Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cuybar
Cuybar — İranın Mazandaran ostanınında şəhərlər.. Həm də Cuybar şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 27,117 nəfər və 7,052 ailədən ibarət idi.
Knyaz
Knyaz (rus. князь) — qədimdə slavyanlarda monarx titulu. Daha sonralar feodal monarx dövlətinin başçısı. Knyaz titulu qərbi avropada geniş yayılmış olan hersoq, qraf, fürst kimi titullarla eyni məna daşıyır. Qədim germanların dilində knyaz — kuningaz (kral) anlamını verir. Bəzi mənbələrdə knyaz IX əsrdə slavyanlaşdırılmış qədim germanların, anqlo-saksonların və skandinavların könig sözü sayılır. Qadınlar isə "knyagina" titulu daşıyıblar. Knyaz titulu müxtəif dövrlərdə müxtəif mənalar kəsb etmişdir. Erkən olaraq slavyanlarda zadəgan, əsli-nəcabətli insanlara verilən bu titul get-gedə dərəcəsini artıraraq hökmdar rütbəsini əvəz etmişdir. Daha sonralar Böyük knyaz — orta əsrlərdə Rusiyada ən yüksək titul sayılırdı və yalnız çarlara verilirdi.
Kuban
Kuban çayı — Şimali Qafqazın Qaraçay-Çerkesiya və Adıqe respublikaları, Stavropol və Krasnodar diyarları ərazisindən axan çay. Kuban Şimali Qafqazın iki böyük çayından biridir. O birisi Terekdir. Başlanğıcını, Elbrus dağının cənub-qərb ətəyindəki buzlaqlarda qaynaqlanan Üçkulan və Ullukam qollarının birləşməsindən götürür. Kuban çayının uzunluğu 870 km, Ullukamla birlikdə 900 km. Hövzəsinin sahəsi 57900 kv.km. Temrük şəhəri yanında, Petruşin adlanan əsas qolu ilə Azov dənizinə tökülür. Kazaçiy yerik və Perevoloka qolları ilə suyunun bir hissəsini Axtanizovski limanına və duzsuzlaşdırma kanalı vasitəsi ilə Qızıldaş limanına axıdır. Azov dənizinə 116 km qalmış, böyük qolu - Protoka - sağa ayrılır və Açuyevo qəsəbəsi yanında Azov dənizinə tökülür. Ümumi çoxillik axımının orta həcmi 13,5 kum/m.
Kuyaş
Cuybar şəhristanı
Cuybar şəhristanı- İranın Mazandaran ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Cuybar şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 70,204 nəfər və 18,276 ailədən ibarət idi.
Kubbar adası
Kubbar adası (ərəb. جزيرة كبر‎) — Küveytə məxsus olan, yaşayışı olmayan adada. Fars körfəzində, Faylaka və Umm-əl-Maradim adaları arasında yerləşir. Qar və Umm-əl-Maradim adalarından sonra ən cənubda yerləşən ada sayılır. Dairəvi formaya malikdir, diametri 370–380 metr təşkil edir. Uzunluğu şərqdən qərbə 470 m, şimaldan cənuba isə 390 m təşkil edir. Sahəsi 0,14 km²-dır (14 ha). Subtropik iqlimə malik mərcan adasıdır. Qumlu ada şimal hissədə çimərliyə sahibdir. Qərb hissədə isə daşlı sahə vardır.
Kuhban (Miyanə)
Kuhban (fars. كهبان‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 774 nəfər yaşayır (173 ailə).
