Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Lətifə
Lətifə — latın, isim, yumoristik məzmun daşıyan kiçik hadisə və ya tam fikri ifadə edən cümlə. Bəzəmələr də adlanan lətifələrdə dövrün eybəcərlikləri, ictimai həyatdakı yaramazlıqlar gülüşdoğurucu şəkildə tənqid edilir. Lətifələrdəki gülüş həm incə yumor, həm də acı istehza və kinayə şəklində olur. Azərbaycan lətifələrinin tarixi Molla Nəsrəddinin adlı tarixi-mifik şəxsin adı ilə bağlıdır. O, hazırcavablığı ilə diqqəti cəlb edir. Sən, zarafatcıl, bəzən də avam görünən Molla cəmiyyətdəki bir çox eybəcərlikləri və yaramaz əməlləri ifşa edir. Azərbaycan lətifələrinin bir hissəsi də Bəhlul Danəndə, Hacı dayı, Abdal Qasım, Ayrım Tağı və digərləri ilə bağlı yaranmışdır. Epik növün digər janrlarına nisbətən lətifələr həcmcə qısa olur və adətən, nəsr şəklində söylənilir. Lətifələrin əsas məğzi onun sonunda aydınlaşır. Bəzən bu sonluqlar xalq arasında məsəl kimi də işlənir.
Akim (vəzifə)
Akim (qaz. әкім, qırğ. аким) — Qazaxıstan və Qırğızıstanda yerli dövlət hakimiyyəti orqanının başçısı. Akim ölkə prezidentinin rəsmi nümayəndəsidir. == Qazaxıstanda Akim == Qazaxıstanda bələdiyyə başçısı respublika prezidentinin və hökumətinin nümayəndəsi olan (bölgənin, respublika əhəmiyyətli şəhərlərin və ya paytaxtın, bölgənin rayonları və bölgənin kənd rayonlarının rəhbərliyi) rəhbərliyin rəhbəridir. Ölkənin bütün bələdiyyə sədrlərinin (rayon əhəmiyyətli şəhərlər, kənd rayonları, qəsəbə və kəndlər) 91% -i dolayı səsvermə yolu ilə seçilir. Bölgələrin, respublika əhəmiyyətli şəhərlərin və paytaxtın rəhbərləri Qazaxıstan Baş nazirinin təklifi ilə Prezident tərəfindən təyin edilir. 2013-cü ildən bu yana Qazaxıstan Respublikasının kənd əhəmiyyətli bir hissəsi olmayan kənd şəhərləri, kənd bölgələri, qəsəbə və kəndlərinin rəhbərləri dolayı seçkilər yolu ilə dörd il müddətinə seçilirlər. Seçicilər müvafiq bölgənin məsləhət müavinləridir. 2018-ci ildə yerli özünüidarəetmənin inkişafı konsepsiyası çərçivəsində rayon və rayon əhəmiyyətli şəhərlərin bələdiyyə sədrləri seçkilərinin tətbiq olunmasının məqsədəuyğunluğu məsələsinin hazırlanması nəzərdə tutulmuşdur.
Lətifə (1989)
Lətifə — 1989-cu ildə çəkilmiş Azərbaycan filmi. == Məzmun == Kinokomediyada təsvir olunan hadisələr real həyatdan götürülmüşdür. Əsərdə üç süjet xətti var və onlar vahid bir məcrada birləşir. İlk süjetdə hadisələr partiya komitəsi katibinin kabinetində, ikincisində katibin qəbul otağında, üçüncüsündə isə liftdə cərəyan edir. XX əsrin 80-ci illərinin sonu. Partiya məmurlarının fəaliyyətsizliyi, mənasız işlərlə məşğul olmaları, prokurorların satqınlığı, komsomol rəhbərlərinin maymaqlığı-bütün bunlar gündəlik ictimai həyat normasına çevrilmişdir: yeni mikrorayona kanalizasiya çəkilməmişdir, yerli əhali üçün nəzərdə tutulmuş məhsullar yenidən emal olunmuş məqsədilə xaricə göndərilir... Müəlliflər burada sözləri ilə əməlləri düz gəlməyən adamların iç üzünü açmağa çalışmışlar. Hadisələr gülüşlə müşayiət olunur. Lakin bu gülüşün arxasında ciddi problemlər durur. == Film haqqında == Filmin süjeti də, qrotesk çəkiliş üslubu da, ideyası da Azərbaycan kinosu üçün yenidir.
