, 1978). == Hərbi rütbələri == polkovnik (16.08.1938). kombriq (1940, aprel). general-mayor (6.06.1940). general-leytenant (19.01.1943). general-polkovnik (19.09.1943). ordu generalı (3.08.1953). Sovet İttifaqı Marşalı (11.03.1955). == Mükafatları == İki dəfə Sovet İttifaqı Qəhrəmanı (23.10.1943; 21.02.1978); 7 dəfə Lenin ordeni (22.07.1941, 23.10.1943, 6.11.1945, 7.03.1962, 10.05.1972, 21.02.1978, 10.05.1982); "Oktyabr inqilabı" ordeni (22.02.1968) 5 dəfə Qırmızı Bayraq ordeni (7.04.1940, 27.08.1943, 3.11.1944, 15.11.1950, 28.01.1954); I dərəcəli Suvorov ordeni (28.01.1943, 23.05.1943); I dərəcəli Kutuzov ordeni (29.05.1944, 25.08.1944); I dərəcəli Boqdan Xmelnitski ordeni (10.01.1944); I dərəcəli Vətən Müharibəsi Ordeni (6.04.1985); == Əsərləri == К. С. Москаленко.
Kirill Qaburiç
Kirill Qaburiç (rum. Chiril Gaburici; 23 noyabr 1976, Loqaneștı[d]) — Moldovanın baş naziri; "Azercell" şirkətinin keçmiş rəhbəri.Kirill Qaburiç Moldovada mobil rabitə şirkətlərindən birinin — "Moldcell" şirkətinin baş direktoru vəzifəsindən sonra, 2012-ci ildə Azərbaycanda "Azercell" şirkətinin rəhbəri vəzifəsinə təyin olunub. 2014-cü ilin dekabrında "Teliasonera Group" şirkətində çalışmaqda maraqlı olmadığını bildirərək bu vəzifədən gedib.2015-ci il fevralın 14-də Moldova prezidenti Nikolae Timofti tərəfindən Kirill Qaburiçin Moldovanın baş nazir postuna namizədliyi irəli sürülmüşdür. Parlamentin 18 fevral tarixində keçirilmiş iclasında onun namizədliyini 60 deputat dəstəkləmişdir ki, nəticədə Kirill Qaburiç baş nazir vəzifəsinə təsdiq edilmişdir.
Kirill Qaburiçi
Kirill Qaburiç (rum. Chiril Gaburici; 23 noyabr 1976, Loqaneștı[d]) — Moldovanın baş naziri; "Azercell" şirkətinin keçmiş rəhbəri.Kirill Qaburiç Moldovada mobil rabitə şirkətlərindən birinin — "Moldcell" şirkətinin baş direktoru vəzifəsindən sonra, 2012-ci ildə Azərbaycanda "Azercell" şirkətinin rəhbəri vəzifəsinə təyin olunub. 2014-cü ilin dekabrında "Teliasonera Group" şirkətində çalışmaqda maraqlı olmadığını bildirərək bu vəzifədən gedib.2015-ci il fevralın 14-də Moldova prezidenti Nikolae Timofti tərəfindən Kirill Qaburiçin Moldovanın baş nazir postuna namizədliyi irəli sürülmüşdür. Parlamentin 18 fevral tarixində keçirilmiş iclasında onun namizədliyini 60 deputat dəstəkləmişdir ki, nəticədə Kirill Qaburiç baş nazir vəzifəsinə təsdiq edilmişdir.