Kulbaş bataqlığı
Kulbaş — Başqırdıstanın Uçalı rayonu ərazisində Ozyornı və Kazakulov kənd sovetliyi arasında yerləşən bataqlıq. == Coğrafiyası == Bataqlıq Uzunkul gölündən şimalda yerləşir. Gölün şimal hissəsidə daxil olmaqla bataqlığın bir hissəsi Uçalı rayonunun xüsusi qorunan təbiət ərazilərindəndir. Bataqlıq ərazisində su-bataqlıq təbiət ərazilərinin qorunması üçün xüsusi bir yasaqlıq olaraq təşkil olunması planlaşdırılır. Bataqlıq ərazisinin sahəsi 300 ha-dır. === Flora === Bataqlıq ərazilərində zəngin su-bataqlıq bitkiləri yayılmışdır. Onların ekoloji əhəmiyyəti olduqca böyükdür. === Fauna === Bataqlıqda Yaşılbaş ördək, Ağqaş qaz, qaradöş qaqar və digər o cümlədən nadir növ quşlar yayılmışdır.
Alperən Duymaz
Alperən Duymaz (3 noyabr 1992, Ankara) — Türkiyəli aktyor və model'dir. Bu günə qədər, bir çox serial və filmlərdə rol almışdır.2021-ci ildə FOX'ta yayımlanan Son Yaz adlı serialda "Akgün Gökalp Taşkın" adlı xarakteri canlandırmışdır. 2023-cü ildə isə, eyni kanalda yayımlanan EGO adlı serial'da "Erhan Yıldırım" adlı xarakteri canlandırmışdır. 2020-cimildə müəllimə olan sevgilisi Kübra Kelkit ilə ailə həyatı qurmuşdur. == Həyatı və karyerası == Ankara Mamak Kıbrısköydə doğulan Alperən Duymaz orta məktəb illərində musiqi və modelliklə maraqlanmışdır. Hacettepe Universiteti Ankara Dövlət Konservatoriyasının Teatr Fakültəsində təhsil almışdır. O, Şirin balaca yalançılar serialında aktyor kimi debüt edib. Karyerasına Acı Aşk və Bodrum Masalı serialları ilə davam etdirmişdir. Xüsusilə Bodrum Masalı serial'ı ilə tanınmağa başlanmışdır. 2018-ci ildə Direniş Karatay filmində "Kutay" obrazını canlandırmışdır.
Kuba
Kuba Respublikası (isp. República de Cuba) — bir ada dövləti. Havana Kubanın ən böyük şəhəri və ölkənin paytaxtıdır. Santyaqo de Kuba ikinci ən böyük şəhərdir. Kubanın şimalında ABŞ, qərbində Meksika, Baham adaları, cənubunda Kayman Adaları və Yamayka, cənub-şərqində Haiti və Dominikan Respublikası yerləşir. 28 oktyabr 1492 tarixində Xristofor Kolumb quruya çıxdı və hazırda Kubaya aid olan adada İspaniya Krallığı üçün haqq iddia etdi. 1898-ci ildə bitən İspaniya-Amerika müharibəsinə qədər İspaniyanın bir bölgəsi olaraq qaldı və 1902-ci ildə Birləşmiş Ştatlardan rəsmi istiqlaliyyət əldə etdi. Kuba 11 milyondan artıq insanın vətənidir və Qərb bölgəsində ən böyük əraziyə malik olmaqdan əlavə, ən sıx yerləşən ada millətidir. Ada, ətrafındakı sular tərəfindən ilıqlaşdırılmış bir tropik iqlimə sahibdir. Eyni zamanda Karib Dənizinin isti suları və adanın Meksika körfəzinə paralel yerləşməsi adanı qasırğalar üçün açıq hədəf vəziyyətinə gətirib.
Böyük knyaz
Böyük knyaz — Orta əsrlərdə Rusiyada ən yüksək dövlət titulu Yalnız çarlara verilirdi.