Lətifə Abbasova
Lətifə Ramazan qızı Abbasova — kolxozçu. == Həyatı == 1947-ci ildə kəndli ailəsində anadan olmuşdur, azərbaycanlıdır, 1973-cü ildən Sov.İKP üzvüdür, natamam orta təhsili var. Naxçıvan MSSR-in İliç rayonundakı N. Nərimanov adına kolxozun üzvüdür. Azərbaycan SSR Ali Soveti təbiəti mühafizə komissiyasının üzvüdür. Səkkizinci və doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir (Qıvraq seçki dairəsi). == İstinadlar == Azərbaycan SSR Ali Sovetinin Deputatları. Doqquzuncu çağırış. Bakı: Azərnəşr. 1976.
Lətifə Cahandarqızı
Lətifə Cahandar qızı Əliyeva (d. 1 iyul 1944, Yuxarı Salahlı, Qazax rayonu) — Azərbaycan teatr və kino aktrisası, Azərbaycan Respublikasının xalq artisti (2018),Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2006-cı ildən). == Həyatı == Lətifə Cahandar qızı Əliyeva 1 iyul 1944-cü ildə Qazaxın Yuxarı Salahlı kəndində anadan olub. Teatr İnstitutunda dram – kino aktyorluğu fakültəsində təhsil alıb (1964–1964). 1964-cü ildən Gənc Tamaşaçılar Teatrında işləyir. Ana rollarının mahir ifaçılarından biridir. Kliplərə çəkilib. İran istehsalı olan "Divlər zindanı" (1992) və "Arzular" (200?) filmlərində çəkilib. 2000-ci ildə Əməkdar artist, 10 dekabr 2018-ci ildə Azərbaycan Respublikasının xalq artisti fəxri adına layiq görülmüşdür. 2006-cı ildən Prezident təqaüdçüsüdür..
Lətifə Məmmədova
Lətifə Adil qızı Məmmədova (19 avqust 1961, Bakı) — publisist, tarixçi, politoloq, kitabxanaşünas, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) direktoru, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kitabxana sektorun müdiri (2004–2018), UNESCO-nun "İnformasiya hamı üçün" Proqramının Azərbaycan Komitəsinin sədri (2011–2018), tarix üzrə fəlsəfə doktoru. == Həyatı və fəaliyyəti == 1961-ci ilin avqust ayının 19-da Bakı şəhərində anadan olmuşdur. 1986-cı ildə Azərbaycan Dövlət Universitetinin (h/h BDU) tarixçi, tarix müəllimi ixtisası üzrə bitirmiş, komsomol, sovet və partiya orqanlarında çalışmışdır.1980–1987-ci illərdə Bakı şəhər Sovetinin (XVII, XVIII, XIX çağırışlar) deputatı seçilmişdir.1985–1989-cu illərdə Bakı şəhər Əmircan qəsəbə Sovetinin deputatı (XIX və XX çağırışlar) və İcraiyyə Komitəsinin məsul katibi vəzifəsinə seçilmişdir.1989–1990-cı illərdə Bakı şəhər Ordconikidze (Suraxanı) rayon partiya komitəsinin təlimatçısı vəzifəsində işləmişdir.1980-ci ildən mətbuatda publisistik məqalələri dərc olunur ("Бакинский рабочий", "Respublika", "Вышка", "Azad Azərbaycan", "Dirçəliş", "Возрождение", "Hərbi bilik", "Mədəniyyət", "Mədəniyyət. Culture", "Carçı", "Elm və təhsil", "Tarixin səhifələri" və s.) 1990–1992-ci illərdə Bakı Ali Partiya Məktəbində, sonralar Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda (BSİPİ) politologiya ixtisası üzrə təhsil almış və institutu fərqlənmə diplomu ilə bitirmişdir (Politoloq, ali məktəblərdə ictimai-siyasi fənlər müəllimi ixtisası üzrə).Həmin illərdə elmi işlə məşğul olmağa başlamış və 1997-ci ildə "Azərbaycanda erməni siyasi təşkilatlarının fəaliyyəti (1918–1920-ci illər)" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini almışdır.1992–1999-cu illərdə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun, 1999–2007-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) tarix kafedrasının baş müəllimi, dosenti, 2002–2004-cü illərdə DİA-nın Elmi Kitabxanasının müdiri vəzifəsində çalışmış, Elmi Şuranın üzvü olmuşdur. 