Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Klitarx
Klitarx (yun. Κλείταρχος; IV əsr e.ə.) qədim yunan tarixçisi; Dinonun oğlu Kolofondan. Klitarx, Makedoniyalı İsgəndər haqqında yazan mühüm tarixçilərdən biridir. Ola bilər ki, Klitarx əslən Misirli idi, və ya ən azından Ptolemey Lagusun sarayında uzun müddət yaşamışdı. Kvintilian onun yazı bacarığının yüksək olduğunu qəbul etsə də, məlumatlarının etibarlılığına şübhə edir. Siseron da onu Femistoklun ölümünü saxtalaşdırılmış şəkildə təqdim etməkdə ittiham edir. Bununla yanaşı, Klitarxın əsərlərinin geniş şəkildə istifadə edildiyi məlumdur və Siciliyalı Diodor, Kuintus Kurtius Rufus, Yustin, Plutarx kimi tarixçilər, eləcə də İskəndər haqqında romantik əsərlərin müəllifləri onun mənbələrinə müraciət ediblər. Klitarxın əsərlərində istifadə etdiyi şişirdilmiş və qeyri-təbii üslub zamanla atalar sözü olaraq tanınmışdır. Klitarxın həyatı haqqında demək olar ki, heç nə məlum deyil. Onun Makedoniyalı İskəndərin yürüşündə iştirak etdiyinə dair bir fərziyyə var.
Henrix Kipert
İohan Samuil Henrik Kipert (31 iyul 1818, Berlin – 21 aprel 1899, Berlin) — alman coğrafiyaçısı və kartoqrafıdır. Rusiya və Avstriya elmlər akademiyasının üzvüdür. == Tərcümeyi-halı == Henrik Kipert ticarətçi ailəsində anadan olub. Uşaqlığından səyahət etməyə marağı var idi. Ailə dostları tarixçi Leopold fon Rank onun bu marağına dəstəkləmiş və səyyah etməyə kömək etmişdir. O həmçinin tarixə marağı var idi. 1836-cı ildə Berlin universitetinə daxil olur, filogiyanı və coğrafiyanı öyrənir. Bu illərdə o dostu Karl Ritterin köməkliyi ilə öz tarixini xəritəsini çəkir. 1839-cu ildə Ritter Kiçik Asiyanın topoqrafik xəritəsini tərtib edir. 1841-ci ildə Konstantinopula, Yunanıstana səyahət edir.