Knyaz-Yepiskop
Knyaz-yepiskop (ing. Prince-bishop, alm. Fürstbischof‎, fr. Prince-évêque), eyni zamanda bir knyazlığın suvereni olan bir yepiskopdur. == Tarixi == Qərbdə IV əsrdən etibarən barbar istilaları qarşısında Roma imperiyasının gücünün azalması ilə bəzən Roma sərkərdələrinin yerini şəhərlərin xristian yepiskopları tutur, şəhər üçün dünyəvi qərarlar verir və lazım gəldikdə öz qoşunlarına başçılıq edirdi. Lakin knyaz-yepiskopla burjuaziya arasında münasibətlər həmişə səmimi deyildi. Şəhərlər imperatorlardan, krallardan və ya onların knyaz-yepiskoplarından qayda-qanunlar tələb etdikcə və özlərini feodallardan müstəqil elan etdikcə, burjuaziya yepiskoplar arasında sürtüşmə gücləndi. Knyaz-yepiskop tərəfindən siyasi olaraq idarə olunan knyazlıq və ya knyaz-yepiskopluq (alm. Hochstift‎) onun yeparxiya yurisdiksiyası ilə tamamilə və ya böyük ölçüdə üst-üstə düşə bilərdi, lakin onun yeparxiyasının bəzi hissələri, hətta yaşadığı şəhər Azad İmperiya şəhəri statususu alarsa onun mülki idarəçiliyindən azad ola bilərdi. Əgər yepiskop arxiyepiskop idisə, düzgün termin knyaz-arxiyepiskop idi; nizami (monastır) ruhanilərdə ekvivalenti knyaz-abbat idi.
Knyaz (dəqiqləşdirmə)
Knyaz — qədimdə slavyanlarda monarx titulu. Knyaz (pyes) — Hüseyn Cavidin 1929-cu ildə yazdığı beş pərdəli faciə.
Knyaz (pyes)
Knyaz yə yaxud Dəli Knyaz — Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 1929-cu ildə yazdığı beş pərdəli faciə. Əsər nəzmdə melodram kimi yazılıb.Əsər Gürcüstanda baş verən inqilabdan və mühacirətin süqutundan bəhs edir. == Tarixi == Tamaşa 1929/30 mövsümündə rejissor Aleksandr Tuqanov, 1930/31 mövsümündə isə rejissor Yusif Yulduz tərəfindən Türk (Azərbaycan) bədii teatrının səhnəsində tamaşaya qoyulub.Hər iki tamaşada "Knyaz" baş rolunu Abbas Mirzə Şərifzadə, Rza Darablı ("Knyaz" rolunun ilk ifaçısı), Rza Təhmasib, Ülvi Rəcəb, Mərziyyə Davudova, Eva Olenskaya, İsmayıl Hidayətzadə, Pamfiliya Tanailidi və s. kimi sənətkarlar ifa ediblər."Knyaz" dramı ilk dəfə 1963-cü ildə Bakıda "Azərnəşr" nəşriyyatında çap olunub."Knyaz" pyesi həmçinin 1930-cu ildə Gürcüstanda Tiflis Dövlət Qırmızı Ordu Teatrında və Türkiyədə Türk Bədaye Teatrında tamaşaya qoyulub. Əsər elmi ədəbiyyatda və Akademik Milli Dram Teatrının bəzi afişa və proqramlarında "Dəli knyaz" adı ilə də verilib."Knyaz" pyesi ilk dəfə ədibin qızı Turan Cavidin tərtibi ilə 1968–1971-ci illərdə "Azərbaycan Dövlət Nəşriyyatı"nda nəşr olunan üç cildliyə daxil edilib. Əsər 1968–1970-ci illərdə Naxçıvan Dram Teatrının repertuarına daxil edilib və tamaşaya qoyulub. == Süjeti == Hüseyn Cavidin aktuallığını qoruyan əsərlərindən biri də "Knyaz" faciəsidir. Dramaturq "Knyaz" pyesini 1928–1929-cu illərdə yazıb. Faciənin mövzusu 1920-ci illərin əvvəllərində Gürcüstan həyatından götürülüb. Xoş güzəran keçirən knyazın zorla özünə arvad etdiyi kəndli qızı Jasmenin qapılarında qulluqçuluq edən Marqonun oğlu bolşevik Antonu seçməsi, keşməkeşli hadisələrdən sonra ona qovuşması əsərin əsas süjetini təşkil edir.
