KİRİŞ

is.
1. Möhkəm ip.
Dəmirçioğlu başa düşdü ki, onun qollarını mumlu kirişlə bağlayıblar. Koroğlu”.

2. Ox yayının iki ucuna tarım bağlanan ip. Kirişi çəkmək.
– Xan üçhaçalı bir oxu kirişə qoydu, … oxu atıb gözlərini yumdu. M.Rzaquluzadə.

// Mişar çərçivəsinin tarım ipi. Mişarın kirişi qırıldı.
// Cəhrəni işlədən ip. Cəhrənin kirişini tarımlamaq.

Etimologiya

  • KİRİŞ Gərmək feili zəminində əmələ gəlib, əvvəl gəriş, sonra giriş, nəhayət, kiriş şəklinə düşüb. Mənası “gərilmiş ip” deməkdir
KİRİMİŞCƏ
KİRİŞÇİ

Digər lüğətlərdə