Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ləmbəli
Ləmbəli (Loru) — Tiflis quberniyasının Borçalı qəzasında, Ermənistan SSR-inin Barana rayonunda, hazırda Ermənistan Respublikasının Loru mərzində kənd. Ləmbəli (Qaraçöp) — Gürcüstan Respublikasının Kaxeti mxaresinin Saqareco bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.
Ləmbəli (Loru)
Ləmbəli — Tiflis quberniyasının, Loru-Borçalı qəzasında, indiki Barana (Noemberyan) rayonunda kənd. Rayon mərkəzindən 15 km şimal-qərbdə, Tona çayının sağ tərəfində yerləşir.Ən tanınmış tayfası Ayvazdar tayfasıdır. == Tarixi == Bu yer "Ermənistan"ın şimalında sonuncu nöqtədir. Dəniz səviyyəsindən 470 m yüksəklikdə yerləşən, dərəli-təpəli, dağlı-düzlü yerdir. Erməni mənbələrində "Ləmbəli qyuğ" formasında qeyd edilir. Toponim "rütubətli və bürkülü zonalar üçün səciyyəvi olan tikili" mənasında işlənən ləm və "düzənlik, açıqlıq, açıq yer", "geniş düzənlik" mənasında işlənən pila//pala (> bəli) sözlərinin birləşməsindən əmələ gəlmişdir. Relyeflə bağlı yaranan toponimdir. == İqlimi == Qışı mülayim-orta temperaturu +50 °C, yayı nisbətən isti –orta temperaturu +300C-dir. == Əhalisi == Kənddə 1831-ci ildə 11 nəfər, 1886-cı ildə 292 nəfər, 1897-ci ildə 376 nəfər, 1908-ci ildə 400 nəfər, 1914-cü ildə 493 nəfər azərbaycanlı yaşamışdır. 1915-ci ildən sonra azərbaycanlılar ermənilərin təcavüzünün nəticəsində tarixi-etnik torpaqlarından qovulmuşlar.
Ləmbəli (Qaraçöp)
Zemo Ləmbəli (gürc. ზემო ლამბალო, zemo lambalo) — Gürcüstan Respublikasının Kaxeti mxaresinin Saqareco bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. 2014-ci il siyahıyaalınmasına əsasən kənddə 99,9%-i azərbaycanlılardan ibarət 2.959 nəfər əhali yaşayır.
Ləmbəli körpüləri
Ləmbəli körpüləri — Loru mahalının Barana (31.12.1937:ci ildən — Noyemberyan) rayonunun qədimdən Türk-Oğuz boylarının anayurdu olmuş, 1948-ci ildən sonra isə ermənilərin məskunlaşdığı Ləmbəli (31.12.1937-ci ildən — Debedaşen) kəndində Tona (Debed) çayı üstündə körpü tağları. == Haqqında == Azərbaycanlıların kompakt halda yaşadığı Loru mahalının Barana rayonunun Ləmbəli kəndində (dəyişdirilmiş adları ilə: Noyemberyan rayonunun Baqrataşen kəndi) Tona çayı üzərində körpü tağları mövcud olmuşdur.Ləmbəli kəndi ilə Sadaxlı kəndini birləşdirən üç qədim körpü aran Borçalısı ilə dağ Borçalısını birləşdirməklə tarixi İpək Yolunun üstündə yerləşirdi. XVI–XVIII əsrlərdə inşa edilən bu körpülər XIX yüzildə Rusiya-İran müharibələri zamanı dağıdılmışdır.
Zemo Ləmbəli (Qaraçöp)
Zemo Ləmbəli (gürc. ზემო ლამბალო, zemo lambalo) — Gürcüstan Respublikasının Kaxeti mxaresinin Saqareco bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. 2014-ci il siyahıyaalınmasına əsasən kənddə 99,9%-i azərbaycanlılardan ibarət 2.959 nəfər əhali yaşayır.
Ləmbəlidə partlayış
Ləmbəlidə partlayış — 4 sentyabr 1994-cü ildə Ermənistanın şimalında, Tavuş mərzinin Ləmbəli kənd bazarında baş vermiş partlayış. Partlayış nəticəsində 14 nəfər (iki hücumçu da daxil olmaqla) həlak olmuş və 46 nəfər yaralanmışdır. Buna baxmayaraq, ilkin məlumatlarda 10 nəfərin həlak olması və 26 nəfərin yaralanması qeyd edilmişdir. Ləmbəli kəndi Gürcüstan–Ermənistan sərhədində, Azərbaycandan çox da uzaq olmayan böyük kənddir. 10,000 azərbaycanlının yaşadığı Sadaxlı kəndi Gürcüstanla sərhəddə yerləşir. 1990-cı illərdə Sovet İttifaqının dağılmasından sonra ərazi "xüsusilə qara bazarda yanacaqla məşğul olan mafioz dəstələrin mərkəzi"nə çevrilmişdi. Azərbaycan və Ermənistan Birinci Qarabağ müharibəsində qanlı münaqişəyə cəlb olunmuşdular. Partlayışı Bakıdan olan İmran Hüseynov və Gürcüstanın Marneuli bələdiyyəsinin Bula kəndindən Türkmən Cəfərov törətmişdilər. Hər ikisi etnik azərbaycanlı idi. Yerli rəsmilərin dediyinə görə, "partlayıcı qurğu kodlu çantada yerləşdirilmişdir".
Geranium lebelii
Robert ətirşahı (lat. Geranium robertianum) — bitkilər aləminin ətirşahçiçəklilər dəstəsinin ətirşahkimilər fəsiləsinin ətirşah cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Geranium robertianum subsp. eurobertianum Briq.