Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Xatirənin lənətlənməsi
Xatirənin lənətlənməsi və ya Xatirədən silinmə (latınca abolitio memoriae, memoria damnata, Damnatio memoriae) Roma imperiyasında ölüm cəzasının bir forması olub xüsusən dövlət cinayətkarlarına, uzurpatlara (qanunsuz hakimiyyəti ələ keçirənlər), sui-qəsd iştirakçılarına, öz imperator adına ləkə gətirənlərə (ölümündən sonra) tətbiq edilirdi. Cinayətkarı xatırladan və mövcudluğunu sübut edən hər bir material: büst, heykəl, qəbirüstü yazı, qanun və əlyazmalar məhv edilirdi. Bəzən bu sözü gedən şəxsin ailə üzvülərinə və ya bütünlüklə ailəsinə də şamil edilirdi. Bəzən bu damğa siyasi iradədən və maraqlardan asılı olaraq heç də mütləq xarakter daşımırdı, belə ki, Neronun xatirəsi ölümündən sonra lənətlənsə də, hakimiyyəti ələ keçirən Vitelliy onu ləğv etdirir və adını dövlətin şanına layiq görür. Domisian yeganə imperatordır kı, xatirənin lənətlənməsi damğası rəsmi olaraq ləğv edilməmişdir. Xatirənin lənətlənməsina layiqlərdən bir olan Kommodun adı Roma şəhərinin monumentləri üzərindən (Mark Avrelinin barelyefindən Kommodun təsviri silinmişdir ) silinsə də şəxsi evlərdə və əyalətlərdə saxlanılmaqda idi və hətta Septimiy Sever onu ilahiləşdirərək Allahlara aid etmişdir. Bu kodeks müasir dövrümüzdə də (SSRİ və Latın Amerika ölkələrində) tətbiq edilmişdir.
Anakonda 2: Lənətlənmiş səhləbin axtarışında
Anakonda 2: Lənətlənmiş səhləbin axtarışında (ing. Anacondas: The Hunt for the Blood Orchid) 2004-cü ildə Dwight H. Little tərəfindən çəkilmiş Amerika macəra qorxu filmidir. Bu, Anakonda (film,1997) filminin müstəqil davamı və Anakonda seriyasının ikinci hissəsidir. Film Cənub-Şərqi Asiyanın tropik adası Borneoya insanlara daha uzun və sağlam həyat gətirəcəyinə inandıqları müqəddəs çiçək üçün ekspedisiyaya gedən tədqiqatçılar qrupundan bəhs edir. Lakin tezliklə onları adada yaşayan anakondalar təqib edir və ovlayır. Sələfi kimi, bu film də mənfi rəylər aldı, lakin maliyyə sahəsində uğur qazandı. Filmin ardınca 2008-ci ildə Anakonda 3: Övlad adlı davam filmi çəkildi. == Məzmun == Dr. Cek Bayron, Qordon Mitçell, Sem Rocers, Qeyl Stern, Koul Börris ve Dr. Ben Duqlas da daxil olmaqla Nyu York dərman firması Wexel Hall tərəfindən maliyyələşdirilən bir tədqiqatçı qrupu Borneo'dakı bir meşəyə, perrinnia Immortalis adında bir çiçəyi tapmaq üçün yollanır.
Harri Potter və Lənətlənmiş Uşaq
Harri Potter və Lənətlənmiş Uşaq (ing. Harry Potter and the Cursed Child) — Cek Torn tərəfindən Coan Roulinqin, Con Tifani birgə Harri Potter seriası əsasında yazılmış və serianın səkkizinci kitabı sayılan iki hissəlik pyesdir. Kitabın təqdimatının 30 iyul 2016-cı ildə İngiltərənin Palas Teatrında baş tutacağı gözlənilir. Kitabda hadisələr Harri Potter və Ölüm Hədiyyələrindən sonrakı Harri Potterin Maqiya Nazirliyindəki rolundan və kiçik oğlu Albus Severus Potterdən bəhs edir. == Qısa məzmun == Pyesin rəsmi qısa məzmunu 23 oktyabr 2015-ci ildə ictimayyətə açıqlandı. Harri Potter olmaq hər zaman çətin olmuşdur eləcə də Maqiya Nazirliyində işləmək, ər və üç uşaq atası üçün də heç də asan deyildir. Harri keçmişin izlərindən xilas olmaq üçün hara aid olduğunu inkar etdiyi bir vaxt, kiçik oğlu Albus istəmədiyi bu ailə mirası əfsanəsi ilə mübarizə aparmalıdır. Ata və oğul narahat edici həqiqətlər ilə qarşılaşırlar. Təbii olaraq qara qüvvələr gözlənilməyən yerdən qayıdırlar. == İnkişaf == 2013-cü ilin dekabr ayında Harri Potter haqqında tamaşaya qoyulacaq pyes üçün hazırlıq işlərinin getdiyi xəbəri verildi, və bunu 2016-cı ildə baş tutacağı bildirildi.