2004-cü ilin dekabr ayında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kitabxana sektorun müdiri vəzifəsinə təyin olunmuşdur. Mədəniyyət Nazirliyinin ləğvi ilə əlaqədar, aparılan struktur islahatları nəticəsində Kitabxana sektoru ləğv olunduğu səbəbindən 2018-ci ilin iyun ayından Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru vəzifəsinə təyin olunmuşdur. 2011–2018-ci illərdə UNESCO-nun "İnformasiya hamı üçün" Proqramının Azərbaycan Komitəsinin sədri olmuşdur.Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 oktyabr tarixli 3072 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008–2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı"nın həyata keçirilməsində müstəsna xidmətləri olmuşdur. Onun təşkilati dəstəyi ilə Mədəniyyət Nazirliyinin və digər nazirliklərin tabeliyində olan kitabxanalarda ilk Elektron kitabxanalar və Elektron kataloqlar yaradılmışdır.Dövlət Proqramı əsasında L. Məmmədovanın fəal iştirakı ilə AZLİBNET Milli Kitabxana-İnformasiya Mərkəzi təşkil olunmuş və onun nəzdində ölkədə ilk və yeganə Toplu kataloq istifadəyə verilmişdir. Lətifə Məmmədova Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında" 2007-ci il 20 aprel tarixli Sərəncamına və Dövlət Proqramına əsasən "Azərbaycan ədəbiyyatının virtual kitabxanası"nı yaratmışdır. Ölkə başçısının müvafiq Fərmanının icrasını təmin etmək məqsədilə "Azərbaycanın kitab abidələri"nin reyestrinin yaradılması işinə başlamış və kitab abidələri haqqında CD hazırlamışdır.
Lətifə Quluzadə
Lətifə Nəsir qızı Quluzadə — A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının baş rəssamı. == Həyatı == Lətifə Quluzadə 29 avqust 1946-cı ildə Bakıda doğulub. 189 saylı orta məktəbi bitirən ili Azərbaycan Dövlət Teatr İnstitutuna daxil olaraq orada dekorativ-tətbiqi sənət rəssamı ixtisasına yiyələnib (1964-1969). Lətifə Nəsir qızı Quluzadə yaradıcılığının ən parlaq dövrünü Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrına bağlayıb. İşlədiyi müddət (1976-1995) ərzində Telman Qarabağlının «Du-du, yol verin», Rada Moskovanın «Hara qaçırsan, dayça?», Yuri Oleşanın «Üç gombul», Reno Pilonun «Bizim evdə», Mirzə Cəlinin «Pırpız Sona», Bertolt Brextin «Kuraj ana», Aleksandr Ostrovskinin «Qar qız» tamaşalarının rəssamıdır. Rəssam Macarıstanda, Türkiyədə, İranda, Pakistanda, Litvada, Rusiyada, Özbəkistanda, Gürcüstanda keçirilmiş festival və sərgilərin iştirakçısıdır. 1975-ci ildən Azərbaycan Rəssamlar İttifaqının, 1978-ci ildən Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür. Lətifə Quluzadə Azərbaycan Akademik Milli Dram Teatrında Əli Əmirlinin «Ağqoyunlular və Qaraqoyunlular», Opera və Balet teatrında Fikrət Əmirovun «Sevil» (geyim üzrə), Rus Dram teatrında G.Koktonun «Muqəddə vəhşi», Gənc Tamaşaçılar teatrında «Quyu», Mağara», «Ğara», Kamera teatrında Qoqolun «Dəlinin qeydləri», Musiqili Komediya teatrında «Məlikməmməd», «Bazar günü gəzinti» və bir çox səhnə əsərlərinin quruluşçu rəssamıdır. Lətifə Quluzadə Kukla teatrında ilk dəfə aktyorları tamaşaçılardan «gizlədən» pərdədən tamaşanın iştirakçı obrazı kimi istifadə edib. O, 2000-ci ildən yenidən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrına qayıdaraq baş rəssam təyin olunub.
