Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qoçqıran (Qaraqoyunlu)
Qoçqıran — Türkiyənin İğdır ilinin Qaraqoyunlu ilçəsinə daxil olan kənd. 1919-cu ildə erməni dəstələrinin kənddəki müsəlmanlara hücum etməsi nəticəsində türk milisləri toqquşma baş verir. Qadın və uşaqların bir hissəsi Kərimbəyli və Ramazankəndə köçürülür. Kənddə qalanlar və qaça bilməyənlər erməni dəstələri tərəfindən tutularaq kütləvi şəkildə öldürülür. Kəndin adı 1928-ci ildə kürd dilində "qala" mənasını verən Dize olaraq adlıandırılırdı. 1960-cı ildə kəndin adı Qoçqıran olaraq adlandırılır. Qoçqıran adı bölgənin qoç kultundan və əfsanəvi Koçkar Atadan gəlir. İğdır ilçə mərkəzinə 29 km, Qaraqoyunlu ilçə mərkəzinə 14 km uzaqlıqdadır. Ermənistanla sərhədi təşkil edən kəndin şimalından Araz çayı axır. Kənd Ermənistan sərhədində, paytaxt İrəvana ən yaxın türk məskənlərindən biridir.
İzabella Kolbran
İzabella Kolbran (isp. Isabella Colbran; 2 fevral 1785, Madrid – 7 oktyabr 1845[…]) — ispan əsilli mezzo–sopranoçu opera müğənnisi. Dünya opera incəsənətinin primadonnası. Məhz onun üçün nəzərdə tutularaq yazılmış Dezdamona rolunun ilk ifaçısı, italyan opera bəstəkarı Coakkino Rossininin həyat yoldaşı.
Kolagirən
Kolagirən (Göyçə) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Qaranlıq (Martuni) rayonunda kənd. Kolagirən (Pəmbək) — Tiflis quberniyasının Borçalı qəzasında, indiki Quqark rayonunda kənd. Kolagirən (vağzal) — Tiflis quberniyasının Borçalı qəzasının ərazisində, indi Quqark rayonunda vağzal. == Həmçinin bax == Kolagir — Tiflis quberniyasının Borçalı qəzasında, indiki Şəmşəddin rayonu ərazisində qışlaq.
Zolgəran
Zolgəran — Azərbaycan Respublikasının Tərtər rayonunun Sarıcalı kənd inzibati ərazi vahidində kənd. Azərbaycan dilinin dialektlərində zol "gön parçası", zola isə "yoğun ağac, tir" mənalarında işlənir. Kəran toponimik termin olub "kənd" mənasını ifadə edir. Əhalisi 300 nəfərdir. Zolkəran kəndi Qarabağ düzündədir. Azərbaycan Respublikası Prezidentinin 16 fevral 2018-ci il tarixli Sərəncamı ilə Tərtər rayonu Zolgəran kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması üçün 315 000 manat vəsait ayrılmışdır.
Kolagirən (Göyçə)
Kolagirən — Göyçə mahalının Aşağı Qaranlıq rayonunda (09.09.1930-dan Martuni) kənd. == Tarixi == Kolagirən kəndinin adı 3 yanvar 1935-ci ildə dəyişdirilərək "Tsovinar" qoyulmuşdur. Kənd rayon mərkəzindən 16 km aralıda yerləşir. === Kolagirən qalası === Göyçə mahalının Aşağı Qaranlıq (09.09.1930-dan Martuni) rayonunun Kolagirən (03.01.1935-dən Tsavinar) kəndi kənarında e.ə.VIII yüzilin ikinci yarısına aid qədim türk qalasıdır. Göyçə gölünün sahilində təpə üstündə yerləşən bu qala həmin bölgədə Urartu çarı Sardurinin oğlu Russanın tikdirdiyi iki qədim qaladan biridir (digəri Göyçə mahalının Kəvər rayonundadır). Qalanın xarabalıqlarının yerində qaya üstündə mixi yazılar aşkar edilib. İri qaya daşlarından hörülmüş divar və künc qüllələrinin qalıqları qalmaqdadır. Ərazidən çoxlu gil qablar, daş, sümük, metaldan bəzək əşyaları və s. tapılıb. Kolagirən ərazisinə ilk ermənilər (23 təsərrüfatda 151 nəfər) 1830-cu ildə Türkiyədən köçürülmüşdür.
