Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kyokusinkay
Kyokuşinkay (極真会, "ali həqiqət səmiyyəti") və ya Kyokuşin (極真, "ali həqiqət") — Masutatsu Oyama (大山 倍達 Y:yama Masutatsu) tərəfindən 1950-ci illərdə yaradılmış karate stili. Kyokuşinkay karatenin ən çətin və ən sərt növlərindən hesab olunur. == Stilin meydana gəlməsi == Kyokuşinkayın qurucusu Masutatsu Oyama Çoi Yeong-eui adıyla 1923-cü ildə Cənubi Koreyada dünyaya gəlib. Oyama Çin və Koreya Kempo stillərini məşq edirdi. 1938-ci ildə ailəsiylə birlikdə Yaponiyaya köçdülər və burada cüdo və daha sonra şotokan adını alacaq olan Okinava karatesi ilə məşğul oldu. Yapon cəmiyyətinə daha yaxşı uyğunlaşmaq üçün Masutatsu Oyama adını aldı. II Dünya müharibəsindən sonra Qocu Ryu karate stilini məşq etməyə başladı. Bu dönəmdə karatesini inkişaf etdirmək üçün üç illiyinə dağlara çıxdı. Dağdan qayıdanda artıq özünün çox fərqli yerdə olduğunu gördü. Çünki Oyama bir çox döyüş sənətinin ustaları ilə döyüşlərə çıxdı və tam üstünlüklə qələbələr qazandı.
Taysey Yokusankay
İmperator Hakimiyyətinə Kömək Assosiasiyası (大政翼贊會, Taysey Yokusankay) – 1940–1945-ci illərdə Yaponiyada mövcud olmuş siyasi təşkilat. Təşkilatın məqsədi şintayseni təbliğ etmək idi. == Tarixi == İmperator Hakimiyyətinə Kömək Assosiasiyası baş nazir Fumimaro Konoenin təşəbbüsü ilə 12 oktyabr 1940-cı ildə yaradılmışdır. Təşkilatın məqsədi Yaponiyanın hökumət sistemində islahatlar aparmaq və kütlələri siyasətə cəlb edərək milli siyasətə qarşı olan şəxslərin qarşısını kəsmək idi. Hər bir Yaponiya vətəndaşı təşkilatın üzvü olmalı idi. Kone bütün siyasi partiyaları ortadan qaldıracaq totalitar siyasi sistem yaratmağı planlaşdırırdı. O, təşkilatı yaratmaq üçün 1940-cı ilin yayında 37 nəfərdən ibarət Yeni Siyasi Nizamın Yaradılması üçün Hazırlıq Kommisyasını təşkil etsə də, kommisya üzvləri öz aralarında konsensus əldə edə bilməmiş, nəticədə, reformist yox, ənənəvi qruplardan ibarət strukturu olan təşkilat kimi yaradılmışdır. Belə ki, kommisyanın yaponçu üzvləri totalitar siyasi sisteminin Tokuqava dövründə şoqunların etdiyi kimi imperator hakimiyyəti zəiflədəcəyini düşünürdülər. Bir çoxu partiya təklifinin nasist və kommunist partiyalarının modelinə oxşadığı üçün tənqid etmişdir. === Fəaliyyəti === İmperator Hakimiyyətinə Kömək Assosiasiyasının rəhbərliyi altında köhnə siyasi partiyalar ləğv olunmuşdur.