Lətifə Uşşaqi
Lətifə Uşşaqzadə (türk. Latife Uşşaki, Latife Uşakizade, Latife Uşaklıgil) və ya Lətifə Xanım (türk. Latife Hanım) (17 iyun 1898, İzmir, Aydın vilayəti – 12 iyul 1975, İstanbul) — Türkiyə Cümhuriyyətinin birinci prezidenti Mustafa Kamal Atatürkün həyat yoldaşı (1923–1925). == Həyatı == Latifə Uşşaqi, 17 iyun 1899-cu ildə İzmirdə anadan olub. Uşak vilyətindən "Helvacızadə" kimi köçüb gəlmiş ailələri İzmirə köçüdükdən sonra İzmirin tanınmış ailələrindən birinə çevrilmiş və "Uşakizadə" olarak tanınmışlar. Uşakizadə Muammer bəy ilə Adəviyə xanımın qızı olan Lətifə Uşşaqlının Vəcihə (1907–1992), İsmayıl (1902–1973), Münci (1910–1932), Ömər (1903–1938) və Ruqiyə (1908–1970) adlarında 5 bacı-qardaşı vardı. Uşakizadə İzmirdə ailənin Köşkü bağçasınde yerləşən "Camlı Köşk" ibtidai məktəbini, İstanbul Arnavutköy Amerikan Kollecində orta məktəbi bitiri. Sonra Paris Universitetində siyaset və hüquq fakültəsində təhsil alır, Londonda dil kursunu bitirdi. Latife xanım aldığı təhsillə ingiliscə, fransızca, ispanca v almanca öyrənir. Sakarya döyüşlərində Atatürk ordusunun qələbə qazanmasını eşidərək universitetin üçüncü kursunda təhsilini dayandırır və Sakaryaya Müstafa Kamalı və ordusunu qarşılamaq üçün İzmirə gedir.
Lətifə Əliyeva
Lətifə Cahandar qızı Əliyeva (d. 1 iyul 1944, Yuxarı Salahlı, Qazax rayonu) — Azərbaycan teatr və kino aktrisası, Azərbaycan Respublikasının xalq artisti (2018),Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2006-cı ildən). == Həyatı == Lətifə Cahandar qızı Əliyeva 1 iyul 1944-cü ildə Qazaxın Yuxarı Salahlı kəndində anadan olub. Teatr İnstitutunda dram – kino aktyorluğu fakültəsində təhsil alıb (1964–1964). 1964-cü ildən Gənc Tamaşaçılar Teatrında işləyir. Ana rollarının mahir ifaçılarından biridir. Kliplərə çəkilib. İran istehsalı olan "Divlər zindanı" (1992) və "Arzular" (200?) filmlərində çəkilib. 2000-ci ildə Əməkdar artist, 10 dekabr 2018-ci ildə Azərbaycan Respublikasının xalq artisti fəxri adına layiq görülmüşdür. 2006-cı ildən Prezident təqaüdçüsüdür..
Nişançı (vəzifə)
Nişançı (Osmanlıca: نشانچی ) — Osmanlı imperiyası bürokratiyasında yüksək bir vəzifədi. Türkcə nişançı sözü, sözün əsl mənasında, "məhkəmə xəttatı" və ya "möhürləyən" mənasını verir, çünki nişancının əsl vəzifəsi sultanın əmrlərini möhürləmək idi. Nişançı Divan-ı Hümayuna qatılan dövlət məmurlarından biri olub, kalemiye (dəftərxana) qrupunun rəhbəri idi. Üstəlik nişançı hökmdarın imzası mənasını verən tuğranın sultan adına yazılacaq fərmanlarda, əmrlərdə, adlarda çəkilməsindən məsul olub. Tuğra Roma imperiyası ənənəsinin davamı olaraq, hazırlanan sənədlərin başında dururdu. Bununla belə, nişançının rəhbərlik etdiyi dəftərxana xarici dövlətlərlə əlaqələrdən, yazışmalardan və sənədlərin tərcüməsindən məsul idi. == Tarixi == Məhkəmə xəttatı vəzifəsi Orxan Qazi (1324-1361) dövründə yaradılsa da, nişançı adı II Murad (1421-1451) dövründən istifadə edilməyə başlandı. II Mehmed (1451–1481) dövrün də nişançı daha yüksək vəzifə sayılırdı. Sultan II Mehmed qanununa görə nişancı divanın (Osmanlı hökuməti) üzvü idi. Nişançı sözü isə tərdicən ərəbcə Müvekkinin əvəzinə işlənməyə başlandı.
