Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tereza Komodini Kaçia
Tereza Komodini Kaçia (malta Therese Comodini Cachia; 23 fevral 1973, Attard[d]) — Maltalı hüquqşünas və siyasətçi, həmçinin Avropa Parlamentinin keçmiş üzvü. Komodini Kaçia Malta Universitetində oxumuş və burada iki ali təhsil almışdır. O, 1997-ci ildə doktorluq dərəcəsini və 2012-ci ildə İnsan Hüquqları üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. Teresa Komodini Kaçia insan hüquqları sahəsində çalışan ixtisasca hüquqşünasdır. O, 1997-ci ildən bəri müxtəlif səviyyələrdə Maltanın ən yüksək məhkəmələri, eləcə də Strasburqdakı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qarşısında insan hüquqlarının pozulması qurbanlarını təmsil edib. Onun müştəriləri arasında fiziki şəxslər, kommersiya strukturları, dövlət qurumları, habelə qanunverici orqanlar var idi. Hüquq karyerasında o, Maltadakı bir sıra qeyri-hökumət təşkilatlarında, o cümlədən Malta Skaut Assosiasiyasında, Malta Qadın Təşkilatları Konfederasiyasında və Malta Psixi Sağlamlıq Assosiasiyasında hüquq məsləhətçisi kimi fəaliyyət göstərmişdir. 2008–2010-cu illər arasında o, Bərabərlik üzrə Milli Komissiyaya Avropa bərabərlik qanununun və direktivlərinin mahiyyəti ilə bağlı məsləhətlər verib, ayrı-seçkilik hallarının araşdırılmasında köməklik göstərib və bir sıra digər tədqiqat layihələrində köməklik edib. Komodini Kaçia hazırda Malta Universitetində İnsan Hüquqları üzrə dərs deyir. O, həmçinin universitetdə insan hüquqları və demokratikləşmə üzrə magistrlərin hazırlanmasını koordinasiya edir.
Komorin burnu
Komorin burnu (tam. கன்னியாகு) Kanniyakumari, Kumari (tam. கன்னியாகுமரி, ing. Cape Comorin) — Hindustan yarımadasının cənub qutaracağında yerləşən daşlı burun. Burun Qərbi və Şərqi Qat dağlarınınbutaracağı olmaqla yanaşı Ərəbistan dənizi, Benqal körfəzi və Hind okeanının qovuşduğu yerdir. Komorin burnu Hindistanın tarixi Malabar və Koromandel sahilləreini əhatə edir. Burunun şimal hissəsində kanyakumari şəhəri yerləşir. Komorin yaxınlığında adada zəvvarlar arasında məşhiur olan Vivekanandanın məqbərəsi vardır. belə ehtimal edilir ki, əfsanəvi Lemuriya Komorin burnundan cənubda yerləşir. Hindistanın materik ərazisinin ən ucqar cənub nöqtəsi olsa da, ölkənin ən ucqar cənub nöqtəsi İndira burnudur.
Komotini
Komotini (yun. Κομοτηνή, türk. Gümülcinə) — Şərqi Makedoniya və Frakiyada şəhər. Şərqi Makedoniya və Frakiya regionunun paytaxtıdır.
Komodo
Komodo adası (ind. Pulau Komodo) — İndoneziyaya məxsus olan ada. Adanın sahəs 390 km² təşkil edir. Vulkan məşəlli adadır. Ada əhalisinin sayı cəmi 2 min nəfərdir (2006). == Coğrafiya == Komodo adası Kiçik Zond adaları qrupuna daxildir. Sumbava (qərb) və Flores (şərq) adalarıarasında yerləşir. Ada Komodo milli parkı ərazisinə daxildir. Komodo varanının vətənidir. == Əhalisi == Adanın hazırkı əhalisi Sulavesi adasından bura gətirilmiş buqi qəbiləsindən olan dustaqların törəmələridir.