Knyaz Aslan
Aslan Knyaz İlyas oğlu (25 dekabr 1960, Hamamlı, Dmanisi rayonu) — Azərbaycan şairi, publisisti, alimi. Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilmişdir. == Həyatı == Knyaz İlyas oğlu Aslan 1960-cı il dekabrın 25-də Gürcüstan Respublikası Başkeçid rayonunun Hamamlı kəndində anadan olub. 1968–1979-cu illərdə Hamamlı kənd orta məktəbində təhsil alıb. Orta məktəbi Qızıl medalla bitirib. 1979–1981-ci illərdə Hamamlı kənd orta məktəbində katib-kargüzar vəzifəsində işləyib. 1981–1983-cü illərdə Bakı Mədəni-Maarif Texnikumunda (indiki Bakı Humanitar Kollecində), 1983–1988-ci illərdə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsində, 1985–1987-ci illərdə Bakı Dövlət Universitetinin İctimai peşələr fakültəsinin jurnalistika bölməsində, 1987–1989-cu illərdə Azərbaycan Jurnalistlər Birliyi nəzdində Jurnalist Sənətkarlığı İnstitutunda, 1994–1998-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb və bu təhsil müəssisələrini fərqlənmə diplomu ilə bitirib. 1990–1993-cü illərdə Bakı Dövlət Universitetinin aspiranturasında təhsil alib. 1992–1995-ci illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyi sistemində "Azərbaycan Ordusu" qəzetinin müxbiri, Məxsusi müxbirlər şöbəsinin redaktoru və "Hərbi Nəşriyyat"ın redaktoru işləyib. Ermənistan-Azərbaycan müharibəsi zamanı döyüş tapşırıqlarını yerinə yetirmək üçün dəfələrlə ön cəbhə xəttinə göndərilib, operativ hərbi informasiyalar hazırlayıb.
Knyaz Hacıyev
Hacıyev Knyaz Mehdi oğlu (10 oktyabr 1953, Yeni Daşkənd, Bərdə rayonu – 25 aprel 2021, Türkiyə) — "Bakıenerjitikinti" Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri, Azərbaycan Respublikasının əməkdar mühəndisi == Həyatı == Hacıyev Knyaz Mehdi oğlu 10 oktyabr 1953-cü ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində ziyalı ailəsində anadan olmuşdur (Yeni-Daşkənd kəndi 1953-cü ilin may ayının 18-də Ermənsitanın Basarkeçər rayonunun Daşkənd kəndinin əhalisinin erməni daşnakların təsiri ilə dövlət səviyyəsində məcburi köçürülməsi nəticəsində yaranmışdır). Kəndin yeni yaranmasına baxmayaraq Yeni Daşkənd kənd orta məktəbi kənd ziyalılarının köməyi ilə qısa müddətdə bölgədə aparıcı məktəblərin birinə çevrilmişdir. Knyaz Hacıyev 1960–1969-cu illərdə kənd orta məktəbində oxuduğu dövrdə Tanrıverdi Hacıyevdən fizika və riyaziyyatı, atası Mehdi müəllimdən dil, ədəbiyyat və tarix fənlərindən mükəmməl dərs alaraq ali məktəbə müvəffəqiyyətlə daxil olmuşdur. O, 1970–1975-ci illərdə Azərbaycan Politexnik İnstitutunda təhsil almış, 1975-ci ildə həmin institutun tam kursunu bitirərək inşaatçı-mühəndis peşəsinə yiyələnmişdir. 