Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Klarnet
Klarnet — nəfəslə çalınan musiqi aləti. Simfonik orkestrin tərkibinə daxil olan əsas alətlərdən biridir. == Söz açımı == Italyanca «clarinetto» - «kiçik klarina» deməkdir. Klarina isə (latınca «clarus» - aydın) XVIII əsrdə aydın, təmiz səsə malik olan yüksək registrli truba aləti idi. == Tarixçə == Klarnet ağac nəfəs alətlərindən biri olub, 1690-cı ildə Nürnberqli alman musiqi ustası İohann Xristof Denner tərəfindən ixtira olunmuşdur. Artıq XVIII əsrdən etibarən müasir təkmilləşmiş formada orkestrlərin tərkibinə daxil olmuşdur. Solo, ansambl və eləcə də simfonik orkestrin ən başlıca ağac nəfəs aləti kimi geniş tədbiq edilir. == Quruluşu və diapazonu == Silindr şəkilli boru formasındadır, birdilçəkli olub, klapanlar sistemi ilə təchiz olunmuşdur. Uzunluğu 70 sm olan borudan və qamış müştükdən ibarətdir və çoxlu sayda klapanlar vasitasilə çalınır. Onun diapazonu kiçik oktavanın «re» («re b») notundan III oktavanın «lya» - «si b» notuna qədər davam edir.
Bəhruz Zeynalov (klarnet ifaçısı)
Bəhruz Mahmud oğlu Zeynalov (24 dekabr 1926 – 25 mart 1998 Azərbaycanlı klarnet və balaban ifaçısı, bas balabanın banisi.[mənbə göstərin] == Haqqında == Bəhruz Zeynalov Asəf Zeynallı adına Musiqi məktəbində təhsil almışdır. 12 yaşında Üzeyir Hacıbəyovun qarşısında imtahan vermiş və balabanda ifa etdiyi ikinci musiqidən sonra birbaşa Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinə solist kimi qəbul edilmişdir.[mənbə göstərin] Sonralar o, Asəf Zeynallı adına Musiqi məktəbində pedaqoji fəaliyyətlə də məşğul olmuşdur. Bəhruz Zeynalov balabanın, zurnanın, tütəyin tarixi, quruluşu və digər məlumatları əks etdirən bir sıra yazıların müəllifidir. Azərbaycanda ilk dəfə olaraq muğamı, eləcə də dünya, şərq, xalq və bəstəkar mahnılarını balaban, zurna hətta tütək üçün belə nota almışdır.[mənbə göstərin] Bəhruz Zeynalovun Azərbaycan Dövlət Radiosunun Qızıl fondunda onlarla musiqisi saxlanılır. Bəhruz Zeynalov 1998-ci ildə Bakıda vəfat etmiş və Şağan kəndində dəfn olunmuşdur. == Mükafatları == Azərbaycan SSR Əməkdar Artisti (1982) == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Səyavuş Əlizadə. Şağan və şağanlılar (Qrifli). Bakı: Nurlan. 2008. səh.