Aleksandr Borodin
Alexander Porfiryeviç Borodin (rus. Александр Порфирьевич Бородин); 31 oktyabr (12 noyabr) 1833[…], Sankt-Peterburq[…] – 15 (27) fevral 1887[…], Sankt-Peterburq[…]) — rus bəstəkarı və kimyaçısı. == Həyatı == Borodinin istedadı qüdrətli bərabərdir və valehedicidir necə simfoniyada, həm də operada, və romansda fəaliyyət göstərmişdi. Əsas keyfiyyətləri odur ki, — nəhəng gücdür və endir, nəhəng imkan, cəldlik və valehedici ehtiraslılıqla, zərifliklə və gözəlliklə birləşdirilmiş coşqunluqdur və s.dir. On beşinci o kolleksiyalar Aleksandr Porfiryeviç Borodinə həsr edilmişdir, məşhur Balakirevskoqo dairənin üzvünə, musiqidə rus milli məktəbinin parlaq nümayəndəsidir. Borodin müxtəliftərəfli şəxsiyyətlə fövqəladə idi. Onda ağlasığmaz tərzdə belələrə iki ehtiras yola gedirdi, görünür ki, uyuşmaz sahələrə — kimyaya və musiqiyək və O eyni zamanda tarixə və böyük bəstəkar kimi, və kimyaçı kimi girdi — alim və pedaqoq idi Borodinin yaradıcılıq irsi həcminə görə müqayisədə kiçikdir, amma rus musiqi klassikasının xəzinəsinə ən qiymətli töhfədir. Borodinin yaradıcılığında rus xalqının böyüklüyünün mövzusu aydın keçir, vətənə sevgilər, azadlıqsevmələr. Musiqi onu epik enlə fərqlənir, kişilik, eyni zamanda dərin lirizm. Hamı kimi "kuçkistlər" kompozitorı—ı, Borodin onlara xalq ruhunda ondan şəxsi unikalların yaradılması üçün intonasiya və ritmik dövriyyələri alaraq zəngin və müxtəliftərəfli rus folkloruna dirənirdi.
Komoran adası
Komoran adası (ind. Pulau Yos Sudarso) — Arafur dənizində Yos-Sudarso adasından cənub-şərqdə, Yeni Qvineyadan isə cənub-qərbində yerləşir. İnzibati baxımından İndoneziyanın Papua vilayətinə daxildir. Həm Yos-Sudarso həm də Yeni Qvineyadan 1,7 km enə malik boğazla ayrılır. Avstraliyadan 475 km aralıda qərarlaşır. Relyefi düzəndir. Maksimal hündürlüyü 10 metrdir. Ada teropik bitkilərlə örtülüdür. Sahəsi 695,3 km²; sahil xətdinin uzunluğu 115,8 km-dir. adada 220 nəfər yaşayır.
Komotini hadisələri
Komotini hadisələri və ya Gümülcinə hadisələri (türk. Gümülcine olayları) — 29 yanvar 1990-cı ildə Yunanıstanın şimalındakı Komotini regionunda yerli yunan xristianlar və etnik türk azlıq nümayəndələri arasında baş vermiş kütləvi zorakılıq halı. Hadisələr etnik türk millət vəkili Sadiq Əhmədin Yunanıstan məhkəməsi tərəfindən mühakimə olunaraq həbs edilməsi ilə bağlı başlamışdır. 400 mağaza talan edilmiş, iki türkdilli qəzetin ofisi qarət olunmuşdur. Toqquşmalar bir etnik yunanın bir müsəlman tərəfindən öldürülməsindən sonra başlamışdır. Hadisələr zamanı türklərdən itki olmamışdır. == Zəmin == Avropa Şurası tərəfindən Qərbi Frakiyada yaşayan müsəlman azlığın bir hissəsi kimi tanınan türklərin sayı fərqli hesablamalara görə, 50,000 ilə 130,000 arasında dəyişir. "Türk azlığı" ifadəsi Yunanıstan hökuməti tərəfindən "müsəlman yunanlar" ifadəsini işlətməklə rəsmi olaraq rədd edilir. Türklərə qarşı ayrı-seçkilik ABŞ və Avropa Parlamenti tərəfindən tənqid edilmişdir. 26 yanvar 1990-cı ildə Yunanıstan məhkəməsi 2 türk liderini siyasi təşkilatlarında "türk" sözünü işlətdiklərinə görə həbs etmişdir.