1972–1975-ci illərdə hər il 3 ay müddətində Kuybışev adına Moskva Dövlət İnşaat Mühəndisləri İnstitutunda ixtisası üzrə təcrübə kursları keçən Knyaz Hacıyev 1976-cı ildən başlayaraq Azərbaycanın energetika tikintisi sahəsində fəaliyyətə başlamışdır. Artıq 40 ildir ki, o, tikintinin çox çətin və spesifik sahəsində çalışmaqdadır. Sərsəng Su Elektrik stansiyasının tikintisi üzrə iş icraçısı kimi fəaliyyətə başlayan Knyaz müəllim "Şəmkir" SES-də sahə rəisi, "Yenikənd" SES-də baş mühəndis, "Bakıenerjitikinti" TQI-də baş mühəndis, Yeni Bakı istilik elektrik mərkəzinin tikintisində baş mühəndis kimi fəaliyyətini davam etdirmişdir. O, 1982–1985-ci illərdə Yəmən Xalq Demokratik Respublikasında tikilən "Ədən" istilik elektrik stansiyasının tikintisində mexanikləşdirmə və hidrotexniki qurğuların tikintisinə rəhbərlik etmişdir; 1985–1992-ci illərdə "Bakıenerjitikinti" Tikinti Trestinin Baş mühəndisi, 1992–1996-cı illərdə "Azərenerjitikintimexanizasiya" trestinin, sonradan isə "Bakıenerjitikinti" TQİ-nin rəisi işləmişdir. 1997-ci ildən "Azərenerjitikintiquraşdırma" Dövlət Şirkətinin vitse-prezidenti işləmişdir; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 sentyabr 1998-ci il tarixli 191 saylı qərarı ilə Hacıyev Knyaz Mehdi oğlu "Azərenerjitikintiquraşdırma" Səhmdar Cəmiyyətinin İdarə Heyətinin üzvü təyin edilmişdir; 1998–2008-ci illərdə isə "Azərenerjitikintiquraşdırma" Səhmdar Cəmiyyətinin sədr müavini, l-ci müavin, sədr əvəzi vəzifələrində çalışmışdır. 2003–2007-ci illər arasında "Azərenerjitikintiquraşdırma" Səhmdar Cəmiyyətinin sədrinin xəstəliyi ilə əlaqədar K. M. Hacıyev fasilələrlə uzun müddət sədr vəzifəsini icra etmişdir.
Knyaz Həsənov
Knyaz Həsənov (17 yanvar 1945, Kotayk mərzi) — Ermənistan parlamentinin kürd əsilli deputatı. == Parlamentdə == 2019-cu ilin yanvar ayında keçirilən Ermənistanın parlamentinin yeni tərkibdə ilk iclasına ənənəyə görə ən yaşlı deputat olduğu üçün kürd icmasını təmsil edən 74 yaşlı Knyaz Həsənov rəhbərlik etmişdir.
Knyaz Məmmədov
Knyaz Şiraslan oğlu Məmmədov (16 fevral 1950, Laçın rayonu, Alxaslı) — Fizika-riyaziyyat elmləri doktoru, professor. == Həyatı == Knyaz Şiraslan oğlu Məmmədov 1950-ci ildə Laçın rayonunun Alxaslı kəndində müəllim ailəsində anadan olmuşdur. 1967-ci ildə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olub,1972-ci ildə oranı bitirmişdir. Daha sonra Azərbaycan texniki universitetinə göndərilmiş,daha sonra böyük uğurlara addım atmışdır.Bundan sonra təyinatla Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutuna göndərilmiş, -cı illərdə orada əyani aspiranturada oxumuşdur. 1981-ci ildə Belarus Respublikasının Minsk şəhərində dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi adını almışdır. 1976-1993-cü illərdə AMEA-nın Kibernetika İnstitutunda kiçik elmi işçi, baş elmi işçi və laboratoriya müdiri vəzifələrində işləmişdir. 2007-ci ildən fizika-riyaziyyat elmləri doktorudur.1994-cü ildən etibarən indiyədək Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsində professor vəzifəsində işləyir. O, eyni zamanda Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunda da "Diskret Optimallaşdırma Modelləri və Üsulları" şöbəsinin müdiridir və həmin institutda riyaziyyat, texnika və iqtisadiyyat üzrə doktorluq müdafiə şurasının elmi katibidir. 2004-cü ildən ABŞ riyaziyyatçılar cəmiyyətinin "Əməliyyatlar tədqiqi" bölməsinin üzvüdür. Bununla yanaşı, professor K.Ş.Məmmədov ABŞ-də nəşr olunan bir neçə nüfuzlu elmi jurnalın ekspertidir.