Nəzifə Abasova
Lətifə (dəqiqləşdirmə)
Lətifə — latın, isim, yumoristik məzmun daşıyan kiçik hadisə və ya tam fikri ifadə edən cümlə.
Lətifə (film, 1989)
Lətifə — 1989-cu ildə çəkilmiş Azərbaycan filmi. == Məzmun == Kinokomediyada təsvir olunan hadisələr real həyatdan götürülmüşdür. Əsərdə üç süjet xətti var və onlar vahid bir məcrada birləşir. İlk süjetdə hadisələr partiya komitəsi katibinin kabinetində, ikincisində katibin qəbul otağında, üçüncüsündə isə liftdə cərəyan edir. XX əsrin 80-ci illərinin sonu. Partiya məmurlarının fəaliyyətsizliyi, mənasız işlərlə məşğul olmaları, prokurorların satqınlığı, komsomol rəhbərlərinin maymaqlığı-bütün bunlar gündəlik ictimai həyat normasına çevrilmişdir: yeni mikrorayona kanalizasiya çəkilməmişdir, yerli əhali üçün nəzərdə tutulmuş məhsullar yenidən emal olunmuş məqsədilə xaricə göndərilir... Müəlliflər burada sözləri ilə əməlləri düz gəlməyən adamların iç üzünü açmağa çalışmışlar. Hadisələr gülüşlə müşayiət olunur. Lakin bu gülüşün arxasında ciddi problemlər durur. == Film haqqında == Filmin süjeti də, qrotesk çəkiliş üslubu da, ideyası da Azərbaycan kinosu üçün yenidir.
Nalayiq lətifə (roman)
Nalayiq lətifə (rus. Скверный анекдот) — 1862-ci ildə Dostoyevskinin "Vremya" jurnalında çap olunub. Hekayə dövlət qulluğunda olan general İvan Pralinkski haqqındadır ki, o, öz liberal-humanist sosial ideallarını daha iki general qarşısında qürurla müdafiə edir. Evə qayıdarkən o, kortəbii şəkildə özünün ən aşağı tabeliyində olanlardan birinin toy mərasimində dəvət olunmadan özünü təqdim edərək nəzəriyyəsini sınamaq qərarına gəlir. == Məzmun == Əsl dövlət müşaviri İvan İliç Pralinski öz müdiri Nikiforov Stepan Nikiforoviçin yanına gedir, burada onların başqa bir tanışı da var. Şampan içdikdən sonra onların arasında humanizmlə bağlı mübahisə yaranır, hər kəs öz fikrində qalır. Pralinski qonaqlardan evə qayıdanda pəncərələrindən musiqi səslənən evin yanından keçdi. Bələdiyyə sədrindən soruşandan sonra bildi ki, tabeliyində olan qeydiyyat işçisi Pseldonimovla toy gedir. Şampanla qızarmış Pralinski fikrində dayanır. O, öz dincliyini necə bərpa etmək, sosial statusu aşağı olan insanlardan üstünlüyünü hiss etmək fikri ilə yeyilir.
