Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kruiz turizmi
Kruiz — baza qiymətinin tərkibinə gəmi göyərtəsində kompleks xidmət: gəmidə gediş, kayutda yerləşmə (seçilmiş kayut sinfindən asılı olaraq), 3 dəfə qidalanma, əyləncə və adətən gəmidə təşkil olunan bir çox xüsusi tədbirlərdə (bayram, festival, konkurs, konsert və s.) iştirakı özündə birləşdirən dəniz və ya çay turu. Kruiz marşrutları 24 saatdan daha artıq müddət üçün nəzərdə tutulur. Gəmi bir neçə nöqtədə (bir ölkənin limanları, yaxud bir neçə ölkənin limanları) dayanır və turistlərin fərqli ərazilərlə daha yaxından tanış olmaları üçün imkan yaradılır. Kruiz turizmi Avropa və Amerikada çox böyük rəğbət görür. Kruiz turizmi ən təhlükəsiz turizm növlərindən biridir. Kruiz turizminin iki əsas yarımnövü var: dəniz kruizi və çay kruizi. == Çay kruizi == Çay ilə kruiz bahalı turizm növlərinə aid edilir və müasir iqtisadi vəziyyətdə turist marşrutlarında sərnişin daşıma həcminin azalmasına səbəb olur. Çay kruizləri üçün aşağıdakılar xarakterikdir: Dayanıqlı tələbatı formalaşdırmağa imkan verən rəqabət qabiliyyətli qiymətlərin olması; Yüksək xidmətin təşkili; İstirahət, idman, işgüzar gəzinti-seminarlar və s.-ə istiqamətləndirilməsinin mümkünlüyü; Qısa vaxtda təbii və tarixi yerlərlə tanışlığın mümkünlüyü. == Tarixi == Kruiz tarixi uzun və dinamik tarixə malikdir. İlk diqqətəlayiq istirahət kruizlərindən bir neçəsi 1822-ci ildə Peninsular & Oriental Steam Navigation Company-nin yaranması ilə başladı.
Kruz
Kruz — soyad. Tom Kruz — tanınmış amerikalı aktyor və film prodüseri. Penelopa Kruz — İspaniya aktrisası və model. Ted Kruz — Amerikalı siyasətçi, ABŞ senatına Texas ştatından seçilmiş senator Ulises de la Kruz — Ekvador futbolçusu Covana de la Kruz — Perulu marafonçu.
Hipertonik kriz
Hipertonik kriz — arterial təzyiqin başlanğıc səviyyədən (normal və ya yüksəlmiş) qəflətən yüksək həddə yüksəlməsidir. Hipertonik kriz zamanı beyin, ürək, böyrək qan dövranı kəskin pisləşir və ciddi ağırlaçmalar meydana çıxır (insult, infarkt, aorta divarının laylanması, ağciyər ödəmi, kəskin böyrək çatmamazlığı). Hipertonik krizlər bir neçə prinsiplər üzrə təsnif edilir. AT-nin yüksəlmə mexanizmlərinə əsasən hipertonik krizlər hiperkinetik, hipokinetik və eukinetik tiplərə bölünür. Hiperkinetik krizlər periferik damarların normal və ya zəifləmiş tonusu, ürək atımının yüksəlməsi ilə xarakterizə olunur – belə hallarda sistolik təzyiq artır. Hipokinetik krizin inkişaf mexanizmi ürək atımının azalması, periferik damarların müqavimətinin kəskin artması ilə bağlıdır, bu da əsasən diastolik təzyiqin yüksəlməsinə gətirib çıxarır. Eukinetik hipertonik krizlər normal ürək atımı və periferik damarların yüksək tonusu ilə səciyyələnir, nəticədə həm sistolik, həm də diastolik təzyiq yüksəlir. Klinik əlamətlərinə görə hipertonik krizin 2 qrupa ayrılması qəbul olunmuşdur: ağırlaşmamış hipertonik kriz (I tip); ağırlaşmış hipertonik kriz (II tip). == Hipertonik kriz səbəbləri == Kriz hipertoniya xəstəliyinin istənilən mərhələsində baş verə bilər. Əsas səbəblərə aiddir: yüksək psixoemosional gərginlik; hipertoniya xəstəliyinin qeyri-adekvat müalicəsi; antihipertenziv preparatların qəbulunun dayandırılması; xörək duzunun izafi qəbulu; alkoqoldan çox miqdarda istifadə; bəzi ikincili hipertenziyalar və s.