Konstantin Korovin
Konstantin Korovin (rus. Константи́н Алексе́евич Коро́вин) (5 dekabr 1861, Moskva – 11 sentyabr 1939[…], Paris) — rus əsilli rəssam. == Həyatı == Konstantin Korovin tacir ailəsində 1861-ci ildə Moskva şəhərində anadan olmuşdur. Atası Aleksey Mixayloviç Korovin universitet təhsili almış, anası isə soylu bir ailədən gəlirdi. Konstantin babası tərəfindən yaradılan ailə biznesindən daha çox incəsənət və musiqi ilə maraqlanırdı. Konstantinin böyük qardaşı Sergey Korovin görkəmli realist rəssam idi. Konstantinin qohumu İllarion Pryanişnikov da vaxtı ilə görkəmli rəssam və Moskva Rəssamlıq məktəbində müəllim idi. 1875-ci ildə Konstantin , Vasili Perov və Aleksey Savrasov ilə Moskva Rəssamlıq məktəbinə daxil olmuşdur. Onun qardaşı Sergey artıq məktəbdə tələbə idi. Tələbəlik illərində Konstantin Valentin Serov və Isaac Levitan ilə dost oldu, həyatı boyunca bu dostluğu davam etdirdi.
Korovin adası
Korovin adası (ing. Korovin Island, esk. Tanĝanuk) — ABŞ-nin Alyaska ştatı ərazisində yerləşən ada. Alyaska yarımadasıının cənub-qərb ucunda yerləşən Şumaqin adalarına daxildir. Adanın sahəsi 67,85 km²-dir. XVIII əsrin ikinci yarısında rus dənizçisi İvan Korovinin şərəfinə adlandırılmışdır.
Sergey Borodin
Sergey Borodin (rus. Сергей Петрович Бороди́н; 12 (25) sentyabr 1902, 8 oktyabr 1902 və ya 25 oktyabr 1902, Moskva – 22 iyun 1974, Daşkənd) — rus sovet yazıçısı, məşhur tarixi romanların müəllifi. 1941-ci ilə qədər "Amir Sarqican" (rus. Амир Саргиджан) təxəllüsü ilə ədəbi fəaliyyət göstərmişdi. Özbəkistan SSR-in Xalq yazıçısı (1973), 2-ci dərəcəli Stalin mükafatı laureatı. 1943-cü ildən ÜİK(b)P-nın üzvü idi. Ən məşhur əsəri "Dmitriy Donskoy" romanıdır. Bu romanın 1941-1994-cü illər arasındakı iyirmi beşə yaxın nəşrində ümumi tiraj milyon nüsxəni ötmüşdür. Sergey Borodin həm də tanınmış özbək, qazax, tacik yazıçılarının əsərlərini, o cümlədən, Özbəkistanın rəhbəri olmuş Şərəf Rəşidovun "Kəşmir əfsanəsi"ni rus dilinə tərcümə etmişdi. Sergey Borodin 25 sentyabr 1902-ci il tarixində Moskva şəhərində anadan olmuşdur.
Vado Korovin
Vado Arnoldoviç Korovin — 1972-ci il avqustun 29-da Bakıda ziyalı ailəsində anadan olub. Vado “Şən və Hazırcavablar” klubunda “Bakılı Oğlanlar” komandasında çıxışları olduqca parlaq olub. Onun iştirak etdiyi bu komanda 1992-ci ildə çempion, 1995-ci ildə keçirilən yay kubokunun və XX əsrin ən yaxşı komandaları sırasında birinci olub. 2023-cü ildən Space TV-nin direktorudur.
Yevgeni Korovin
Yevgeni Korovin (tam adı: rus. Евге́ний Алекса́ндрович Коро́вин; 12 (24) oktyabr 1892, Moskva – 23 noyabr 1964, Moskva) — beynəlxalq hüquq üzrə ixtisaslaşmış Sovet hüquqşünası. Moskva Dövlət Universitetində, BMT-də və Haaqada yerləşən Daimi Arbitraj Məhkəməsində bir sıra vəzifələrdə çalışıb. Korovin 1915-ci ildə Moskva Dövlət Universitetinin hüquq fakültəsindən məzun olub. Əmək fəaliyyətinin ilk illərində Moskvanın, Diplomatik Akademiya da daxil olmaqla, bir çox ali təhsil müəssisələrində mühazirə deyib. 1923-cü ildə Moskva Dövlət Universitetində hüquq üzrə professor adını alıb. Həmin dövrdə Korovin o zamankı SSRİ Hüquq İnstitutunda (indiki Rusiya Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutu) assistent kimi fəaliyyət göstərirdi. Korovin 1935-ci ildə Amerika Politologiya Akademiyasının üzvü olur. 1938-ci ildə hüquq üzrə doktorluq tezisini müdafiə edir. Sovet Ordusunun hərbi hüquq akademiyasında işləyir və 1945-1946-cı illərdə çox qısa müddətə BMT-nin Hazırlıq Komissiyasında çalışır.