Qarabağda vəzifə tutan separatçıların həbsi
== Siyahı == == Proses == === Ruben Vardanyanın həbsi === Sentyabrın 27-də Laçın dövlət sərhədindən buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin (DTX) hərbi qulluqçularının sayıqlığı nəticəsində Azərbaycan ərazisinə qeyri-qanuni gələn qondarma "Dağlıq Qarabağın Dövlət naziri" vəzifəsində çalışmış 1968-ci il təvəllüdlü Ruben Karlenoviç Vardanyan Azərbaycanın Ermənistan istiqamətində gələn zaman saxlanıldı. Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin hərbi qulluqçularının müşayiəti ilə Bakı şəhərinə gətirildi. Saxlanılan şəxs barəsində müvafiq qərar qəbul edilməsi üçün aidiyyəti dövlət orqanlarına təhvil verildi.Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına əsasən Ruben Vardanyan xarici dövlət vətəndaşı olduğu halda terror-təxribat əməlləri törədilməsi məqsədilə 2022-ci ilin sentyabr ayında Azərbaycanın dövlət sərhədinə qanunsuz daxil olaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi əraziyə daxil olmuş, həmin ərazidə Azərbaycanın qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin formalaşdırılması və fəaliyyətinin qurulmasında, habelə idarələrə və ayrı-ayrı şəxslərə insanların öldürülməsinə və digər ağır nəticələrə səbəb olan basqınlar etmiş sözügedən qanunsuz hərbi birləşmələrin silah, döyüş sursatı, partlayıcı maddələr, hərbi nəqliyyat vasitəsi və əsgəri ləvazimatla təchiz edilməsində rol alıb. Bundan başqa o, pul vəsaitlərini həmin qanunsuz silahlı birləşmələrin terrorçuluq fəaliyyətinin qurulmasına maliyyələşdirib. Ermənistan vətəndaşı olan 1968-ci il təvəllüdlü Ruben Karlenoviç Vardanyanın Cinayət Məcəlləsinin 214-1, 279.3 və 318.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edildi.Sentyabrın 28-də Səbail rayon Məhkəməsində Ruben Vardanyan barəsində Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq İdarəsinin təqdimatına baxıldı. Hakim Ülviyyə Şükürovanın sədrliyi ilə baş tutan prosesdə təqdimat təmin edildi və Ruben Vardanyan barəsində 4 aylıq həbs tədbiri seçildi. === Davit Manukyanın həbsi === Sentyabrın 29-da Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Ermənistan vətəndaşı Davit Manukyanın Qarabağda törətdiyi terrorçuluq cinayətlərinə görə həbs edildiyini bildirdi. DTX məlumatında əldə olunmuş sübutlar əsasında, Ermənistan vətəndaşı, 1971-ci il təvəllüdlü Manukyan Davit Azati tərəfindən Azərbaycan Cinayət Məcəlləsinin 214.2.1, 214.2.2, 214.2.3, 228.3, 279.3 və 318.1-ci maddələrində ehtiva olunan cinayət əməllərinin törədilməsinə əsaslı şübhələr müəyyən edildiyini bildirdi. İttihama əsasən, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanatda erməni silahlı qüvvələrinin Azərbaycanın ərazisindən çıxarılmasının nəzərdə tutulmasına baxmayaraq, Ermənistanda anadan olmuş və orada qeydiyyatda olan, həmin dövlətin vətəndaşı, Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu, general-mayor ali hərbi rütbəsində xidmət edən Davit Manukyan ötən müddət ərzində Azərbaycanın Qarabağ ərazisində cinayət əməllərini davam etdirdi, qondarma “Dağlıq Qarabağın Müdafiə Ordusu Komandanının birinci müavini” adı altında Azərbaycanın ərazisində qanunsuz silahlı birləşmələrin fəaliyyətinin qurulmasında və idarə edilməsində, silah-sursat, partlayıcı maddə və qurğularla təchiz edilməsində rol alıb.Sentyabrın 28-də Səbail rayon Məhkəməsində Davit Manukyan barəsində Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq İdarəsinin təqdimatına baxıldı. Prosesdə təqdimat təmin edildi və Davit Manukyan barəsində 4 aylıq həbs tədbiri seçildi.