Kruz Halbiç
Luis Ruiz
Luis Armando Ruiz Karmona (3 avqust 1997, Karakas) — Venesuela Primyera Diviziya təmsilçilərindən olan Zulia klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Venesuela futbolçusudur. == Həyatı == 3 avqust 1997-ci ildə anadan olub. == Milli karyerası == Luis Ruiz Venesuelanın U-20 millisi ilə 2017 FİFA U-20 Dünya Çempionatında iştirak etmişdir.
Penelopa Kruz
Penelopa Kruz Sançes (isp. Penélope Cruz Sánchez; 28 aprel 1974[…]) — İspaniya aktrisası və model. İlk televiziya debütünü 16 yaşında ikən edib. Penelopa Kruz Sançes 1974-cü il 28 apreldə İspaniyanın paytaxtı Madrid şəhərinin San Sebastyan de Los Reyes adlanan şəhərciyində anadan olub. O, saç ustası Ençarna Sançes ve avtomobil mexaniki Eduardo Kruzun qızıdır. Hələ kiçik yaşlarından Penelopa çox enerjili uşaq idi və öz enerjisini hara sərf edəcəyini bilmirdi. Bir vaxtlar anası gözəllik salonu işlədəndə balaca Pe (yaxınları onu bele çağırırdı) həmişə salona gələn xanımlara diqqətlə tamaşa edirdi. Bu onun üçün özünəməxsus "aktyorluq" məktəbi idi. Uşaqlıqda heç kim ondakı aktrisalıq bacarığını görməsə də, hamı bu kiçik qızın hərəkətlərinin plastikasına diqqət yetirirdi. 4 yaşında valideynləri Penelopanı balet sinfine yazdırır.
Prisis Ruiz
Ted Kruz
Ted Kruz (ing. Rafael Edward "Ted" Cruz; 22 dekabr 1970[…]) — Amerikalı siyasətçi, ABŞ senatına Texas ştatından seçilmiş senator və 2016-cı ildə keçirilmiş ABŞ Prezident seçkiləri zamanı Respublikaçılar partiyasının daxili namizədlərindən biri. Ted Kruz Respublikaçılar Partiyasının prezident seçkiləri üçün praymeyrzində iştirak edərək, sadəcə 45-ci prezident Donald Trampa məğlub olmuşdur.
Tom Kruz
Tom Kruz (tam adı: Tomas Kruz Meypoter 4-cü; 3 iyul 1962[…], Sirakuz, Nyu-York ştatı) — tanınmış amerikalı aktyor və film prodüseri. 3 dəfə "Qızıl Qlobus" mükafatı və 3 dəfə "Oskar" mükafatı laureatı olub. Tom Kruz 3 iyul 1962-ci ildə Nyu-York ştatının Sirakyus şəhərində anadan olub. Tom ailədə 3-cü uşaqdır, onun 3 bacısı var. Onun anası aktrisa, atası isə mühəndis olub. Tomun 12 yaşı olanda valideynləri ayrılıblar. Artıq 14 yaşında o, Kanada və ABŞ-də 15 məktəb dəyişmişdi. Kruz aktyor kimi karyerasına 1981-ci ildə "Sonsuz sevgi" filmi ilə başlamışdır. Artıq 1983-cü ildə o, baş rolu oynadğı "Riskli biznes" filmi ilə uğur qazanıb. Mimi Rodcerslə 1-ci evliliyi sonlandıqdan sonra, Nikol Kidmanla 9 il 11 ay davam edən birlikdəliyi başlayıb.