Knyaz Çobanoğlu
Hüseynov Knyaz Çoban oğlu — azərbaycanlı şair, Qızıl qələm mükafatı, "Xalqın nüfuzlu ziyaslısı" fəxri diplomu ilə təltif edilib. == Həyatı == 1954-cü il fevralın 20-də Qərbi Azərbaycanda, Göyçə mahalının Aşağı Şorca kəndində anadan olub. S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsini bitirib. 1978-ci ildən ixtisası üzrə müəllim, 1988-ci ildən isə məktəb direktoru işləyir. 1973-cü ildən – orta məktəbi bitirdiyi gündən mətbuatda çıxış etmişdir. "Vardenis" rayon və "Sovet Ermənistanı" respublika qəzetlərində məqalələri, habelə şeirləri dərc olunub. 1988-ci il deportasiyasınadək Göyçə mahalının Aşağı Şorca kəndində ədəbiyyat müəllimi işləmişdir. "Vardenis" rayon qəzetinin müxbiri vəzifəsində çalışıb. Qəzetdəki fəaliyyətinə görə 1976-cı ildə Vardenis Rayon İcraiyyə Komitəsinin, 1977-ci ildə isə Vardenis Rayon Komsomol Komitəsinin "Fəxri Fərman"ları ilə mükafatlandırılmışdır. 1988-ci ildən Şəmkir rayonunda yaşayır.
Knyaz Əliyev
Knyaz Ələsgər oğlu Əliyev (21 mart 1940, Güllübulaq, Amasiya rayonu – 8 dekabr 2016, Bakı) — Azərbaycan Memarlıq və İnşaat Universitetinin Nəzəri mexanika kafedrasının müdiri, texnika elmləri doktoru, professor. == Həyatı == Knyaz Ələsgər oğlu Əliyev 1940-cı il martın 21-də Qərbi Azərbaycanın Amasiya rayonunda anadan olub. Hələ uşaqlıq illərindən öz savadı, səriştəsi ilə digərlərindən fərqlənib, 1957-ci ildə Amasiyanın Güllübulaq kənd orta məktəbini qızıl medalla bitirib, elə həmin il Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) Mexanika fakültəsinə daxil olub. 1962-ci ildə AzPİ-ni Maşınqayırma texnologiyası, metalkəsən dəzgahlar və alətlər ixtisası üzrə fərqlənmə diplomu ilə bitirərək, mühəndis-mexanik sənətinə yiyələnib. Savadı və yüksək mədəniyyəti ilə müəllimlərinin rəğbətini qazanan K.Əliyev ali təhsilini başa vurduqdan sonra Nəzəri mexanika kafedrasında müəllim-assistent vəzifəsində saxlanılıb. İllər sonra o, dəfələrlə bu etimadı doğruldub, çoxsaylı gənclərin elm sahəsində inkişafına təkan verib. 1969-cu ildə professor İ.Bəxtiyarovun rəhbərliyi altında namizədlik, 1986-cı ildə Leninqrad (indiki Sankt-Peterburq) Politexnik İnstitutunda "Çoxrabitəli bircins və qarışıq mühitlər üçün elastiklik" mövzusunda doktorluq dissertasiyasını müdafiə edən K.Əliyevin elmi işi keçmiş SSRİ-nin görkəmli alimləri, professorlar D.İ.Şerman, G.R.Çerepanov, V.A.Palmov və digərləri tərəfindən yüksək qiymətləndirilib. XX əsrin 70-80-ci illərində mexanika elminə verdiyi əsaslı töhfələr Knyaz müəllimin adını elmin bu sahədə qabaqcıl nümayəndələri siyahısına daxil edib. O, Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının "Mexanika" bölməsinin sədri, namizədlik (fəlsəfə doktoru) və doktorluq (elmlər doktoru) dissertasiyalarının müdafiəsi üzrə Elmi Şuranın üzvü, Elmi Şuranın nəzdindəki elmi seminarın sədri olduğu dövrdə də həmişə öz nümunəvi fəaliyyəti ilə fərqlənib. Professor Knyaz Əliyev ölkəmizin hüdudlarından kənarda, beynəlxalq konfrans və simpoziumlardakı çıxışları ilə elmimizi yüksək səviyyədə təmsil edib.
