Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Lələkvari qulançar
Asparagus setaceus (lat. Asparagus setaceus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin qulançar cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Şərqi və Cənubi Afrikadır, tropik və subtropik meşələrdə, çay vadilərində, düzənliklərində, savannalarda və orta dağ zolağında bitir. == Botaniki təsviri == Sarmaşan yarımkoldur. Sapşəkilli yarpaqlara bənzəyən şəklini dəyişmiş gövdələri (fillokladilər) 3–12 ədəd olmaqla dəstələrə yığılmışdır. Uzunluğu 0,5–1,5 sm, diametri 0,5 mm-ə qədərdir. Onlar bir az əyilmiş, açıq yaşıldır və bütün bitkiyə zərif görünüş verir Ayrıca zoğları horizontal yerləşək xırda-lələkvari yarpaqlara bənzəyir. Zoğları çox budaqlanır, çılpaqdır. Yarpaqları xırda (0,5 sm), üçkünç, qonur pulçuqlara qədər reduksiya olunmuşdur. Çiçəkləri xırda, tək və ya 2–4 ədəd, ağdır.
Lələkvari-kəsikyarpaq yemişan
Lələkvari-kəsikyarpaq yemişan (lat. Crataegus pinnatifida) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü.
Lələkvari bölümlü rodiola
Lələkvari bölümlü rodiola (lat. Rhodiola stephanii) — dovşankələmikimilər fəsiləsinin rodiola cinsinə aid bitki növü.
Lələkvariyarpaq pilokarpus
Lələkvariyarpaq pilokarpus (lat. Pilocarpus pennatifolius) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sədokimilər fəsiləsinin pilokarpus cinsinə aid bitki növü. Vətəni Paraqvaydır. Paraqvay, Braziliyanın cənubunda və Argentinanın şimal-şərqində bitir. == Ədəbiyyat == F. G. Kohl: Die Officinellen Pflanzen der Pharmacopoea Germanica. Barth, 1895, S. 92 f, Taf. 59, online auf biodiversitylibrary.org. K. Kubitzki: The Families and Genera of Vascular Plants. Vol. X: Flowering Plants Eudicots.
Dəniz lələkləri
Dəniz lələkləri (lat. Pennatulacea) — Bağırsaqboşluqluların dalayıcılar tipinin mərcan polipləri sinfinə mənsub dəstəsi.