Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kolanıdağ
Kolanıdağ — Xanlar rayonu ərazisində dağ. Gəncə və Kürək çaylarının suayrıcında yerləşir. Hündürlüyü 1157 m. Oronim Kolandağ variantında da qeydə alınmışdır. Dağın adı keçmişdə burada kolanı tayfasına məxsus yaylaqların olması ilə əlaqədar yaranmışdır.
Dolanlar
Dolanlar — Azərbaycan Respublikasının Xocavənd rayonunun Dolanlar kənd inzibati ərazi dairəsində kənd. 2 oktyabr 1992-ci ildən 23 oktyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Dolanlar kəndi 23 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Kəndin keçmiş adı Arqyuneş (Arguneş) olmuşdur. Kənd 1828-ci ildən sonra Şimali Farsdan köçmüş erməni ailələri tərəfindən yaradılmışdır. Arqyuneş ərazidəki dağın adıdır. Dolanar XIII əsrdə monqol basqınlarında iştirak etmiş dolan tayfasının adını əks etdirən eyniadlı soyaddır. Bu tayfanın adı qırğız və özbəklər arasında da geniş yayılmışdır [3]. Dolanlar kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: İcma dağlıqdır, sahəsi 3085,1 ha, bunun 739,54 ha kənd təsərrüfatı, 2261,29 ha meşə torpaqlarıdır. Tarix-mədəniyyət abidələri: "Hənqət Eğtsi" kilsəsi (IX–X əsrlər), qəbiristanlıq (IX–X əsrlər), xaçkar (XII–XIII əsrlər).
Kolonlar
Kolonlar (лат. colonus, coloni) — tərcüməsi "əkinçi" deməkdir, Roma imperiyasında torpaq icarədarları. Roma İmperiyasında eramızın II əsrində əmək məhsuldarlığının səmərəsizliyi nəticəsində qul əməyi öz əhəmiyyətini itirmişdi. İri malikanə sahibkarları torpaqlarını xırda sahələrə bölüb azad kəndlilərə icarəyə verməyə başladılar. Bu icarədarlar "kolon* adlandırılırdı. Kolonlar ilə torpaq sahibi arasındakı münasibətlər quldarla qul arasındakı münasibətlərdən fərqli idi. Kolonatın bir sistem kimi genişlənməsi, şübhəsiz ki, quldarlıq quruluşunun böhranını göstərən əsəs əlamətlərdən biri kimi sayılırdı. Kolonlar iki kateqoriyaya bölünürdü. Bəziləri müqavilə əsasında iri torpaq sahələrini icarəyə götürüb onu qulların və ya kiçik icarədarların əməyi ilə becərirdilər. İkinci qrupa həmişəlik icarəyə götürdüyü torpaqda yaşayan kiçik icarədarlar daxil idi.
Olanlar oldu (mahnı)
Bir alaydan olanlar (film, 1975)
Bir alaydan olanlar qısametrajlı sənədli televiziya filmi rejissor Oqtay Babazadə tərəfindən 1975-ci ildə çəkilmişdir. "Azərbaycantelefilm"də istehsal edilmişdir. Film 416-cı Taqanroq diviziyasının bir alaydan olan döyüşçülərinə həsr edilmişdir. Film 416-cı Taqanroq diviziyasının bir alaydan olan döyüşçülərinə həsr edilmişdir.