Veronika Ruiz
Veronika Ruiz (d. 23 yanvar 1989) — İspaniyanı təmsil edən bədii gimnast. Veronika Ruiz, İspaniyanı 2008-ci ildə baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib. Veronika Ruiz, 2008-ci ildə İspaniyanın bayrağı altında Çinin paytaxtı Peкin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Lara Qonzalez, Barbara Qonzalez, Ana Pelaz, İsabel Paqan və Elizabet Salom ilə təsnifat mərhələsində 30.100 xal topladı və 11-ci yeri tutaraq mübarizəni dayandırdı.
Karlos Kruz-Diez
Karlos Kruz-Diez (17 avqust 1923[…], Karakas – 27 iyul 2019[…], Nöyi-sür-Sen) — Optik sənət qurucularından sayılan venesuelalı rəssam; kinetik rəsm sənətinin böyük qabaqcıllarından biri. == Həyatı == Karlos Kruz-Diez 1923-cü ildə Karakasda anadan olub. O, 1957-ci ildə Əsrarəngiz Sənətlər Məktəbini yaradıb. 1960-cı ildə Parisə köçüb. Əsərləri Nyu-Yorkda Müasir İncəsənət Muzeyində, Londonda Teyt Qalereyasında, Parisdə Pompidu Mərkəzində nümayiş etdirilməkdədir. Karakasda, Parisdə və Panamada, habelə Hyustonda rəssamlıq sənət studiyaları olan rəssam 2012-ci ildə Fransanın ən yüksək mükafatı – "Fəxri Legion" ordeni ilə təltif edilib. 27 iyul 2019-cu ildə Parisdə vəfat edib.
Senecio ruiz-lealii
Senecio ruiz-lealii (lat. Senecio ruiz-lealii) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Covana de la Kruz
Covana de la Kruz (12 iyul 1992) — Perulu marafonçu. Covana de la Kruz Perunu 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Covana de la Kruz birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 35 dəqiqə 49 saniyəyə qət edərək 157 marafonçu sırasında 36-cı yeri tutdu.
Santa-Kruz qraflığı (Kaliforniya)
Santa-Kruz (ing. Santa Cruz) — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında yerləşən qraflıq. Qraflığın əhalisi 2010-cu il hesablamasına görə 262,382 nəfər olmuşdur. Mərkəzi Santa-Kruz şəhəridir.
Santa Kruz de Tenerife
Santa Kruz de Tenerife — Tenerife adasında yerləşən İspaniya şəhəri, Kanar adalarının paytaxtı. 224.215 nəfər əhalisi var. Bu şəhərdə dünyanın ən böyük karnavallarından biri keçirilir. Şəhərdə Auditorio de Tenerife, Tenerife sərgi sahəsi və Torres-de-Santa-Krus qüllələri kimi müasir tikililər yerləşir. Santa Kruz de Tenerife karnavalı hər il bu şəhərdə qeyd edilir.
Ulises De La Kruz
Ulises De La Kruz - Ekvador futbolçusu 2001-ci ildən Avropada çıxış edir. Əvvəlcə Şotlandiya «Haybernian»ının (32 oyun, 2 qol), 2002-ci ildən isə İngiltərə «Aston Villa»sının şərəfini qoruyur. Sonuncunun heyətində Premyer-Liqada 85 oyun keçirərək, 1 qol vurub. Ekvador yığmasının debüt etdiyi DÇ-2002-də qrupda hər üç matçda oynasa da, komanda növbəti mərhələyə çıxa bilməyib və o da diqqətdən kənar qalıb. Amma DÇ-2006-da gözlənilmədən 1/8 finala yüksələn Ekvador komandasını onsuz təsəvvür etmək mümkün deyil. Fəallığı ilə seçilən bu sağ cinah müdafiəçisi daim hücumlara qoşulur və onun oyundaşlarına ötürmələri həmişə rəqib komanda üçün təhlükə yaradır. Yaşının 32 olmasına baxmayaraq, dözüm və sürət kimi keyfyyətlərini itirməyib. O, qolf fanatı kimi də tanınır. Maraqlıdır ki, Ekvadorun ən kasıb bölgələrindən birində anadan olub və öz keçmişini unutmur: vətənində fond yaradaraq bir çox layihələri maliyyələşdirir. Doğma kəndində su zavodı, sağlamlıq mərkəzi, idman meydançası və sair tikdirib.
