Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
223-cü atıcı diviziya (2-ci komplektləşmə)
223-cü Qırmızı Bayraqlı Belqrad diviziyası — İkinci Dünya Müharibəsi illərində SSRİ Silahlı Qüvvələrinin tərkibində milli Azərbaycan hərbi birləşməsi. == Tarixi == SSRİ Dövlət Müdafiə Komitəsinin 1941-ci il oktyabrın 14-də 0104 nömrəli əmri ilə Zaqafqaziya Cəbhəsində 14 oktyabr 1941-ci il 795ss nömrəli qərarı ilə arxa cəbhə hissələrinin şəxsi heyətindən (168-ci ehtiyat atıcı alayı əsasında) yaradılmışdır. Əvvəlcə hərbi birləşmə Sumqayıtda yerləşmişdi. Diviziyanın şəxsi heyətinin komplektləşməsi Azərbaycan SSR ərazisində Quba — Sarvan — Çarxı — Qusar — Dəvəçi rayonlarında aparılmışdır. Baş Qərargahın 2 yanvar 1942-ci il tarixli 170005 nömrəli göstərişi ilə Mahaçqala bölgəsinə yeridilmişdir. === Qafqaz cəbhəsi === SSRİ Dövlət Müdafiə Komitəsinin 03.03.1942-ci il tarixli Org / 2/534 göstərişi ilə Azərbaycan milli diviziyasına çevrilmişdir. 05.15.1942-ci ildə müntəzəm ordu tərkibinə (Zaqafqaziya Hərbi Dairəsinin cəbhəyə çevrilməsi ilə) daxil oldu. Baş Qərargahın 06.07.1942-ci il tarixli 170441 nömrəli direktivi əsasında Bakı istiqamətini müdafiə etmək üçün Mahaçqala rayonu ərazisinə yerləşdirilən 44-cü Ordunun sərəncamına verildi. Baş Qərargahın 07.30.1942-ci il tarixli 170536 nömrəli göstərişi ilə diviziya Dərbənd və Samur mövqelərini, 09.09.1942-ci il tarixli 170628 nömrəli göstərişlə isə Terekin cənub sahili boyunca müdafiə mövqeləri tutdu. 1942-ci il sentyabrın 16-da 44-cü Ordunun komandanı general-mayor İ. Petrov diviziyada olarkən komandir polkovnik Heybət Heybətova və alay komissarı Ə. Məmmədova 100–110 km-lik yürüş üçün hazırlıqlara başlamağı əmr etdi.
77-ci atıcı diviziya (2-ci komplektləşmə)
Serqo Orjonikidze adına Suvorov Ordenli Qırmızı Bayraqlı 77-ci atıcı Simferopol Diviziyası — II Dünya Müharibəsi və müharibədən sonrakı dövrdə SSRİ Silahlı Qüvvələrinin Azərbaycanda yaradılmış hərbi birləşməsi. == Tarix == Diviziya Azərbaycan SSR-də yaradılmışdır. === Döyüş yolu === Müntəzəm ordunun tərkibində 19 oktyabr 1942-ci ildən 24 yanvar 1944-cü ilədək, 25 fevral 1944-cü ildən 20 may 1944-cü ilədək və 1944-cü il iyulun 1-dən 1945-ci il mayın 9-dək fəaliyyət göstərmişdir. ==== Qafqaz Cəbhəsi ==== 1942-ci il noyabrın 20-də diviziya 58-ci Ordunun tərkibinə daxil edilmiş və dekabrın 31-də dəmir yolu ilə İşyorskaya stansiyası ərazisinə köçürülür. Oradan qısa müddətdə Mozdok, Mineralnıye Vodı, Stavropol, Tixoretskdən Novo-Nikolayevskə qədər 850 km məsafəni əhatə edən 37 günlük yürüşə başladı. 1943-cü il fevralın 14-də sonuncu yaşayış məntəqəsi olan Lebedi uğrunda döyüşə girdi. 1943-cü il fevralın 19-da Lebedi qəsəbəsi tamamilə almanlardan təmizləndi, amma qarşıda yeni bir vəzifə Vasilçenkovo xoturunu almaq dururdu. Fevralın 22-dək davam edən xotor uğrunda gedən döyüşlərdə, şəxsən hücuma rəhbərlik edən diviziya komandiri Anatoli Mixayloviç Kaşkin həlak oldu. 1943-cü il yanvarın 1-dən iyunun 20-dək diviziyada 594 nəfər mükafata layiq görüldü. 1943-cü ilin yaz-yay aylarında diviziya Azərbaycandan 1500 döyüşçü və komandirdən ibarət dəstək aldı.