Kirilo Petrov
Krilo Petrov (22 iyun 1990, Kiyev) — Neftçi PFK-da çıxış dən ukraynalı futbolçu
Müqəddəs Kiril və Mefodi Cəmiyyəti
Müqəddəs Kiril və Methodius Cəmiyyəti ( Müqəddəs Kiril və Methodius Cəmiyyəti; y.sorb Towarstwo swj. Cyrila a Metoda) — ən çox üzvü olan Sorb birliklərindən biridir və Bautzendə yerləşir. Cəmiyyətin məqsədi sorb xalqı arasında xristianlığı yaymaq, onların maraqlarını katolik kilsəsində təmsil etmək və sorb mədəniyyətinin inkişafına kömək etməkdir. Təşkilat "Domovina" ictimai və mədəni təşkilatının bir hissəsidir. == Tarixi == Cəmiyyət 1862-ci il dekabrın 13-də Sorb yazıçısı Mixal Qornik və keşiş Yakub Herman tərəfindən müqəddəslər Kiril və Methodiusun Böyük Moraviyaya gəlişinin 1000 illiyi şərəfinə yaradılmışdır. Əvvəlcə "Katolik Sorblar Assosiasiyası" adlanırdı. Katolik Sorblar Assosiasiyasının əsas məqsədi sorb dillərində kitabların nəşri idi. 1863-cü ilin yanvarında Katolik Sorblar Assosiasiyası katolik qəzeti olan Katolski Posol nəşr etməyə başladı. Bundan əlavə, dərnək dini məzmunlu dua kitabları və müxtəlif fərdi yazılar, həmçinin Krajan kitab təqvimi nəşr edib. Kiril və Methodius Cəmiyyətinə Bautzendəki Müqəddəs Pyotr kilsəsində xidmət edən katolik keşişlər rəhbərlik etdiyi üçün təşkilat Kayzer Almaniyasına qarşı çıxan mühafizəkar siyasi baxışlara sadiq qalır.
Boris Kirillov
Boris Kirillov (4 avqust 1992) — Azərbaycanı təmsil edən üzgüçü. == Həyatı == Boris Kirillov 1992-ci il avqustun 4-də anadan olub. == Karyerası == Boris Kirillov 2013-cü ildə İndoneziyada baş tutan III İslam Həmrəyliyi Oyunlarının qalibi oldu. Boris Kirillov Azərbaycanı 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə 200 metr məsafəyə arxasıüstə üzmə turnirnində 2:05.00 dəqiqə nəticə göstərdi və 26-cı pillənin sahibi olub.
Boris Kirilov
Boris Kirillov (4 avqust 1992) — Azərbaycanı təmsil edən üzgüçü. == Həyatı == Boris Kirillov 1992-ci il avqustun 4-də anadan olub. == Karyerası == Boris Kirillov 2013-cü ildə İndoneziyada baş tutan III İslam Həmrəyliyi Oyunlarının qalibi oldu. Boris Kirillov Azərbaycanı 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə 200 metr məsafəyə arxasıüstə üzmə turnirnində 2:05.00 dəqiqə nəticə göstərdi və 26-cı pillənin sahibi olub.
Mixail Kirillov
Mixail Kirillov (rus. Михаи́л Никола́евич Кири́ллов; 28 iyul 1908, Ukrayna – 13 yanvar 1975) — sovet kino-operatoru. Rusiyanın əməkdar incəsənət xadimi (1957). == Həyatı == Mixail Kirillov 15 iyul 1908-ci ildə doğulub. 13 yanvar 1975-ci ildə vəfat etmiş, Moskvadakı erməni qəbiristanlığında dəfn olunmuşdur.
Pyotr Kirillov
Pyotr Klavdiyeviç Kirillov (17 may 1895, Sankt-Peterburq, (Rusiya)-14 yanvar 1942, Sankt-Peterburq, (Rusiya)). Aktyor. == Həyatı == 1917-1919-cu illərdə teatrda çalışmışdır. 1919-1921-ci illərdə Qırmızı Orduda xidmət etmiş, 1922-ci ildə Petroqrad Ekran İncəsənəti Texnikumunu bitirmişdir. 1917-ci ildən müxtəlif teatrlarda çalışmışdır. Bununla yanaşı Bakı, Düşənbə, Leninqrad və Odessa kinostudiyalarında filmlərə çəkilmişdir.
