İŞIQLAŞMAQ

f.
1. İşıqlanmaq, daha işıq olmaq, işığı artmaq.
Deyəsən, hava bir az işıqlaşan kimi olmuşdu. M.Rzaquluzadə.

2. bax işıqlanmaq 2-ci mənada.
Nə yerdə bir ocaq, nə göydə bir şam! Göz-gözü görməyir … işıqlaşanda. Ə.Cəmil.
Kotançılar işıqlaşanda qalxır… B.Bayramov.
Gün çıxmamış olsa da, hava işıqlaşırdı. M.Süleymanov.

İŞIQLAŞMA
İŞIQLATMA

Digər lüğətlərdə