Komedi Dükkanı
Komedi Dükkanı — Tolga Çevik'in, Fırat Doğu Parlak'ın iştirakıyla yaradılmış bədahətən əyləncəli komedik tamaşa. İlk dəfə TV8 kanalında yayımlanan proqram sonradan TRT1 kanalına keçmiş . Uzun müddət sonraysa Star TV-də yayımlanmışdır. Proqramın əsas karakterləri Arkadaşım (Tolqa Çevik), Rejissor - Yönetmen (Fırat Parlak) və Minik - Müzisyen (Özer Atik)-dir. Sonralarsa, proqram bağlanmış və hal hazırda Kanal D kanalında "Arkadaşım Hoşgeldin" adıyla yayımlanır.
Komodo varanı
Komodo varanı və ya Komondo əjdahası (lat. Varanus komodoensis) — Əsl varanlar fəsiləsinə aid kərtənkələ növü. Növ ancaq İndoneziyanın Komodo, Rinka, Flores və Qili-Motanq adalarında yayılmışdır. Adanın yerli əhalisi onları ora və ya buaya darat("yerüstü timsah") adlandırırlar. Bu canlı dünyada hazırda yaşayan ən böyük kərtənkələdir. Onların uzunluğu bəzən 3 metr, çəkiləri isə 250 kq çata bilir. Ölçülərinin böyüklüyü Ada qiqantizmi. ilə izah edilir. == Xüsusiyyətləri == === Xariçi görünüş === Vəhşi təbiətdə yetkin dişi varanlar adətən 2.25–2.6 m arası uzunluğa malik olurlar. Çəkiləri 47 kq təşkil edir.
Grand Kombin
Qran-Komben — İsveçrənin Vale kantonunda, Pennin Alp dağlarının qərbində yerləşən dağ massivi. 4314 metr (14.154 fut) hündürlükdə olan Komben de Grafeneir zirvəsi Alp dağlarının ən yüksək zirvələrindən biridir və Pennin Alplarının 2-ci ən yüksək zirvəsidir. Grand Kombin eyni zamanda bir neçə zirvədən ibarət böyük buzlaq massivdir. Massivdəki dörd zirvə dəniz səviyyəsindən 4000 m. yuxarıdır: Komben de Grafeneir 4,314 m (14,154 ft) Komben de Valsorey 4,183 m (13,724 ft) Komben de la Tsessett 4,134 m (13,563 ft) Massivin ən yüksək hissəsi tamamilə İsveçrədədir, baxmayaraq ki, İtaliya ilə sərhəd bir neçə km. cənubda yerləşir. Adi marşrut Korbassyèr vadisinin şimal tərəfində yerləşən Panossière Hut adlanan yerdən başlayır. Böyük çətinliklərin olmamasına baxmayaraq, şimal cinahda xüsusilə təhlükəli keçiddən keçmək lazımdır — Le Corridor. Bu üzərinə davamlı olaraq düşən seracların üstünlük təşkil etdiyi bir kuluardır. == Coğrafiyası == Qran-Komben massivi Vale kantonunun cənubunda, Val d'Entremont rayonunda yerləşir.
Modin burnu
Modin (birm. Mawtin Zun, ing. Cape Negrais) — Myanma ərazisdində yerləşən burun. Ölkənin cənub-qərb qutqracağını təşkil edir. İnzibati cəhətdən İravadi dairəsi, Panteyn rayonu ərazisinə daxildir. Burun Benqal körfəzi ilə Andaman dənizi arasında təbii sərhəd rolunu oynayır. Hindistanın Andaman və Nikobar adaları ərazisindən 193 km aralıda yerləşir. Buradan Rakhayn silsiləsi başlayır. Burunda eyni adlı şəhər yerləşir (ing. Mawdin).