Karil Çörçill
Karil Çörçill, (d. 3 sentyabr 1938-ci il) - naturalist olmayan ədəbi texnikaları, feminist, güc pozulması və cinsi siyasət mövzuları ilə tanınan ingilis dramaturqu.İngilis dilində yazan və tanınan qadın yazıçısı kimi qəbul edilir. İlk əsərləri Brextin epik teatrının modernist fikirlərinə, gender məsələlərinə böyük əhəmiyyət verir. == Əsərləri == Top Girls (1982) == Fələstin == Çörçill Fələstin Həmrəylik kampaniyasının patronudur.
Kuril adaları
Kuril adaları – Kamçatka y-a ilə Hokkaydo a. arasında adalar qrupu. Oxot dənizini Sakit okeandan ayırır. 30-dan çox böyük (İturup, Urup, Kunaşir, Paramuşir və s.), çoxlu kiçik ada və qayalardan ibarətdir. Uz. təqr. 1200 km, sah. təqr. 10.5 min. km2.
Kuril qoruğu
Kuril qoruğu — dövlət təbii qoruğu. RSFSR Nazirlər Sovetinin 10 fevral 1984-cü il tarixli 47 nömrəli qərarı ilə Kunaşir adasında və RSFSR-in Saxalin vilayətinin Cənubi Kuril rayonunda Kiçik Kuril cərgəsi adalarında qurulmuşdur. Sahəsi 65 355 hektardır. Qorunan zona 73 475 hektardır. Qoruğun mərkəzi şəhər tipli Yujno-Kurilsk qəsəbəsindədir. Qoruğun yaradılmasında məqsəd təbii proseslərin və hadisələrin təbii gedişatını, flora və faunanın genetik fondunu, bitki və heyvanların ayrı-ayrı növlərini və icmalarını, Cənubi Kuril adalarının tipik və unikal ekoloji sistemlərini qorumaq və öyrənməkdir. Qoruğun təbii kompleksləri misilsizdir və dünyada analoqu yoxdur. Kunaşir ərazisi və Kiçik Kuril silsiləsi Rusiya ilə Yaponiya arasında ərazi mübahisəsinin predmetidir. == Flora və fauna == Bitki örtüyünün əsasını mühafizə olunan ərazinin 70% -dən çoxunu tutan meşələr təşkil edir. Qoruğun ərazisində 227 növ quş (bunlardan 107-si yuva qurur), 29 növ məməli vardır.
Kuril çayı
Dazifora (lat. Dasiphora) - gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Dasiphora tenuifolia (Willd.
Siril Qrossklaus
Siril Qrossklaus (17 aprel 1991) — İsveçrəli cüdoçu. Siril Qrossklaus İsveçrəni 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Siril Qrossklaus birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 90 kq çəkidə, 1/16 final mərhələsində Fransanın nümayəndəsi Aleksandre İddir ilə üz-üzə gəldi. Həmin görüşdə Siril Qrossklaus rəqibi ilə 0:0 hesabı ilə bərabarə qalsa da, şido xalları ilə ona uduzdu.
Yuri Kisil
Yuri Kisil (18 sentyabr 1995) — Kanadalı üzgüçü. Yuri Kisil Kanadanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Yuri Kisil birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 22.50 saniyəlik nəticəsi ilə 35-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Kırım
Krım, Krım yarımadası (ukr. Крим, rus. Крым) və ya Qırım, Qırım yarımadası (krımtat. Qırım, türk. Kırım, osm. قريم, Qırım) — Ukraynanın tərkibində yarımada. Yarımadada Krım Respublikası yerləşir. Yarımada Or bərzəxi vasitəsi ilə materikə birləşir. 2014-cü ildən Rusiya Federasiyasının işğalı altındadır. == Tarixi == Tarix boyu Krım müxtəlif xalqlar tərəfindən idarə edilmişdir.
Kızıl
Kızıl — Rusiya Federasiyasında yerləşən şəhər. Tıva Respublikasına daxildir.