Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Koiso Kuniaki
Koiso Kuniaki (yap.小磯 國昭, 1 aprel 1880, Uçunomiya, Yaponiya—3 noyabr 1950, Tokio, Yaponiya) — Yaponiya siyasi xadimi. == Həyatı == Hərbi akademiyanı bitirdikdən sonra Yaponiya ordusunda xidmət edib, rus-yapon müharibəsinin iştirakçısı. 1932-ci ildə Kvantun ordusunun qərargah rəisi seçilir, sonralar 1934-cü ildə Koreyadakı yapon ordusunun baş komandanı seçilir. 1939 Yaponiya hakimiyyətində. 1939-1940 Yaponiyanın xarici işlər nazirliyində işləyib. 1942-1944 Koreya general-gubernatoru. 1944-də Yaponiyanın baş naziri seçilib, 1945-də vəzifəsindən azad edilib. Kapitulasiyadan sonra hərbi təxsirkar seçilib, muhakimə edilib və ömürlük həbs edilib.
İren Kondaçi
İren Kondaçi (malta Irene Condachi 7 iyun 1899, Valletta, Malta – 1970, Malta) — Malta əsili həkim, ikinci Dünya müharibəsi dövründə adada çalışan iki qadın həkimdən biri. Məktəbin tibb xidmətinin qurucularından biri, bir hökumət məktəbində tibb işçisi olur və məktəblərdə qaşıntı xəstəliyinin aradan qaldırılması böyük qidmətləri olur. İren Kondaçi 7 iyun 1899-cu ildə Valletta şəhərində anadan olub. Ailəsi yunan adasından köçmüşdü. Atası Konstantin Kondaçi tacir idi. Evdən kənarda işləyən qadınlara daha dözümlü olan Yunan Pravoslav ənənəsində tərbiyə edilmişdir. 1916-cı ildə tibbi təhsilini Malta Universitetində başlayır, ancaq bir il sonra oranı tərk edir. 10 il sonra Neapol Universitetini bitirir. Təhsilini davam etdirən Kondachi 1928-ci ildə Pavia Universitetində pediatriya üzrə mütəxəssis dərəcəsi almışdır. Təhsilini bitirdikdən sonra Maltaya qayıdan Kondaçi Vallettanın Malta Universitetində mamalıq və ginekologiya professoru Cozef Ellulun köməkçisi olur.
İshaq ibn Kundac əl-Xəzəri
İshaq ibn Kundac əl-Xəzəri (Qundacığ) — Onun haqqında B. N. Zaxoder bunları yazmışdı: "Bu — IX əsrdə Ərəb xilafətinin qoşunlarının məşhur komandanı, xəzər əsillidir". Ona həm də, İshaqın müasiri olan ərəb şairi Buhturinin panegiriki həsr olunub. Şairin sözlərinə görə İshaq ibn Kudac, İraqda nail olduğu şərəfini, Xamlicdə(Ənci, ya da Bələncər) nail olduqlarına əlavə etdi. Buhturinin divanında onun tam adı verilir: İshaq ibn Kundac əl-Xəzəri. IX əsr ərəb qaynaqlarında İshaq ibn Kundacinin adı Ərəb Xilafətinin Misir və Şam canişini kimi keçir. O saray intriqalarında xəlifəyə qarşı əl-Müvəffəqin tərəfində yer alır. Öz soydaşı Diyarbəkir canişini Məhəmməd əl-Afşinla, Humaraveyhə qarşı çıxır, Dəməşq, Hələb, Dims və Antakyanı tutur. Sonralar o Afşinlə əlaqəni qırır və öz rəqibi özü kimi türk əsilli Əhməd ibn Tulunun oğlu Humaraveyhlə ittifaqa girir. 888-ci ildə bu iki sərkərdənin qüvvələri Dəməşq yaxınlığındakı Seniyet əl-Ukab adlı yerdə Afşinin qoşunları ilə toqquşur. Afşin darmadağın edilir və Bağdada xəlifə əl-Müvəffəqin yanına qaçır.