Kaliforniya Universiteti, Santa Kruz
Kaliforniya Universiteti, Santa Kruz (UC Santa Cruz və ya UCSC) Santa Kruz, Kaliforniyada ictimai torpaq qrant tədqiqat universitetidir. Bu, Kaliforniya Universitetinin sistemindəki on kampusdan biridir. Monterey körfəzində, Santa Cruz sahil icmasının kənarında yerləşən kampus Sakit Okeana baxan meşəlik təpələrdə yerləşir. 2022-ci ilin payızında onun on yaşayış kollecində təxminən 17,500 bakalavr və 2,000 aspirant təhsil alır. 1965-ci ildə qurulan Santa Kruz, mütərəqqi, disiplinlər arası bakalavr təhsili, innovativ tədris metodları və müasir memarlığı nümayiş etdirmək niyyəti ilə başladı. Yaşayış kollec sistemi Okbrid kollec universitet sisteminin bir variantı kimi yaradılmış on kiçik kollecdən ibarətdir. Fakültə arasında Nobel Mükafatı laureatları, Milli Elmlər Akademiyasının 12 üzvü, Amerika İncəsənət və Elmlər Akademiyasının 28 üzvü və Elmin İnkişafı üzrə Amerika Assosiasiyasının 40 üzvü var. Doqquz Santa Kruz məzunu Pulitzer mükafatı laureatıdır və ümumilikdə 11 Pulitzer mükafatlandırılmışdır. 1985-ci ildə universitet "İctimai Sarmaşıq" adını aldı. Universitet həm də Amerika Universitetləri Assosiasiyasının üzvüdür.
Kaliforniya Universiteti (Santa Kruz)
Kaliforniya Universiteti, Santa Kruz (UC Santa Cruz və ya UCSC) Santa Kruz, Kaliforniyada ictimai torpaq qrant tədqiqat universitetidir. Bu, Kaliforniya Universitetinin sistemindəki on kampusdan biridir. Monterey körfəzində, Santa Cruz sahil icmasının kənarında yerləşən kampus Sakit Okeana baxan meşəlik təpələrdə yerləşir. 2022-ci ilin payızında onun on yaşayış kollecində təxminən 17,500 bakalavr və 2,000 aspirant təhsil alır. 1965-ci ildə qurulan Santa Kruz, mütərəqqi, disiplinlər arası bakalavr təhsili, innovativ tədris metodları və müasir memarlığı nümayiş etdirmək niyyəti ilə başladı. Yaşayış kollec sistemi Okbrid kollec universitet sisteminin bir variantı kimi yaradılmış on kiçik kollecdən ibarətdir. Fakültə arasında Nobel Mükafatı laureatları, Milli Elmlər Akademiyasının 12 üzvü, Amerika İncəsənət və Elmlər Akademiyasının 28 üzvü və Elmin İnkişafı üzrə Amerika Assosiasiyasının 40 üzvü var. Doqquz Santa Kruz məzunu Pulitzer mükafatı laureatıdır və ümumilikdə 11 Pulitzer mükafatlandırılmışdır. 1985-ci ildə universitet "İctimai Sarmaşıq" adını aldı. Universitet həm də Amerika Universitetləri Assosiasiyasının üzvüdür.
Ernesto de la Kruz
Ernesto Natividad de la cruz (Concordia, Entre Ríos, 8 sentyabr 1898 – 14 noyabr 1985, Buenos-Ayres) — Ranchera musiqisinin janrına həsr edən bir argentinalı musiqiçi idi. Bandoneonist, öz orkestrinin direktoru və rancheras musiqisinin bəstəkarı, bəzilərinin geniş yayılması, lakin xüsusilə El Ciruja Ranchera musiqisinin müəllifi olaraq xatırlanır.