Cəzirə
Cəzirə, əl-Cəzirə (ərəb. الجزيرة "ada") — Mesopotamiyanın şimal hissəsində İraq, Suriya, Türkiyədə yayla. Bağdaddan Şimalda, Dəclə ilə Fərat çayları arasında olan ərazi. Şimalda və şərqdə Tavr və Zaqros dağları ilə məhdudlaşır, qərbdə və cənub-qərbdə Suriya səhrasının və Ərəbistan yarımadasının platosuna keçir, cənub-şərqdə aşağı, cənub Mesopotamiyadan çıxıntı ilə ayrılır. Cəzirə, şimal-qərbdəki 480 m-cənub-şərqdəki 200 m qədər enən düzənlikdir. Ayrı zirvələr 1463 m çatır –Sincar massivində olan Şelmirav dağı. Cəzirə terrasavari Dəclə və Fərat vadiləri, onların qolları, eləcə də quru çay yataqları ilə kəsişir. Plato qumdaşı, təbaşir və miosen dövründən qalma qatlardan, eləcə də alluvium və bazalt sahələrdən ibarətdir. Şimalda platonun İraq hissəsində, böyük neft yataqları var. Subtropik, yayda çox quru və isti, qışda mülayim rütubətli Aralıq dənizi iqlimi var.
Hənifə
Hənifə — Azərbaycan Respublikasının Balakən rayonunda kənd. == Tarixi == Hənifə Balakən rayonununda kənddir. Balakən çayının sahilindədir. Oykonim kəndin ilk sakinlərindən olan Hənifə adlı bir şəxsin adı ilə bağlıdır.
Lətifi
Lətifi-İranın Fars ostanının Laristan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,731 nəfər və 1,184 ailədən ibarət idi.
Ləzgicə
Ləzgi dili — Ləzgilərin istifadə etdikləri dildir. Ümumilikdə təxminən yarım milyon insan bu dildə danışır.Ləzgi dilləri yarımqrupuna aid dildir. Dağıstanın cənub-şərq və Azərbaycan Respublikasının şimali-şərq bölgəsində yayılmışdır. Kurax, Güney, Yarki, Axtı, Fiy, Azərbaycanda Quba və Kusar Kuzun dialektləri mövcuddur. Azərbaycan dilinin Quba dialektinin yaranmasında Ləzgi Güney ləhcəsinin rolu böyükdür. Ədəbi dilinin əsasında Güney dialekti durur. Yazıda 1938-ci ildən kiril qrafikasından istifadə olunur. Azərbaycan ləzgiləri latın qrafikası əsasında yaradılan ləzgi əlifbası ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsis etdiyi kitablardan məktəblərdə istifadə edirlər. Azərbaycan Respublikası ərazisində 170 min civarında ləzgi dili daşıyıcısı var. Cədvəldəki rəngli fondakı hərflər rus dilindən keçən sözlər üçün istifadə edilir.
Nəzirə
Nəzirə — hər hansı bir sənətkarın əsərinin təsiri altında yazılmış əsər. Divan və aşıq ədəbiyyatında nəzirə yazmanın özünün qədim və tarixi ənənəsi vardır. Aşıq yaradıcılığında da hansısa şeirin, bədii nümunənin təsiri altında çoxsaylı şeirlərin yazılma ənənəsi vardır. M.P.Vaqifin “Oynasın” rədifli şeirinin təsiri altında onlarla aşıq şeiri qoşulmuşdur. Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasım, Aşıq Valeh, Aşıq Ələsgər, Hüseyn Bozalqanlı kimi ustad aşıqların şeirlərinə həm aşıq ədəbiyyatının özündə, həm də yazılı ədəbiyyatda çoxsaylı nəzirələrin yazıldığı görünməkdədir.
Səhifə
Səhifə — bir vərəq kağızın hər hansı bir tərəfi. Veb-səhifə — xüsusi format olunmuş və özündə mətn (text), qrafika (graphic), istinadları (hyperlink) və animasiyaları (animation) göstərən sənəddir. Veb-səhifələr 2 cür olurlar: Statik və dinamik. Həyat səhifəsi — tarixin, həyatın müəyyən bir hissəsi. Yaddaş səhifəsi —virtual yaddaşın təşkili üsulu, fiziki yaddaş fraqmenti ( səhifə ).