Kuban deltası
Kuban deltası — Rusiya ərazisində yerləşən iri deltalardan biri. Delta Kuban çayının mənsəbində yerləşir. Sahəsi 4 300 km² təşkil edir. Bu sahə Volqa çayının illik su sərfiyyatının 5 % təşkil edən Kuban çayı üçün böyük göstəricidir. Kuban deltası Azov dənizinin şərq sahillərində yerləşir. Çayın qolları sahil boyunca ensiz zolaq şəklində axır. Onun qollarından bəziləri Taman yarımadası ərazisindən dənizə tökülür. Bu isə deltanı dünyanın ən fərqli deltası edir. Belə ki yarımadanın degər sahilini Qara dənizin suları yuyur. Deltanın sahil xəttinin uzunluğu 280 km-dir.
Kuban mədəniyyəti
Kuban mədəniyyəti — təxminən e.ə. 1100- e.ə. 400-ci illər Şimali və Mərkəzi Qafqazda Tunc və Dəmir dövrü mədəniyyətidir. Bu mədəniyyətin mövcudluğu dövrünə aid tapıntılar müxtəlif muzeylərdə nümayiş etdirilir. == Haqqında == Kuban mədəniyyəti Qafqazın qərb qismindəki Xaraçoy mədəniyyəti və Kolhis mədəniyyətindən əvvəl meydana çıxmış mədəniyyətdir. 1869-cu ildə Kuban kəndində döyüş baltaları, bəzək əşyaları və digər buna bənzər qədim əşyalar kəşf edildi. Bugün Maykopdan minlərlə Kuban mədəniyyəti dövrünə aid dəyərli əşyalar aşkarlanmaqdadır. Bunların əksəriyəti Maykopdakı milli muzeylərdə nümayiş etdirilməkdədir. Amjad Caiçuxa kimi bir çox elm adamı Kuban mədəniyyəti haqqında elmi tədqiqatlar aparmış və elmi əsərlər yazmışdırlar. Ən yaxşı nümunələr e.ə.
Kuban stadionu
Kuban Stadionu — 2019-cu ildən etibarən Kuban futbol klubunun ev arenası olan Krasnodar şəhərindəki çox məqsədli bir stadion, 2019 -cu ildən etibarən Kuban Futbol klubunun və 2020-ci ildən Kuban Holding klubunun azarkeşləri və köhnə oyunçuları tərəfindən canlandırılmışdır. 1960–2018-ci illərdə stadion Kuban Krosnadar klubunun, 2009–2016-cı illərdə Krasnodar klubunun və 2018–2019-cu ilrdə stadion Kubanoçka qadın futbol klubunun ev arenası olur. Stadion 35.200 tamaşaçı tutumuna malikdir. İdman arenası 30 oktyabr 1960-cı ildə açılmış və ilk futbol oyunu 14 may 1961 -ci ildə baş tutmuşdur. == Tarix == Stadion 1960-cı ildə inşa edilir, eyni ilin 30 oktyabrında açılışı baş tutur. İnşaat zamanı rəsmi olaraq 20.000 tamaşaçı (əslində 25.000) tutacağı bildirilir. 1980-ci ildə yenidən qurmadan sonra maksimum tutum 50 min nəfərə yüksəlir. 2004-cü ildə stadionda 2006 Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində Rusiya və Estoniya milliləri arasında oyun baş tutur. Rusiya komandası 4: 0 hesabı ilə oyunu başa çatdırır. Bir il sonra Kuban stadionu Rusiya millisi ilə Danimarka milliarasında keçirilən Avropa Gənclər Çempionatı matçına ev sahibliyi edir.