Santa Kruz de Tenerife karnavalı
Santa Kruz de Tenerife karnavalı — hər il fevral ayında keçirilir. Dünyanın ən məşhur və beynəlxalq səviyyədə tanınmış Rio de Janeiro (Braziliya) karnavalından sonra dünyanın ikinci ən məşhur və beynəlxalq səviyyədə tanınmış karnavalı hesab edilir. Santa Kruz de Tenerife (İspaniya) şəhəri ilə Rio de Janeiro şəhəri bu səbəbdən qardaş şəhəri olublar.
Krüi
Krüi (fr. Cruis) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Sent-Etyen-lez-Orq kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04065. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 590 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 140 nəfər arasında (15-64 yaş) 93 nəfər iqtisadi cəhətdən fəal, 47 nəfər hərəkətsiz (fəaliyyət göstərici 66,4%, 1999-cu ildə 69.9%) idi. Fəal olan 93 nəfərdən 82 nəfəri (45 kişi və 37 qadın), 11 nəfəri işsizdir (6 kişi və 5 qadın). Aktiv olmayan 47 nəfər arasında şagird və ya tələbə, 23 nəfər təqaüdçü, 16 nəfər digər səbəblərə görə hərəkətsizdir..
Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz
Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz (1959) — Braziliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2018-ci ildən)
Artiz
Artız — İrəvan quberniyasının İrəvan qəzasında, indi Ellər (Kotayk, Abovyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 15 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsinlə qeyd edilmişdir. Toponim qədim türk dilində "ardıc, ardıc kolu" mə’nasında işlənən artız sözündən əmələ gəlmişdir. Fitotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4. IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Gehard qoyulmuşdur. == Əhalisi == Kənddə 1873-cü ildə 221 nəfər, 1886-cı ildə 267 nəfər, 1897-ci ildə 426 nəfər, 1904-cü ildə 293 nəfər, 1914-cü ildə 480 nəfər, 1916-cı ildə 466 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilərin soyqırımına mə'ruz qalaraq depertarsiya olunmuş, kənddə Türkiyədən köçürülən ermənilər yerləşdirilmişdir.
Druid
Kariz
Kariz — İranın Rəzəvi Xorasan ostanının Taybad şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 9,565 nəfər və 1,988 ailədən ibarət idi.
Krunk
Krunk (erm. Կռունկ - durna) — Abxaziyada yaradılan erməni mədəni və xeyriyyə cəmiyyəti. Krunk Suxumi və şərqi Abxaziyada erməni maraqlarını təmsil edən əsas təşkilat idi. == Tarixi == 1989-cu ildə Krunk hərəkatının fəalları Ermənistana səfər edib və Ermənistan dini lideri katolikos I Vazgen tərəfindən qəbul edilib. Siyasi partiyalar Erməni İnqilabi Federasiyası (Daşnaksütun) ilə əlaqələri yaradıb, öz növbəsində Daşnaksütun də strukturlarını qurmaq üçün Krunka dəstək verib. Məhz bundan sonra Krunk yaradılıb. 1990-cı il yanvarın 27-də təşkilat ilk təsis qurultayını keçirib. 1991-ci il fevralın 21-də Krunk Soyuz ictimai-siyasi təşkilatlar blokunun qurucu üzvü idi. 2004-cü il 15 apreldə, Krunk Ermənistan Mədəniyyət Mərkəzi və Maştots cəmiyyəti ilə birləşib, Abxaziya erməni cəmiyyətini yaratmışdır. Abxaziyada Krunk erməni mədəni və xeyriyyə cəmiyyəti kimi sosial, hüquqi və digər ictimai sahələrdə erməni icmasına qarşı ayrı-seçkilik fonunda narazı cəmiyyət formalaşdırırdı.