Yakopo Komin
Yakopo Komin, daha çox Tintoretto adı ilə tanınır (it. Jacopo Robusti, Jacopo Comin, Tintoretto; 29 sentyabr 1518–31 may 1594) — Venesiya rəssamlıq məktəbinə mənsub olan yüksək İntibah dövrü rəssamı. Gəncliyində həmçinin Yakopo Robusti adı ilə tanınmışdır. Tintoretto 1518-ci ildə Venesiyada ailədə 21 uşağın ən böyüyü kimi anadan olmuşdur. Atası Covanni rəngsaz (it. tintore) olduğuna görə oğlu da özunə Tintoretto təxəllüsünü götürür. Yakopo sanki rəssam doğulmuşdu. Oğlundakı istedadı görən atası onu dərs almaq üçün Tisianın emalatxanasına gətirir. Lakin Tintoretto Tisianın yanında cəmi 10 gün qalır. Tisian onu evlərinə göndərir.
Georgi Kodin
Georgi Kodin (yun. Γεώργιος Κωδινός; XIV əsr, Konstantinopol – XV əsr, Konstantinopol) — XV əsr Bizans yazıçısı və tarixçisi. Konstantinopol sarayının kuropalatı olmuşdur. Georgi iki traktatın müəllifi hesab olunur. Onun dünyanın yaranmasından 1453-cü ildə Konstantinopolun süqutuna qədər qısa xronikanın müəllifi olduğu da güman edilir.
Komodo Milli Parkı
Komodo Milli Parkı — İndoneziyanın, Şərqi və Qərbi Kiçik Zond adalarının əyalətləri arasındakı sərhəd bölgədə yerləşən milli parkdır. Parka üç böyük ada (Komodo, (ind. Pulau Padar) və (ind. Pulau Rinca)) və 26-dan çox kiçik ada, habelə ümumi sahəsi 1733 km² (603 km²) olan Sape, Lintax və Sumba boğazları daxildir. Milli park təbiətin yeddi yeni möcüzəsindən biri olaraq seçilmişdir. == Təsviri == Milli park 1980-ci ildə yaradılmışdır. 1986-cı ildə biosfer qoruğu, 1991-ci ildə isə UNESCO-nun Dünya İrsi obyekti elan edilmişdir. Parkın yaradılmasında məqsəd, ilk dəfə 1911-ci ildə kəşf edilən unikal kərtənkələ növünü — Komodo varanını qorumaq idi. Daha sonra park dəniz heyvanları da daxil olmaqla digər heyvan növlərini qorumaq vəzifəsi daşımağa başladı. Milli parkın adaları vulkan mənşəlidir.
İsaak Komnin (Kiprli)
İsaak Komnin (yun. Ἰσαάκιος Κομνηνός; 1155 – 1196) — Kipr hökmdarı (1184-1191). 1191-ci ildə üçüncü səlib yürüşü zamanı İngiltərə kralı Şirürəkli I Riçard tərəfindən taxtdan endirilmişdir. İsaak Komninin hansı nəsildən olduğu haqqında məlumatlar çox azdır və hələ də mübahisə mövzusudur. Bizans tarixçisi Nikitas Xoniata görə İsaak imperator I Manuilin qardaşı İsaak Komninin və Feodora Kamterin oğlu idi. Bu yazılanlardan belə çıxır ki, İsaak adlı-sanlı bir ailənin övladı olub. Başqa bir mənbədə isə anasının adı İrene kimi qeyd olunur. Aleksandr Sturdza onun atasının I Andronikin zamanında edam edilən Andronik Duka Kamteros ola biləcəyini yazır. 1174 və ya 1175-ci ildə imperator I Manuil İsaakı Tarsusa hakim təyin edir. İsaak hakim olduğu dövrdə Klikiya knyazı III Rubenə qarşı müharibə aparırdı.
Bomadın
Bomadın - Lerik rayonu ərazisində, Limər çayının mənbəyi yaxınlığında dağ. == Toponimikası == Bomadın-Talış silsiləsinin zirvələrindən biridir. Oronim türk dillərindəki bom/bam (yüksək) və dın/din (düşərgə) sözlərindən düzəlib (-a bitişdirici saitdir), "yüksək yerdə dayanacaq, düşərgə" deməkdir.