Kolagirən (Pəmbək)
Kolagirən - Tiflis quberniyasının Borçalı qəzasında, indiki Quqark rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 23 km məsafədə yerləşir. Erməni mənbələrinə görə kəndin əsası 1870-ci ildə qoyulmuşdur. Kənddə azərbaycanlılarla bağlı qədim qalanın divarları, qəbirstanlığın xarabalıqları indi də durur. Toponim maldarlıqla məşğul olan kolagirən etnonimi əsasında əmələ gəlmişdir. Bu da onu göstərir ki, kənd 1870-ci ildə yox, çox-çox əvvəllər salınmışdır. Belə ki, kolagirən tayfası XVI əsrdə Qarabağda yaşayan tayfalardandır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm.
Kolagirən (vağzal)
Kolagirən — Tiflis quberniyasının Borçalı qəzasının ərazisində, indi Quqark rayonunda vağzal. == Toponimi == 1948-ci ildə kənd ermənicə Antarmut, 1978-ci ildə Dzoraqet adlandırılmışdır. Kolagirən türk tayfasının adını əks etdirir. 1588-ci ilə aid türkcə mənbədə qışı Bərdə sancağının "Qəsəbə" nahiyəsində maldar həyat tərzi keçirən Kolagirən tayfasının adı qeyd olunmuşdur Qədim türk mənşəli kol tayfasının adından və kuran "düşərgə" sözündən ibarətdir. Orta əsrlərdə Anadoluda yaşamış Danişmandlu-Turkmən tayfasının 24 boyundan biri Kolagirən adlanırdı Kolangirən qolunun özü də bir sıra tirələrdən (Xocalı, Həsən Abdallu, Əyyublu, Çikdamlu, Çölməkçi, Darğalı, Dadulu, Darblu, Dür-Həsənli və b.) ibarət idi. == Tarixi == Yaşayış məntəqəsi kimi 1920-ci ildən sonra fəaliyyət göstərmişdir. Yəni 1918–1920-ci illərdə Türkiyədən köçürülən ermənilər həmin ərazidə yerləşdirilmişdir. Vağzalın adı (daha sonra yaşayış məntəqəsi) kolagirən türk tayfasının adını əks etdirir. Erm. SSR AS RH-nin 25.l.1978-ci il fərmanı ilə adı dəyişdirilib Dzoraket (Dərəçay) qoyulmuşdur.
Kolagirən qalası
Teyşeba qalası — Göyçə mahalının Aşağı Qaranlıq (09.09.1930-dan Martuni) rayonunun Kolagirən (03.01.1935-dən Tsavinar) kəndi kənarında e.ə.VIII əsrin ikinci yarısına aid qədim qaladır. Göyçə gölünün sahilində təpə üstündə yerləşən bu qala həmin bölgədə Urartu çarı Sardurinin oğlu Rusanın tikdirdiyi iki qədim qaladan biridir (digəri Göyçə mahalının Kəvər rayonundadır). Qalanın xarabalıqlarının yerində qaya üstündə mixi yazılar aşkar edilib. İri qaya daşlarından hörülmüş divar və künc qüllələrinin qalıqları qalmaqdadır. Ərazidən çoxlu gil qablar, daş, sümük, metaldan bəzək əşyaları və s. tapılıb. Kolagirən ərazisinə ilk ermənilər (23 təsərrüfatda 151 nəfər) 1830-cu ildə Türkiyədən köçürülmüşdür. == İstinadlar == == Mənbə == И.Шопен. Исторический памятник состояния армянской области к эпоху ее присоеденения к Российской империи, С-П., 1852, Ə.Ələkbərli. Qədim Türk-Oğuz yurdu.