Krupp
Krupp— Essendən 400 illik tarixə malik Alman sülaləsi olan tanınmış ailə. Krupp döyüş sursatı , silah və polad istehsalına görə daha çox məşhurlaşıb. Fridrix Krupp AG kimi tanınan ailə biznesi, 20-ci əsrin əvvəllərində Avropada ən böyük şirkət idi. 1999-ci ildə Krupp şirkəti Thyssen AG ilə birləşdi və Thyssenkrupp AG adlı böyük sənaye konqlomeratı formalaşdırdı. == Şirkət haqqında == Fridrix Krupp (1787-1826) 1810-ci ildə Essen şəhərində ilk poladəritmə zavodunu tikdirir və ailə biznesini qurur. Onun “Top Kralı” və ya “Böyük Alfred “kimi tanınan oğlu Alfred polad çarxlar və dəmir yolu şinlərinin ən yaxşı istehsalçısı olmaq üçün yeni texnologiyaya xeyli vasait sərf edir. O, həmçinin mayeləşdirilmiş istixana texnologiyalarına sərmayə yatırır və Almaniya və Fransada çoxlu mina əldə edir. Dövr üçün qeyri-adi olsa da, o, onun işçilərinə maddi yardım göstərib sosial xidmətlərlə, güzəştli mənzil, səhiyyə və pensiya müavinətlərilə təmin edib. Şirkət 1840-cı illərdə xüsusilə Rusiya, Türkiyə və Almaniya orduları üçün polad toplar istehsal etməyə başladı. Qeyri-hərbi sahəyə tələbatın və dövlət subsidiyalarının az olması nəticəsində şirkət silah istehsalı sahəsində daha çox ixtisaslaşıb, belə ki, 1880-ci illərdə silah istehsalı Krupp şirkətinin ümumi məhsulunun 50%-ni təşkil edirdi.
Kryui
Krüi (fr. Cruis) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Sent-Etyen-lez-Orq kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04065. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 590 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 140 nəfər arasında (15-64 yaş) 93 nəfər iqtisadi cəhətdən fəal, 47 nəfər hərəkətsiz (fəaliyyət göstərici 66,4%, 1999-cu ildə 69.9%) idi. Fəal olan 93 nəfərdən 82 nəfəri (45 kişi və 37 qadın), 11 nəfəri işsizdir (6 kişi və 5 qadın). Aktiv olmayan 47 nəfər arasında şagird və ya tələbə, 23 nəfər təqaüdçü, 16 nəfər digər səbəblərə görə hərəkətsizdir..
Kuris
Kuris — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonunda kənd.
Kəniz
Konkubina (lat. concubina con — birgə, və cubare — uzanmaq) — Qədim Romada kəniz ya odaliska, maddi və şəxsi cəhətdən asılı, və ya kölə olan daimi məşuqə, aşna, "nikahdan kənar arvad", "yataq yığışdıran qadın", aşağı təbəqədən olan birgə yaşayışa cəlb olunmuş subay qadınlara deyilirdi. Bu münasibətdən dünyaya gələn uşaqlara qanundan və ya nikahdan kənar uşaqlar deyilirdi.. Çoxarvadlılıqda olduğundan fərqli olaraq konkubinaların uşaqları ata mülkünə vərəsəlik hüququna malik deyildilər. Konkubina ilə münasibət toy mərasimi olmadan qurulurdu. Konkubinalar digər bir kişi ilə münasibət qura bilərdi ki, bu zaman onun əvvəlki partnyoru bu halla razılaşmalı olurdu. Konkubinalar fahişə sayılmadıqlarına görə onlar kurtizanka ola bilməzdilər. Roma hüququna görə kişi və qadın münasibətləri evlilik olmadan da mümkün idi. Bu münasibət konkubinat (lat. concubitus cinsi əlaqə, intim münasibət mənasını verir) adlanırdı.
Runiz
Runiz – İranın Fars ostanının İstəhban şəhristanının Runiz bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,991 nəfər və 1,466 ailədən ibarət idi.
Ərciz
Ərciz — Yelizavetpol (Gəncə) Qazax Şəmşəddin qəzasında, indi Barana (Noemberyan) rayonunda kənd.
