Kolagirən (vağzal)
Kolagirən — Tiflis quberniyasının Borçalı qəzasının ərazisində, indi Quqark rayonunda vağzal.
== Toponimi ==
1948-ci ildə kənd ermənicə Antarmut, 1978-ci ildə Dzoraqet adlandırılmışdır. Kolagirən türk tayfasının adını əks etdirir. 1588-ci ilə aid türkcə mənbədə qışı Bərdə sancağının "Qəsəbə" nahiyəsində maldar həyat tərzi keçirən Kolagirən tayfasının adı qeyd olunmuşdur Qədim türk mənşəli kol tayfasının adından və kuran "düşərgə" sözündən ibarətdir. Orta əsrlərdə Anadoluda yaşamış Danişmandlu-Turkmən tayfasının 24 boyundan biri Kolagirən adlanırdı Kolangirən qolunun özü də bir sıra tirələrdən (Xocalı, Həsən Abdallu, Əyyublu, Çikdamlu, Çölməkçi, Darğalı, Dadulu, Darblu, Dür-Həsənli və b.) ibarət idi.
== Tarixi ==
Yaşayış məntəqəsi kimi 1920-ci ildən sonra fəaliyyət göstərmişdir. Yəni 1918–1920-ci illərdə Türkiyədən köçürülən ermənilər həmin ərazidə yerləşdirilmişdir. Vağzalın adı (daha sonra yaşayış məntəqəsi) kolagirən türk tayfasının adını əks etdirir. Erm. SSR AS RH-nin 25.l.1978-ci il fərmanı ilə adı dəyişdirilib Dzoraket (Dərəçay) qoyulmuşdur.