Kuban çayı
Kuban çayı — Şimali Qafqazın Qaraçay-Çerkesiya və Adıqe respublikaları, Stavropol və Krasnodar diyarları ərazisindən axan çay. Kuban Şimali Qafqazın iki böyük çayından biridir. O birisi Terekdir. Başlanğıcını, Elbrus dağının cənub-qərb ətəyindəki buzlaqlarda qaynaqlanan Üçkulan və Ullukam qollarının birləşməsindən götürür. Kuban çayının uzunluğu 870 km, Ullukamla birlikdə 900 km. Hövzəsinin sahəsi 57900 kv.km. Temrük şəhəri yanında, Petruşin adlanan əsas qolu ilə Azov dənizinə tökülür. Kazaçiy yerik və Perevoloka qolları ilə suyunun bir hissəsini Axtanizovski limanına və duzsuzlaşdırma kanalı vasitəsi ilə Qızıldaş limanına axıdır. Azov dənizinə 116 km qalmış, böyük qolu - Protoka - sağa ayrılır və Açuyevo qəsəbəsi yanında Azov dənizinə tökülür. Ümumi çoxillik axımının orta həcmi 13,5 kum/m.
Nərmin Knyaz
Nərmin Knyaz (18 iyun 1992, Bərdə) — Azərbaycanlı radio və televiziya aparıcısı, iş qadını, səs aktyoru və influnser. O, İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) tərəfindən qəbul edilən “1 şəhər və 24 saat” proqram formatının yaradıcısıdır və hazırda çəkiliş planlaması ilə məşğul olub, verilişin aparıcısıdır. Bundan əlavə, 2021-ci ildən “61!” verilişinin aparıcısıdır. Bu məşhur “Jeopardy!” oyununun lisenziyalı versiyası olan və İTV-də yayımlanan televiziya şousudur. Nərminin ikinci proqram formatı olan “Tərzi-Məkan” adlı yeni verilişi də İTV tərəfindən qəbul edilərək yayımlanmağa başlanılıb. Hal-hazırda “Tərzi-Məkan”, “1 şəhər və 24 saat” kimi TV proyektlərin və bir sıra reklam çarxlarının çəkilişi ilə məşğul olan "Filmabe Entertainment" şirkətinin qurucusu və rəhbəridir. 2013-cü ildə Azərbaycanda ilk dəfə keçirilən “No Smoking” Film Festivalında rejissoru olduğu “Məhkum” qısametrajlı filminə görə Qran-pri mükafatına layiq görülüb. Mediapost İnformasiya Agentliyində layihə meneceri və aparıcı kimi çalışıb, burada onlayn TV üçün şouları idarə edib, xəbərlər və podkastlar təqdim edib. O, həmçinin 2014-2016-cı illərdə Araz 103.3 FM-də radio aparıcısı kimi çalışıb və bir neçə radio verilişləri üçün öz ideyalarını təqdim edib. 2020-ci ildən qurucularından biri olduğu "Davam" Gənclər Hərəkatının İdarə Heyətinin üzvüdür.
Kürban
Kürban (fr. Curbans, oks. Curbans) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. La-Mot-dü-Ker kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04066. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 390 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 239 yaşda olan (15-64 yaş arasında) 190 nəfər iqtisadi cəhətdən fəal, 49 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 79.5%, 1999-cu ildə 66.8%). Aktiv olan 190 nəfərdən 176 nəfəri (97 kişi və 79 qadın), 14 nəfəri işsizdir (6 kişi və 8 qadın).