Friz
Friz — tikilinin hər hansı hissəsini bəzəyən, qabartmalarla işlənmiş üfüqi zolaq və ya lent şəklindəki dekorativ kompozisiya. Antik Roma və yunan memarlığında geniş istifadə olunmuşdur. Klassik memarlıqda friz deyərkən antablementin arxitrav və karniz arasında yerləşən mərkəzi hissəsi nəzərdə tutulur. Dorik orderdə friz zolağı ardıcıl gələn triqlif və metopalarla hissələrə ayrılır.
Krez
Krez (təq. e.ə. 596 – təq. e.ə. 546, Sardı[d], Manisa vilayəti) — (İslam qaynaqlarında keçən adıyla Karun) Kiçik Asiyadakı Lidiya dövlətinin sonuncu hökmdarı (e.ə. 560–546). Krezin var-dövləti haqqında çoxlu zərbi-məsəllər qoşulmuş, əfsanələr yaranmışdır. Qədimdə hesab edirdilər ki, ilk dəfə qızıl sikkə zərb etdirən elə Krez olmuşdur. E.ə. 546-cı ildə hökmdar Kirin başçılıq etdiyi fars qoşunları tərəfindən məğlub edilmiş və əsir düşmüşdü.
Krik
Krik — daimi axarı olmayan çaylar. Bu çayların suyu yalnız qısamüddətli yağışlar zamanı artır. Digər vaxtlarda su buxarlanır və çay quruyur. Kriklər səhra və yarımsəhralarda yaranır. Avstraliya üçün səciyyəvidir. Kriklər xəritədə qırıq-qırıq xətlər ilə göstərilir.
Artız
Artız — İrəvan quberniyasının İrəvan qəzasında, indi Ellər (Kotayk, Abovyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 15 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsinlə qeyd edilmişdir. Toponim qədim türk dilində "ardıc, ardıc kolu" mə’nasında işlənən artız sözündən əmələ gəlmişdir. Fitotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4. IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Gehard qoyulmuşdur. == Əhalisi == Kənddə 1873-cü ildə 221 nəfər, 1886-cı ildə 267 nəfər, 1897-ci ildə 426 nəfər, 1904-cü ildə 293 nəfər, 1914-cü ildə 480 nəfər, 1916-cı ildə 466 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilərin soyqırımına mə'ruz qalaraq depertarsiya olunmuş, kənddə Türkiyədən köçürülən ermənilər yerləşdirilmişdir.
Kağız
Kağız — məktub yazmaq, şəkil çəkmək və ya nəyi isə qablaşdırmaq üçün istifadə edilən xüsusi material. == Tarixi == Kağız Çinin dörd möhtəşəm (barıt, kompas, kağız və kitab çapı) kəşfindən biri sayılır. İlk kağız bizim eradan əvvəl II əsrdə Çində, ipəkdən hazırlanıb. Han sülaləsinin saray əyanı Çay Lon yazırdı ki, o, e.ə. 105-ci ildə tut ağacından kağız istehsal etmişdir. Çində ilk olaraq kağızdan bağlamalar və yazı yazmaq üçün istifadə edilirdi. Tan sülaləsi dövründə ilk tualet kağızı və kağız çay torba və qutucuqları meydana çıxır. Sun imperiyası dövründə ilk kağız pul əskinazı kəsilmişdir. İlk kağız fabriki 794-cü ildə Bağdadda Harun ər-Rəşidin vəzirinin oğlu İbn Fəzl tərəfindən qurulmuşdur. Belə bir fabrik 800-cü ildə Misirdə, 950-ci ildə isə Əndəlüsdə (İspaniya) inşa edilmişdir.
Prüin
Prüin (fr. Pruines, oks. Prunas) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Marsiyak-Vallon kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12193. Kommuna təxminən Parisdən 490 km cənubda, Tuluza şəhərindən 135 km şimal-şərqdə, Rodezdən isə 21 km şimalda yerləşir. 2008-ci ildə əhalinin sayı 273 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 148 nəfər (15-64 yaş) arasında 107 nəfər iqtisadi cəhətdən fəal, 41 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 72.3%, 1999-cu ildə 71.2%).