Səqifə
Səqifə Banu Səidə (ərəb. سقيفة بني ساعدة‎) kimi bilinən Səqifə (ərəb. السقيفة‎‎) Qərbi Ərəbistan olan Hicazın Mədinə şəhərində Bəni-Xəzrəc tayfasının bir qrupu olan Bəni-Səqifə tərəfindən istifadə edilən tikili. Səqifə Məhəmməd Peyğəmbərdən sonra bəzi səhabələrin toplanaraq Əbu Bəkrə beyət edildiyi yer kimi əhəmiyyətlidir. Tədbirdə Məhəmmədin ailəsindən heç kim iştirak etmirdi və Şiə müsəlmanları tərəfindən inanılan Qədir-Xum hadisəsində Məhəmmədin ardıcılı elan edilən Əli ibn Əbu Talib hadisənin baş verdiyi zaman Məhəmmədin cənazə mərasimlərini yerinə yetirdi. == Arxa plan == Ölümündən bir qədər əvvəl Məhəmməd vida həcci ilə birlikdə müşayiət etmiş bütün müsəlmanları Qədr-Xum kimi tanınan yerdə toplamaq üçün çağırdı. Məhəmməd uzun bir xütbə söylədi: Ey insanlar! Qurana əməl edin və onun ayələrini dərk edin. Onun açıq ayələrinə baxın və onun qeyri-müəyyən hissələrinə əməl etməyin. Allahın izni ilə heç kəs onun xəbərdarlıqlarını və sirlərini açıqlaya bilməz, heç kim onun əlini tutduğumdan,yanıma gətirdiyimdən (əlini qaldıraraq) başqa bir şeyin təfsirini açıqlaya bilməz.Sizə bildirirəm ki,Mən kimin mövlasıyamsa, bu Əli də onun mövlasıdır.
Xəlifə
Xəlifə (ərəb. خليفة‎‎ — müavin, çanişin, varis, xələf) — Məhəmməd peyğəmbərin vəfatından (632) sonra müsəlman icması və teokratik müsəlman dövlətinin (Xilafət) dini və dünyəvi başçısı. Xəlifələr əvvəllər Məhəmməd peyğəmbərin, Ələvilər dövründən isə Allahın yer üzündə canişini (müavini) hesab edilirdilər. Abbasilər xilafətinin süqutundan (XIII əsr) sonra Məmlük xilafəti (1250 - 1517) tarix səhnəsində öz yerini almışdır. Yavuz Sultan Səlimin Misiri fəth etməsilə (24 yanvar1517) xəlifə ünvanı İslamçı bütün ünsürlərin yetkin beyəti ilə Osmanlı xilafətinə (indiki Türkiyə Cümhuriyyəti) keçmişdir. Xəlifəlik ünvanına 1924-cü il Türkiyə Böyük Millət Məclisinin uyğun qərarı ilə xitam verilmişdir. İlk xəlifələr Əbu Bəkr (8 iyun 632-ci ildə xəlifə seçilib), Ömər ibn Xəttab, Osman ibn Əffan və Əli ibn Əbu Talib olmuşlar.
Zərifə
Zərifə — qadın adı. Zərifə Əliyeva — tibb elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki. Zərifə Salahova — Miniatür kitab muzeyinin təsisçisi və rəhbəri. Zərifə Cəbrayılova — texnika elmləri doktoru, dosent . Zərifə Ağayeva — Azərbaycanın qadın jurnalisti. Zərifə Budaqova — AMEA­-nın müxbir üzvü.
Lətif
Lətif — kişi adı.
Ləzir
Ləzir — Azərbaycan Respublikasının Yardımlı rayonunun Bərcan inzibati ərazi vahidində kənd. Talada yerləşir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsi 1918-20-ci illərdə keçmiş binə yerində salın­mışdır. Keçən əsrin əvvəllərində Lənkəran qəzasında Ləzran adlı iki kənd və Ləzir adlı bir köçəbə qeydə alınmışdır. Tədqiqatçılara görə, ləzir və ya ləziran orand tayfasının birinci qoluna məxsus tirənin adıdır.
Lüzine
Lüzine (fr. Luzinay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Vyen-1 kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38215. Kommunanın 1999-cu il üçün əhalisi 2157 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 70 km cənub-şərqdə, Qrenobldan 29 km şimal-qərbdə yerləşir.