Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Con Konstebl
Con Konstebl (ing. John Constable; 11 iyun 1776, İst-Berqhoult, Saffolk – 31 mart 1837, London) — ingilis rəssamı-romantik. Ona məşhurluğu doğulduğu Saffolk əyalətinin mənzərələrini təsvir etdiyi pezajlar gətirmişdir. Onun rəsmlərini Konsteblin torpağı (Constable Country) adlanan Dedhem Veyl məşhurlaşdırmışdır. Dostu Con Fişerə 1821-ci ilə aid olunan məktubunda Konstebl yazırdı: Onun məşhur işləri arasında "Dedham Vale" (1802) və "The Hay Wain" (1821) rəsmləridir. Halhazırki dövrdə Konsteblin işləri yüksək qiymətləndirilir və kolleksionerlər arasında çox məşhurdur. Lakin rəssam öz həyatıbda heç bir maliyyə uğuru əldə edə bilməmişdir. O, yalnız 52 yaşında Kral rəssamlıq Akademiyasının üzvü olmuşdur. Konsteblin öz rəsmlərinin əksəriyyətini vətəni İngiltərədən daha çox Fransada sata bilmişdir. == Həyatı == === Erkən illəri === Konstebl 1776-cı ildə Staur çayının sahilində yerləşədn İst-Berqhoult kəndində dəyirmançı Qoldinq və Enn Konsteblin (atasının dəyirmanı onun rəsmlərində bir neçə dəfə təsvir olunmuşdur) ailəsində anadan olmuşdur.